Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə51/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   47   48   49   50   51   52   53   54   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
154
 
sanballı  tədqiqat  əsərlərini  nəşr  etdirmişdir.  Bu  axtarışlarında  da 
tarixi  saxtalaşdirma  cəhdlərinə  qarşı  amansız  mübarizə  kimi  çıxış 
edərək,  tarixi  sənədlərə  sadiq  qalaraq,  alimlərin  gələcək  nəsilləri 
üçün örnək olmuşdur. Ziya Bünyadov “Qurani Kərimi”in şərhli tər-
cüməçilərindən biri olmuş, islam dini ilə bağlı bir sıra əsərlər yaza-
raq, islam dəyərlərinin postsovet məkanında bərqərar olmasına xid-
mət  etmiş,  tarixşünaslıq  və  Şərqşünaslıq  üzrə  kadrların  hazırlan-
masında,  Azərbaycan  elminin  təşkilində  uğurlara  imza  atmışdır. 
Avropa tarixçiləri tərəfindən Mark Blok ve Luicin Fevbrin qurduq-
ları Annallar dərgisinin davamçılarından biri sayılan, dünya tarixin-
də tanınan fransız tarixçisi Fernand Braudel və Türkiyə tarixşünas-
lığına klassik bir tərz gətirən Fuad Köprülünün adı ilə bərabər tutu-
lan, onların təsiri ilə tarixçiliyə yeni tərz gətirən tarixşünas alimlər-
dən biri də Xəlil  İnalcıkdır. O, iqtisadi-siyasi, həm də mədəniyyət 
alanında  Osmanlı-Türk  tarixinə  orijinal  əsərlər  bəxş  etməklə  Türk 
tarixini dünyaya tanıdan elm adamıdır.  Onun təkcə “The Ottoman 
Empire The Classical Age 1300-1600” və “An Economic and So-
cial  Historyof  the  Ottoman  Empire”  kitabları  kifayət  edir  ki,  onu 
bütün  dünyada  yeni  tərz  yanaşması  ilə  tanıtsın.  Onun  bu  əsərləri 
ərəb  dili  ilə  yanaşı  Balkan  dillərinə  də  tərcümə  edilmiş  və  dünya 
universitetlərində  əsas  dərslik  kimi  istifadə  edilməkdədir.  Xəlil 
İnalcıkın yüksək erudisiyalı tələbələri, yaratdığı elmi məktəbi, Tür-
kiyə  tarixşünaslığına  verdiyi  töhfələri  onu  “Tarixçilərin  şeyxi”  və 
“Tarixçilərin qütbü” kimi tanıtmış və Türk vakanüvistliyinin inkişa-
fında xüsusi mövqeyə çatdırmışdır. Tezisdə Xəlil İnalcıkın elmi və 
tədris  fəaliyyəri,  dərslik  və  monoqrafiyaların,  dərgilərin  hazırlan-
masındakı  xidmətləri,  həm  Ankara  Universitetinin  Dil,  Tarix  və 
Coğrafiya fakültəsində otuz iki illik fəaliyyəti müddətində, həm Çi-
kaqo  Universitetində  Osmanlı  Tarixi  bölməsindəki  fəaliyyəti,  Bil-
kənt Universitetində çalışdığı zaman Türk və Osmanlı tarixinə xid-
mətləri və çoxsaylı arxiv bəlgələri əsasında yeni materialların orta-
ya qoyulmasındakı  xidmətləri  vurğulanacaq və tarixşünaslığ sahə-
sindəki baxış prizması aydınlaşdırılacaqdır. Onun dunya tarixçiləri 
ilə  bir  sırada  adının  çəkilməsində  xüsusilə  Kembric  Universitetini 
professor  Peter  Bürke  ilə  birlikdə  5  cildlik  Dünya  tarixinin  nəşr 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
155
 
edilməsi sahəsindəki xidmətləri, onun tədrisi ilə bağlı məsələlər önə 
çəkiləcək,  tərəfsiz  bir  tarixçi  kimi  Türk  tarixşünaslığında  ondan 
sonrakı  nəsl  tarixçilərinə  təsiri  müəyyənləşdiriləcəkdir.  Amerika, 
İngiltərə  və  Yaponiyanın  məşhur  ensiklopediyalarında,  XX  əsrin 
2000 bililm adamlarının adı keçən Cambridge International Biogra-
phical Center’in ensiklopediyasında onun adının yer alması, tərcü-
meyi-halının verilməsi, çoxsaylı kitab və monoqrafiyaların redaktor 
və  qurum  heyyətlərində  çalışması,  Afina,  Bolqarıstan,  Rumıniya, 
İsrail  və  bir  neçə  universitetlərin  fəxri  doktoru  ünvanını  alması 
onun mühüm keyfiyyətlərinin göstəricisi idi. Orta çağ tarixini Fuad 
Köprülüdən və iqtisadiyyat tarixini Ömər Lütfi Balkandan dərs al-
maqla o, tarixşünaslıq sahəsində yeni tərzdə əsərlər yazmağa başla-
mışdır.  Onun  əsərləri  ilə  yaxından  tanış  olan  yunanlı  tarixçi  Prof. 
Elizabeth  Zachariadou  yazırdı:  “1958-ci  ildə  onunla  tanış  olarkən 
“Fateh Dövrü üzərinə tədqiqlər və vəsiqələr” kitabı yenicə nəşr olun-
muşdu. Biliyi ilə məni heyran qoyan bu gənc adamın təsiri ilə mən 
Türklərə heyran qaldım. Ona görə də, türkcə öyrənmək və bu kitabı 
oxumaq qərarına gəldim”. Rumın tarixçisi Prof.Mihai Maxim yazır-
dı: “Onun dərslərində insan özünü bir həqiqət tapınağındaymış kimi 
hiss edirdi. Osmanlı dünyası onun gözündə soyuq və ölü bir yer de-
yildi. Bəhs etdiyi insanlar sanki onun yanındaydı və qohumları idi”. 
Japon  Tarixçi  Prof.  Yuzo  Naqata  UNESCO  tərəfindən  nəşr  edilən 
History of Humanity’nin 5. bölümü üçün ingilis tarixçisi Peter Burke 
ilə birlikdə redaktorluq etməsi onun dünyanı təmsil edən bir tarixçi 
kimi qəbul edilməsini isbat etməkdədir” fikrini bildirir. 
Göründüyü kimi, hər iki alimin dünya tarixşünaslığındakı ro-
lu və yeri mühümdür. Bu gün həm türk tarixini tədqiq edən tədqi-
qatçılar Xəlil İnalcıkı oxuyub öyrənmədən bir Türk və Osmanlı ta-
rixini yaza bilmədikləri kimi, Azərbaycan tarixini tədqiq edən təd-
qiqatçılar da Ziya Bünyadov məktəbini keçmədən bir obyektiv tari-
xi tədqiqatı ortaya qoya bilməzlər. Hər iki tarixçi bu gün dünya ta-
rixşünaslıq məktəbinin öncülləri adını daşımaqdadır. 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
156
 
ƏDƏBİYYAT 
1. Ağazamanlı.R. Ziya Bünyadov erməni saxtakarlığını onların öz 
dilində ifşa edirdi // Yeni Azərbaycan, 1999 – 10 fevral, s.2. 
2. Akif Səməd. Ziya Bünyadov: ancaq həqiqəti deməliyik // Gənc 
müəllim,1988 - 28 oktyabr, s.3. 
3. Aslanov A. Fədakar alim //Xalq qəzeti,1993 – 24 dekabr,s 3. 
4. Bünyadov Z.M, Rəhimov Ə. Tarixi həqiqətlər…Yoxsa təhriflər
// Azərbaycan, 1989, №4, s.164-181. 
5. Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci 
illər). Bakı: Şərq-Qərb, 2007, 312 s. 
6. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Elm, 2005, 
392 s. 
7. Bünyadov Z.M. Doğruya zaval yoxdur // Ədəbiyyat və incəsənət, 
1988-15 yanvar, s.8. 
8. Bünyadov Z.M. Qafqaz Albaniyası // Kommunist, 1985 - 2 fev-
ral, s.2. 
9. Bünyadov Z.M. Tarix yenidən yazılmalıdır // Elm və həyat, 
1991, №6, s.1-4. 
10. Bünyadov Z.M. Tarixin dərsləri // Ədəbiyyat qəzeti, 1994-20 
may, s.1-2. 
11. Görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovla vi-
dalaşma mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi 
// Azərbaycan,1997 – 25 fevral, s.3. 
12. Halil İnalcık. Ottoman Civilization. (Gunsel Renda ile birlikte). 
Ankara, 2003. 
13. Halil İnalcık. An Economic and Social History of the Ottoman 
Empire. (Donald Quataert ile birlikte). Cambridge, 1994.  
14. Halil İnalcık. Atatürk ve Demokratik Türkiye. Kırmızı 
Yayınınları (1.Baskı: Temmuz 2007 - 2. Baskı: Aralık, 2007). 
15. Halil İnalcık. Fatih devri üzerinde tetkikler ve vesikalar. Anka-
ra, 1954.  
16. Halil İnalcık. From empire to republic: essays on Ottoman and 
Turkish social history. Istanbul, 1995.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə