Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə67/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   63   64   65   66   67   68   69   70   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
202
 
lünməsinin tərəfdarıdır.  Azərbaycan bu məsələdə Qazaxıstanla  or-
taq nəticəyə gələ bilir. 2001-ci ilin noyabrında və 2003-cü ilin fev-
ralında  hər  iki  dövlət  arasında  müqavilə  imzalanır.  Digər  tərəfdən 
isə baxmayaraq ki, Azərbaycan və Türkmənistanın tezisləri bir-biri-
nə çox yaxın idi, ancaq, onlar arasında ciddi anlaşmazlıqlar yaran-
mağa  başlamışdı.  İki  ölkə  arasındakı  anlaşılmazlığın  əsas  nöqtəsi 
“orta  xəttin  çəkilməsi”  mərhələsində  ortaya  çıxır.  Türkmənistan 
Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə 
doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında or-
ta  xəttin  çəkilməsi  zamanı  Abşeron  yarımadasının  nəzərə  alınma-
masın lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq sə-
bəbi ilə “Kəpəz” və “Azəri-çıraq”  yataqları mübahisəli hesab olu-
nur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları 
qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. 
Qazaxıstan  Xəzərin  şimalında  Rusiya  ilə  yaşaya  biləcəyi  anlaşıl-
mazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlamış, iki ölkə 
dəniz  sərhədlərinin  müəyyən  olunmasında  “orta  xətt”  prinsipinə 
söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadə-
sində razılaşmışdır. Elə bu razılaşmaya bənzər bir razılaşma Qaza-
xıstan və Azərbaycan arasında da baş verib.Yəni Xəzərin şimalın-
dakı bölgü istiqamətində bir konsensusun olduğu deyilə bilər. Am-
ma  Rusiya  enerji  şirkəti  “Lukoyl”un  Rusiya-Qazaxıstan  sərhədini 
keçdiyi üçün Qazaxıstanın Rusiyaya dəfələrlə nota verdiyini də de-
yə bilərik. İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə 
tutan prinsipi isə etirazla qarşılanır. İranın Xəzərdəki paylaşma mü-
barizəsi çərçivəsindəki hədəfinin Azərbaycana zərər vermək, bu öl-
kənin  iqtisadi  inkişafının  arxasındakı  ən  əhəmiyyətli  silah  olan 
enerji ehtiyatlarının rolunu zəiflətmək olduğu da ortadadır. Bu ba-
xımdan İranın Xəzərdə Azərbaycanla problem yaşayan Türkmənis-
tana  dəstək  verdiyini  də  görürük.  İran  Azərbaycanın  Xəzərdəki 
enerji  ehtiyatları  çərçivəsində  Türkiyə,  Avropa  Birliyi  və  ABŞ  ilə 
əməkdaşlıq etdiyini görür və bunun Rusiyada da narahatlıq doğur-
duğunu  bildiyi  üçün  Rusiya  ilə  də  Xəzər  oxunda  uyğunlaşmağa 
çalışır. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
203
 
Azərbaycanın  digər  türk  dövlətləri  ilə  münasibətlərində  də 
müəyyən dövr ərzində narzılıqlar olmuşdur. Ancaq bunlar müəyyən 
vaxt keçdikdən sonra öz həllini tapmışdır. Lakin Xəzərin statusu ilə 
bağlı olan narazılıq Türkmənistan ilə hələ də öz həllini tapmamış-
dır. Həmin bu hadisə dövlətlərarası münasibətlərin digər sahələrinə, 
o cümlədən siyasi əməkdaşlığa da təsir göstərir. Lakin, ədalətli da-
nışsaq görərik ki bəzi vaxtlarda Türkmənistan tərəfindən yumuşal-
ma  hiss  olunurdu.  Məsələn,  1997-ci  il  fevralın  25-26-da  Türkmə-
nistanın  Prezidenti  S.Niyazov  Qazaxıstanın  Prezidenti  N.Nazarba-
yevlə  status  məsələsinə  dair  danışıqlar  aparırlar  və  qərara  gəlirlər 
ki, statusu müəyyənləşdirən konvensiya qəbul olunana qədər tərəf-
lər  keçmiş  SSRİ  vaxtında  təyin  olunmuş  Xəzərin  milli  sektorlara 
bölünmə  prinsipini  rəhbər  tutaraq  öz  sektorları  çərçivəsində  neft 
hasilatı ilə məşğul olacaqdılar. 
Ümumiyyətlə,  Xəzərin  hüquqi  statusu  problemi  Xəzəryanı 
dövlətlərin müasir beynəlxalq vəziyyətinə təsir göstərən amillərdən 
biridir.  Bu  baxımdan,  Xəzərin  statusu  probleminin  həlli  mühüm 
beynəlxalq  əhəmiyyət  daşıyır.  Dünya  bazarında  neft  və  təbii  qaz 
kimi enerji ehtiyatlarına ehtiyacın artması, bu ehtiyatların istismarı 
və daşınması ilə bağlı reallaşdırılan transregional layihələrdə dünya 
ölkələrinin iştirakı, ixrac kəmərlərinin təhlükəsizliyi Xəzərin hüqu-
qi statusu probleminin məhz beynəlxalq hüquq normaları əsasında 
həllinin zəruriliyini göstərir. Xəzər regionunda mübahisəli məsələ-
lərin həlli, təhlükəsizlik mühitinin formalaşması və sabitliyin bərqə-
rar edilməsi həm Xəzər hövzəsi ölkələrinin iqtisadi inkişafına, həm 
də  regionun  enerji  ehtiyatlarının  birgə  istismarında  əməkdaşlığı 
gücləndirməyə çalışan ölkələrin imkanlarının genişlənməsinə müs-
bət təsir göstərəcəkdir. 
ƏDƏBİYYAT 
1. Elman Nəsirov. Аzərbaycan nefti və beynəlxalq müqavilələr 
(1991-1999). Bakı, Respublika Xatirə Kitabı Nəşriyyatı, 1999. – 
s.104. 
2. Sevinc Ruintən. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr 
sistemində (XX əsrin 90-cı illəri). Bakı, Adiloğlu, 2005. – 236 s. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
204
 
3. Рустам Мамедов. Международно-правовой статус 
Каспийского моря (вчера, сегодня, завтра). Баку: Азернешр, 
2006. – с.464. 
_________________________ 
Məsumə TƏHMƏZLİ 
Bakı Dövlət Universiteti, 
tarix fakültəsi,lll kurs tələbəsi 
E-mail: tmesume97@gmail.com 
 
POSTSOVET MƏRKƏZI ASIYADA 
GEOSİYASİ VƏZİYYƏT: PROQNOZLAR, REALLIQLAR 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Rövşən HƏTƏMOV 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Mərkəzi Asiya, SSRİ, Qazaxıstan, Qırğızıstan, Özbə-
kistan, Türkmənistan 
SSRİ-nin  dağılmasından  sonra  dünyanın  siyasi  xəritəsində 
meydana çıxmış dövlətlər sırasında Mərkəzi Asiyanın müstəqil türk 
dövlətləri öz spesifik xüsusiyyətlərinə və geosiyasi mövqelərinə gö-
rə fərqlənirlər. 1991-ci ilə kimi dünyada yalnız 1 türk dövləti möv-
cud idisə, artıq SSRİ-nin dağılmasından sonra daha 5 müstəqil türk 
dövləti  yarandı.  Tədqiqatçı  Müzəffər  Özdağ  1989-cu  ilin  statistik 
göstəricilərindən çıxış edərək göstərir ki, “Ümumilikdə 44.274.000 
əhaliyə  və  3.850.500  kv.km  əraziyə  sahib  olan  Qərbi  Türküstanın 
türk  respublikaları  Birləşmiş  Millətlər  Təşkilatında  təmsil  olunan 
186 dövlətin 180-dən ərazisinə görə, 162-sindənsə əhalisinin sayına 
görə  böyükdür”.  Bu  dövlətlər  Avropa  və  Asiya  qitələri  arasında 
Türk Dünyasının  yerləşdiyi məkanı - geosiyasi türk qurşağını for-
malaşdırmışdı.  Dini-mənəvi  dəyərlərə  malik  Türk  Dünyası  siyasi-
iqtisadi müstəvidə tam bütövləşməsə də zəngin təbii sərvətlərə ma-
lik olması, tarixi İpək Yolu üzərində yerləşməsi, yaxın qonşu ölkə-
lərə nümunə olacaq demokratik dünyəvi dövlət quruculuğu yolunu 
tutması baxımından diqqət mərkəzində olmuşdur. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə