Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə54/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
163
 
man tarixçisi F.Althaym, fransalı şərqşünas J.Dekink, fransalı tarix-
çi R.Qrişman, ingilis tarixçisi K.Qordonun adlarını çəkir (1, səh.39-
43),  onların  əsərlərinə  istinadlar  edirik.  Lakin  müasiri  olduğumuz 
qərb araşdırmaçıları haqda məlumatlar az yer veririk. Ən yaxşı hal-
da,  Azərbaycan  tarixi  üzrə  bu  və  ya  digər  dərəcədə  araşdırmaları 
olan amerikalı tarixçilər Tadeuş Svyatoxovski (2) və Odri Altştadt 
(3), beynəlxalq siyasət üzrə araşdırmaçı Brenda Şaffer (4) və b. bir 
neçə digər tədqiqatçının adını çəkməklə kifayətlənmiş oluruq. Əs-
lində  isə  hazırda  dünyanın  bir  çox  ölkələrində  türkologiya  üzrə 
araşdırmaların aparılması işi davam etdirilir. Bolqarıstanda, Maca-
rıstanda,  Polşada,  Almaniyada,  İsveçdə,  Böyük  Britaniyada,  Fran-
sada,  ABŞ-da  və  bir  sıra  b.  ölkələrdə  bu  və  ya  digər  adlarla  elmi 
mərkəzlər, müstəqil tədqiqatçılar türk dünyası məsələlərini araşdır-
maqdadırlar. Məruzədə ABŞ və Böyük Britaniya tədqiqatçılarından 
bir  neçəsinin  türk  dünyası  məsələləri  üzrə  araşdırmaları  haqqında 
məlumat  veriləcək.  Haqqında  məlumat  veriləcək  araşdırmaçıların 
hansı kriteriyalara görə seçildiyi məsələsinə gəlincə, qeyd edim ki, 
tədris  prosesində  və  elmi  araşdırmalarımızda  əsərlərindən  istifadə 
etdiyimiz, müəyyən qədər faydalandığımız müəlliflərin araşdırma-
larından danışılıcaq. Xususi qeyd etmək istərdim ki, qərb müəlliflə-
ri  türk  xalqları  və  ya  dövlətləri  ilə  bağlı  araşdırmalarını  sırf  “türk 
dünyası”  və  ya  “türk  xalqı”  adı  ilə  aparmırlar.  Daha  çox  regiona, 
konkret  olaraq  hansısa  dövlətə  və  ya  məsələyə  görə  araşdırma 
edilir. 
Amerikalı tarixçi türkoloq, islamşünas, Rutter Universitetinin 
(1766, Nyu Cersi ştatı) professoru, Yaxın Şərq ölkələri üzrə tədqi-
qatlar Mərkəzisinin elmi rəhbəri Peter Bencamen Qolden (Peter B. 
Golden) türk tarixinin orta əsrlər dövrü üzrə tədqiqatcıdır. Türklərin 
mənşəyi və formalaşması, xəzərlər, qıpçaqlar, oğuzlar, onların mən-
şəyi, dini görüşləri, miqrasiyası, siyasi və mədəni təsiri, “Mahmud 
Qaşqarinin türk dünyası” və s. məsələlər haqda çoxsaylı araşdırma-
ların müəllifidir. “Türk xaqlları tarixinə giriş” kitabı türk dilinə tər-
cümə edilərək Türkiyədə nəşr edilib (5; 6). Türk, rus, alman, fran-
sız,  ərəb,  fars,  yunan,  latın,  macar  və  gürcü  dillərini  bilməsi  ona 
araşdırmalarını  mənbələr  əsasında  aparmasına  imkan  verir  ki,  bu 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
164
 
məqam onun tədqiqatlarının türk tarixini öyrənmək, öyrətmək, həm 
də araşdırmalarımızda istifadə etmək baxımından əhəmiyyətini bir 
az daha artırmış olur. 
ABŞ-ın  Louisville  Universitetinin  (1798,  Kentucky)  profes-
soru, tarixçi, demoqraf Justun A.McCarthynin əsas tədqiqat sahələri 
Osmanlı imperiyası, Balkanlar, Orta Şərq tarixi məsələləridir. Müx-
təlif  illərdə  ABŞ-ın  Kaloforniya  (UCLA)  və  Prinston  (Princeton 
University) Universitetlərində,  Böyük  Britaniyanın  London SOAS 
Universitetində, Türkiyənin Orta Doğu Teknik, Ankara və Boğaziçi 
Universitetlərində çalışmışdır (7). Həmçinin Türkiyə Araşdırmaları 
İnstitutunun (İnstitute of Türkish Studies) idarə heyətinin üzvüdür. 
Justun A.McCarthy araşdırmalarında türk kimliyi, Osmanlı türklə-
rində dövlətçilik, Osmanlı idarəsi altında olan Balkanlarda və Orta 
Şərqdə idarəçilik və milli məsələlərə xüsusi önəm verir. Osmanlıda 
etnik  məsələdən  bəhs  edərkən  McCarthy  ermənilərin  soyqırım  id-
diaları məsələsinə də toxunur, soyqırım deyil, savaş olduğunu və bu 
savaşda ermənilərin də, türklərin də öldürüldüyünü deyir. Hətta Os-
manlıda yaşayan ermənilərin sayının məqsədli şəkildə artırıldığını, 
rus mənbələri ilə müqayisə edildikdə, əslində bu rəqəmlərin düz ol-
madığının aşkar göründüyünü bildirir. Erməni soyqırımı olması id-
diasının  əksinə  göstərir  ki,  XIX  əsrdə  Rusiya  Balkanları  öz  təsir 
dairəsinə daxil etmək məqsədilə Osmanlının xristian millətlərindən 
istifadəyə başlamış, nəticədə onlar mütəmadi olaraq üsyanlar və qi-
yamlar  qaldırmış  (8),  dövlət  də  onların  qarşısını  almaq  üçün  güc 
tətbiq etmək məcburiyyətində qalmışdı. Bu üsyanlar zamanı həmçi-
nin milyonlarla müsəlman yaşadığı ərazilərdən qovulmuş, qətl edil-
mişdir (9). Amerika Erməni Komitəsi  bu  fikirlərinə  görə McCart-
hynin Türkiyə höküməti ilə əlaqələri haqqında iddialarla çıxış edir. 
ABŞ-ın  və  Avropanın  “Mərkəzi  Asiya-Qafqaz  İnstitutu  və 
İpək  Yolu  Araşdırmaları  Birləşmiş  Mərkəzi”nin  (“Central  Asia-
Caucasus  Institute  &  Silk  Road  Studies  Program  Joint  Center”) 
əməkdaşı fəlsəfə doktoru Erika Marat elmi dərəcəsini Almaniyada 
Bremen Universitetində almışdır. Postmüstəmləkə ölkələrində döv-
lət quruculuğu, hərbi institutlar, mütəşəkkil cinayətkarlıq məsələləri 
üzrə mütəxəssisdir. Araşdırmaları daha çox Mərkəzi Asiya regionu 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
165
 
ilə, başqa sözlə, həm də türk dünyasının böyük bir hissəsinin müa-
sir dövrünün tədqiqi ilə bağlıdır. Ümumiyyətlə “Central Asia-Cau-
casus Institute & Silk Road Studies Program” ABŞ-da və Avropada 
aparıcı  analitiklərin,  mütəxəssislərin  birlikdə  çalışdığı,  İpək  yolu 
ölkələrinin  problemlərinin,  inkişaf  səviyyələrinin  və  digər  əlaqəli 
məsələlərin  hərtərəfli  araşdırıldığı  nüfuzlu  mərkəzlərdən  biridir. 
Vaşinqtonda və Stokholmda ofisləri var. Erica Marat “Mərkəzi Asi-
yada dövlət və cinayətkarlıq arasında əlaqə: Qırğızıstanda və Taci-
kistanda dövlətin gücsüzlüyü, mütəşəkkil cinayətkarlıq və korrupsi-
ya” (10), “Mərkəzi Asiyada dövlət və hərbi qüvvələr: Qırmızı Or-
dudan  müstəqilliyə  qədər”  (11),  “Tülpan  inqilabı:  Qırğızıstan  1  il 
sonra”  (12)  kitablarının,  həmçinin  bir  çox  digər  araşdırmaların 
müəllifidir. 
Və son olaraq, XIX əsr araşdırmaçısı tərəfindən yazılmış, gü-
nümüzdə təkrar nəşrlə yenidən elmi ictimaiyyətə təqdim olunmuş 1 
tədqiqat haqda. Böyük Britaniyanın Mançestr Viktoriya Universite-
tinin professoru, çinşünas alim Eduard Parker 1893-1894-cü illərdə 
Çində olarkən şəhər perfekti ona Çin tarixi üzrə orijinal materialları 
təqdim etmiş və müəllif həmin materialların əsasında “Tatarların ta-
rixindən 1000 il” kitabını (13) yazmışdı. Kitabda türk tarixi ilə bağ-
lı  hələ  də  cavab  axtarılan  suallar  haqda  məlumatlar  tapmaq  olur. 
Məsələn, tatarların türk olub olmaması hər zaman mübahisə doğu-
ran suallardan olmuşdur. Parker yazır ki, 1000 il boyu Avrasiya qi-
təsində köcəri dünya (köçəri həyat tərzi sürən tayfalar) monotərkibli 
olmuş. “tatar” adı isə köçəri dünyanın (köçəri həyat tərzi sürən bü-
tün tayfaların) ümumi adı olmuşdur. Başqa sözlə, quen-nu (xunnu), 
skiflər, hunlar və tükrlər eyni tayfanın, eyni xalqın tarixi inkişafın 
müxtəlif  mərhələlərində  mövcud  olmuş  müxtəlif  adlarıdır.  Köçəri 
tayfaların dəyişməyən adı isə “tatar” olmuşdur. Hətta Çin mənbələ-
rində tatar adına türk adından 738 il əvvələ aid məlumatlarda (13, 
səh.24)  rast  gəlindiyini,  bu  adın  sonradan  formasını  dəyişərək 
“türk” kimi işlənməyə başladığını yazır (13, səh.8-10). Ümumilikdə 
türk tarixinə aid maraqlı məlumatlarla zəngin olan bu kitab 2003-cü 
ildə Kazanda yenidən nəşr edilib. Kitaba marağın çox olması səbə-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə