Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə5/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   2   3   4   5   6   7   8   9   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
16
 
vanşah I İbrahimin köməyi ilə Seydi Əhmədi bağışlayaraq Şəki ha-
kimi təyin edir. 1402-ci ildə Ankara döyüşündə I İldırım Bəyazidi 
əsir alan Teymur bu yürüşdə hər iki müttəfiqinin gücündən istifadə 
etmişdi. 
Əmir Teymurun yürüş etdiyi torpaqların əksəriyyəti türk tor-
paqları idi, Teymur da bu torpaqları birləşdirib vahid bir hakimiy-
yət altında, vahid qanunvericilikdə, vahid siyası və mədəni mühitdə 
nəfəs alıb inkişaf edən bir Türküstan yaratmaq arzusundaydı və bu-
na nail oldu da, lakin onun varislərinin dövründə bu ərazilərdə Tey-
murilərin hakimiyyəti xeyli zəiflədi və ərazilərdə yenidən yerli ida-
rəçilik artaraq vahid türk təfəkkürünün formalaşmasına imkan ver-
mədi. 
ƏDƏBİYYAT 
1. Джастин Мароцци. Тамерлан: завоеватель мира. Пер.с анг. 
А.Г.Больных. Москва, ООО «АСТ» Хранитель, 2007. – 446 с. 
2. B.F.Manz. The rise and rule of Tamerlan. Cambridge University 
Press, Cambridge, 1989. 
3. Ибн Арабшах. История Амира Темура. Ташкент. Институт 
истории народов Средней Азии имени Махпират, 2007. 
4. Шараф ад-Дин Али Йазди. Зафар-наме. Т., 2008. – 520 c. 
5. Лемб Гарольд. Тамерлан. Правитель и полководец. Пер. с 
англ. Л.А.Игоревского. – Москва, Центрполиграф, 2007. – 
334с. 
6. Тамерлан – покоритель Азии. Сост.В.Петров. Москва, Ломо-
носовъ, 2015. – 224с. 
7. Fəsih Xəvafi. Mücməli Fəsihi, II c. Məşhəd, 1969. 
8. Якубовский А.Ю. Тимур // Вопросы Истории, 1946, №8-9. 
с.50-74. 
9. Vamberi G. Əmir Teymur, 1991. 
_________________________ 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
17
 
 
Yaxşıxanım NƏSİROVA 
Azərbaycan Milli Elmlər Akademiyası 
Z.Bünyadov adına Şərqşünaslıq İnsititutu 
Türkiyə tarixi və iqtisadiyyatı şöbəsi
 
E-mail: yaxshi.selim@bk.ru  
XVIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ URMİYADA 
İQTİSADİ VƏZİYYƏT 
Açar sözlər: Osmanlı, Səfəvi, Müfəssəl dəftər, Urmiya, vergi, xüms 
Əsrlər  boyu  mühüm  coğrafi  və  strateji  mövqeyi,  Avropa  və 
Asiya  ölkələri  arasında  ticarət  və  digər  iqtisadi  əlaqələrin  təmin 
edilməsində  böyük  əhəmiyyət  daşıyan  quru  ticarət  yollarının  bir 
hissəsinin ərazisindən keçməsi Azərbaycanı digər dövlətlərin maraq 
dairəsində saxlayırdı. Xüsusilə, Osmanlı və Rusiya imperiyalarının 
bu ərazilərdə nəzarəti və bununla da geosiyasi üstünlüyü əlinə ke-
çirmək  istəkləri  1724-cü  ildə  imzalanmış  İstanbul  müqaviləsi  ilə 
nəticələndi.  Lakin müqavilə şərtləri ilə razılaşmayan tərəflər hərbi 
əməliyyatları davam etdirərək Səfəvi torpaqlarının böyük bir hissə-
sini öz aralarında bölüşdürdülər. 1725-ci ilin hərbi əməliyyatlarının 
payız-qış kampaniyasında Təbriz, Ərdəbillə yanaşı, Urmiya və ətraf 
əraziləri osmanlı orduları tərəfindən ələ keçirildi (6, s.123). 
Ümumi  osmanlı  qanunlarına  və  maliyyə-vergi  prinsiplərinə 
uyğunlaşdırılması məqsədilə ələ keçirilmiş yeni ərazilərdə əhalinin 
və gəlir təmin edən sahələrin siyahıya alınması tədbirləri həyata ke-
çirilməyə  başlanıldı.  Əldə  edilən  nəticələr  əsasında  maliyyə-vergi 
sənədləri (və ya müfəssəl və icmal dəftərləri) tərtib olunurdu. Çox 
hissəsi  Osmanlı  Başbakanlık  Arxivində  saxlanılan  və  Azərbaycan 
ərazilərinin sosial-iqtisadi tarixinin müəyyən dövrlərinin öyrənilmə-
sində  və  tədqiqində  xüsusi  önəm  daşıyan,  ehtiva  etdiyi  məlumat-
ların dəqiqliyi və orijinallığı ilə seçilən bu sənədlər XX əsrin 80-90-
cı illərindən başlayaraq Azərbaycan tarixşünaslığında ilk dəfə ola-
raq Z.M.Bünyadov, H.Məmmədov (Qaramanlı), Ş.Mustafayev tərə-
findən araşdırılmış və nəşr olunmuşdur (7; 8; 9; 10). 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
18
 
Diqqətinizə  təqdim  etdiyimiz  məqalə  qeyd  edilən  maliyyə-
vergi sənədlərindən biri – XVIII əsrin əvvəllərində Urmiya, Xalxal 
və  Salmas  bölgələrinin  siyahıya  alınması  tədbirləri  (təhrir)  nəticə-
sində tərtib edilən “Dəftər-i müfəssəl-i liva-i Xalxal və liva-i Uru-
mi”(3)nin (Xalxal və Urmiya livalarının müfəssəl dəftəri”) statistik 
göstəriciləri əsasında yazılmış və bu dövrdə Urmiya ərazisində ya-
şayan əhalinin təsərrüfat həyatı ilə bağlı unikal və real məlumatları 
əks etdirmişdir. 
Əvvəlcə qeyd edək ki, müasir dövrdə İranın Qərbi Azərbay-
can ostanının mərkəzi şəhəri olan Urmiya Urmiya gölünün qərb sa-
hilində,  dəniz  səviyyəsindən  1  332  km  hündürlükdə  yerləşir.  Bir 
müddət adı Rzaiyyə olmuş şəhər 1979-cu ildən yenə əvvəlki adına 
qaytarılmışdır (5, 57). 
Əlverişli coğrafi müvqeyi, quru ticarət yollarının üstündə yer-
ləşməsi və əhəmiyyətli gömrük məntəqələrindən biri olması Urmi-
yanın əsrlər boyu müxtəlif siyasi-hərbi münaqişələrin içində olma-
sına səbəb olmuşdur. Osmanlı – Səfəvi müharibələrinin Azərbayca-
na vurduğu dağıdıcı zərbələr Urmiya ərazisindən də yan ötməmiş-
dir.  Təsərrüfatların  dağılması,  iqtisadi  və  ticarət  münasibətlərinin 
pozulması həmin ərazidə boşalmış kəndlərin, istifadəsiz qalmış tor-
paqların sayının artırması ilə müşayət olunurdu. 
Osmanlı idarəçiliyi prinsiplərinə əsasən, bölgədə 20 yaşından 
yuxarı sağlam, işləyə bilən kişilər, gəlir gətirən təsərrüfat, ticarət sa-
hələri  və  s.  siyahıya  alındı.  Osmanlı  inzibati  bölgüsünə  (nahiyə  - 
sancaq/liva - əyalət/vilayət) görə, 1725-ci ilin dekabrında Urmiyaya 
liva statusu verildi (1, s.61-62) və ərazisi 7 nahiyə - Bənapərvazə, 
Bəldə, Səhraabad, Dol, Mərkəvər, Tərkəvər və Üşni nahiyələrindən 
və Urmiya şəhərindən təşkil olundu. Osmanlı hakimiyyəti dövründə 
Urmiya  livasında  təsərrüfat  münasibətləri  çərçivəsində  əhalinin 
məşğuliyyəti,  məişəti,  istehsal  vasitələrinin  vəziyyəti,  torpaqların 
məhsuldarlığı, vergi toplama məsələləri ilə bağlı geniş və dəqiq mə-
lumatlar qeyd etdiyimiz müfəssəl dəftərdə əks olunmuşdur. 
Bəhs  etdiyimiz  dövrdə  kənd  təsərrüfatı  ölkə  iqtisadiyyatının 
başlıca dayaq nöqtəsi hesab olunurdu. Bu vəziyyət Urmiya bölgəsi 
üçün də xarakterik idi. Belə ki, siyahıyaalmanın nəticələri Urmiya-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə