Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə78/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   72   73   74   75   76   77   78   79   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
235
 
Məqalələr yalnız Azərbaycan dilində deyil, digər xarici dillər-
də  də  yazılır.  Misal  üçün,  Humanitar  elmlər  seriyasında  Sevinc 
Yusifzadənin  rus  dilində  “Azərbaycan  Demokratik  Respublikası 
dövründə (1918-1920-ci illər) İngiltərə-Azərbaycan münasibətləri” 
(№1  2004,  s.120-124)  məqaləsi;  Elman  Nəsirovun  ingilis  dilində 
“Azərbaycan  neftinin  kəmər  problemləri”  məqaləsini  (№11997, 
s.161-167) nəşr olunmuşdur (2). 
Ikinci hissə kimi qədim türklər haqqında  yazılan məqalələrə 
nəzər salaq. 1994-cü ildə nəşr olunan elmi konfrans materiallarının 
toplandığı xüsusi buraxılışda SM.Qaşqayın “Skiflərin Azərbaycana 
yürüş  məsələsinə  dair”  məqaləsi;  2003  №3-də  A.Q.Hüseynovanın 
“Skif  mədəniyyəti”  məqaləsi;  2003  №4-də  A.N.Mustafayevin 
“İngiloyların  maddi  mədəniyyəti  haqqında”  məqalələrinin  adlarını 
çəkmək olar (2). 
Üçüncü hissə kimi isə, ümumiyyətlə türk dünyasına aid olan 
məqalərə  fikir  verək.  1999  №4  jurnalda  olan  R.H.Şükürovanın 
“Amerika-Türkiyə  münasibətlərində  yeni  addımlar”  məqaləsini; 
2002  №1-də  N.A.Məmmədlinin  davamedici  məqaləsi  ”SSRİ-nin 
dağılması  ərəfəsində Orta Asiyada ictimai-siyasi  vəziyyət” (Özbə-
kistandan  Məhsəti  türklərinin  deportasiyası  probleminə  həsr  olu-
nub), bu məqalənin ikinci hissəsi 2002 №3-də ”SSRİ-nin dağılması 
ərəfəsində Orta Asiyada ictimai-siyasi vəziyyət (Qazaxıstan, Türk-
mənistan)” və nəhayət, 2003 №2-də “SSRİ-nin dağılması ərəfəsin-
də Orta Asiyada ictimai-siyasi vəziyyət (Qırğızıstan)” məqalələrini 
göstərə bilərik (2). Məqalələrin belə davamedici olması oxucuların 
problemlərlə daha ətraflı və dərindən tanış olmasına imkan verir. 
“Universitetin  Xəbərləri”ndə  nəşr  olunan  məqalələri  bir-bir 
sadalamaq fikrində deyilik. Ümumilikdə qeyd edək ki, jurnalda di-
gər elm sahələrində olduğu kimi, türk xalqlarınin tarixi, ədəbiyyatı, 
dini, mədəniyyəti, bu  günü ilə  bağlı  çoxsaylı məqallər dərc  edilir. 
Həm  də  yalnız  Bakı  Dövlət  Universitetinin  əməkdaşlarının  deyil, 
həmçinin  digər  ali  məktəb  və  tədqiqat  mərkəzlərinin  əməkdaşları-
nın da məqalələri nəşr edilir. 
Nəticə olaraq demək istərdik ki, elmi məqalələrin toplandığı 
jurnalların  olmasının  müsbət  tərəfi  qısa  zaman  kəsiyində  yazılan 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
236
 
hər hansısa bir məqalənin tez bir zamanda oxucuya çatdırılmasında-
dır. Elmi araşdırma edən hər bir elmlə bağlılığı olan şəxs əgər belə 
jurnallar olmazsa məcburən işini böyüdərək, daxilində istəyərək və 
ya istəməyərək onu ancaq öz ixtisas sahibləri ilə başa düşəcəyi bir 
hala  gətirəcək.  Lakin,  belə  jurnalın  olması  elmi  işlə  məşğul  olan 
şəxsin tez və qısa şəkildə oxucusuna məsələni izah etməsinə səbəb 
olur. Qısa və az zəhmətli olan bu prossedur həm oxucuya informa-
siyanın tez çatmasında, həm elmi işi yazanın yorulmamasında bizə 
yardımcı  rolunu  oynayır.  Dönəmimiz  hər  nə  qədər  internet  dövrü 
olsa da, bu cür elmi jurnalların həyatımızda rolu danılmazdır. 
ƏDƏBİYYAT 
1.http://publish.bsu.edu.az/az/content/baki_unverstetnn_xbrlr_12 
2.http://static.bsu.az/w8/Xeberler%20Jurnali/Bibliografiya/199420
09%20Humanitar%20elmler%20seriyasi.pdf 
_________________________ 
Xəyalə NOVRUZOVA 
Bakı Dövlət Universiteti
tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: mussinanov9700@gmail.com 
“TARİX VƏ ONUN PROBLEMLƏRI” 
ELMI, NƏZƏRI, METODIK JURNALDA 
TÜRK TARIXI MƏSƏLƏLƏRI 
Elmi rəhbər: 
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Bakı Dövlət Universiteti, Tarix və onun problemləri 
jurnalı, Əsməd Muxtarova, türk xalqları tarixi, dövlətçilik 
ənənələri 
Bakı Dövlət Universiteti Azərbaycan xalqının təşkilatlanma-
sı,  Milli  azadlıq  hərəkatının  yaranması,  tariximizin  təhrifdən  qo-
runması, kütləvi surətdə maariflənmə baxımından istər elmimizin, 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
237
 
istərsə də mədəniyyətimizin  inkişafı  prosesinin  həyata keçirilmə-
sində mühüm rol oynamış və bu gün də bu vəzifəni davam etdir-
məkdədir. Bu böyük vəzifənin yerinə yetirilməsində BDU-də nəşr 
olunan elmi, nəzəri, metodik və təcrübi jurnalların rolu və əhəmiy-
yəti  heç  də  az  deyildir.  Hal-hazırda  bu  siyahıya  21  jurnal  daxil 
olub, onların sayı gün-gündən artmaqdadır. Onlardan biri də məhz 
“Tarix və onun problemləri” jurnalıdır ki, bu jurnal azərbaycan və 
rus dillərində, illik 4 nömrə olmaqla müntəzəm olaraq nəşr olunur. 
Jurnalın yaranma tarixində 1997-ci il yanvarın 31-də Azərbaycan 
Respublikasının  Prezidenti  Heydər  Əliyevin  Azərbaycan  Milli 
Elmlər Akademiyasının alimləri ilə keçirdiyi görüşün böyük rolu 
olmuşdur.  Həmin  görüşdə,  əsasən,  tarixçiləri  Azərbaycanın  keç-
mişi  ilə  bağlı  həqiqətləri  daha  obyektiv  araşdırmağa,  dövlətçilik 
maraqları  baxımından  bu  sahəyə  xüsusi  həssaslıqla  yanaşmağa 
səsləyən H.Əliyev Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı 
öncül  vəzifələrin  nədən  ibarət  olduğunu  açıqlamış,  ictimai  və  hu-
manitar  elmlər  sahəsində  müasir  dövrün  tələblərinə  uyğun  yeni-
ləşməni, eləcə də sovetlər birliyi dövründən qalmış köhnəlmiş ste-
reotiplərdən,  səmərəsiz  tədqiqat  metodlarından  uzaqlaşmağın  va-
cibliyini diqqətə çatdırmışdı. Və bu sözlər Azərbaycanın elm alə-
mində yeni-müstəqil tədqiqatlara aparan, zəngin tariximizi obyek-
tiv öyrənməyə əsaslanan tarixşünaslıq nümunələrinin yaranmasın-
da mayak rolunu oynayaraq ona demokratik quruluşda yeni nəfəs 
vermişdir.  Və  bir  neçə  ay  sonra  -  1997-ci  ilin  əvvəllərində  Bakı 
Dövlət  Universitetinin  Tarix  fakültəsində  “Türk  xalqları  tarixi” 
kafedrasının (o vaxt “Türk və Qafqaz xalqları tarixi”) professoru 
Əsməd Muxtarovanın təsisçisi və baş redaktoru olduğu “Tarix və 
onun problemləri” adlı elmi, nəzəri, metodik jurnalın nəşrinə baş-
landı. Bu böyük addım olmaqla yanaşı, məhz Türk xalqları kafed-
rasının  əməkdaşları  tərəfindən  yerinə  yetirildiyindən  jurnalda 
məhz türk xalqları, onların yayılma arealı, mövcud konsepsiyalar 
üzrə yalan informasiyalara qarşı qoya biləcək dərəcədə mənşə eti-
barilə dəyərli araşdırmaları əhatə etməsi təsadüfi deyildir. 
Artıq 80-cı nömrəsi nəşr olunan jurnalın qarşısına qoyduğu 
məqsədlər tariximizdə ziddiyyətli məsələlərin həllinə yönəlib on-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə