Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə68/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   64   65   66   67   68   69   70   71   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
205
 
Sovet imperiyası dağılana qədər Mərkəzi Asiyanın türk döv-
lətləri dünya dövlətləri üçün qapalı region idi, lakin XX əsrin 90-cı 
illərində bu region müstəqillik əldə etdi. Region ölkələri birdən-birə 
baş verən bu müstəqilliyə hazır deyildilər və Mərkəzi Asiyanın türk 
respublikalarının  xarici  siyasi  meyllərinin  formalaşması  SSRİ-də 
gedən  siyasi  proseslərin  nəticəsində  mümkün  olmuşdu.  Məhz  bu 
arqumentdən  yararlanan  bir  çox  qərb  analitikləri  regionun  müstə-
qilliyinə və gələcək inkişafına bədbin yanaşmış, qüsurlu müqayisə-
lərin təsiri altında düzgün proqnozlar verməmişdilər. 
Mərkəzi  Asiya  ilə  yanaşı,  yaxın  qonşuluqda  yerləşən  digər 
dövlətləri də vahid geopolitik vəhdət kimi götürən ABŞ politoloqu 
Zbiqnev Bjezinski “Beynəlxalq münasibətlər” məqaləsində regionu 
“Avrasiyanın Balkanı” adlandıraraq, özündə “böyük güc vakuumu 
təmsil etdiyini” yazırdı. Onun fikrincə, burada daim yaxınlıqda yer-
ləşən  müxtəlif  qonşu  dövlətlərin  geosiyasi  maraqları  toqquşub  və 
bu  tendensiya  hazırkı  vəziyyətdə  də  özünü  qoruyub  saxlamışdır. 
Başqa  bir  amerikalı  alim  Martha  Brill  Olkott  “Orta  asiyalıların 
hazır olmadıqları, istəmədikləri və zəruri  bir dövr ərzində konkret 
bəhrəsini  görməyəcəkləri  müstəqilliklə  qarşılaşdıqları”  nəticəsinə 
gəlmişdir. Digər Qərb tədqiqatçısı Nanci Lubin də eyni fikri bölü-
şərək  Orta  Asiyanın  silah  qaçaqmalçılığı  üçün  tranzit  ərazi  olaca-
ğını  və  regionda  narkotik  maddələrin  qanunsuz  dövriyyəsinin  ge-
nişlənəcəyini  proqnozlaşdırmışdır.  O,  bu  kontekstdən  çıxış  edərək 
regionu “ikinci Kolumbiya” kimi xarakterizə etmişdir. Harvard uni-
versitetinin tədqiqatçıları Əli Banuazizi və Mayron Viner Mərkəzi 
Asiyanın  siyasi  gələcəyindən  bəhs  edərkən  Avropanın  Balkanları 
ilə  bir  paralellik  aparmışlar.  Bütün  bu  versiyalar  Orta  Asiya  türk 
dövlətlərinin siyasi sistemə yeni qədəm qoyduğu dövrdə irəli sürü-
lürdü. 
Dünya dövlətlərinin xarici siyasət fəaliyyətləri Mərkəzi Asi-
yada baş verən proseslərə təsir edirdi. ABŞ-ın Mərkəzi Asiyada yü-
rütdüyü  xarici  siyasətdə  diqqəti  çəkən  cəhət  yeni  müstəqillik  əldə 
etmiş  dövlətlərə  məhz  inkişafın  “Türkiyə  modelini”  təklif  etməsi 
idi. Bu, ABŞ-ın Türkiyə ilə uzun illər davam edən müttəfiqlik mü-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
206
 
nasibətləri ilə yanaşı, regionun etnosiyasi reallıqlarından qaynaqla-
nırdı. 
Orta Asiya da daxil olmaqla Rusiya imperiyası ərazisində ya-
şayan  türk  xalqları  istər  Osmanlının,  istərsə  Türkiyə  Cümhuriyyə-
tinin daim diqqət mərkəzində olmuşlar. Sovetlər birliyinin dağılması, 
kommunizmin çökməsi və müstəqil türk dövlətlərinin meydana çıx-
ması ilə Türkiyə yenidən Türk Dünyasında məsuliyyətli missiyasını 
öz üzərinə götürdü. SSRİ-nin süqutundan sonra postsovet məkanında 
yeni  müstəqil  türk  dövlətlərinin  meydana  çıxması,  həmçinin  Qara 
dəniz hövzəsində ənənəvi qüvvələr nisbətinin pozulması ilə Türkiyə 
üçün yeni imkanlar açıldı. Əvvəlki mülahizələrinə zidd olaraq Qərb 
tədqiqatçıları  və  alimləri  sovetlər  birliyinin  dağılması  ilə  Mərkəzi 
Asiyada  Türkiyənin  önəminin  artmağa  başladığını  vurğulayırdılar. 
Füller Türkiyəni “yenidən düzənlənən dünyanın geosiyasi mərkəzi” 
kimi  qiymətləndirirdi.  Ümumiyyətlə  Qərb  mətbuatı  Türkiyənin 
dəyişən dünyada böyük regional gücə çevrildiyini vurğulayırdı. 
1991-ci ildən sonra Türkiyənin rəsmi dairələri regionda müs-
təqilliyini  əldə  etmiş  türk  dövlətləri  ilə  bütün  istiqamətləri  əhatə 
edən əlaqələrin qurulub inkişaf etdirilməsi kursunu götürmüşdülər. 
Türkiyə  tədqiqatçısı  İlham  Uludağın  fikrincə,  “İndi  qarşıda  duran 
başlıca  məsələ  Orta  Asiya  və  Azərbaycan  kimi  türk  respublikala-
rında hüquqi dövlətin qurulması, demokratiyanın möhkəmlənməsi, 
bazar  iqtisadiyyatı  münasibətlərinin  bərqarar  olmasına  Türkiyə 
Cümhuriyyətinin istiqamət verməsi və yardımçı olmasıdır”. 
Professor İlham Uludağın fikrincə, “1991-ci ildən sonra Tür-
kiyənin təxminən Marşal planına uyğun kompleks kurs həyata ke-
çirməsi mümkün idi. Həyata keçirilməli olan bu proqram bütün sa-
hələri  əhatə  etməli  idi.  Hərbi  sahədə  əməkdaşlıq,  qarşılıqlı  hərbi 
personalın hazırlığı, silah istehsalının qarışılıqlı uzlaşdırılması, hər-
bi yardım mexanizminin hazırlanması, siyasi istiqamətdə isə xarici 
siyasətdə ortaq prinsiplərin müəyyənləşməsi, demokratiyanın dərin-
ləşməsi üçün birgə səylərin göstərilməsini əhatə etməlidir”. 
Yeni müstəqil türk dövlətləri yarandıqdan dərhal sonra Türki-
yə onları tanıyan ilk ölkə oldu. Həmin dövrün aparıcı türk mətbua-
tının izlənilməsi göstərir ki, qardaş ölkələrə xüsusi diqqət ayrılmış-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
207
 
dır.  Azərbaycan  tədqiqatçısı  Natiq  Məmmədli  “Mərkəzi  Asiyanın 
türk dövlətləri və Türkiyə” monoqrafiyasında Türkiyənin türk döv-
lətlərinə yönəlik xarici siyasətinin ana xəttini bütün Türk Dünyası-
nın siyasi həmrəyliyinə nail olunmasını təşkil etdiyini qeyd edirdi. 
Onun fikrincə, bu konsepsiya dahi mütəfəkkir İsmayıl bəy Qaspıra-
lının  “dildə,  fikirdə,  işdə  birlik”  fəlsəfəsindən,  atatürkçü  düşüncə 
tərzinin  mahiyyətindən  və  nəhayət,  müasir  dünyanın  inkişaf  tem-
pindən irəli gəlir. 
Regionda geostrateji maraqlarını təmin etmək istəyən ABŞ da 
Türkiyənin bölgəyə dair xarici siyasətinin başlıca prinsipi olan de-
mokratiyanın inkişaf etdirilməsi  yönümündə müttəfiq dövlətin bü-
tün  səylərini  dəstəkləyir.  ABŞ-ın  tanınmış  politoloqlarından  Pol 
Qobl Amerikanın dünyəvilik prinsipini müdafiə etməsini siyasiləş-
miş  islam  dalğasının  artması  ehtimalından  irəli  gəldiyini  vurğula-
mışdır.  “ABŞ-ın  İran  şahının  öz  müxalifətini  sıradan  çıxarmasına 
göz  yumması  nəticəsində  siyasi  mübarizənin  ağırlığı  məscidlərin 
üzərinə düşdü və beləliklə, hazırkı  İran rejimi  yarandı. Bu baxım-
dan  Orta  Asiyada  da  oxşar  proseslərin  cərəyan  edəcəyindən  bir 
ehtiyatlılıq hiss olunur”. 
Müasir Azərbaycanlı tədqiqatçılardan Sevinc Ruintən və Cavid 
Əlisgəndərlinin müəllifi olduqları məqalədə SSRİ dağıldıqdan sonra 
Mərkəzi  Asiya  və  ondan  kənarda  yeni  müstəqillik  qazanmış  döv-
lətlərin gələcəkdə olan inkişafında İslam amilinin mühüm rol oyna-
yacağı qeyd edilir. Həmçinin məqalədə, regionda dünyəvi dövlət qu-
ruculuğu  prosesinin  mühüm  tərkib  hissəsi  olan  demokratiyanın 
möhkəmlənməsinin  mühüm  əhəmiyyət  kəsb  etməsi  ilə  yanaşı,  bu 
prosesin Türkiyə və ABŞ-ın maraqları sırasında olduğu da bildirilir. 
Müstəqilliklərini yeni əldə etmiş türkdilli respublikalar, həm-
çinin  regionda  maraqları  təzəcə  formalaşmağa  başlayan  Türkiyə 
üçün dövlət başçılarının zirvə toplantılarının keçirilməsi böyük əhə-
miyyətə  malik  idi.  Türkiyə  mətbuatında  dövlət  başçıları  sammit-
lərinə həsr olunmuş ümumiləşdirilmiş analitik materiallarda xüsusi 
vurğulanırdı ki, XXI əsr ölkələrimiz üçün sabitlik, dinamik inkişaf, 
konstruktiv  siyasi  dialoq,  qarşılıqlı  surətdə  faydalı  əməkdaşlıq, 
xalqlarımız üçün isə ictimai tərəqqi və rifah əsri olacaqdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə