Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə58/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   54   55   56   57   58   59   60   61   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
175
 
2.Maldar  ellərin  oturaq  əhalisi  olan  ölkələrdə  hərbi  demokratiya 
qurumları (2, səh.129). 
Dərsliklərin  təhlilindən  də  aydın  olur  ki,  Əsməd  Muxtarova 
Türk xalqlarının qədim dövr və orta əsrlər tarixini tədqiq edir. Dərs 
vəsaitlərindən,  monoqrafiyalardan,  elmi  məqalələrdən  başqa  Əs-
məd xanım beynəlxalq seminar, simpozium və konfranslarda da iş-
tirak  etmişdir.  Bir  çox  fəxri  diplomlarla  təltif  olunan  Professor 
2006-cı  ildə  Azərbaycan-Koreya  Mədəniyyət  Mübadiləsi  Assosia-
siyasının təşkil etdiyi konfransda iştirak etmişdir. 1997-ci ildən nəşr 
olunmasına  başlanmış  təsisçi  və  baş  redaktoru  olduğu  “Tarix  və 
onun  problemləri”  elmi  nəzəri  metodik  jurnal  vasitəsilə  Sankt-Pe-
terburqun Azərbaycanlı diasporası ilə, Moskva Dövlət Universiteti 
ilə, Daşkənd Universiteti ilə, İsrail, İran, Almaniya ilə əlaqələr ya-
ratmışdır. Professorun baş redaktoru olduğu jurnalda iyirmidən çox 
elmi məqaləsi (“Fədakar elm adamı”, “Ustad alim və Böyük müəl-
lim”,  “Türk  xalqlarının  tarixşünaslığı”,  “Skiflər,  Qafqaza  yürüşlə-
ri”,  “Dünya  və  milli  mədəniyyətin  korifeyləri”,  “Türk  xalqlarının 
orta əsrlərdə məişəti və mənəvi mədəniyyəti” və s.) çap olunmuş-
dur.  “Azərbaycanın  müasir  Türk  dünyasına  inteqrasiya  prosesi  və 
Heydər Əliyev” məqaləsində  görkəmli dövlət xadimi, Azərbaycan 
xalqının ümümmilli lideri Heydər Əliyevin türk dünyasının birliyi 
üçün atdığı siyasi addımları və dünya birliyinin türk xalqlarının ta-
rixinə dair fikirlərini araşdırmışdır. Bu araşdırmanında bir sıra özəl-
likləri  var.  Heydər  Əliyevin  çoxtərəfli  gərgin  fəaliyyəti  sayəsində 
cəmiyyətin  bütün  sahələrində  həyata  keçirilən  islahatların  nəticəsi 
olaraq  Azərbaycan  Respublikası  Avropa  Şurasına  bərabərhüquqlu 
üzv  qəbul  edilərək  ümumavropa  ailəsinə  qovuşdu  və  burada  öz 
layiqli yerini tutdu. Heydər Əliyev nəinki Azərbaycan Respublika-
sının  yeni  siyasət  xəttini  müəyyən  etdi,  həmçinin,  bu  siyasətin 
həyata keçirilməsinin yollarını, vasitələrini, üsul və metodlarını da 
dəqiq və məharətlə düşünüb hazırladı (3, səh.37). Məhz bütün bun-
lara görə Əsməd xanım Heydər Əliyev irsini tədqiq etmişdir. 
Əsməd  Muxtarova  təkcə  türk  xalqlarının  dövlətçilik  tarixini 
deyil, həm də zəngin mədəniyyə yaratmış türklərin xalq yaradıcılı-
ğını,  dini  inanclarını  tədqiq  etmiş  və  yazdığı  elmi  məqalələrdə  bu 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
176
 
mövzuya da toxunmuşdur. “Qədim dövr və orta əsrlərdə qırğızlarda 
din və şifahi xalq yaradıcılığı” məqaləsi 2014-cü ildə çap olunmuş-
dur. Elmi məqalədə qədim və orta əsrlərdə qırğızlarda dini inanclar, 
həmçinin islamın qəbul  edilməsi  və  yayılması, şifahi  yaradıcılığın 
bu xalqın mədəniyyətinin inkişafında mühüm yer tutması və s. mə-
sələlər haqqında məlumat verilir (4, səh.56). 
Əsməd Muxtarovanın elmi araşdırmalarının yekunu olan mə-
qalələr müxtəlif dillərdə  (azərbaycan, ingilis,  rus) və müxtəlif jur-
nallarda  çap  olunmuşdur.  2016-cı  il  dekabrın  8-də  Londonun 
“Central Asian Survey” jurnalında Əsməd xanımın “The history of 
Turkish and Caucasian nations” başlığı altında elmi məqaləsi dərc 
olunmuşdur. Çox fəxredici bir haldır ki, məhz Əsməd Muxtarova-
nın  səyləri  nəticəsində  türklərin  tarixi  ilə  Avropa  dövlətləri  tanış 
olmuş olur. 
Savadlı  tədqiqatçının  türk  xalqlarının  öyrənilməsində  böyük 
əməkləri  olmuşdur.  Bunun  nəticəsidir  ki,  Əsməd  xanımın  yazdığı 
dərsliklər Azərbaycanın müxtəlif rayonlarında da tələbələr və müəl-
limlər tərəfindən təkrar-təkrar oxunur: 
“Kitabınızı  oxuyanda  mənə  sanki  ruhi-qida  verir.  Kitabınızı 
çoxdan oxumuşam. Ancaq sizin aşkarladığınız çox maraqlı faktları 
yenidən yada salmaq üçün hal-hazırda da oxuyuram. “Türk xalqla-
rının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyiniz olduqca çox çə-
tin,  həm  də  ən  ağır  və  böyük  zəhmətin  bəhrəsidir.  Buna  görə  də 
mən sizə baş əyirəm. Sizə daha da böyük uğurlar, eləcə də ən yük-
sək nailiyyətlər arzu edirəm”. 
Bütün bu təqdiqatları, elmi məqalələri, araşdırmaları onu sü-
but edir ki, Əsməd Muxtarova türk xalqlarının tarixi həqiqətlərinin 
dünyaya  çatdırılmasında  ən  çox  əməyi  olan  tarixi  tədqiqatçıdır. 
Məhz respublikada ilk  dəfə türk xalqlarının  qədim dövrdə  və  orta 
əsrlərdə  tarixinə  dair  tədris  proqramı  və  metodik  vəsait  yazıb  çap 
etdirən Əsməd Muxtarovadır. Müəllif dərsliklərini, monoqrafiyala-
rını  yazarkən,  ümumilikdə,  100-dən  çox  müxtəlif  dillərdə  olan 
mənbələrdən istifadə etmişdir. Bu əvəzsiz əməyinə görə Əsməd xa-
nım  Muxtarova  “Sara  xatun”  diplomu  ilə,  “Hun  tarixçi  alim”, 
“Qızıl Qələm” mükafatları ilə, 2014-cü ildə “Fəxri Fərman”la təltif 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
177
 
olunmuşdur.  Ali  məktəblərdə  tədris  olunan  dərslikləri  isə  tədqiqat 
səviyyəsindədir.  Tədqiqatçının  elmi  irsi  əvəzsiz,  uzunluğu  ölçülə 
bilməyəcək qədər dərin bir dəryadır. 
ƏDƏBİYYAT 
1. Əsməd Muxtarova. Türk xalqlarının tarixi (qədim dövr və orta 
əsrlər). Ali məktəblər üçün dərslik. Bakı, “Adiloğlu” nəşriyyatı, 
2008. - Səh.448. 
2. Muxtarova Ə.İ. Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və 
orta əsrlər). Bakı, 2002. - Səh.136. 
3. Əsməd Muxtarova. Azərbaycanın müasir türk dünyasına inteqra-
siyası prosesi və Heydər Əliyev // “Tarix və onun problemləri” 
jurnalı, №2, 2013, s.34-40. 
4. Əsməd Muxtarova. Qədim dövr və orta əsrlərdə qırğızlarda din 
və şifahi xalq yaradıcılığı // “Tarix və onun problemləri” №2, 2014, 
s.50-56. 
_________________________ 
III Bölmə 
Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi məsələləri (2) 
İsmayıl FAXTİYEV 
Sumqayıt Dövlət Universiteti, 
tarix fakültəsi, III kurs tələbəsi 
E-mail: faxtiyev123@gamil.com 
 
XƏZƏR TÜRKLƏRİNDƏ TOLERANTLIQ ƏNƏNƏLƏRİ 
Elmi rəhbər
Müəllim Aytən ƏSƏDOVA 
Sumqayıt Dövlət Universitetinin müəllimi  
Açar sözlər: Xəzər türkləri, tolerantlıq, tarix , multikulturalizm, 
barış 
Azərbaycanın  tarixən  tolerant  və  multikultural  dəyərlərə  sa-
hib  olduğunu  dünya  ölkələrinə  sübut  edən  tarixi  faktlardan  biridə 
Xəzər türkləridir. Xəzərlərin tolerantlığını və multikultural dəyərlə-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə