Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə59/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   55   56   57   58   59   60   61   62   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
178
 
rini səciyyələndirən cəhətlər, onun ən çətin tarixi bir dövrdə və ən 
çətin bir strateji mövqedə  yerləşməsi idi. Bir tərəfdə  yeni çiçəklə-
nən və İslam dininə əsaslanan Ərəb Xilafəti, o biri tərəfdə xristian-
lığı  başlıca  dəyərə  çevirmiş  Bizans  imperiyası,  digər  tərəfdə  isə 
Zərdüşt dininə sitayiş edən Sasani imperiyası yerləşirdi. Hər üç im-
periyada müxtəlif dinə sitayiş edən insanlar dini təziqlərə və təqib-
lərə məruz qalmış və həmin dövrdə hamısının üz tuta biləcəyi ye-
ganə məkan “Barış Yurdu” olan Xəzər Xaqanlığı olmuşdur.Bu gün 
tolerantlıq və multikulturalizm adlandırılan nəsnələr tarixən Xəzər 
türklərinin həyat tərzi olmuşdur. 
İbn Fazlan öz Səyahətnaməsində Xəzər Xaqanlığının əhalisi-
nin mehriban və xoşxasiyyətli insanlar olduğunu  qeyd  edir. Məhz 
bu səbəblərdən idi ki, buraya dini zorakılıqda əziyyət çəkən insan-
lar axışıb gəlirdilər. Burada tam bir tolerantlıq höküm sürürdü. Bir 
çox yerlərdə təqiblərə məruz qalan bütün yəhudilər demək olar ki, 
buraya üz tuturdu. Xəzərlərin bu dini mənimsədikləri tarix və yəhu-
dilərin  ilk  olaraq  nə  vaxt  və  haradan  bu  bölgəyə  gəldikləri  haqda 
mənbələrdə fərqli tarixlər mövcuddur. İbrani qaynaqlarına görə bu 
tarix 8-ci əsrin ilk illəridir. Ərəb tarixçisi  əl-Məsudi isə bu tarixin 
Xəlifə Harun ər-Rəşidin (786-809) zamanında olduğunu qeyd edir. 
Yəhudilər 730-740-cı illərdə həm Bizansda, həm də islam ölkəsin-
də təqiblərə məruz qaldıqları üçün Qafqazdan keçərək xəzərlərə sı-
ğınmışlar. Bizans imperatoru III leonun bütün yəhudilərin xristian-
laşmasını əmr etməsindən sonra öz dinlərinə sadiq qalmağı hər şey-
dən üstün tutan yəhudilər Xəzər imperiyasına sığınmışlar. Yəhudi-
lər təkcə Bizansdan deyil, o cümlədən, Ərəb xilafətindən və Sasani-
lərdən  qaçıb  buraya  gəlirdilər.  Bu  isə  bir  daha  Xəzərlərin  tolerant 
olmasının əyani təzahürü idi. 
Yaşadığımız bölgədə də Xəzər adı ilə bağlı bir çox toponim-
lərə rast gəlmək mümkündür. Xəzərlərin bu torpağa gəlişi 192-213-
cü illərə təsadüf edir. Dağlıq Qarabağda Xəzərdağ, Ordubad rayo-
nunda Xəzəryurd, Ararat vadisində Xəzərqlux (ermənicə qlux “tə-
pə” deməkdir) və başqa toponimlər məhz həmin əsrlərdə xəzərlərin 
oralarda məsgunlaşması ilə bağlıdı. Xəzərlərin kəbər tayfasının adı 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
179
 
ilə bağlı (Azərbaycanda Kəbirli toponimləri onunla bağlıdır). Şərur 
–Dərələyaz mahalında keçən əsrdə Kəbirli kəndi də vardı. 
Məşhur rus tarixçisi L.N.Qumilyov da Xəzərlərin bütün din-
lərə  qarşı  tolerant  olduğunu  bildirmişdir.  Əsərini  burada  yazdığını 
bildirən ərəb mütəfəkkiri  əl-İdrisinin Xəzərlərin tolerantlığına dair 
fikirlər bildirməsi isə həmin dövrdə Xəzər tolerantlığının müzakirə 
predmenti  olmasının  göstəricisidir.  Xəzərlər  ədalət  və  tolerantlığı 
ilə şöhrət qazanmışdılar. 
Xəzər ölkəsində kilsə, məscid və senaqoqlar yan-yana yerlə-
şirdi.Həmin dövr üçün bu cür hallar xarakterik deyildi. Bütün dinlə-
rə bərabərhüquqlu azadlıqlar verilmişdi. Hər millət öz dilində iba-
dət edə bilərdi.Bütün dinlər rahat şəkildə öz misyonerlik fəaliyyəti 
vasitəsilə öz dinlərini təbliğ edə bilərdi. 
Bu gün Azərbaycanın tolerantlıq və multikulturalizm modeli 
dünya arenasına nümunə kimi təqdim olunur. Dünyada insan ami-
linə qarşı yönələn xoşagəlməz hadisələrin baş verdiyi bir zamanda 
Azərbaycanın  bütün  dünyaya  barış  mesajları  olan,  ümümbəşəri 
dəyər sayılan multikulturalizm nümayişi qloballaşan dünyada Azər-
baycanın sülhə çağırışı və barışa olan töhvəsidir. 
ƏDƏBİYYAT 
1. Azərbaycan yəhudilərin rahat və təhlükəsiz yaşadığı ölkədir
“Azərbaycan qəzeti”, 2006-cı il 17 may, s.3. 
2. Avcıoğlu Doğan. Türklerin Tarihi, C-1, İstanbul, 1986. 
3. Gömeç Saadettin. Eski Türk inancı üzerine bir özet. Ankara, 
2003. 
4. H.Əliyev Fondu. “Azərbaycan” kitabı. Nəşriyyat Meqa-Basım. 
2009. 
5. Mehriban Əliyeva. Xoş niyyət. Bakı. 2014. 
_________________________ 
 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
180
 
 
Füzuli RAMAZANOV 
Bakı Dövlət Universiteti, 
SABAH qrupu IV kurs tələbəsi 
E-mail: fizuli.ramazanov.92@mail.ru 
 
OSMANLI DÖVLƏTİNİN YARADILIŞI HAQQINDA 
Açar sözlər: Qayılar, Ərtoğrul Qazi, Osman Qazi, Osmanlı dövləti-
nin yaradılışı 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Orta çağ dönəmində yaradılmış ən qüdrətli dövlətlərindən biri 
olan Osmanlı – qövm-kökən etibarilə türk, dini baxış etibarilə islam 
ünsürlərini  özündə  ehtiva  edərək  formalaşan  tipik  şərq  (türk  –  is-
lam) dövlətidir. VII əsr hökm sürmüş Osmanlı dövləti tarixin artan 
inkişaf  mərhələrində  Asiya,  Avropa  və  Afrika  qitələrinin  ictimai- 
siyasi  həyatlarında  baş  vermiş  hadisələrində  mühüm  rol  oynamış-
dır.  Bu  baxımdan  da,  Osmanlı  tarixinin  araşdırılması  və  tədqiqi 
Şərq tədqiqatçıları qədər, Qərb tarixçi və araşdırmaçıların da daim 
diqqət  mərkəzində  olmuşdur.  Xüsusən  də  Xaçlı  yürüşlərinin  və 
Monqol basqınlarının davam etdiyi bir dönəmdə Anadolu Səlcuqlu 
dövlətinin çökməsi və bu ərəfədə Səlcuqlu dövlətinin ana təməlləri 
üzrində yeni bir türk xanədanlığının yaradılışı. Osmanlı dövlətinin 
yaradılışı  baxımından  Azərbaycan  tarixşünaslığında  araşdırılımış 
xüsusi bir tədqiqat əsəri yoxdur. Buna görə də Türk xalqları tarixi-
nin Erkən Osmanlı dövrünün tədrisi ilə bağlı bir boşluq sezilir. 
Dövlətin  yaradılması  araşdırılarkən  düşünürəm  ki,  Anadolu-
nun XI – XIII əsrlər tarixi üzərində durmaq lazımdır. Hansı ki bu 
coğrafi  alana  yayqın  oğuz-türkmən  köçləri  məhz  bu  dönəmdə  baş 
verdi və Oğuz-türkmən köçləri ilə Anadolunun türkləşməsi yaşandı. 
Osmanlı dövlətini yaradanalarda bu köçərlərdə yer almış Oğuzların 
qayı  boyudur.  Qayı  “güc  və  qüdrət”  deməkdir.  Qayılar  Oğuzların 
sağ qolunda yer olan Bozoxların, Günxan qolunun ən böyük boyu-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə