Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə74/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   70   71   72   73   74   75   76   77   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
223
 
Fikrimcə, yazılmış tədqiqat əsərlərində yalnızca ahıskalıların 
sürgün  olunması  deyil,  həm  də  onların  qürbətdə  yaşadıqları  prob-
lemlərə də aydınlıq gətirilməli, Gürcüstanın bu yöndə göstərmədiyi 
səylər nəzərə çatdırılmalıdır. Fərqli ölkələrdə yaşamaq məcburiyyə-
tində qalan ahıskalıların  sosial, iqtisadi, mədəni problemlərini həll 
etmək hələlik yaşadıqları ölkələr tərəfindən təmin edilməlidir. Xü-
susilə də Rusiyanın Krasnodar bölgəsində yaşayanların problemləri 
dövlət və beynəlxalq təşkilatlar nəzdində həll olunmalıdır. 
“Gürcüstan  29  Aprel  1999-cu  ildə  Avropa  Şurasına  üzv  ol-
muş və Avropa Şurasına daxil şərti olaraq Ahıska türklərinin Gür-
cüstan  cəmiyyəti  ilə  inteqrasiyası  və  ana  vətənlərinə  dönmələrinə 
icazə verən hüquqi bir çərçivəni qəbul edəcəyini, Ahıska türklərinə 
Gürcüstan vətəndaşlığını əldə etmə haqqı tanıyacağını qəbul etmiş-
dir”  (5,  səh.283).  Gürcüstan  bu  verdiyi  sözü  tutsa,  ahıskalıların 
problemlərinin böyük bir hissəsi həll olunmuş olacaq. 
ƏDƏBİYYAT 
1. A.Hacılı. Axısqa türkləri. Vətən bilgisi. İstanbul, 2009, 583 səh. 
2. Ahıska türklərinin tarixi. (Onine). Mənbə: www.ahıskalılar.org 
[Baxılıb: 30.04.2017]. 
3. İ.Kazımov. Axıska (Mesxet) türklərinin dili. Bakı, 1999, 278 səh. 
4. K.Aslan. Ahıska türkleri. Ahıska türkleri kültür ve dayanışma 
derneği, Yayın No.1 Ankara 1995, 63 səh. 
5. M.Akif Kütükçü. Uluslararası hukuk çerçevesinde Ahıska 
türklerinin anavatanlarına dönüş sorunu. İstanbul, 2011. 
6. N.Sasıyev. Yetim qalmış Axıskalı. Bakı, 2011, 360 səh. 
7. S.Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni 
həyatı). Bakı, Elm, 2005, 264 səh. 
8. S.Piriyeva, A.Piriyev. Türk dünyası və ata yurdum Ahıska. Bakı, 
2003, 298 səh. 
_________________________ 
 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
224
 
 
 
VI Bölmə 
Türk xalqları tarixinin tədrisi və təbliği məsələləri 
Nərgiz BABAXANİ 
Bakı Dövlət Universiteti 
tarix fakültəsi, III kurs tələbəsi 
E-mail: Babaxaninergiz@gmail.com 
 
AZƏRBAYCANDA ÜMUMTÜRK TARİXİ 
ÇƏRÇİVƏSİNDƏ ÖZBƏKİSTAN TARİXİNİN TƏDQİQİ VƏ 
TƏDRİSİ MƏSƏLƏLƏRİ 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Bakı Dövlət Universiteti, Türk xalqları tarixi 
kafedrası,Özbəkistan Respublikası, özbək xalqı, türk xalqları tarixi 
XX  əsrin  90-cı  illərində  müstəqilliyini  yenidən  bərpa  etmiş 
Azərbaycan  dövləti  dünya  birliyinin  bərabərhüquqlu  üzvü  olmaq, 
dünya xalqları və dövlətləri ilə münasibətlər qurmaq istiqamətində 
siyasət  yürütməyə  başladı.  Tarixi,  mənəvi  və  mədəni  bağlılığının 
olduğu türk dövlətləri və xalqları ilə əlaqələr bütünlükdə bu əlaqə-
lərin mühüm tərkib hissələrindən biri kimi müəyyənləşdirildi. Müs-
təqillik haqda Konstitusiya Aktının qəbul edildiyi gündən bu günə 
qədər Azərbaycanın türk dövlətləri olan Türkiyə, Qazaxıstan, Qırğı-
zıstan, Türkmənistan və Özbəkistanla münasibətləri digər dövlətlər-
lə olan münasibətlərindən özünəməxsusluğu ilə seçilmişdir. Mərkə-
zi Asiyada özünəməxsus çəkisi ilə fərqlənən Özbəkistanla münasi-
bətlər  xüsusilə  fərqləndiyinə  görə,  həmçinin  tarixi  əlaqələrin  bu 
günki münasibətləri daha düzgün dərk etmək baxımından əhəmiy-
yətli ola biləcəyini hesab etdiyimizdən, hazırki məruzədə Özbəkis-
tan tarixinin Azərbaycanda tədqiqi və tədrisi məsələlərinə aydınlıq 
gətirməyi lazım bilirik. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
225
 
Məlum olduğu kimi, Azərbaycan Respublikası və Özbəkistan 
Respublikası  adı  ilə  dövlətlər  Rusiyada  bolşeviklərin  hakimiyyətə 
gəlişindən sonra yaradılmışlar. Azərbaycan Xalq Respublikası 1918 
-1920-ci illərdə, daha sonra isə 1920-ci ildən – Azərbaycan Sovet 
Sosialist  Respublikası.  Özbəkistan  isə  XX  əsrin  20-ci  illərində 
SSRİ-də inzibati-idarəçilik sistemində islahatlar və milli-dövlət böl-
güsü  siyasəti  nəticəsində,  öncə  Sovet  Sosialist  Respublikası,  daha 
sonra isə 1991-ci il sentyabr ayının 1-dən Özbəkistan Respublikası 
adlandırılmağa başlandı. Bu zamana qədər özbək xalqı bölgənin di-
gər  xalqları  ilə  birlikdə  müxtəlif  adlarla  çoxsaylı  dövlətlərə  sahib 
olmuşlar.  Məsələn,  Xarəzm,  Soqdiana,  Baktriya,  Türk  xaqanlığı, 
Şeybanilər  dövləti,  Teymurilər,  Buxara  xanlığı,  Xivə  xanlığı,  Ko-
kand  xanlığı,  Buxara  Xalq  Sovet  Sosialist  Respublikası,  Xarəzm 
Xalq Respublikası və s. Bu mənada Azərbaycan və özbək xalqları 
arasında  əlaqələrin  öyrənilməsinə  müxtəlif  rakurslardan  yanaşmaq 
lazım gəlir: Azərbaycan və özbək xalqları arasında tarixən mövcud 
olmuş əlaqələrin öyrənilməsi baxımından; Azərbaycan Respublika-
sı  ilə  Özbəkistan  Respublikası  arasında  mövcud  olmuş  əlaqələrin 
öyrənilməsi baxımından. 
Hər iki türk dövlətinin müstəqillik qazanması, ikitərəfli əlaqə-
lərin yaranması tədqiqatçıların Özbəkistana marağını artırırdı. Uzun 
müddət  SSRİ-nin  tərkibində  olan  türk  xalqalarının  az  qala  milli 
kimlikləri  unutdurulmuş,  tədqiqatçılar  tərəfindən  araşdırılmasına 
isə imkan verilməmişdir. Buna görə də müstəqillik dönəmində türk 
xalqlarının tarixi tədqiqatçılar tərəfindən araşdırma obyekti olmuş-
dur.  Əməkdaşlığa  və  qardaşlığa  əsaslanan  ikitərəfli  münasibətlər 
Özbəkistan  tarixinin,  mədəniyyətinin,  təhsil  sisteminin  tədqiqinə 
yol açmışdır. 
Tarixçi tədqiqatçılar daha çox Azərbaycan-Özbəkistan müna-
sibətləri,  Özbəkistanın  mədəniyyəti,  müəyyən  qədər  də  Mərkəzi 
Asiya  regionun  müasir  beynəlxalq  münasibətlər  sistemində  yeri 
məsələlərinə diqqət yetirmişlər. Araşdırmalar əsasən dissertasiya və 
monoqrafiya səviyyəsində araşdırılmış, bu araşdırmaları əks etdirən 
məqalələr  nəşr  etdirilmişdir.  Azərbaycanlı  tarixçi  tədqiqatçıların 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə