Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə66/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
199
 
1948-1953-cü illərdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan 
deportasiya  olunmasına  həsr  edilsə  də,  burada  türk  xalqlarının  da 
deportasiya  olunduğu  vurğulanaraq  müqayisə  edilmişdir.  L.Həsə-
nova göstərmişdir ki, azərbaycanlıların köçürülməsi sovet deporta-
siya siyasətindən kənarda tədqiq oluna bilməz [5]. 
Yuxarıda göstərlənlərdən bir daha aydın olur ki, bəhs edilən 
mövzu ilə bağlı Azərbaycanda geniş tədqiqat işi mövcud deyil. La-
kin rus tarixşünaslığında məsələ ilə xeyli sanballı tədqiqat əsərləri 
var. Burada tarixi faktlar dəqiq qeyd edilsə də, Stalinin deportasiya 
siyasətinə tarixçilərin  yanaşmasında müəyyən ziddiyətli məqamlar 
da ortaya çıxır. Azərbaycanda məsələ ilə bağlı geniş tədqiqat işi ol-
madığından çox vaxt biz rus tarixçilərinin əsərlərinə müraciət edi-
rik. Odur ki, müharibə zamanı həyata keçirilən deportasiya siyasə-
tinin səbəbləri, nəticələri  və  d. məsələlərin  respublikamızda tədqi-
qinə ehtiyac var. 
ƏDƏBİYYAT 
1. Hacılı Asif. Ahıska türkləri. Vatan bilgisi. İstanbul, 2009. 
2. Piriyeva Sevil. Ahıska türkləri Azərbaycanda. Bakı, 2005. 
3. Əmrah Mais. Mərkəzi Asiyanın türk respublikaları müharibə 
illərində (1941-1945). Bakı, 2005. 
4. Бугай Н.Ф. Л.Берия - И.Сталину: “Согласно Вашему 
указанию...”. 
5. Əsəd Qurbanlı. Deportasiyanı doğuran şərait və səbəblər (1948-
1953).”Dirçəliş. XX əsr”, №82-83- 2004-2005, s.135-140. 
(Online). Mənbə: http://1905.az/deportasiyani-doguran-sərait-və-
səbəblər-1948-195 [Baxılıb: 30.04.2017]. 
6. Məhəmmədəli Asifli. (19 avqust 2015). Stalinin Türkiyə ilə 
düşmənçiliyinə qurban gedən xalq. (Online). Mənbə: 
http://az.azvision.az/Stalinin_Turkiye_ile_dushmenchiliyine_-
68168-xeber.html [Baxılıb: 30.04.2017]. 
7. Nizami Tağısoy. 40-60-cı illər qaraçay ədəbiyyatında janrlar
Bakı, 2012. (Online). Mənbə: http://nizami-tagisoy.net/16.htm 
[Baxılıb: 30.04.2017]. 
_________________________ 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
200
 
 
Lamiyə MUSTAFAYEVA 
Bakı Dövlət Universiteti, 
tarix fakültəsi, II kurs tələbəsi  
E-mail: mustafayeva.lamiye@yahoo.com 
 
XƏZƏRİN STATUSU MƏSƏLƏSİNİN XƏZƏRYANI TÜRK 
DÖVLƏTLƏRİ ARASINDA MÜNASİBƏTLƏRƏ TƏSİRİ 
Elmi rəhbər
Cavid ƏLİSGƏNDƏRLİ 
Bakı Dövlət Universiteti 
Açar sözlər: Xəzərin statusu, Azərbaycan, Qazaxıstan, Türkmənis-
tan 
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olu-
nur. Onun strateji önəmini artıran amillər zəngin karbohidrogen eh-
tiyatlarına malik olmasıdlr. Təsadüfi deyil ki, uzun illərdir 5 Xəzər-
yanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusi-
ya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə 
dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır. 
Keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi he-
sab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ - İran razılaş-
masını  qəbul  edirdi.  Bu  müqavilələr  1921-ci  il  fevralın  26-da  və 
1940-cı il martın 25-də imzalanan “SSRİ və İran arasında ticarət və 
dənizçilik haqda müqavilə” hesab olunur. 1921 və 1940-cı il müqa-
vilələri hələ də qüvvədədir, çünki, bu məsələ hələ də həll olunma-
mış qalmaqdadır. Bildiyimiz kimi, 1991-ci ildə Sovet İttifaqının da-
ğılır və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artır və bununla 
belə Xəzərin hüquq statusu məsələsi yeni bir mərhələyə qədəm qo-
yur. Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya Xəzə-
rin bölünməsi ilə bağlı fərqli mövqe sərgiləməsi məsələni daha da 
qəlizləşdirirdi. 
Xəzərin hüquqi statusunun həll olunmamasının əsas problem-
lərindən biri də sahilyanı ölkələrin tam yaxınlaşmasına imkan ver-
məməsidir.  Məsələnin  həll  olunmamasının  nəticəsidir  ki,  Xəzərin 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
201
 
həm enerji, həm də bioloji ehtiyatlarının mənimsənilməsi ilə bağlı 
anlaşılmazlıqlar davam edir. Belə bir sual ortaya çıxır Xəzərin hü-
quqi statusu məsələsi niyə həllini tapmır? 
Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərə-
findən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri 
keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yox-
sa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradır. Neft və təbii qaz 
ehtiyatları  baxımından  çox  zəngin  olması  və  kəşf  edilməsini  göz-
ləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu 
ön plana çıxarır. 
Xəzər  dənizinin  hüquqi  statusunu  təyin  edilməsi  zamanı  3 
əsas yanaşma ortaya çıxmışdır. 
1. Beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qə-
dər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin 
özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa 
sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. 
2. Bu yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə 
Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları 
nəzərdə  tutur,  qalan  ərazi  isə  sahil  ölkələrinin  ümumi  istifadəsinə 
verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. 
3. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan digər 
yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə 
tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan 
dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yal-
nız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azər-
baycan  və  Türkmənistan  kimi  ölkələr  öz  paylarından  İrana  təhvil 
verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyə-
cəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir. 
Rusiya bu məsələni qonşu olduğu Qazaxıstan və Azərbaycan 
ilə  razılaşaraq  həll  etmək  istəyir.  Çünki,  Rusiya  bu  problemin  da-
vam  etməsinin  bölgədə  mövcud  olan  ehtiyatların  istifadəsinin  ge-
cikməsinə  səbəb  olduğunu  düşünür,  eyni  zamanda  Azərbaycanın 
ABŞ və Avropa Birliyinə yaxınlaşmasından narahatlıq keçirir. Elə 
bu məsələ də Azərbaycan isə Xəzəri bir "göl" olaraq qəbul edir və 
bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bö-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə