Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə63/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   59   60   61   62   63   64   65   66   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
190
 
yaşanan çətin dövrlər, Atatürk və komandirlər arasında gərginliklər, 
rolların  dəyişib  Atatürkün  tək  lider  olduğu  Respublika  dövründə 
eyni komandirlər ilə əlaqələri təsvir olunmuşdur. 
Halil  Ersin  Avcı  “Dünya  Medyasında  Çanakkale  Savaşları 
1915”  kitabında  “Türk  tarixinin  ən  əhəmiyyətli  cəbhələrindən  biri 
olan Çanaqqala cəbhəsindəki döyüş hələ televiziya, radio və inter-
netin  olmadığı  bir  dünyada  necə  əks-səda  tapmışdı?”  başlığı  ilə 
dünya  mətbuatında  Çanaqqalanın  necə  təsvir  olunduğunu  yazmış-
dır.  Türkün  zəfəri  olan  Çanaqqala  döyüşü  təbii  ki,  yalnız  quruda, 
havada və dənizdə olmaqla qalmamış, yazılı mətbuatın sətirlərində 
və vizual mətbuatın xəttlərində də dərin qarşıdurmalar yaşanmışdı. 
Halil Ersin Avcının uzun illərini verdiyi bu qiymətli iş - xronoloji 
ardıcıllıqla  və  Türkçə-İngilisçə  şərhləriylə  Çanaqqala  döyüşünün 
tam fərqli təsvirini təqdim edir. 
Cemalettin  Yıldız  “1914-1915-1916  Çanakkale  Seddülbahir 
Kahramanları”  adlı  tədqiqatında  qeyd  edir:  “Birinci  Dünya  Hərbi 
Çanaqqala  Cephesinde  üç  bölgədən  ibarətdir.  Bunlar  Seddülbahir, 
Arıburnu, Anafartalar bölgələridir”. Bu kitabda Çanaqqala Cəbhəsi 
Seddülbahir  Bölgəsi  qəhrəman  və  qəhrəmanlıqlarını,  bunların  ən 
böyüyü Ezineli Yahya çavuşun əhvalatı qeyd edilmişdir. Həmçinin 
kitabda ilk dəfə Çanaqqala cəbhəsində şəhid düşən yüzlərlə zabit və 
Komandirlərin fotoşəkil albomun verilir. 
Alman  tədqiqatçısı  Klaus  Volfun  “Gelibolu  1915  -  Birinci 
Dünya Harbinde Alman Türk Askeri İttifakı” adlı əsərində Çanaq-
qala zəfəri, sayı və atəş gücü üstünlüyünə sahib düşmənə qarşı das-
tanlıq bir müqavimət göstərən Osmanlı əsgərinin və başda Mustafa 
Kamal olmaq üzrə fərdi təşəbbüsləri ilə müqavimət ruhunu qavra-
yan  zabitlər  təsvir  olunmuşdur.  Alman  arxivlərindən  faydalanaraq 
Birinci Dünya müharibəsində alman-türk hərbi əlaqələrini ətraflı bir 
şəkildə araşdıran Klaus Volf kitabında Çanaqqala savaşını almanla-
rın dünyagörüşü baxımından təqdim edir. Kitabda 1918-ci ilə qədər 
Çanaqqala  ilə  əlaqəli  vəzifə  yerinə  yetirən  və  bu  vəzifə  səbəbiylə 
həyatını itirən alman əsgərlərinin siyahısı da verilmişdir. 
Çanaqqala savaşının digər tədqiqatçısı isə Stephan Çambers-
dir. Çambersin Çanaqqala döyüşünün vacib bölmələrini gerçəkliyi 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
191
 
əraziylə birlikdə dəyərləndirən bir neçə kitabı mövcuddur. İki kita-
bında (“Çanakkale Zığındere”, “Arıburnu-Çıkarma”) Çambers daha 
çox  Çanaqqala  döyüş  meydanlarından  bəhs  edir.  Çambers  Çanaq-
qala döyüşünə münasibətini belə izah edir: “Bu gün Peter Hart və 
Les Carlyon kimi yazarın yazdıqları çox yaxşı tək cildlik Gelibolu 
kitabları  var,  ona  görə  də  mən  çox  yaxşı  kitablar  varkən  təkrar 
yazmaq  istəmədim.  Mənim  yanaşmamdakı  fərqlilik;  Gelibolu  ya-
rımadası kimi balaca bir qaya parçasına diqqət edərək, rəsmi qay-
naqlar və iki tərəfdən də əsas qaynaqlarını istifadə  edərək, ərazini 
gəzmək istəyən bir çox insana bir döyüş sahəsi rəhbəri təmin edə-
rək onun hekayəsini izah etmək”. Çambers Çanaqqalanın əhəmiy-
yətli  bir  cəbhə  olmaqla  birlikdə,  Qərb  cəbhəsində  almanlara  qarşı 
verilən  mübarizə  ana  cəbhədə  meydana  gətirdiyindən  ingilislər 
üçün ikinci dərəcə əhəmiyyəti olduğunu vurğulayan Çambers, 100 
il üçün "Biz Gelibolu üçün atalarımıza borcluyuq və bu borcu nə-
sillərə  Gelibolunun  gerçək  hekayəsini  anladaraq  ödəyə  bilərik  ki, 
Gelibolunun həqiqəti fantastikadan daha çox dramatikdir!" deyir. 
Çanaqqala döyüşləri istər tarixi, istərsə də milli tarix baxımın-
dan tədqiqat obyekti  olmaqdadır. Yeni  arxiv mənbələrinin və me-
muar ədəbiyyatının ortaya çıxarılması, müxtəlif yanaşma metodla-
rından  istifadə  olunması,  yeni  tədqiqatçılar  nəslinin  formalaşması, 
tarixi  yaddaşın  milli  təfəkkürdə  möhkəmlənməsi  səbəbindən  Ça-
naqqala  döyüşlərinin  tarixi  daim  aktuallığını  qoruyub  saxlayacaq-
dır. 
ƏDƏBİYYAT 
1. Cahidə Sınmaz Sönməz. Çanaqqale Savaşları Anma və Kurtul-
ma Etkinlik-ləri(1916-1938).Çanaqqala, 2015, səh 23. 
2. Cemalettin Yıldız. 1914-1915-1916 Çanakkale Seddülbahir 
Kahramanları. 2015, səh.391. 
3. Çanakkala Araştırmaları Türk Yıllığı Dergisi. (Cilt 14, Sayı 21). 
Çanakkala, 2016, səh.785. 
4. Halil Ersin Avcı. Dünya Medyasında Çanakkale Savaşları 1915
İstanbul, Timaş yayınları, 2015, səh.224. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
192
 
5. Klaus Volf. Gelibolu 1915 - Birinci Dünya Harbinde Alman 
Türk Askeri İttifakı. İstanbul, İş Bankası Kültür Yayınları, 2014, 
səh.680. 
6. Osmanlı Belgelerinde Çanakkale muharibeleri. Ankara,2005, I 
cild, səh.696. 
7. Osmanlı Belgelerinde Çanakkale muharibeleri. Ankara,2005, II 
cild, səh.672. 
8. Semet Atacanlı. Atatürk və Çanaqqalanın komandirləri. İstanbul, 
İş Bankası Kültür Yayınları, 2015, səh.644. 
9. Stephan Çambers. Arıburnu – Çıkarma. İstanbul, İş Bankası 
Kültür Yayınları, 2015, səh.328. 
_________________________ 
Aytəkin YUSİFLİ 
Bakı Dövlət Universiteti 
Tarix fakültəsi, III kurs tələbəsi 
E-mail: yusifliaytekin@gmail.com 
 
QAFQAZ İSLAM ORDUSUNUN TƏDQIQI: 
TÜRKIYƏ VƏ AZƏRBAYCAN TARIXŞÜNASLIĞINDA 
FƏRQLI YANAŞMALAR 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Qasımova Sevinc 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Qafqaz İslam Ordusu, Nuru paşa, Mart soyqırımı, 
Azərbaycan Xalq Cümhuriyyəti, Bakının azad edilməsi 
Tezisdə  Qafqaz  İslam  Ordusunun  yaranmasını  doğuran  sə-
bəblər, bu dövrdə siyasi vəziyyət, Azərbaycan və Türkiyə tarixində 
yeri və tarixşünaslıqdakı fərqli yanaşmalar işıqlandırılmaqla, qarşı-
laşdırılmalı analiz və müqayisəli təhlil əsasında həm türk, həm də 
Azərbaycan tarixçilərinin problemə yanaşmaları diqqətə çəkiləcək, 
dərsliklərdəki konsepsiyalar və fərqli fikirlər təhlil ediləcək, proble-
mə  sovet  tarixşünaslığında  yanaşmanın  səbəbləri,  eyni  zamanda 
həm sovet, həm türk, həm də çağdaş Azərbaycan tarixşünaslığında 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə