Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə62/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   58   59   60   61   62   63   64   65   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
187
 
p.406 (Online). https://www.amazon.com/Ottoman-Turks-
Introductory-History-1923/dp/0582256550 [Baxılıb: 11.04.2017]. 
2. Justin A. McCarthy, Carolyn McCarthy. Turkey and Turks.  
Justin A. McCarthy. Who are Turks? 2003. (Online). Mənbə: 
http://www.tc-america.org/files/news/pdf/who-are-turks.pdf 
[Baxılıb: 11.04.2017]. 
3. Justin A. McCarthy. Death and Exile: The Ethnic Cleansing of 
Ottoman Muslims, 1821-1922. Darwin Press, Incorporated, New 
Jersey, 1995. – p.502. (Online). Mənbə: 
https://www.scribd.com/document/136752589/Death-and-Exile-
the-Ethnic-Cleansing-of-Ottoman-Muslims-1821-1922-1 [Baxılıb: 
11.04.2017]. 
4. Justin A. McCarthy. The Ottoman Peoples and the End of 
Empire ."Historical Endings" series, April 2001. (Online). Mənbə: 
https://www.scribd.com/document/45425618/The-Ottoman-
Peoples-and-the-End-of-Empire-Historical-Endings-by-Justin-
McCarthy-5-Star-Review [Baxılıb: 11.04.2017]. 
_________________________ 
IV Bölmə 
Türk xalqlarının yeni və müasir dövrlər tarixi məsələləri (2) 
Şəmsiyyə YUSİFLİ 
Bakı Dövlət Universiteti, 
tarix fakültəsi, III kurs tələbəsi 
E-mail: semsiyye.yusifli58@mail.ru
 
“ÇANAQQALA SAVAŞI” 
TARİXİNİN TƏDQİQATINA BİR BAXIŞ 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Rövşən HƏTƏMOV 
Bakı Dövlət Universitetinin dosenti  
Açar sözlər: Birinci Dünya müharibəsi, Çanaqqala döyüşü, 
Mustafa Kamal Atatürk, türklər 
Çanaqqala cəbhəsi Birinci Dünya müharibəsində əsas cəbhə-
lərdən biri olaraq, müharibənin gedişinə mühüm təsir etmişdir. Ça-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
188
 
naqqala döyüşünün qələbə ilə nəticələnməsi, müharibənin uzanma-
sına və Rusiyada çarlıq rejiminin devrilməsi və yerinə bolşevik reji-
minin qurulmasına səbəb olmuşdur. Böyük ümidlərlə Çanaqqalaya 
hücum  edən  və  qətiyyətlə  qələbə  qazanacağına  inanan  ingilislərin 
məğlub olması, onların hərbi-siyasi nüfuzuna böyük zərbə vurmuş-
dur.  İngiltərənin məşhur  dövlət xadimi, Gelibolunun tərk  edilməsi 
haqqında  qərar vermiş Uinston Çörçill  Gelibolu döyüşü barəsində 
“yeganə məğlub olduğum döyüş” ifadəsini işlətmişdi. 
Antanta  dövlətlər  tərəfindən  döyüşən  Yeni  Zellandiya  və 
Avstraliyalı  əsgərlərin  burada  nümayiş  etdirdikləri  qəhrəmanlıq 
mübarizəsi həmin ölkələrdə milli şüurun oyanmasına və milli mən-
liyin inkişafına səbəb olmuşdur. Çanaqqalada qazanılan zəfər eyni 
zamanda Türk millətinin özünə olan inamını yüksəldərək Qurtuluş 
hərəkatına nümunə təşkil etmiş, Çanaqqalada qazandığı uğur Mus-
tafa  Kamal  Atatürkün  ilk  öncə  “Anafartalar  Qəhrəmanı”,  sonra 
Milli Mücadilə lideri və Cümhuriyyət qurucusu olaraq Türk cəmiy-
yətinin sevgi və hörmət qazanmasının da başlanğıc nöqtəsini mey-
dana gətirmişdir. 
Döyüşlərdə Azərbaycanlı  könüllülərdən ibarət 3000 gənc  də 
Osmanlı  türkləri  ilə  birgə  işğalçılara  qarşı  mübarizə  aparmışlar. 
Çanaqqala döyüşündə türk birliyinin şücaəti dünyaya insanlıq dərsi 
vermışdir. Bu səbəbdən Çanaqqala döyüşləri hərbi və siyasi nəticə-
lərinin  yanında  müharibəyə  qoşulan  ölkələlərin  fərqliliyi  döyüşə 
tətbiq edilən strategiya və hərbi elm baxımından olduğu qədər yol 
açdığı  böyük insan itkiləri və tarixin milli kimliyi  inşası baxımın-
dan  milli  və  beynəlxalq  sahədə  maraq  doğuran  bir  çalışma  sahəsi 
olma özəlliyini daşıyır. 
Türk  və  dünya  tarixində  mühüm  səhifə  olan  Çanaqqala  dö-
yüşləri, elm və ictimaiyyət sahələrində çox geniş tədqiqat mövzusu 
olmuşdur. Döyüşə qatılan ölkələrdən İngiltərə, Fransa, Yeni Zellan-
diya  və  Avstraliya  da  bu  döyüşlər  haqqında  çox  ciddi  tədqiqatlar 
aparılmış, döyüşdə iştirak edənlər müəyyən edilmiş, onlarla görüşü-
lərək yazılı, səsli, görüntülü qeyidlər əldə edilmişdir. Türkiyə tədqi-
qatçılığında Çanaqqala döyüşləri istər memuar fəaliyyətləri, istərsə 
döyüşün olduşu ərazilərə ziyarət etmək mövzusunda getdikcə artan 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
189
 
bir  maraq  olmaqla  yanaşı  döyüş  haqqında  Baş  qərargahın  başçılı-
ğının nəşr etdiyi bir neçə işlər istisna olmaqla sənədlərə əsaslanan, 
elmi, ciddi və əhatəli bir kitabın yazılmamış olması ciddi çatışmaz-
lıqdır.  Bu  çatışmazlığı  aradan  qaldırmaq  üçün  Dövlət  Arxivlər 
ümumi  müdirliyi  Çanaqqala  zəfərinin  90-ci  il  dönümündə  “Os-
manlı  Belgelerinde  Çanakkale  Muharibeleri”  adlı  iki  cildlik  kitab 
nəşr  edilmişdir.  Kitabın  ilk  cildində  xronoloji  olaraq  10  avqust 
1914 - 31 avqust 1915-ci il tarixi arasındakı hadisələri izah edən sə-
nədlərdən meydana gəlməkdə olub, təxminən bir illik bir dövrə aid 
olmasına  baxmayaraq, məzmun baxımından müxtəliflik kəsb edir. 
Kitabda ayrıca sənəd fotokopileri, fotoşəkil və xəritələrə da yer ve-
rilmişdir.  Kitabın  ikinci  cildi  xronoloji  baxımdan  1915-ci  il  sent-
yabr  -  1920-ci  il  dekabr  tarixləri  arasındakı  hadisələri  əhatə  edir. 
İkinci cildə yer alan sənədlər mövzu baxımından iki əsas bölməyə 
ayrılır. Birinci bölmədə 4 sentyabr 1915-ci ildən Seddülbahirin təx-
liyə edilib Çanaqqala müharibələrinin sona çatdığı 9 yanvar 1916-cı 
il tarixində qədərki hadisələri izah edən sənədlər mövcuddur.Ikinci 
bölmədə isə Çanaqqaladan düşmənlərin çıxarıldığı 9 dekabır 1916-
ci ildən 14 yanvar 1920-ci ilədək baş verən hadisələr və Çanaqqala 
döyüşlərinin sonrakı illərdə müşahidə təsir və nəticələriylə əlaqədar 
sənədlər yer almaqdadır. 
Türk  və  bir  çox  xarici  tədqiqatçılar  Çanaqqala  mövzusunu 
tədqiq  etmişlər,  ancaq  müxtəlif  istiqamətlərdən  Çanaqqala  döyüş-
lərinin icimaiyətdəki qəbulu üzərinə ətraflı bir iş tapılmamışdır. Bu 
boşluğu  Cahidə  Sınmaz  Sönməz  “Çanaqqale  Savaşları  Anma  və 
Kurtulma  Etkinlikləri  (1916-1938)”  adlı  tədqiqa-tında  doldurmuş-
dur. Tədqiqqatın məqsədi Çanaqqala zəfərinin Osmanlı ictimaiyyə-
tinə  təsirini  və  Cümhuriyyət  dövründə  cəmiyyətdəki  Çanaqqala 
qəbulunu  ortaya  qoymaqdır.  Bu  çərçivədə  Çanaqqala  Şəhidlərinin 
anma tədbirləri, arxiv sənədləri və dövrün mətbutı vasitəsilə tədqiq 
etməyə çalışmışdır. 
Semet Atacanlının yazdığı “Atatürk və Çanaqqalanın koman-
dirləri”  adlı  kitabı  Çanaqqala  Döyüşünün  fərqli  bir  baxımdan  şər-
hidir.  Atatürkün  müharibələr  zamanı  Türk  ali  komanda  heyətiylə 
əlaqələri, mübahisələri, şəxsi qarşıdurmaları, müharibələr ortasında 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə