Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə52/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
157
 
17. Halil İnalcık. History of Humanity (editor, Peter Burke ile bir-
likte), 1999.  
18. Halil İnalcık. Osmanlı İmparatorluğu Klasik Çağ (1300-1600)
Yapı Kredi Yayınları, 2003.  
18. Halil İnalcık. Osmanlı İmparatorluğu'nun Ekonomik ve Sosyal 
Tarihi. Cilt 1 / 1300-1600. Eren Yayıncılık, Prof.Dr.Donald 
Quataert ile, 2001.  
19. Halil İnalcık. Osmanlı İmparatorluğu'nun Ekonomik ve Sosyal 
Tarihi .Cilt 2 / 1600-1914. Eren Yayıncılık, 2004.  
20. Halil İnalcık. Osmanlı'da Devlet, Hukuk, Adalet. Eren Yayın-
cılık, 2000.  
21. Halil İnalcık. Sources and studies on the Ottoman Black Sea
Cambridge, 1995.  
22. Halil İnalcık. Studies in Ottoman social and economic history
London, 1985.  
23. Halil İnalcık. Suleyman the second and his time. Istanbul, 1993.  
24. Halil İnalcık. The Middle East and the Balkans under the 
Ottoman Empire. Bloomington, 1993. 
25. Halil İnalcık. The Ottoman Empire, The Classical Age, 1300-
1600. London, 1973. 
26. Melek Delilbaşı. Prof. Halil İnalcık. Ankara Üniversitesi Os-
manlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi, Sayı 19, Yıl 
2006. Erişim tarihi: 4 Ağustos 2016. 
27. Muxtarova Əsməd. Baş redaktordan // Tarix və onun problem-
ləri, 2001 №1, s.5. 
28. Mustafayev Şahin. Akademik Ziya Bünyadovun türkoloji yara-
dıcılığı // Elm,1999 – 29 sentyabr, s.6. 
29. Nəbiyev Bəkir. Ziya müəllim- görkəmli alim // Elm,1999,№2,s.5. 
30. Öldürülmüş qalaktika / tərtibçi Eldar Əsgərov. Bakı: Elm,1999, 
352 s. 
31. Vəlixanlı.N. Elin qəhrəmanı,elmin ulduzu // Respublika,1999 – 
8 yanvar, s.2. 
32. Yurdumuzun ziyası / Mehman Səlimovun ümumi redaktəsi ilə. 
Bakı: Hərbi nəşriyyat,1997, 48 s. 
_________________________ 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
158
 
 
Aysel QƏRİBOVA 
Bakı Dövlət Universiteti 
E-mail: qaribova.aysel@mail.ru 
 
TÜRK XALQLARININ TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ 
BÖYÜK ÖZBƏK ALİMİ B.A.ƏHMƏDOVUN 
ƏSƏRLƏRİNİN ROLU 
Açar sözlər: B.A.Əhmədov, Buxara, Xivə, Bəlx, Mərkəzi Asiya 
Türk xalqlarının beş min illik tarixi vardır ki, onların möhtə-
şəm  dövlətçilik  tarixinin  ilkin  mənbələr  əsasında  öyrənilməsi  mü-
hüm  əhəmiyyət  kəsb  edir.  Bu  nöqteyi  nəzərdən  bir  sıra  tarixçilər 
vardır  ki,  onların  mötəbər  mənbələr  əsasında  yaratdıqları  tədqiqat 
işləri və əsərləri türklərin tarixinin qaranlıq səhifələrinə aydınlıq gə-
tirmişdir. Təəssüflər olsun ki, türk xalqlarının uzun müddət Rus ça-
rizminin, ardınca da Sovet imperiyasının mancanağı altında olmuş-
dur. Bu səbəbdən türk xalqlarının tarixinin bir sıra dövrlərinin öyrə-
nilməsinə maneələr yaradılmışdır ki, bu da türklərin tarixinin tarix-
şünaslığına mənfi təsir göstərmiş, müxtəlif türk dövlətlərinin tarix-
çiləri bir-birlərindən xəbərsiz tədqiqat aparmışdılar. Buna görə hə-
min  dövrdə  yazılmış  əsərlərdə  birtərəfli  mövqe  açıq-aydın  sezilir. 
Onu deyə bilərik ki, Səfəvi imperatorluğunun Mərkəzi Asiya döv-
lətləri  ilə  qarşılıqlı  münasibətləri  müəyyən  istisnalar  olmaqla  (7), 
nəinki Azərbaycan, o cümlədən Mərkəzi Asiya tarixşünaslığında da 
xüsusi tədqiqat mövzusu kimi araşdırılmamışdır. Buna baxmayaraq 
bəzi Mərkəzi Asiya tarixçilərinin bu və  ya digər  problemlərə həsr 
olunan  əsərlərində  Səfəvi-Mərkəzi  Asiya  əlaqələri  ilə  bağlı  bəzi 
məsələlərə toxunulmuşdur. Bu baxımdan B.A.Əhmədovun Bəlx ta-
rixinə həsr olunan monoqrafiyası maraq doğurur. Müəllif haqqında 
onu deyə bilərik ki, böyük özbək alimi, şərqşünas Börü Əhmədoviç 
Əhmədov  (1924-2002)  türk  xalqlarının  tarixinin  öyrənilməsində 
mühüm  addımlar  atmışdır.  Fars  mənbələri  üzrə  ixtisaslaşmış  tarix 
elmləri  doktoru,  professor  B.Əhmədov  Özbəkistan,  Qırğızıstan 
Milli Universiteti, Qırğızıstan Tarixi Cəmiyyətinin fəxri professoru, 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
159
 
Elmlər Akademiyasının akademiki (1995) və fəxri üzvü olmuşdur. 
Böyük  alim  B.Əhmədovun  əsərlərinin  Azərbaycan  tarixşünaslığı 
üçün də böyük əhəmiyyəti vardır. Belə ki, tarixçinin Mərkəzi Asiya 
dövlətlərinin tarixinin öyrənilməsi ilə bağlı əsərlərində Azərbayca-
nın  Səfəvi  dövrü  tarixinə  dair  maraqlı  fakt  və  materiallara  da  rast 
gəlinir. Bunu səbəb göstərərək böyük özbək alimini türk xalqlarının 
müştərək tarixçisi kimi adlandıra bilərik. Bəlxə dair mühüm tədqi-
qat əsərində mühümfakt və materiallar vardır ki, onlar Azərbaycan 
Səfəvi dövlətinin tarixinin araşdırılmasında xüsusi yeri vardır. 
Məlum olduğu kimi, Xorasanın  dörd böyük  əyalətindən biri 
olan Bəlx Buxara xanlığının tərkibinə daxil olub, Səfəvi dövləti ilə 
sərhəddə  yerləşirdi.  Özbək  hökmdarlarının  Xorasana  yürüşlərində 
əksər hallarda Bəlx hakiminin qoşunları iştirak edirdilər. B.Əhmə-
dov monoqrafiyasında daha çox Bəlx-Buxara münasibətlərinə diq-
qət yetirmişdir. Bununla yanaşı, əsərdə Abdulla xanın Bəlx uğrunda 
mübarizəsi,  Bəlx  uğrunda  1602-ci  ildə  baş  vermiş  Səfəvi-Həştər-
xani qarşıdurması, Şah I Abbasın 1611-ci ildə Mavərənnəhrə yürü-
şü, Nadir Məhəmməd xanın I Şah Abbasın sarayında sığınacaq tap-
ması, 1689-cu ildə Buxara xanlığının Səfəvilərə məxsus Bala Mur-
qab vilayətini işğal etməsi ilə bağlı maraqlı məlumatlar verilmişdir. 
Gördüyümüz kimi, Bəlxin tarixinin öyrənilməsi zamanı Səfəvilərin 
xarici  siyasəti,  o  cümlədən  diplomatik  münasibətlərini  də  bu  əsər 
əsasında izləyə bilirik. 
Böyük tarixçinin araşdırmalarında bir sıra tarixi problemlərə 
fərqli  münasibətini  də  görürük.  Həştərxanilər  sülaləsinin  Buxara 
taxtına  sahib  olmaları  ilə  bağlı  tarixçi  B.A.Əhmədov  fərqli  müla-
hizə irəli sürür. Onun fikrinə görə, h.1006-cı ildən (1598) h. 1009-
cu  ilə  qədər  (1601)  bütün  özbəklərin  ali  hökmdarı  Abdulla  xanın 
qardaşı Süleyman xanın oğlu II Pir Məhəmməd xan olmuş, Həştər-
xanilər  sülaləsi  isə  h.1009-cu  ildə  (1601)  hakimiyyətə  gəlmişdir. 
Müəllifin fikrinə görə, Buxarada Həştərxanilər sülaləsinin ilk hökm-
darı Canı xan olmuş, onun ölümündən sonra (18 noyabr 1603)  ha-
kimiyyətə oğlu Baki Məhəmməd gəlmişdir. Bəzi tədqiqatçıların fi-
kirlərinə  əsasən,  Əbdülmömin  xanın  ölümündən  sonra,  1599-cu 
ildə Canı xan özbək əmirlərinin təklifini rədd etdikdən sonra o za-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə