Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə57/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   53   54   55   56   57   58   59   60   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
172
 
 
LƏMAN ƏSƏDZADƏ 
Bakı Dövlət Universiteti 
Tarix fakültəsi, I kurs tələbəsi 
E-mail: lamanasadzadeh@mail.ru 
 
TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR ƏSMƏD 
MUXTAROVA VƏ ONUN TÜRK XALQLARININ 
TARİXİNƏ DAİR ARAŞDIRMALARI 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Xatirə AĞAYEVA 
Bakı Dövlət Universiteti 
Açar sözlər: Bakı Dövlət Universiteti, Türk xalqları tarixi kafedrası, 
Əsməd Muxtarova, türk xalqlarının dövlətçilik tarixi, Tarix və onun 
problemləri jurnalı 
Qədim türklərin (hunlar, uyğurlar, karluklar, avarlar, bulqar-
lar,  xəzərlər,  balkarlar,  səlcuqlar,  qıpçaqlar,  xakaslar  və  b.)  tarixi 
qeyri-adi  zənginliyə  malikdir.  Bu  səbəbdən  türklərin  tarixinin  də-
rindən  tədqiqi  həllini  tapmayan  vacib  məsələlərdən  biridir.  Azər-
baycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bir sıra ali 
məktəblərdə “Türk xalqlarının tarixi” adlı yeni kurs tədris olunma-
ğa başladı. “Türk xalqlarının tarixi” kursunun başlıca vəzifəsi dün-
yanın bir çox ölkələrində əsrlər boyu yaşayıb-yaradan, dünyaya elm 
və mədəniyyət xəzinəsini zənginləşdirən bu xalqin tarixini sistemli 
şəkildə ümumiləşdirmək və şərh etməkdən ibarətdir. 
Türk xalqları tarixinin öyrənilməsində və tədris olunmasında 
məqsəd tələbələrə bu qədim xalqın tarixinə aid məlumat verməkdən 
ibarətdir.  Bu  xalqın  tarixinin  öyrənilməsinin  bir  sıra  səbəbləri  də 
vardır.  Türkləri  bir-birindən  təcrid  etmək,  onların  qədim  dövlətə 
mədəniyyətə malik olduğunu göstərməmək, yeni nəslin dünyagörü-
şündə bu xalqın qədimliyinin formalaşmasına yol verməmək sovet 
milli siyasətinin başlıca məqsədi idi. Vaxtilə çox böyük ərazidə ya-
şayan və əsrlər boyu bu ərazilərdə türk mədəniyyəti və tarixinin qa-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
173
 
lıqlarını sübüt edən xalqın böyüklüyünü mənəvi zənginliyini qəbul 
etmək Sovet milli siyasətinə qətiyyən uyğun gəlmirdi. 
Başqa xalqların tarixi yaxşı tədqiq olunduğu və dünyaya qə-
dim  bir  xalq  kimi  tanıdıldığı  halda  türk  xalqlarını  öz  kökündən 
uzaqlaşdırmaq üçün onların ümumi tarixi arasında qəsdən uçurum-
lar yaradılır, bir-birindən təcrid edilmiş halda tədqiqata cəlb edilir-
di. Türk xalqları tarixinin öyrənilməsi bir sıra çətinliklərlə bağlıdır. 
Qədim və erkən orta əsrlər dövründə türk xalqlarının tarixinin daha 
dərindən  öyrənilməsi  üçün  kifayət  qədər  mənbə  yoxdur.  Mövcud 
olan  tarixi  faktların  müxtəlif  dillərdə  olması,  mənbələrin  pərakən-
dəliyi çətinliklər yaradıb. 
Buna baxmayaraq, türk xalqları tarixini araşdıran professorlar 
olmuşdur.  Bunlardan  biri  Əsməd  xanım  Muxtarovadır.  Əsməd 
İmamməmməd qızı Muxtarova Bakı şəhərinin Buzovna qəsəbəsin-
də anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti-
nin  (indiki  Bakı  Dövlət  Universiteti)  tarix  fakültəsini  fərqlənmə 
diplomu ilə bitirib. 1967-1970-ci illərdə tarix fakültəsinin əyani as-
pirantı olub. 1971-ci ildən həmin fakültədə işləyir. 1974-cü ildə na-
mizədlik,  1991-ci  ildə  doktorluq  dissertasiyalarını  müdafiə  edib. 
1993-cü  ildən  Bakı  Dövlət  Universitetinin  tarix  fakültəsinin  pro-
fessorudur  türk  xalqlarının  qədim  dövr  və  orta  əsrlər  tarixi  tədris 
edir. 1999-cu ildən “Türk xalqları tarixi” kafedrasının (2004-cü ilə 
qədər “Türk və Qafqaz xalqları tarixi” kafedrası) müdiri vəzifəsin-
də çalışır. 
Əsməd xanım 1997-ci ildən nəşrinə başlanmış və artıq 80 sa-
yı nəşr olunmuş “Tarix və onun problemləri” elmi, nəzəri, metodik 
jurnalın təsisçisi və baş redaktorudur. Jurnalda bir çox professorla-
rımızın, eləcə də Əsməd xanımın elmi məqalələri dərc olunmuşdur. 
Təkcə yerli alim və professorlarımızla yanaşı xarici ölkələrdə də bu 
jurnala isti münasibət vardır. Jurnal vasitəsilə bir çox xarici ölkələr-
lə əlaqə yaradılmışdır. 45-dən çox elmi məqalənin, proqram, dərslik 
və dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifi bir çox nəşrlərin elmi 
redaktorudur. “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” 
dərsliyinə görə “Sara xatun” diplomuna layiq görülmüşdür. 2002-ci 
ildə nəşr olunmuş “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
174
 
və orta əsrlər)” adlı dərs vəsaitinin müəllifidir. Azərbaycan Respub-
likası  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının,  Bakı 
Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvüdür (1, səh.446). 
Yuxarıda  qeyd  edildiyi  kimi  Əsməd  Muxtarova  dərslik  və 
dərs  vəsaitinin  müəllifidir.  “Türk  xalqlarının  tarixi”  dərsliyi  Ali 
məktəblərdə Türk xalqları tarixi fənninin tədrisi üçün qiymətli və-
saitdir. Dərs vəsaitində Əsməd xanım türk xalqlarının tarixinə dair 
mübahisəli məsələlərə konkret olaraq bir aydınlıq gətirmiş və türk-
lərin  qədim  dövrdən  bəri  qaranlıq  qalan  tarixi  işıqlanmışdır.  Bizə 
məlumdur  ki,  qədim  türklərin  soykökü  məsələsi  tarixçilər  tərəfin-
dən birmənalı qarşılanmamışdır. Türklərin soykökü ilə bağlı əsassız 
konsepsiyalar mövcud idi. Bəzi rus və Avropa tarixçiləri skif, sak, 
kimmer tayfalarının iran mənşəli olması ilə bağlı fikirlər irəli sürə-
rək  türkləri  soykökündən  uzaqlaşdırmağa  çalışırdı.  Lakin  Əsməd 
xanım tutarlı dəlillər və faktlarla bu tayfaların türk tayfaları olma-
sını  təsdiqləyir.  Dərslikdə  maraq  doğuran  hissədən  biri  də  eradan 
əvvəl Mərkəzi Asiyadakı etnosiyasi durumdur. Dərsliyin bu hissə-
sində  Əsməd  xanım  türklərin  soykökü  və  mənşəyi  məsələsinə  to-
xunmuş, tutarlı dəlillər və faktlarla eradan əvvəl Mərkəzi Asiyada 
türklərin  yaşadığını  və  təqdirə  layiq  bir  mədəniyyət  yaratdıqlarını 
sübut etmişdir. Bu faktlar və dəlillər türklərin hələ qədim dövrlər-
dən bəri dövlətçilik ənənələrinə malik və erkən sivlizasiyanın yara-
dıcıları olduqlarını təsdiqləyir. Əsməd xanım dərsliyə ilk dəfə ola-
raq  Şimali  Qafqazın  türk  xalqları  olan  kumıklar,  noqaylar,  qara-
çaylar, balkarlar haqqında elmi araşdırmalarını əlavə etmişdir. 
Əsməd Muxtarova “Türk xalqlarının dövlətçilik tarixi (qədim 
dövr  və  orta  əsrlər)”  adlı  dərs  vəsaitində  türk  xalqlarının  tarixinə 
dair gizli qalan tarixi həqiqətləri danilmaz bir fakt kimi aydınlaşdır-
mışdır.  Professor  dərslikdə  e.ə.I  minilliyin  əvvəllərindən  etibarən 
kimmerlərin, skiflərin, sarmatların Cənub-Şərqi Avropaya gəlmələ-
rini və bu dövrdə onların dövlətçilik tarixini tədqiq edib. Əsməd xa-
nım qədim dövrdə türk xalqlarının dövlət qurumlarını iki yerə ayı-
rıb. 1.Sırf köçəri maldar ellərin (kimmerlər skiflər saklar masaqetlər 
sarmatlar  şərqi  hunlar)  hərbi  demokratiyaya  əsaslanan  qurumları; 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə