Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə65/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   61   62   63   64   65   66   67   68   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
196
 
10. Tekleli M., Rıhtım M. Qafqaz İslam Ordusunun Xronologiyası
Bakı, Nurlar, 2008. 
11. Türker Q.R. Qafqaz Türk İslam Ordusu Bakı Yollarında. Bakı, 
Nurlar, 2008.  
_________________________ 
Aygün İSMAYILOVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, I kurs magistr 
E-mail: aygunismayilova13@gmail.com 
 
TÜRK XALQLARININ DEPORTASİYASININ 
AZƏRBAYCANDA TƏDQİQİ SƏVİYYƏSİ 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Aynur Məmmədova 
BDU slavyan ölkələri tarixi kafedrası 
Açar sözlər: II dünya müharibəsi, deportasiya, Krım türkləri, 
Ahıska türkləri, qaraçaylar, balkarlar, tədqiq 
Bildiyimiz  kimi,  Böyük  Vətən  müharibəsi  zamanı  Stalinin 
həyata  keçirdiyi  siyasətə  uyğun  olaraq,  bir  çox  xalqlar  kimi,  türk 
xalqları  –  qaraçaylar,  balkarlar,  Krım  türkləri,  Ahıska  türkləri  də 
deportasiyaya məruz qalmışdır. Bu dövrdəki türk xalqlarının depor-
tasiyası ilə bağlı Azərbaycanda geniş şəkildə elmi araşdırılma apa-
rılmamışdır. Buna baxmayaraq bir sıra məqalələr və Ahıska türkləri 
ilə  bağlı  kitablar  mövcuddur.  Qaraçayların,  balkarların  deportasi-
yası ilə bağlı məqaləyə belə rast gəlinmir. Qaraçayların deportasi-
yası ilə bağlı yalnız ədəbiyyatşünas, Nizami Tağısoyun 2012-ci ildə 
yazdığı “40-60-cı illər qaraçay ədəbiyyatında janrlar” adlı əsərində 
qısa məlumat var. Belə ki, müəllif dövrün ictimai-siyasi hadisələri-
nin  qaraçay  ədəbiyyatına  da  təsirsiz  ötüşmədiyini  vurğulamış  və 
1943-cü  ildə  Stalinin  əmri  ilə  qaraçayların  deportasiya  edilməsini 
qeyd etmişdir. 
Deportasiyaya məruz qalan türk xalqlarından Ahıska türkləri 
ilə bağlı ölkəmizdə aparılan araşdırmalar daha çoxdur. Asif Hacılı-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
197
 
nın “Ahıska türkləri. Vatan bilgisi” adlı kitabı nəşr olunmuşdur ki, 
burada Ahıska türklərinin deportasiyası barədə ətraflı məlumat ve-
rilir.  Müəllif  Ahıska  türklərinin  deportasiyası  ilə  bağlı  məsələlərə 
aydınlıq  gətirmiş,  onların  1956-cı  ildə  bəraət  aldıqdan  sonra  belə 
Gürcüstana  köçməsinin  yasaqlanması  və  Azərbaycan  ərazisində 
məskunlaşmaları,  Azərbaycanda  onlara  olan  münasibət  və  digər 
məsələlər  barədə  məlumat  verilmişdir.  Bu  kitabda  qeyd  edilir  ki, 
1956-cı  ilin  28  aprelində  SSRİ  Ali  Soveti  Rəyasət  heyətinin 
135/142 saylı fərmanı ilə Ahıska türkləri komendant rejimindən və 
yerlərini  dəyişdirməklə  bağlı  məhdudiyyətlərdən  azad  olunurlar. 
Lakin nəşr hüququ olmayan bu fərmanda ahıskalıların Gürcüstana 
köçməsi qadağan olunur. Məsələ ilə bağlı Ahıska türkləri etirazları-
nı bildirmək üçün müraciət etsələr də, nəticəsiz qalır. Onlar 1957-ci 
ildə  Moskvada  olan  Azərbacan  nümayəndəsi  İslam  İslamzadə  ilə 
görüşürlər  və  o,  ahıskalılara  Azərbaycana  köçməyi  təklif  edir.  Bu 
zaman  31  dekabr  1957-ci  ildə  iki  bənddən  ibarət  K.Voroşilov  və 
M.Georqadzenin  imzasıyla  fərman  verilir.  Bu  fərmanda  Ahıska 
türklərinin  Gürcüstanın  Ahılkələk,  Adıgün,  Aspindza  ərazilərində 
məskunlaşdırılma üçün yer olmadığından Ahıska türklərinin Azər-
baycana  daimi  yaşayış  üçün  köçürülməsinə  icazə  verildiyi  vurğu-
lanır.  Lakin  Ahıska  türklərinin  Azərbaycana  köçməyə  razılığına 
baxmayaraq, bir çox siyasi dairələrin müqavimətinə görə bu proses 
uzanır və yalnız İ.Mustafayevin 1958-ci ildə Xruşşovla görüşündən 
sonra məsələ həll olunur [1, 56]. Ahıskalılar əsasən, Azərbaycanın 
Saatlı,  Sabirabad,  Quba,Qusar,  Xaçmaz  kimi  düzən  rayonlarında 
məskunlaşırlar. 
Ahıska  türkləri  ilə  bağlı  Sevil  Piriyevanın  2005-ci  ildə  nəşr 
olunmuş “Ahıska türkləri Azərbaycanda” adlı kitabı var. Üç fəsil-
dən  ibarət  olan  bu  kitabda  Ahıska  türklərinin  məskunlaşma  tarixi, 
məşğuliyyəti və Azərbaycanın ictimai-siyasi həyatında yeri haqqın-
da məlumatar verilir. Burada həmçinin deportasiyaya məruz qalmış 
insanların xatirələrinə də yer verilmişdir. Bundan başqa, 1996-cı il-
də Ənsarov Əlipaşanın “Ahıska türkləri” adlı kitabı nəşr olunmuş-
dur ki, burada əsasən, müəllifin də canlı şahidi olduğu 1989-cu ildə 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
198
 
baş verən Fərqanə hadisələrinə geniş yer verilsə də Ahıska türkləri-
nin 1944-cü ildə deportasiya olunmasından da bəhs edilmişdir. 
Ahıska türklərinin deportasiyası ilə bağlı bir sıra məqalələr də 
dərc edilmişdir. Belə məqalələrdən biri 2010-cu ildə “Kaspi” qəze-
tində çıxan Azər Nuriyevin “Ahıska türkləri iki dəfə didərgin düş-
müş xalq” adlı məqaləsidir. Burada “Vətən” cəmiyyətinin Mərkəzi 
Şurasınn sədri Şəmsəddin Sərvərovun açıqlamalarına da  yer veril-
mişdir. Qeyd edək ki,  Arif Yunusovun da  “İki  kere sürgün  edilən 
halk” adlı məqaləsi var. Bu məqalə türk dili ilə yanaşı ingilis və rus 
dillərində də nəşr olunmuşdur. Bundan başqa, 2010-cu ilin sentyab-
rında Mustafa Əzizin “Zaman” qəzetində “Ahıska türklərinin qara 
taleyi”  adlı məqaləsi dərc edilmişdir  ki, burada da  onalrın deporta-
siyaya  məruz  qalmasından  bəhs  olunur.  Əli  Kərimbəylinin  “Xalq 
cəbhəsi” qəzetində 2010-cu ildə çıxmış “Türk soqyqırımları və Ahıs-
ka  türkləri”  adlı  məqaləsində  bu  xalqın  deportasiya  olunmasında 
Mikoyanın  aktiv  fəaliyyət  göstərməsi  öz  əksini  tapmışdır.  Tarixçi 
Ənvər  Börüsoyun  “Ahıska  türkləri  üçün  yeni  problem”  adlı  mə-
qaləsində bu xalqın deportasiyaya məruz qalması, eləcə də öz yurd-
yuvalarına qayıtmaları ilə bağlı üzləşdikləri problemlərdən danışılır. 
Krım türklərinin deportasiyası ilə bağlı geniş şəkildə tədqiqat 
aparılmasa da, bu məsələ ilə bağlı bir sıra məqalələr dərc olunmuş-
dur. Bunlardan biri Elşən Mirişlinin 2016-cı ildə “Türküstan” qəze-
tində nəşr olunan “Krım tatar türkləri tarixin dolanbaclarında” adlı 
məqaləsidir. “Krım türklərinin sürgünü” adlı məqalələr 2012-ci ildə 
“Türküstan”  və  “Xalq  cəbhəsi”  qəzetlərində  də  dərc  olunmuşdur. 
2009-cu ildə çap olunan “Ruslar Krım tatarlarının sürgününə haqq 
qazandırır” adlı məqalədə Krım türklərinin deportasiyası haqqında 
Krım  tatarlarının  lideri,  Ukrayna  Ali  Radasının  deputatı  Mustafa 
Cəmilin açıqlamasına yer verilmişdir. 
Türk xalqlarının deportasiya olunması Mais Əmrahın müəllifi 
olduğu 2005-ci ildə nəşr edilmiş “Mərkəzi Asiyanın türk respubli-
kaları müharibə dövründə (1941-1945)” adlı dərsliyində də öz əksi-
ni  tapmışdır.  Kitabın  VI  fəsli  deportasiyalar  və  onların  Mərkəzi 
Asiya respublikları üçün nəticələrinə həsr edilmişdir [3]. B.Nəcəfo-
vun,  A.Paşayevin  və  L.Həsənovanın  deportasiya  ilə  bağlı  əsərləri 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə