Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə53/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   49   50   51   52   53   54   55   56   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
160
 
man  qızılbaşların  mühasirəyə  aldığı  Abuvərddə  olan  böyük  oğlu 
Din Məhəmməd xan elan edilmiş, lakin o, Buxaraya gələrkən öldü-
yü  üçün onun  qardaşı  Baki Məhəmməd xan taxta çıxarılmış, Vəli 
Məhəmməd isə varis kimi təsdiq edilmişdi. Verilmiş fərqli mülahi-
zənin əksinə olaraq, B.Əhmədov hesab edir ki, Səfəvilər öz nüma-
yəndəsini hakimiyyətə gətirmişlər. 
Onu da qeyd etməliyik ki, elə məsələlər var ki, B.A.Əhmə-
dovun  fikirləri  Səfəvi  dövrünün  mənbələrində  öz  təsdiqini  tapır. 
Buna misal olaraq onu deyə bilərik ki, İsgəndər bəy Münşi Əbdül-
mömin  xanın  ölümündən  sonra  Buxarada  Pir  Məhəmməd  xanın 
taxta çıxarıldığını, Bəlxdə isə Abdulla xanın qardaşı İbadulla xanın 
oğlu  Əbdüləminin  hakimiyyətə  gətirildiyini  qeyd  etmişdir.  Hətta 
Heratın  qaytarılmasından  sonra  h.1008-ci  ildə  (1599-1600)  Şah 
Abbas yenidən Xorasana gələrkən Pir Məhəmməd xanın elçilərinin 
Səfəviləri  Xorasanın fəthi münasibəti ilə təbrik  etməsi faktı da  bu 
fikrin doğruluğuna dəlalət edir. Həştərxanilər sülaləsinin hakimiy-
yətə gəlişi ilə bağlı fikirlərin haçalanması Əbdülmömin xanın ölü-
mündən sonra ayrı-ayrı feodal qruplaşmalarının müxtəlif bölgələrdə 
öz namizədlərini xan elan etməsi ilə bağlı olmuşdur. 
Daha  bir  fakt  olaraq  onu  qeyd  edək  ki,  Məhəmməd  Tahir 
Vəhidin fikrincə, 1638-ci ildə Böyük Moğol dövləti tərəfindən işğal 
edilmiş Qəndəharı geri almaq üçün hazırlıq işlərinə başlayan II Şah 
Abbas Həştərxanilər sülaləsi ilə münasibətləri gərginləşdirmək istə-
mədiyi üçün öz səfiri Sultaniyyə və Zəncan hakimi Sarı xan Bəydi-
linin oğlu Səfiqulu sultanı Tahir Məhəmmədlə birlikdə Bəlxə gön-
dərmişdi. Bu dövrdə Bəlxdə hakimiyyət çox güman ki, Sübhanqulu 
xanın əlində idi. Bu məsələyə aydınlıq gətirən tədqiqatçı B.Əhmə-
dovun araşdırmalarına görə, Nəzər Məhəmməd ali hakimiyyəti ələ 
aldıqdan  sonra  böyük  oğlanları  Əbdüləziz  xana,  Xosrov  sultana, 
Bəhram sultana etibar etmədiyi üçün Bəlxin idarə olunmasını özünə 
etibarlı əmirlərin güclü nəzarəti altında kiçik oğlanlarından Sübhan-
qulu xana tapşırmışdı. 
Səfəvi-Mərkəzi Asiya münasibətlərində digər bir mübahisə-
li məsələyə aydınlıq gətirmək üçün məhz B.Əhmədovun tədqiqatla-
rı mühüm rol oynayır. 1648-ci ilin oktyabrında hind şahzadəsi Bəl-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
161
 
xi  qaytarıb  Hindistana  qayıtdıqdan  sonra  Nəzər  Məhəmməd  xan 
Bəlxdə hakimiyyətini bərpa etmişdi. Bəlx ordusu Qəndəhara qədər 
Böyük Moğol əsgərlərini təqib etmiş, yalnız Baki bəyin başçılıq et-
diyi  Buxara  qoşununun  Bəlxə  soxulması  xəbərindən  sonra  Nəzər 
Məhəmməd xan təqibi dayandıraraq Bəlxə qayıtmışdı. Çox maraq-
lıdır  ki,  Böyük  Moğol  ordusunu  mühasirə  vəziyyətində  saxlayan, 
ona  böyük  itkilər  verən  Əbdüləziz  xanın  qoşunları  hind  ordusu 
Bəlxi tərk etdikdən sonra mühasirədən əl çəkərək Buxaraya qayıt-
mışdı. Bəlx vilayətini tutmağa bu qədər yaxın olan Əbdüləziz xanın 
Buxaraya geri qayıtmasına səbəb nə olmuşdu? Tədqiqatçı B.Əhmə-
dov  belə  hesab  edir  ki,  onun  qayıdışının  əsas  səbəbi  məhz  Nəzər 
Məhəmməd  xanın  çoxsaylı  qızılbaş  ordusu  ilə  yaxınlaşması  və 
Əbdüləziz xanın bu ordu ilə qarşılaşmaqdan çəkinməsi olmuşdu. 
Böyük  tarixçinin  fikirləri  böyük  maraq  doğurur  və  “müştə-
rək”  tarixçilərin  əsərlərinin  öyrənilməsi  türk  xalqlarının  tarixinin 
obyektiv tədqiqində xüsusi əhəmiyyətə malikdir. Əlbəttə ki, müəy-
yən məsələlərin araşdırılmasında B.Əhmədovun mülahizələri Azər-
baycan tarixçilərinin fikirləri ilə üst-üstə düşür, lakin bəzən fərziy-
yələr haçalanır. Bununla belə, tarixçinin əsərləri türk xalqlarının ta-
rixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Böyük alimin 
yaradıcılığının daha dərindən öyrənilməsi nəinki Mərkəzi Asiya, o 
cümlədən Azərbaycanın tarixinin ayrı-ayrı səhifələrinin öyrənilməsi 
üçün faydalı olacağını hesab edirik. 
ƏDƏBİYYAT 
1. Əhmədov B.Ə. 1579-1581-ci illər ekspedisiyası və İngiltərə-
Azərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri // S.M.Kirov 
adına Azərbaycan Dövlət Universitetinin Elmi əsərləri. Tarix və 
fəlsəfə elmləri seriyası. Bakı, 1967, №3, s.87-93. 
2. Əhmədov B.Ə. XVII əsrin birinci yarısında İngiltərənin Şərq 
siyasəti. Bakı: Nafta press, 1998, 234 s. 
3. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilin-
dən çevirən prof. Şahin Fərzəliyev, Bakı: Şərq-Qərb, 2010, 1144 s. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
162
 
4. Ахмедов Б.А. Из истории торговых отношений Англии с 
государствов Сефевидов. Автореф. дисс... канд. истор. наук. 
Баку, 1967. 
5. Ахмедов Б.А. История Балха (XVI-первая половина XVIII 
вв.). Ташкент: ФАН Узбекской ССР, 1982, 296 с. 
6. Ахмедов Б.А. Третья экспедиция англичан в государство 
Сефевидов (1565-1567 годы) // Ученые записки АГУ им. 
С.М.Кирова, серия исторических наук, 1966, №8, с.90-97. 
7. Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşı-
lıqlı münasibətləri: XV-XVI əsrlər. Bakı, Kür nəşriyyatı, 2004. – 
151s. 
_________________________ 
Cavid ƏLİSGƏNDƏRLİ 
Bakı Dövlət Universiteti 
E-mail: javid_alisgandarli@yahoo.com 
 
AMERİKALI TƏDQİQATÇILAR PETER BENCEMEN 
GOLDEN, JUSTİN MCCARTHY, ERİCA MARAT VƏ 
BÖYÜK BRİTANİYALI TƏDQİQATÇI EDVARD 
PARKERİN TÜRK TARİXİNƏ BAXIŞLARI 
Açar sözlər: Peter Bencamen Qolden, Justin McCarthy, Erica 
Marat, Edvard Parker, türk dünyasının araşdırılması, türk xalqları 
tarixi, türk kimliyi 
Türk tarixi ilə, xüsusən də qədim dövr və orta əsrlər tarixi ilə 
bağlı araşdırmalar etməli olan hər bir tədqiqatçı “türk xalqları öz ta-
rixlərini  yazmamışlar” deyir.  Lakin türklərin öz tarixlərini  yazma-
dıqlarına  rəğmən,  tarixləri  çox  hallarda  saxtalaşdırılsa  da,  qonşu 
xalqlar və dövlətlər tərəfindən həm yazılıb, həm də araşdırılıb. Mə-
lum elm sahələri sırasında qədim və müasir türk xalqlarının dilləri-
ni, ədəbiyyatını, tarixini, folklorunu, dinini, etnoqrafiyasını, maddi 
və mənəvi mədəniyyətini və s. öyrənən Türkologiya elmi də möv-
cuddur.  Dərslərimizdə  Türk  xalqları  tarixi  üzrə  araşdırmalardan 
bəhs edərkən qərb müəlliflərindən alman şərqşünası İ.Markvart, al-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə