Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə60/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
181
 
dur. Qayı xan Oğuz xaqanın ən böyük oğludur. Buna görə də Qayı-
lara oğuz boyları arasında ehtiramla yanaşılmışdır. 
Qayılarla bağlı qısaca bir məlumatı da qeyd edim ki; J.Mar-
quard və bəzi qərb tarixçiləri oğuzlardan olan “Qayıları”, Monqol-
lara mənsub qəbilələrdən “Qaylar”la birləşdirməyə çalışan mülahi-
zə irəli sürmüşlər. Fəqət Qayılarla Qaylar arasında ən kiçik bir qö-
vüm  bağlılığı  olmadığı  toponomik  və  filoloji  dəlilərlə  sübut  edil-
mişdir. 
Köçəri həyat tərzi sürən Qayılar Anadoluya iki ayrı dönəmdə 
iki  ayrı  qol  halında  daxil  olublar.  Birinci  əhəmiyyətli  Qayı  boyu 
1071-ci il Malazgirt Zəfəri ilə Anadoluya daxil olmuş və sonrakı il-
lərdə  güclənərək  Artuklu  bəyliyini  yaratmışlar.  Xorasan  və  Mərv 
alanında yaşamlarını sürdürən bir digər Qayı qolu isə Monqol hü-
cumları nəticəsində Böyük Səlcuqlu Dövlətinin 3 uc sərhəd xətin-
dən biri olan Qərb sərhəd xəttinə doğru çəkilmiş və XII əsrin sonla-
rında Xarəzmşahlarla birlikdə Anadoluya daxil olmuşlar. 
XII  əsrdə  Qayı  toplumu  təqribən 20.000  çadırlıq  bir obadan 
ibarət idi. Alandakı Türkmənlər və Tatarlar isə 50.000 çadırdan iba-
rət olub, daha çox kütləyə sahib idi. Fəqət Süleyman şahın və Qayı-
ların uğurları digər obalara təsir etdi və güclü bir lider axtaran Türk 
kütlələri Süleyman şaha itaət edərək Qayı boyuna daxil oldular. Ar-
tıq 70.000 çadırdan ibarət olan qayı obasının güc nüfuzu artmışdı. 
Sonrakı dönəmlərdə bir müddət Əhlət və 30 il boyunca Ərzu-
rum və Ərzicanda məskunlaşsalarda Süleyman şah ana vətəni Tür-
küstan coğrafiyasına geri dönmək qərarını verir. Geri dönərkən Ca-
ber qalası yaxınlığında gölə düşərək vəfat edir. Bu hadisə ilə Qayı 
boyunun birliyi pozulur.  Süleyman şaha itaət edən türkmən kütlə-
ləri Şama köç edir. Süleyman şahın 4 oğlu Sungur Tekin, Gündoğ-
du,  Dündar  ilə  Ərtoğruldan  ilk  ikisi  Xorasana,  digər  ikisi  isə  400 
ailə ilə Ərzurum sərhəd xətti civarındakı Sürmeliçuxur hövzəsində 
məskunlaşdılar. 
1230-cu  il  Yasseçəmən  savaşında  Cəlaləddin  Xarəzimşaha 
qarşı  Səlcuqlu  sultanı  Əlaəddin  Keyqubadın  qoşununun  tərəfində 
vuruşan qayılar onun qalib gəlməsində mühüm rol oynadılar. Nəti-
cədə Ərtoğrulun liderliyi altında olan qayılar yurd əldə etdilər. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
182
 
Həqiqətdə  Ərtoğrul  Qazinin  obası  səlcuqlu  sultanına  deyil, 
səlcuqların böyük əyalət bəylərindən biri olan Kastamonundakı Ço-
banoğullarına, sonra isə Kərmiyanoğullarına tabe olmuşdur. Bəylik 
Osman Qazinin bəyliyinin ilk illərindən sonra Konyadakı mərkəzə 
tabe  bir  əyalət  bəyliyi  dərəcəsinə  yüksəldi.  O  illərdə  Konyadakı 
Səlcuqlu  sultanı  Təbrizdə  oturan  Elxani  hökümdarı  İl-xana,  o  da 
Pekindəki  Böyük  Xaqana  tabe  idi.  1281-ci  ildə  Ərtoğrul  Qazinin 
vəfatı ilə Osman Qazi boyun başına keçmiş və qaza savaşlarını yü-
rütməyə başlamış, bir çox uğurlar əldə etmişdir. 
Osmanlının yaradılışı və inkişafı dönəmində bu məsələ (Qəza 
savaşları) üzərində durulması da vacibdir. Bir çox Qərb tarixçiləri-
nin, xüsüsən də Paul Wittekin qeyd etdiyi kimi, qəza (ya da müqəd-
dəs savaş) Osmanlının varlılıq səbəbi olmuşdur. Növbəti yüzüllik-
lərdə Qəza siyasətinin tərk edilməyə başlanılması ilə Osmanlı döv-
lətinin bir durğunluq mərhələsinə keçəcəyini görürük. 
XIII əsrin sonlarında Anadoluda monqollara qarşı üsyan baş 
verir. Bu üsyanla bağlı monqollar III Əlaəddini əsir alır və Səlcuqlu 
taxtı boş qalır. Belə bir dönəmdə Osman bəy Erməni Dərbəndi, Do-
maniç və digər döyüşlərdə qələbə çalır. İnəgöl, Bilecik, Yarhisar ki-
mi mühüm yerləri fəth edir. Beləliklə, bir qism tarixçilərin 1299-cu 
il, digər bir qisminin isə 1302-ci ildə baş vermiş Bafeus (Qoyunhi-
sar)  savaşı  ilə  Osman  bəy  tərəfindən  yaradıldığı  qəbul  edilən  Os-
manlı bəyliyi yaradılmış olur. Orxan Qazi (1326-1362) hakimiyyəti 
dövründə yeni qanunlar və təşkilatı-islahatlar həyata keçirərək Os-
manlı bəyliyini dövlətə çevirdi. 
ƏDƏBİYYAT 
1. Derviş Ahmed Aşıkı. Aşıkpaşazadə Tarihi. Hazırlayan Cemil 
Ciftçi. Mostar Yayınları, İstanbul, 2008. 
2. F. Köprülü. Türk Ədəbiyyatında ilk Mutasavvıflar. İstanbul, Alfa 
Yayınları. 
3. Joseph Von Hammer. Böyük Osmanlı Tarihi. Üçdal Nəşriyyatı. 
(Online). Mənbə: 
https://hacikaanonaran1.files.wordpress.com/2014/12/cilt1.pdf 
[Baxılıb: 30 aprel 2017]. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
183
 
4. Paul Wittek. Osmanlı İmparatorluğunun Kuruluşu. Çevirən 
Fatmagül Berktay, Pencere Yayınları, İstanbul, 2000. 
5. R. Özdək. Türkün qızıl kitabı. 3-cü cild. Bakı, 1996. 
_________________________ 
Lalə ƏSGƏROVA 
Bakı Dövlət Universitetinin tələbəsi 
E-mail: laleesgerova98@gmail.com 
AMERİKALI TƏDQİQATÇI JUSTİN MCCARTHY “TÜRK 
KİMLİYİ”VƏ OSMANLI İMPERİYASINDA “ETNİK 
TƏMİZLƏMƏ” MƏSƏLƏLƏRİ HAQQINDA 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN 
Bakı Dövlət Universiteti
 
Açar sözlər: Justin Mccarthy, Türkiyə, türk tarixi, türk kimliyi, 
etnik təmizləmə 
Amerikalı  tarixçi,  demoqraf,  Louisville  Universitetinin  pro-
fessoru Justin Mccarthy 1945-ci ildə anadan olub. McCarthy əvvəl-
cə fəlsəfə oxumuş, daha sonra isə tarix ilə maraqlanmışdır. Osmanlı 
imperiyası, Balkanlar və Orta Şərq tarixi əsas tədqiqat sahələridir. 
Bir çox kitabların müəllifidir. Hazırki məruzədə Osmanlı tarixinin 
araşdırılmasına həsr etdiyi “Ölüm və sürgün: Osmanlı müsəlmanla-
rının etnik təmizliyi. 1821-1922” (1995), “Osmanlı xalqları və im-
peratorluğun  sonu”  (2001),  ”Osmanlı  türkləri”  (1997;  2013)  və  s. 
kitabları əsasında türk kimliyi, Osmanlıda etnik təmizləmə siyasəti 
iddiaları haqda fikirləri diqqətə çatdırmağa cəhd ediləcək. 
İlk olaraq “türk kimliyi” məsələsi haqqında. Müəllif 2003 və 
2004-cü  illərdə  Türk  Təhsil  Resursları  və  Amerika  Qlobal  Təhsil 
Forumu  tərəfindən  nəşr  olunmuş  “Türklər  kimdir?”,  “Türkiyə  və 
türklər” kitablarında türklər, onların tarixi haqqında geniş məlumat 
verir, ilk olaraq “Türk” termininə aydınlıq gətirməyə çalışır. Qeyd 
edir ki, bu gün “türk” dedikdə Türkiyə Respublikasının vətəndaşları 
nəzərdə  tutulur.  Lakin  sadəcə  bununla  kifayətlənməmək  lazımdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə