Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə61/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   57   58   59   60   61   62   63   64   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
184
 
Türk dedikdə, eyni zamanda, Çindən Avropaya qədər geniş ərazini 
əhatə edən, böyük dil və mədəniyyət ailəsi də nəzərdə tutulmalıdır 
(səh.4).  Əsl  türk  dilində  danışanlar  Mərkəzi  Asiyada  yaşamışlar. 
Onlar köçəri tayfalar halında bugünkü Sibir, Qərbi Çin, Qazaxıstan, 
Qırğızıstan və ətraf ərazilərdə yaşamışlar. Onların erkən vaxtlardan 
çinlilər və Orta Şərq farsları və ərəbləri ilə bərabər adları çəkilmiş-
dir, lakin onların  Orta Şərqdə  daha  geniş  yayılması X  əsrə  aiddir. 
Orta Şərqin əlverişli təbii şəraiti köçəri türklərin burada qalmasına 
səbəb oldu. Müəllif həmçinin türklərin hələ Mərkəzi Asiyada olar-
kən İslam dinini qəbul etdiklərini yazır. Baxmayaraq ki, tarixdə bə-
zi türklər yəhudi və xristian olmuşlar, İslam dini onlar arasında da-
ha geniş yayılmışdı və bu günə qədər də qalmaqdadır (səh.4). 
Justin McCarthy əsərlərində həmçinin türklərin tarix boyu ya-
ratdığı dövlətlər haqqında da məlumat verir. Qeyd edir ki, ilk türk-
lər, məlum olduğu kimi, tayfalar halında yaşamışlar. Türk tayfaları 
qüvvələrini bir ittifaqda birləşdirdikdə və güclü başçılarının qayda-
larını  qəbul  etdikdə  artıq  böyük  qaliblərə  çevrildilər  (səh.11).  Bu 
tayfalar  arasında  ən  yaxşı  tanınanı  Hun  tayfa  ittifaqı  olmuşdur. 
Türklər Orta Şərqə gəldikdən sonra burada bir sıra dövlətlər yarat-
dılar. Müəllif qeyd edir ki, türklər daima hərəkətdə olmuş, öz ərazi-
lərini  genişləndirməyə  çalışmışlar.  Onların  qərbə  doğru  genişlən-
məsi  Səlcuqların  başçılığı  ilə  olmuşdur.  Səlcuq  dövlətini  quranlar 
köçəri türklər idi. İlk Səlcuq sultanları köçəri adət-ənənələrlə yaşa-
yırdılar. Lakin səlcuq sultanları tezliklə qərara aldılar ki, daha sabit 
qayda-qanunlu  dövlət  yaratsınlar.  Bu  məqsədlə  onlar  ilk  növbədə 
ordunu, vergi sistemini və bürokratiyanı təşkil etdilər (səh.12). Səl-
cuqlar tez bir zamanda İranı və İraqı tutmuş, 1055-ci ildə isə Abba-
silər Xilafətinin paytaxtı olan Bağdadı ələ keçirmişdilər. İlk zaman-
lar Səlcuq qoşunları köçərilərdən təşkil olunduğu üçün onlar otlaq-
lar yaxşı olan yerləri işğal edirdilər. Köçərilər İran və İraqı tutmaqla 
kifayətlənmədilər. Daha sonra Bizans istiqamətində - Anadoluya tə-
rəf hərəkət etdilər. 1071-ci ildə məşhur Malazgird döyüşü baş verdi. 
Malazgird döyüşündəki qələbə türklərin Anadoluda məskunlaşma-
sında böyük rol oynadı (səh.4). Yunanlar, kürdlər, ermənilər və baş-
qaları bu ərazilərdə məskunlaşdılar və onların əksəriyyəti Türk di-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
185
 
lini, İslam dinini qəbul etdilər. Nəticədə onlar da Türkə çevrildilər. 
Türklərdə ümumiyyətlə irqçilik olmadığına görə (the Turks had no 
concept of “race”), onlar türklərlə birlikdə yaşayıb türk olmaq istə-
yənə hər kəsi türk hesab edirdilər və bu baxımdan, hazırki türklər 
(Türkiyə türkləri) zamanında Mərkəzi Asiyadan köçüb gəlmiş türk-
lərlə türk olmaq istəyənlərin sonrakı nəsilləridirlər (səh.4). 
Justin McCarthynin hesab edir ki, Osmanlılar bütün türk döv-
lətləri içərisində köçəri həyatdan oturaq həyata dönüşdə ən uğurlu 
olanlardır  (səh.20).  “Osmanlının  ilk  sultanı  Osman  Şimal-Şərqi 
Anadoluda  Söyütlü  şəhəri  ətrafındakı  əraziləri  idarə  edirdi.  Onun 
oğlu  Orxan  isə  bütün  Şimal-qərbi  Anadolunu  və  Avropanın  kiçik 
bir  hissəsini  idarə  etməyə  başlamışdı”.  Müəllif  Osmanlı  sultanları 
içərisində ən məşhurlardan birinin Fateh Sultan Mehmet olduğunu 
qeyd edir. Belə ki, Konstantinopolu fəth etməklə özündən əvvəlki 
sultanların məqsədlərini həyata keçirmişdir. 
Osmanlıda  mövcud  qaydalardan,  idarəçilik  sistemini  araşdı-
ran müəllif belə bir müddəa irəli sürür ki, Osmanlıda xalqlar etnik 
və dini dözümlülük şəraitində yaşamışlar. Lakin buna baxmayaraq, 
“tolerantlıq və idarəçilik bacarıqları (Tolerance and ability) imperi-
yanın əbədi mövcud olması üçün kifayət deyildi” (səh.5). Osmanlı 
imperiyası  elmi,  iqtisadi  sahələrdə  çox  da  uğurlu  deyildi.  Bundan 
əlavə, Avropada genişlənməkdə olan milli hərəkat Osmanlı xalqla-
rına  da  təsirsiz  ötüşmür,  imperiyanın  slavyan  xalqları  (bolqarlar, 
yunanlar) Rusiya və Avropanın təsiri və təşviqi ilə üsyanlar törədir, 
mövcud hakimiyyət əleyhinə qiyamlar qaldırırdılar (səh.5). XIX əsr 
və XX əsrin əvvəllərində Rusiyanın Krım və Qafqaz bölgələrindən 
olan  köçkünlər  Anadoluda  türklərin  sayını  daha  da  artırdılar  (səh. 
5). 1800-cü ildən 1920-ci illərə kimi 3 milyona yaxın miqrant indiki 
Türkiyə ərazisinə gəlmişdi. Çərkəzlər və bosnalılar öz adət-ənənə-
lərinin əksəriyyətini qoruyub saxlasalar da, vaxt keçdikcə onlar da 
türk dilini və mədəniyyətini qəbul etməyə başlamışdılar. 
Müəllif həmçinin türklərin müasir tarixi haqqında da məlumat 
verir. Birinci Dünya müharibəsində məğlubiyyət və Osmanlının get-
dikcə  zəifləməsi  türklərin  inkişafına  mane  olurdu.  Lakin  Mustafa 
Kamal Atatürkün başçılığı ilə keçirilən islahatlar geriləmənin qarşı-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
186
 
sını  aldı.  20  illik  bir  müddətdə  türklər  imperiya  quruluşundan  res-
publika  quruluşuna  keçdilər  (səh.69).  Təhsil  qərb  sisteminə  uyğun-
laşdırıldı.  Türklərin  geyimləri  də  Avropaya  uyğunlaşdırıldı:  fəs  və 
çadra atıldı. Türkiyə dünyəvi dövlətə çevrildi, ərəb əlifbası ləğv edil-
di. Bir sıra belə islahatlar türk xalqının inkişafına gətirib çıxardı. 
Justin McCarthynin Osmanlı tarixi üzrə araşdırmalarında xü-
susi diqqət ayırdığı məsələlərdən biri də “etnik təmizləmə” məsələ-
sidir. Hətta bu problemə xüsusi araşdırma da həsr etmişdir: “Ölüm 
və  sürgün:  Osmanlı  müsəlmanlarının  etnik  təmizliyi”  (Death  and 
Exile:  The  Ethnic  Cleansing  of  Ottoman  Muslims,  1821-1922, 
1996). Kitabda XIX – XX əsrin əvvəllərində Balkanlarda və Yaxın 
Şərqdə  müsəlmanların  deportasiyası,  qətli  və  yaşadıqları  faciələr 
əksini tapır. Müəllif göstərir ki, bu faciələr Rusiyanın Balkanları öz 
təsir dairəsinə daxil etmək məqsədilə Osmanlının xristian millətlə-
rindən istifadəsi ilə başlamış, milyonlarla müsəlmanlar  yaşadıqları 
ərazilərdən qovulmuş, qətl edilmişlər. Müəllif həmçinin ermənilərin 
soyqırım  haqda  olan  iddialarını  rədd  edir,  yüz  minlərlə  erməninin 
və ən az bir o qədər də müsəlman türkünün öldüyünü bildirir: "Er-
məni soyqırımı olmayıb. Bir savaş vardı. Bu savaşda erməni üsyan-
çılar hökumətə qarşı ayaklandılar. Hökumət müvafiq tədbir gördü. 
Bu  hadisələr  səbəbindən  ermənilər  öldü.  Bəzən  türklər  tərəfındən 
öldürüldülər.  Amma  türklər  də  ermənilər  tərəfindən  öldürülürür, 
qətl edilirdilər. Hətta ermənilərdən daha çox türk öldürülmüşdü". 
Son olaraq qeyd etmək istərdik ki, hazırki məruzəmizdə tari-
ximizin  mübahisəli  hesab  olunan  məsələlərindən  sadəcə  ikisinə 
qərb müəlliflərindən yalnız birinin - Louisville Universitetinin pro-
fessoru  Justin  McCarthynin  araşdırmaları  nümunəsində  aydınıq 
gətirməyə  çalışdıq.  Hesab  edirik  ki,  bu  istiqamətdə  araşdırma  və 
fəaliyyətlərin  davam  etdirilməsi  gələcək  tədqiqatlarımız  üçün  də 
çox əhəmiyyətli ola bilər. 
ƏDƏBİYYAT 
1. Justin A. McCarthy. The Ottoman Turks: An Introductory 
History to 1923. Pearson Education Limited; Routledge, 2013. – 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə