Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə72/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   68   69   70   71   72   73   74   75   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
217
 
səl  dəftəri”,  “İbrahim  Peçevinin  Qafqaz  və  Gürcüstan  haqqında 
əməyi”,  “Türk-laz  dillərinin  əlaqəsi”  əsərləri  təşkil  edir.  Qeyd  et-
mək lazımdır ki, “Gürcüstan vilayətinin müfəssəl  dəftəri”  gürcücə 
yayımlanmış türk tarixinin ən önəmli mənbələrindən hesab olunur. 
Müəllif tərəfindən tarixi sənədlərin əksəriyyəti nəşr edilib ki, bun-
lardan  ən  əhəmiyyətlisi  “XVIII  əsrin  I  yarısında  Gürcüstanda  Os-
manlının  Hüquqi  Sənədləri”dir. S.Cikianın türkcə-gürcücə  və  gür-
cücə-türkcə lüğətlərinin hazırlanmasında, düzəliş edilməsində, azər-
baycan məktəbləri üçün gürcü dilində dərsliklərin hazırlanmasında 
danılmaz  rolu  vardır.  O,  həmçinin  türk  xrestomatiyasının  müəlli-
fidir. Bir çox gürcü türkşünaslar kimi (N.N.Canaşia, V.G.Cangidze, 
G.Tsalkalamidze, İ.Şervaşidze) S.Cikia da türk dillərinin ləhcələri-
nin öyrənilməsinə diqqət ayırmışdır. Azərbaycanda istifadə olunan 
türk dilinin ləhcələrindən başqa bu alim tərəfindən Türkiyənin əha-
lisinin istifadə etdiyi dilin müqayisəsi aparılmış, bu dilin gürcü dili-
nin  ümumi  qrammatikasında  buraxdığı  izi  müəyyənləşdirilmiş, 
həmçinin türk xalqlarının ədəbiyyatında onların yeri təsbit edilmiş-
dir.  Cikiya  Türkiyə  türkcəsinin  kök  və  şəkilçilərinin  təsnifatını 
aparmış, bununla yanaşı gürcü dilində istifadə olunan türk kökənli 
sözlərin  siyahısını  hazırlamışdır.  Sergi  Cikianın  araşdırmalarından 
belə qənaətə gəlmək olar ki, bir-birinə yaxın yaşayan xalqların mə-
dəniyyətində,  dilində,  münasibətində  qarşılıqlı  yanaşma,  bənzərlik 
mövcuddur. Təsadüfi deyil ki, linqvistik baxımdan türk-gürcü, gür-
cü-azərbaycanlı, türk-lazların dillərində bu açıq şəkildə özünü biru-
zə verməkdədir. Sergi Cikia Azərbaycanın intibah dövrünün nüma-
yəndələrindən  olan  Xaqani,  Nizami,  o  cümlədən,  M.Ə.Sabir  M.F. 
Axundov, C.Məmmədquluzadənin əsərlərini tərcümə vasitəsilə gür-
cü xalqına da çatdırmışdır. 
Müasir dövrdə Gürcüstanda türk dilini təkcə leksikoloji baxı-
mından  deyil, həm də  fonetik və  sintaktik baxımdan  araşdırılması 
davam etməkdədir. 
ƏDƏBİYYAT 
1.Anadolu türkcesi Ahıska şivesinde morfolojik özellikler hakkında 
// Bizim Ahıska dergisi, yaz 2016. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
218
 
2. Founder of Georgian Turkology: Sergi Cikia Biography
Translated by Prof.Dr.Ilyas Ustunyer 
http://silkroadinstitute.ibsu.edu.ge/index.php/en/publications/books/
286-founder-of-georgian-turkology-sergi-jikia 
3. İlyas Üstünyer. Gürcü Türkolojisinin kurucusu - Sergi Cikia. 
Konya, 2014. 
4. N.N.Canaşia, M.Kh.Svanidze. Gürcistan’da türkoloji // Tarih 
Dergisi, Sayı 54 (2011/2), İstanbul, 2012, s.221-229. 
5. Tsisana Abuladze. Turkish studies in Georgia // III.Uluslararası 
Türkiyat Araştırmaları Sempozyumu. Hacettepe Üniversitesi 
Türkiyat Araştırmaları Enstitüsü, Ankara , 2010. 
6. სერგი ჯიქია 
https://www.tsu.ge/universteteli_avtorebi/biografia.php?id=441 
7.თურქოლოგია საქართველოში http://science.org.ge/ 
_________________________ 
Nuranə QASIMOVA 
Sumqayıt Dövlət Universiteti 
Tarix və Coğrafiya fakültəsi, II kurs magistrant 
Email: nurana.gasimova@mail.ru 
 
SOVET HAKİMİYYƏTİNİN İLK İLLƏRİNDƏ TÜRK 
XALQLARININ TARİXİNİN TƏDQİQİNƏ DAİR 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Ənvər Məmmədov 
Sumqayıt Dövlət Universetitinin dosenti 
Açar sözlər: SSRİ, sovet hakimiyyəti, türk xalqları tarixi, türk xalq-
ları tarixinin tədqiqi, repressiyalar 
Dünya  xalqlarının  tarixi  bir-birindən  təcriddə  deyil,  əksinə 
qarşılıqlı təsir dairəsində inkişaf etmişdir. Şərti də olsa dünya tarixi-
nin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb xalqları bir-birinə 
bağlılığı və təsiri nəticəsində müasir sivil mərhələyə yetişə bilmiş-
dir. Türk xalqlarının tarixi də bu mənada dünya tarixinin bir qolu 
olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
219
 
Türklər dünyanın qədim  və  qüdrətli xalqlarındandır. XX  əsr 
türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesinin təbirincə desək, 
"hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin 
genişliyinə  görə  müəyyənləşdirilmir.  Hər  bir  xalqın  böyüklüyü 
onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyən-
ləşdirilir." Bu mənada türklər öz tarix və mədəniyyətlərinin qədim-
liyi,  zənginliyi  baxımından  dünya  xalqları  arasında  böyüklüyünü, 
aparıcılığını  tam  şəkildə  təsdiqləyə  bilmişlər.  Türklərin  təxminən 
dörd min il bundan əvvəl Altay-Sayan dağları boyunca yaşamaları 
tarixi  fakt  kimi  təsdiqlənmişdir.  Lakin  türklərin  tarixinin  daha  əv-
vəllərə aid olduğu şəksizdir. Türklərin 2800 il siyasi təşkilatlanma, 
2700 il ədəbiyyat, 2500 il yazı tarixinə malik olmaları bu fikrin hə-
qiqiliyinə tam əminlik yaradır. 
Hazırki dövrdə türk xalqlarının tarixinin təkcə hər hansı milli 
zəmində yox, ümumtürk anlayışları səviyyəsindən və bu səviyyənin 
nəzəri-estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir. 
Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, keçmiş SSRİ məka-
nında  yaşamış  türk  xalqları  öz  həqiqi  tarixlərindən  və  zəngin  mə-
nəvi aləmindən uzun müddət nəinki uzaq salınmış, həm də müəy-
yən  siyasi  tələblər  daxilində  ondan  yadırğadılmışlar.  Sovet  haki-
miyyətinin  20-30-cu  illərində  ölkə  rəhbərliyinin  inzibati-komanda 
sistemində Stalinin başçılığı ilə həyata keçirilən siyasi xətt bu prob-
lemə öz dərin təsirini göstərmişdir. Bu zaman türk xalqlarının tarixi 
bolşevik  hakimiyyətinin  ideoloji  diqtəsi  ilə  saxtalaşdırılmış,  möv-
cud  ideologiyaya  xidmət  edən  sovet  tarixşünaslığında  bilərəkdən 
təhrif edilmişdir. Digər sahələrdə olduğu kimi tarix elmi də bütöv-
lükdə partiya və dövlət orqanlarının nəzarətinə verilmişdi. 
Sovet  hakimiyyətinin  ilk  illərində  bu  istiqamətdə  bir  birinə 
zidd iki cərəyanın toqquşması müşahidə olunur. Birinci “milli” cə-
rəyanın nümayəndələri ümumtürk tarixini və mədəniyyətini  yarat-
mağa çalışır, yeni proletar cərəyanın nümayəndələri isə qarşılarına 
xalqın qəhrəman əməyini, burjuaziyaya qarşı mübarizəni və ateizmi 
təbliğ edən ədəbi-bədii əsərlər yaratmağı və onu tədris etməyi məq-
səd  qoymuşdur.  Bu  xətti  genişləndirmək  üçün  bütün  ittifaq  üzrə 
ədəbi-bədii və mədəni-maarif müəssisələri şəbəkəsi yaradılmışdı. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə