Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə70/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   66   67   68   69   70   71   72   73   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
211
 
 
Tünzalə ÜZEYİROVA 
Bakı Dövlət Universiteti,  
Tarix fakültəsi, III kurs tələbəsi  
E-mail: meherrem.uzeyirov@mail.ru 
 
XAKASLAR VƏ ONLARIN TƏDQİQİNƏ BAXIŞ 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Rövşən HƏTƏMOV 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Sibir, xakaslar, N.Y.Biçurin, türk xalqları, şamanizm 
Sibirin türk xalqlarının qədim və orta əsrlər tarixinə aid türk 
dilində  yazılı mənbələrin yoxluğu, həmçinin qonşu xalqların mən-
bələrində məlumatların azlığı onların tarixinin araşdırılmasında çə-
tinliklər yaradır. Məlumdur ki, Sibir Asiyanın nəhəng bir hissəsinin 
türkcə  ümumi  coğrafi  adıdır.  Sibir  toponimi  bir  baxışa  görə  mon-
qolcada “bataqlıq yerdə sıx kolluq, balta girməmiş sıx orman” mə-
nasındakı ifadədən götürülüb. Digər bir fərziyyəyə əsasən bu topo-
nim “Sabir” adlı türk tayfasının adı ilə əlaqələndirilir. Ərəb mənbə-
lərində bu ərazinin adı “Sibir” və ya “İbir”, Çin mənbələrində “Si-
bi-rh” və “Bissibur” kimi qeyd edilmişdir. 
Avrasiya  materikində  qədim  dövrlərdən  mövcud  olan  türk 
xalqlarından  biri  də  xakaslardır.  Xakasların  folkloru,  mərasimləri 
haqqında Azərbaycan dilində müəyyən tədqiqat əsərləri yazılsa da 
onların  tarixinə  aid  yalnız  ayrı-ayrı  ədəbiyyatlarda  səthi  məlumat-
lara rast gəlmək mümkündür. H.Həvilov “Dünya xalqlarının etno-
qrafiyası” adlı tədqiqat əsərində Sibirdə yaşayan digər xalqlarla ya-
naşı xakasların da etnoqrafiyası haqqında qısa məlumatlar vermiş-
dir. Sibirin türk xalqlarının tarixi, mədəniyyəti haqqında daha ətraflı 
məlumatları Ə.Muxtarova “Türk xalqlarının tarixi” dərsliyində şərh 
etmişdir. Hazırda sayı 71 min nəfər olan xakaslar Rusiya Federasi-
yasının Krasnoyarsk əyalətinin Xakas Muxtar vilayətində məskun-
laşmışlar [2, s.398]. Rus mənbələrində adlarına XVIII əsrdən sonra 
rast gəlinən xakasların qədim tarixi haqqında yazılı mənbələr aşkar 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
212
 
olunmamışdır. Əvvələr Ağban (Abakan) və ya Minsuğ (Minusinsk) 
tatarları adlandırılan xakaslar XX əsrin əvvəllərindən yerli ziyalıla-
rın təklifi ilə Çin mənbələrində adı çəkilən Xakas dövlətinin şərəfi-
nə  bu  cür  adlandırılmışlar.  “Xakas”  etnoniminin  əvvəllər  məlum 
olub olmaması haqqında bir - birinə zidd fikirlər mövcuddur. Tan 
dövrü Çin salnamələrində təsadüf olunan “kırkız” etnonimini tanın-
mış rus çinşünası N.Y.Biçurin “xakas” kimi vermişdir [3, s.30]. Al-
man  çinşünası V.Şott bu tərcümənin  yanlış olduğunu bildirmiş və 
N.Biçurinin “xakas” kimi verdiyi etnonimin “kırkız” sözünün təhrif 
olunmuş  forması  olduğunu  göstərmişdir.  “Xakas”  sözünün  yanlış 
oxu nəticəsində yarandığını V.V.Bartold da təsdiq edir. S.Y.Yaxon-
tov bu fikri daha da açaraq göstərir ki, çin mənbələrində rast gəli-
nən və Yenisey qırğızları mənasında işlədilən “xyaqaslar” sözünün 
ilkin formasının “xakas” sözü ilə heç bir əlaqəsi yoxdur. Belə mə-
lum olur ki, N.Biçurin yanlış oxu nəticəsində yeni söz, yəni “xakas” 
etnonimini  yaratmışdır.  L.R.Kızlasov  qədim  zamanlarda  Minsuğ 
çökəkliyində,  Yenisey  ərazisində  xakasların  yaşadığı  fikrinə  şərik 
çıxsa da bəzi tədqiqatçılar, o cümlədən Y.S.Xudyakov, S.M.Vayn-
şteyn bu fərziyyənin yanlış olduğunu söyləyirlər. 
Xakasiya ərazisindəki mağara tipli yaşayış yerlərinin 40 min 
il  tarixi  olduğunu  söyləyən  tədqiqatçılar  daş  dövründən  və  tunc 
dövründən  başlayaraq  buradakı  mədəniyyətin  izlərini  Afanasyev 
(m.ö.III – II əsrlər), Andronov (m.ö. II minilliyin ortaları ), Qarasu 
(m.ö.XIII-VIII  əsrlər),  Taqar  (m.ö.VII-II  əsrlər)  və  Taştık  (m.ö.  I 
əsr – m.s.V əsr) dövrlərinə bölürlər. Şamanist türklərin bu yerlərin 
qədim sakinləri olmasını sübut edən qayaüstü rəsmlər, məzarlar və 
s. tədqiqatçıların diqqətindən yayınmamışdır. Bunlardan biri də iki 
min  il  əvvələ  aid  edilən  Duz  gölü  yaxınlığındakı  qayada  çəkilmiş 
qavallı şaman rəsmidir. Rəsmdə üç dünyanı əks etdirən əlində dün-
gür  (dəf)  tutan  şaman  təsvir  edilmişdir.  Şifahi  xalq  ədəbiyyatında 
bu  yerlərin  qədim  sakinləri  haqqında  verilən  maraqlı  məlumatlar-
dan  nümunələr  gətirən  xakas  arxeoloqu  L.Kızlasov  m.ö.IV  –  III 
əsrlərə aid bir mətnə görə, şimal torpaqlarında həmişə atlı adamla-
rın yaşadıqlarını yazır. Başqa bir rəvayətə görə, “oradakı batırların 
bədəni  insan  bədəni,  ayaqları  isə  uzun  tüklə  örtülmüş  at  ayaqları 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
213
 
imiş .Onlar Dinlinlər ölkəsinin sakinləri idilər. Onlar özlərini qam-
çılayır və vəhşi qazlar kimi, “qa, qa, qa” deyə qışqıra – qışqıra uc-
suz  –  bucaqsız  çöllərdə  çapırlarmış”.  L.Kızlasovun  istinad  etdiyi 
başqa  bir  mənbədə  deyilir:  “Dinlin  ölkəsi  var.  Oradakı  adamların 
ayaqlarından dizdən aşağı tük bitib, (onların) at dırnaqları var, (on-
lar) gəzməyi sevirlər”. O, dinlinlərin türk dilli olması əleyhinə çıxsa 
da  ilk  təkəri,  ilk  əl  dəyirmanlarını  onların  yaratdığını  söyləməklə 
dediyinin  əksini  sübut  etmiş  olur.L.Kızlasova  görə  682-ci  ildə 
yaranan Şərqi Türk xaqanlığı ərazisində yaşayan xakaslar avropoid 
tipli olublar. 
Xakas adı altında xaas (kaçinlər), sağay, beltir, koybal, kızıl 
kimi tayfalar birləşirlər. Bu tayfaların özləri də kiçik boylardan iba-
rətdirlər.Məsələn,  sağaylar  -  sağay,  turan,  sarıq,  kırqıs,  pürüt  kimi 
boylara bölünürlər. XVIII əsrin əvvəllərinə qədər Kızılyar (Krasno-
yarsk) yaxınlığındakı rayonlarda məskunlaşmış xaasların xakasların 
etnogenezində rolu böyükdür. Xakasların əsas hissəsini təşkil edən 
sağaylar XVII əsrdə Tom və İyus çaylarının yuxarı axarlarında Ye-
nisey  qırğızları  ilə  yanaşı  yaşayırdılar.  V.Vaynşteynə  görə,  XVII 
əsrdə  koyballar  samodiketdilli  matorların  bir  soyu  idilər.  Onlar 
XVII  yüzilliyin  ortalarından  öz  sərkədələri  Koybalın  adı  ilə  adla-
nırlar.  Sonralar  Kızılyar  qəzasına  köçməklə  ketdilli  və  türkdilli 
qruplarla birləşərək tədricən türk dilini qəbul etdilər. 
XIX əsrin ilk yarısında xakas türkcəsini daha ətraflı öyrənən 
filoloq və etnoqraf M.A.Kastren Sibir ərazisində olarkən xakasların 
folkloruna aid qiymətli məlumatlar əldə etmişdir.O, kızıl, sağay və 
beltirlərin adət-ənənələri, dini inancları ilə bağlı maraqlı faktlar üzə 
çıxarmışdır. XIX əsrin II yarısında V.Radlov və N.F.Katanov araş-
dırmaları ilə xakas türkcəsinin, xakas dialektologiyasının tədqiqin-
də  yeni bir dövr başlatmışlar. V.Radlov  əsərlərində  Abakan ərazi-
sində  yaşayan  xakaslardan  “Abakan  tatarları”  deyə  bəhs  etmişdir. 
V.Radlova görə Abakan tatarları istər kökən, istər dil, istərsə də ya-
şayış  tərzi  baxımından  fərqli  olan  boyların  uzun  müddət  birlikdə 
yaşaması nəticəsində yaxınlaşmasından yaranmışdır [4, s.112]. Sa-
ğay tayfasından olan tanınmış xakas şərqşünası, müqayisəli dilçilik 
doktoru  N.F.Katanov  bu  barədə  belə  yazırdı:  “Atam  Sağay  tayfa-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə