Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə64/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   60   61   62   63   64   65   66   67   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
193
 
problemin öyrənilməsi səviyyəsi və tədrisi məsələlərinə diqqət çə-
kiləcək və yeni yazılan dərsliklərlə müqayisə ediləcəkdir. 
Məlumdur  ki,  Qafqaz  İslam  Ordusunun  Azərbaycana  gəlişi 
məqsədi mübahisəli məsələlərdən biridir. Bu vaxta kimi tarixşünas-
lıqda  “işğal”,  “qardaşlıq  yardımı”  və  hər  iki  konsepsiyanı  qəbul 
edən tarixçilər fərqli yanaşmaları ilə seçilmiş və müxtəlif dövrlərdə 
hakim  konsepsiya  sayılmışdır.  Tarixşünaslıq  baxımından  sovet 
dövrünün  ideoloji  təsiri  altında  yazılmış  əsərlərdə  dövrün  tələbinə 
uyğun olaraq Osmanlı dövlətinin yardımı Almaniya-Osmanlı koali-
siyasının “ işğalçılıq siyasəti ” adı altında pərdələnirdi. Buna görə 
də bu tip əsərlərdə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 
işğal xarakteri daşıdığını və məqsədin Qafqaza yiyələnmək olduğu-
nu qələmə alırdılar. Qafqaz  İslam  Ordusu ilə bağlı zəngin faktları 
özündə  əks  etdirən  Seyidağa  Axundzadənin  “Mart  hadisəsi.  1918 
və yaxud Nuru paşanın Bakını işğal etməsi” adlı kitabı uzun müd-
dət diqqətdən kənarda qalmışdır. Əsərin adı xətalı hesab edildiyin-
dən tədqiqatçılar kitaba ehtiyatla yanaşır. Mahiyyətinə varanda isə 
“işğal” sözünün sadəcə həmin tarixi şəraitə uyğun olaraq işləndiyi-
ni,  əslində  isə  Azərbaycan  və  türk  könüllülərindən  təşkil  olunan 
Qafqaz İslam Ordusunun azadlığımız uğrunda mübarizəsinin həqi-
qətlərə dayanaraq real obyektiv təsvirini görə bilərik. Ümumilikdə 
4  cilddən  ibarət  olduğu  güman  edilən  əsərin  II  və  III  hissələrində 
Qafqaz İslam Ordusundan bəhs edilir. III hissədə Bakı ətrafı döyüş-
lər, bolşeviklərə qarşı mübarizə öz əksini tapdığından əsərin II his-
səsi əldə olmasa da, belə güman edilir ki, burda Qafqaz İslam Ordu-
sunun  yaranması, Azərbaycana gəlişi, mübarizənin Gəncədən baş-
laması əks olunur. Hadisələrin real şahidi olan və Qafqaz İslam Or-
dusunun təşkilində yaxından iştirak edən Nağı Şeyxzamanlının xa-
tirələri  dövrü  araşdırmaq  baxımından  ən  dəyərli  mənbədir.  “Nağı 
Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri" kitabında Azər-
baycanın azadlığı uğrunda çətin yollardan keçən Qafqaz İslam Or-
dusunun mübarizəsindən bəhs edilir. 
Tezisdə  mövzu  ilə  bağlı  A.İsgəndərovun,  M.Süleymanovun, 
A.Aşırlının,  V.Qafarovun,  Q.Türkerin,  M.Rıhtımın,  S.İzzetin, 
M.Kırzıoğlunun, M.Görüryılmazın tədqiqatlarına diqqət yetirilmək-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
194
 
lə  bəzi  məsələlərə  də  aydınlıq  gətirilmişdir.  Qardaş  Türkiyədə 
Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı araşdırmalar, müxtəlif 
istiqamətləri  özündə  əks  etdirən  kitablar  və  məqalələr  çap  olunur. 
Müasir  türk  tarixşünaslığında  türk  hərbi  qaynaqlarını  və  hadisəyə 
şəxsən  qatılanların  görüşlərini  yetərincə  tədqiq  edən  Mustafa  Gö-
rüryılmaz müəllifi olduğu “Türk Qafqaz  İslam Ordusu və erməni-
lər” kitabında Qafqaz İslam Ordusunun Azərbaycan və Dağıstanda 
apardığı  hərbi  əməliyyatlar  və  nəticələr,  I  Dünya  müharibəsi  döv-
ründə Qafqaz regionunda siyasi vəziyyət, soyqırım və Qafqaz İslam 
Ordusunun bolşevik-daşnaklarla mübarizəsini əks etdirir. 5-ci Qaf-
qaz diviziyasının qərargah rəisi Rüşdü bəyin xatirə və təcrübələrinə 
əsaslanaraq yazdığı “Büyük Harpte Bakü Yollarında 5.Kafkas Piya-
de Fırkası” kitabı da dövrü xarakterizə edən zəngin mənbədir. Qaf-
qaz İslam Ordusunun tədqiqatçılarından biri olan Halil Balın konk-
ret faktlara əsaslanaraq yazmış olduğu “Azerbaycan Cumhuriyeti’-
nin kuruluş mücadelesi ve Kafkas İslam Ordusu” kitabı Azərbaycan 
Xalq  Cümhuriyyətinin  yaranması  dövründə  öz  qardaş  köməyini 
əsirgəməyən  türk  əsgərlərindən  bəhs  edir.  M.Ə.Rəsulzadə  “Azər-
baycan  Cümhuriyyəti”  əsərində  nicatını  türk  ordusunun  xilaskar-
lığında görən xalq kütlələrinin Nuru paşanın qarşılanmasını “Xalq 
Nuru Paşanı göydən enmiş mələk kimi qarşıladı” sözləri ilə təsvir 
edir. 
Qafqaz  İslam Ordusunun xalqımızın azadlığı, bütövlüyü uğ-
runda apardığı mübarizə zaman-zaman dövrü mətbuatda da öz əksi-
ni tapırdı. Bu baxımdan dövrün tədqiqatçılarından olan Akif Aşırlı-
nın  “Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrü  mətbuatında  Qafqaz 
İslam Ordusu” kitabı diqqətə layiqdir. Siyasi-publisistik materiallar 
əsasında qələmə alınan kitabda Qafqaz İslam Ordusu ilə bağlı döv-
rü  mətbuatda  dərc  olunmuş  məqalələr  əks  olunur.  Dövrün  mətbu 
orqanları, milli qəzetlərimizlə yanaşı, müxtəlif yönümlü mətbu or-
qanlarda  çap  olunan  siyasi-publisistik  materialları  və  rəsmi  infor-
masiyalar  müqayisəli  təhlillərə  çəkilmiş,  tədqiq  edilərək  tarixin 
real, obyektiv mənzərəsi canlandırılmışdır. Eyni zamanda ikili  ya-
naşmalara  alman  mətbuatında  da  rast  gəlinir.  Almaniya  Bakının 
türk  ordusu  tərəfindən  azad  olunması  cəhdlərini  “işğal”  kimi  qiy-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
195
 
mətləndirir, bu məsələyə mövqeyini “Nyus-Parker dantes çaytunq” 
qəzetində  bildirirdi.  Almaniyanın  türk  ordusunun  qardaşlıq  kömə-
yini “işğal” kimi dəyərləndirməkdə məqsədi Bakının neft ehtiyatla-
rına  sahib  olmaqla  yanaşı,  alman  kolonistlərinin  istəyindən  çıxış 
edərək Bakını Azərbaycandan ayrı təsəvvür edir, onun Sovet Rusi-
yasının və Osmanlının deyil, maraqlı qüvvələrin neytral məkanına 
çevrilməsini istəyirdi. 
Həmçinin  aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki, 
Qafqaz  İslam  Ordusu  Azərbaycanda  milli  ordu  quruculuğu  prose-
sinin  əsas  təkanverici  amili  olmuş  və  göstərilən  köməklər  nəticə-
sində milli hərbi kadrlar yetişmişdir. Bütün aparılan işlər, hərbi təh-
sil  məktəbinin  yaradılması  nəticəsində  Azərbaycan  Milli  Ordusu 
yarandı. 
Adlarını qeyd etdiyim elmi əsərlər, məqalələr və araşdırmalar 
tədqiqatın  hərtərəfli  aparılması  üçün  əsas  mənbə  olmuşdur.  1918-
1920-ci  illərin  tədqiqi  ilə  bağlı  əsərlərdəki  faktlar  tutuşdurulmuş, 
müqayisəli təhlil edilmişdir. 
ƏDƏBİYYAT 
1. Alen W.E., Muratof R. 1828-1921. Türk Kafkas Sınırındaki 
Harblerin Tarihi, Ankara, 1996. 
2. Aşırlı A. Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatında 
Qafqaz İslam Ordusu. Bakı, Nurlar, 2013. 
3. İsgəndərli A. Azərbaycan həqiqətləri 1917-1920. Bakı, Elm və 
təhsil, 2013. 
4. İzzet S. Piyade Tümeninin Azerbaycan ve Şimali Kafkasya’daki 
Harekat ve Muharebeleri. Ankara, 1939. 
5. Kırzıoğlu M.F. Kars İli ve Cevresinde Ermeni Mezalimi. Ankara, 
Köksav, 1999; Bakı, Qismet, 2008. 
6. Şaumyan S. Bakinskaya kommuna. Bakı, 1927.  
7. Süleymanov M. Azerbaycanda Türk Şehidlikleri. Bakı, Herbi 
neşriyyat, 2000.  
8. Süleymanov M. Nuri Paşa ve silahdaşları. Bakı, Nurlar, 2014. 
9. Süleymanov M. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 
Hərbi nəşriyyat, 1999.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə