Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə50/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
151
 
The Caucasus & Globalization, Journal of Social, Political and Eco-
nomic Studies, Volume 8, Issue 1-2, 2014, CA&CC Press, Lulea, 
Sweden, p.7-33. 
16. Jannatkhan Eyvazov. Powers and Regional Security Systems: 
Parameters and Types of Involvement // Central Asia and the 
Caucasus, Journal of Social and Political Studies, Volume 14, Issue 
1, 2013, CA&CC Press, Lulea, Sweden. P.36-56. 
17. Jannatkhan Eyvazov. The Regional Security System in the 
Central Caucasus: Political Structure and Conflicts // The Cauca-
sus & Globalization, Journal of Social, Political and Economic 
Studies, Volume 6, Issue 1, 2012, CA&CC Press, Lulea, Sweden. 
P.8-21. 
18. Камаля Руинтан. Подход Ирана к проблеме безопасности 
на Кавказе (на основе СМИ Ирана) // Межкультурные комму-
никации, Тбилиси, 2014, № 22, стр.169-174. 
19. Kəmalə Ruintən. Qafqazın təhlükəsizlik problemləri İran İslam 
Respublikasının nöqteyi-nəzərindən // Tarix və onun problemləri, 
№1 2015, s.177-184. 
20. Margarita Assenova, Zaur Shiriyev. Security and Geopolitics in 
Southeast Europe and Azerbaijan. Washington, DC; The 
Jamestown Foundation, 2015. – p.350. 
21. Mayis Güləliyev. (07.02.2014). Cənubi Qafqazda Təhlükəsizlik 
məsələləri. Avrasiya Birliyi. (Online). Mənbə: 
http://avrasiya.info/enyenitarix/21-cenubi-qafqazda-tehlukesizlik-
meseleleri.html [Baxılıb: 28 aprel 2017]. 
_________________________ 
 
 
 
 
 
 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
152
 
 
II Bölmə 
Tariximizi araşdıran müasirlərimiz 
Sevinc QASIMOVA 
Bakı Dövlət Universiteti 
Mənbəşünaslıq, tarixşünalıq 
və metodika kafedrasının dosenti 
E-mail: qasimovasevinc@mail.ru 
 
DÜNYA TARİXŞÜNASLIĞINA TÖHFƏ VERMİŞ İKİ ÜNLÜ 
TARİXÇİ: ZİYA BÜNYADOV VƏ XƏLİL İNALCIK 
ÜZƏRİNƏ BİR ARAŞDIRMA (QARŞILAŞDIRMALI 
ANALİZ)  
Açar sözlər: Tarixşünaslıq, vakanüvist, Xəlil İnalcık, Ziya Bünya-
dov, Yaxın Şərq 
Tezisdə XX əsr dünya tarixçiləri içərisində iki ünlü tarixşünas 
alimin  Türk  və  Azərbaycan  tarixşünaslığıdakı  xidmətləri,  onların 
dünyagörüşlərinə təsir edən əsas amillər və bunun nəticəsində onla-
rın tarixi hadisələrə fərqli prizmadan və yeni tərzdə yanaşmaları ilə 
müxtəlif dövrdə yazdıqları əsərlərinə diqqəti çəkilərək, həm dünya 
tarixşünaslığında, həm də vətən tarixindəki xidmət və töhfələri vur-
ğulanacaqdır. 
XX yüzilliyin başa çatması ərəfəsində ötən yüz il ərzində elm 
və mədəniyyət sahəsindəki nailiyyətlərimizi dəyərləndirsək, ictimai 
elmlər sahəsində əldə etdiyimiz uğurların Ziya Bünyadovun adı ilə 
bağlı olduğunu söyləyə  bilərik. Akademik  Ziya  Bünyadov elm və 
mədəniyyət tariximizdə yeni bir səhifə açmaqla istər elmdə, istərsə 
də bir vətandaş kimi ictimai-siyasi həyatda  yenilikçi olmuşdur. O, 
eyni zamanda vətəndaşlıq borcunu yerinə yetirməklə, İkinci dünya 
müharibəsi dövründə faşizmə qarşı rəşadətlə vuruşaraq, Berlinədək 
şərəfli döyüş  yolu keçmiş, hərbi şücaətə görə Sovet İttifaq Qəhrə-
manı adına, 5 orden və 17 medala layiq görülmüşdür. Tezisdə onun 
Moskva Şərqşünaslıq İnstitutundakı fəaliyyəti, namizədlik disserta-
siyasını müdafiə etdikdən sonra Azərbaycan Emlər Akademiyasının 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
153
 
A.A.Bakıxanov  adına  Tarix  İnstitutunda  elmi  axtarışlarını  davam 
etdirməsi, Yaxın və Orta Şərq Xalqları İnstitutunda orta əsrlər tarixi 
şöbəsinin  rəhbəri  olduğu  müddətdə  elmi  fəaliyyəti,  Şərqşünaslıq 
İnstitutunun direktoru vəzifəsində çalışdığı müddətdə elmi tədqiqat-
larına  diqqət  çəkilməklə,  nəinki  Azərbaycan  tarixşünaslığındakı 
mövqeyi, eyni zamanda dünya tarixşünaslığına verdiyi töhfələr də-
yərləndiriləcəkdir. Tezisdə Ziya Bünyadovun yaradıcılığında müx-
təlif  dillərdə  tədqiq  olunan  çoxsaylı  mənbələrin  dərindən  tədqiqi, 
şovinist  erməni  tarixçilərinin  saxtakarlıq  cəhdlərinə  qarşı  vicdanlı 
alim  mövqeyindən  ardıcıl  mübarizəsi  və  onları  ifşa  etməsi  vurğu-
lanacaqdır.  Azərbaycan  və  Yaxın  Şərq  tarixinin  məhsuldar  tədqi-
qatçılarından  olmuş  alimin  “Azərbaycan  VII-IX  əsrlərdə”,  “Xa-
rəzmşahlar  dövləti”,  “Atabəylər  dövləti”  kimi  əsərləri  tarixşünas-
lığın  klassik  nümunələrindəndir.  O,  Azərbaycan  xalqının  tarixinə 
dair onlarca naməlum qaynağı tapıb müqəddimə, izah və lüğətlərlə 
nəşr etdirmişdir. Ziya Bünyadov orta əsrlər tarixi və mənbəşünaslıq 
üzrə tanınmış bir tədqiqatçı kimi türk, ərəb, fars, rus, gürcü, alban 
və Qərbi Avropa mənbələrindən geniş istifadə yolu ilə elmi araşdır-
malara az öyrənilmiş yazılı abidələri cəlb edirdi. Ziya Bünyadovun 
elmi yaradıcılığının üç əsas istiqaməti aydınlaşdırmaqla, onun me-
diovistika  sahəsindəki  xidmətlərinə  də  önəm  veriləcək,  müxtəlif 
mənbələrin tərcüməsi sahəsindəki xidmətləri də  dəyərləndiriləcək-
dir.  Akademik  Ziya  Bünyadovun  qələmindən  çıxan  300-dən  çox 
elmi əsərin hər biri onun geniş erudisyasını, hədsiz işgüzarlığını və 
böyük tədqiqatçılıq qabiliyyətini nümayiş  etdirir.  Görkəmli alimin 
orta  əsr  yaşayış  məntəqələrinin  dəqiqləşdirilməsinə,  Azərbaycan 
qonşu ölkələrlə  tarixi əlaqələrinə  dair mühüm  faktların xarakteris-
tikasına həsr olunmuş yazıları, habelə tibb, seysmologiya və astro-
nomiyaya  dair  orta  əsr  ərəb  mənbələrindəki  məlumatların  aşkara 
çıxarılıb elmə gətirilməsi sahəsindəki səyi gərgin əməyin və dəqiq 
tədqiqatçılıq  metodunun  məhsuludur.  Ziya  Bünyadov  həmçinin, 
tarix elminin kommunist ideologiyası və totalitarizm buxovlarından 
xilas olması məqsədinə ardıcıl surətdə xidmət edən bir alim olmuş-
dur. O, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə, bolşevizm ter-
roru  və  siyasi  repressiyaların  qurbanları  ilə  bağlı  olaraq  bir  neçə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə