Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə75/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   72   73   74   75   76   77   78   79   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
226
 
Özbəkistanla, özbək xalqı ilə bağlı araşdırmalarını 2 qrupa ayırmaq 
olar: 
1) regionda, yaxud dünyada tarixən və günümüzdə baş verən 
hadisələrə həsr olunmuş məsələlərdə Özbəkistanla bağlı məqamlara 
bu və ya digər dərəcədə toxunulmuş araşdırmalar (Nisbət Mehdiye-
va,  Sevinc  Ruintən,  Cavid  Əlisgəndərli,  Natiq  Məmmədli,  Pərviz 
Səmədov, Ramil Ağayev və b.); 
2)  Azərbaycan-Özbəkistan  münasibətləri  baxımından  aparıl-
mış  araşdırmalar  (Ərrəhman  Əhmədov,  Sevinc  Ruintən,  Rimunə 
Hüseynova, Raisə Cəfərova və b.). 
Tədrislə  bağlı  məsələlərə  gəlincə,  Azərbaycanda  Özbəkista-
nın  tarixi,  mədəniyyəti,  günümüzdə  dünya  birliyindəki  yeri  və  s. 
məsələlər bakalvr təhsil pilləsində ümumilikdə “Türk xalqları tari-
xi” fənni çərçivəsində, həmçinin xüsusi kurslar çərçivəsində tədris 
edilir. Magistratura təhsil pilləsində isə Bakı Dövlət Universitetində 
“Türk dünyası tarixi” ixtisasında “Türk xalqlarının dövlətçilik tarixi 
(qədim dövr və orta əsrlər)”, “Türk xalqlarının mədəniyyəti (XIX - 
XX  əsrin  əvvəlləri)”,  “Mərkəzi  Asiya  və  Qazaxıstan,  Volqaboyu, 
Sibir və Krımda ictimai-siyasi vəziyyət (XIX-XX əsrin əvvəlləri)”, 
“1917-1920-ci  illərdə  Rusiya  imperiyası  ərazisində  yaşayan  türk-
müsəlman  xalqlarının  milli-azadlıq  hərəkatı”,  “Mərkəzi  Asiyanın 
türk  dövlətləri  dünya  dövlətlərinin  maraqları  sistemində”  fənləri 
çərçivəsində tədris olunur. Bakalavr və magistratura təhsil pillərin-
də müvafiq olaraq buraxılış işləri və magistr dissertasiyaları hazır-
lanır. 
Qeyd  etmək  istərdim  ki,  müstəqillik  illərində  Özbəkistanın 
ümumilikdə  tarixi,  bu  günü  ilə  bağlı  araşdırmaların  aparıldığına 
baxmayaraq, hələ də onun siyasi həyatı, bununla bağlı bir sıra vacib 
məsələlərə  kifayət  qədər  diqqət  ayrılmamışdır.  Məsələn,  Fərqanə 
vadisi məsələsi. Fərqanə vadisi Özbəkistan, Qırğızıstan, Tacikistan 
dövlətlərinin ortasında yerləşmiş, üç dövlət üçün bir sıra problemlə-
rin  mərkəzidir  və  Özbəkistanın  siyasi  xəttini  müəyyənləşdirilmə-
sinə çox böyük təsir gücü vardır. Özbəkistanın Qırğızıstan və Taci-
kistanla problemləri, ölkənin demokratik həyatındakı məhdudiyyət-
lər  birbaşa  Fərqanə  vadisində  baş  verən  hadisələrlə  bağlıdır.  (Le-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
227
 
vent  Demirci.  Özbekistan,  Kırgızistan  ve  Tacikistanın  Kesişimin-
deki Sorunlu Vadi: Fergana). Bu baxımdan problemin araşdırılması 
vacib məsələlərdən biridir. 
Son olaraq qeyd edim ki, bu məqaləni yazmaqda əsas məqsə-
dim Özbəkistan tarixinin tədqiqində və tədrisindəki boşluqları gös-
tərməkdir. Özbəkistanın geosiyasi önəmi həmçinin, ikitərəfli əlaqə-
lər Özbəkistan tarixinin dərindən tədqiqini və tədrisini zəruri  edir. 
Fikrimcə,  Özbəkistan  tarixinə  dair  tədqiqat  işlərinin  genişləndiril-
məsi vacibdir. 
ƏDƏBİYYAT 
1. Ərrəhman Əhmədov. Dağlıq Qarabağ problemi Azərbaycanın 
Türkdilli dövlətlərlə siyasi əlaqələri fonunda // Tarix və onun 
problemləri, 2009, № 1-2, s.147-151. 
2. Natiq Məmmədli. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə
Bakı, Adiloğlu, 2005. 
3. Nisbət Mehdiyeva. XX əsrin əvvəllərində Özbəkistan incəsənəti // 
Tarix və onun problemləri, №1, 2011, s.63-66. 
4. Nisbət Mehdiyeva. Özbəkistanda məktəb və mədrəsələr, dünyəvi 
təhsil ( XIX-XX əsrin əvvəlləri) // Tarix və onun problemləri, 2009, 
№3, s.36-40. 
5. Nisbət Mehdiyeva. XIX əsrin birinci yarısında Kokand, Xivə və 
Buxara xanlıqlarının inzibati quruluşu // Pedaqoji tədqiqatlar (Elmi 
məqalələr məcmuəsi). B., ADPU, 2005. 
6. Nisbət Mehdiyeva. XIX əsrin ikinci yarısında Rusiyanın Türküs-
tanın idarəetmə sistemində etdiyi dəyişikliklər // Elm və Təhsil 
Mərkəzi «Təfəkkür» Universiteti. Elmi əsərlər. VI buraxılış. B., 
TNPM, 2003. 
7. Levent Demirci. Özbekistan, Kırgızistan ve Tacikistanın Kesişi-
mindeki Sorunlu Vadi : Fergana // Savunma Bilimleri Dergisi, 
Noyabr 2012, №2, s.33-69.  
8. Pərviz Səmədov. Türk dili danışan ölkələrin parlament assamb-
leyası təşkilatlanma örnəyi kimi // Tarix və onun problemləri, 2011, 
№2, s.105-109. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
228
 
9. Ramil Ağayev. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşı-
lıqlı münasibətləri: XV-XVI əsrlər. Bakı: Kür nəşriyyatı, 2004. - 
151 s. 
10. Rəisə Cəfərova. Mərkəzi Asiya Respublikalarında Azərbaycan 
Diasporu // Tarix və onun problemləri, 2014, №2, s.57-63. 
11. Rimunə Hüseynova. Heydər Əliyev və Azərbaycan-Özbəkistan 
münasibətləri (1993-2003-cü illər) // Tarix və onun problemləri, 
2014, №3, s.158-164. 
12. Rimunə Hüseynova. Azərbaycanın Türk dövlətləri ilə münasi-
bətlərinin inkişafında Heydər Əliyevin rolu (1993-2003-cü illər). 
Problemin tarixşünaslığı // Tarix və onun problemləri, №2, 2013, 
s.173-179. 
13. Sevinc Ruintən. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr 
sistemində (XX əsrin 90-cı illəri). Bakı, Adiloğlu, 2005. – 236 səh. 
14. Sevinc Ruintən, Cavid Əlisgəndərli. Postsovet Mərkəzi Asiya 
Respublikalarında ABŞ və Rusiyanın hərbi-siyasi iştirakı // Tarix və 
onun problemləri, 2014, №2, s.178-193. 
15. Sevinc Ruintən, Cavid Əlisgəndərli. Yeni dünya düzəni şəraitin-
də Mərkəzi Asiya regionu geosiyasi maraqlar sistemində // Tarix və 
onun problemləri, 2012, №4, s.232-244. 
16. Sevinc Ruintən. Müstəqillik illərində Azərbaycan Respublikası 
ilə Özbəkistan arasında münasibətlər // Tarix və onun problemləri, 
2010, №4, s.129-133. 
_________________________ 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə