Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə8/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
25
 
makların, qıpçaqların, oğuzların, peçeneqlərin, bulqarların, suvar-
ların,  Rumdan  şərqdə  yaşayan  digər  türk  tayfalarının  dilləri  da-
xildir».  Kaşğari  türk  dilləri  haqqında  bir-bir  məlumat  vermiş  və 
hansı  dillərin  öz  saflığını  qoruduğunu,  hansıların  isə  digər  dillərlə 
qarışdığını göstərmişdir. Onun fikrincə ən təmiz və doğru olan dil 
fars dilinə qarışmayan, bir dili bilən və  əcnəbi ölkələrə  gedib-gəl-
məyən şəxsin dilidir.  İki  dil bilən və  ya xarici  şəhərlərdə  yaşayan 
türklərin dili isə qarışıqdır. Belə dillərə soğdaq, gəncək, arğu, xotən, 
tübüt, tanqut xalqlarının dilini daxil etmişdir. Alimə görə türk dillə-
ri içərisində ən asanı oğuz, ən düzgün və sağlamı isə yağma və tox-
sıların dilidir. İla, İrtış, Yəmar çayları və Uyğur bölgəsində yaşayan 
türklərin dili də sağlamdır. Türk dilləri içərisində ən gözəl və fəsa-
hətli  olanı  isə  qaraxanilərin  istifadə  etdiyi  xaqaniyyə  türkcəsidir. 
Mahmud Kaşğari hər bir tayfanın öz dili olduğunu vurğulamışdır. 
Onlardan qay, yabaqu, tatar, basmıl, çomul boylarının hər birinin öz 
dili olmasına baxmayaraq türk dilini də  yaxşı bildiklərini qeyd et-
mişdir. Alimə görə qırğız, qıpçak, oğuz, toxsı, yağma, çigil, iğraq, 
çuruq boylarının dilləri  eynidir.  Yəmak və başqırdların dili isə bu 
dillərə çox yaxındır. Mahmud Kaşğari "Divan"nında 9000 dən çox 
türk dilinə mənsub leksik vahidi  nümunə kimi  göstərmiş və dillər 
içində daha çox oğuz dilinə üstünlük vermişdir. 
ƏDƏBİYYAT 
1. Azərbaycan Sovet Ensklopediyası. Bakı, 1979. 
2. Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri, Tarix-ər-rusul val-
muluk. İbn-Əsir, Əl-Kamil, Beyrut, 1979. 
3. James Kelly, "Kashgari, Mahmud al-" Encyclopedia of Asian 
History, New York 1988. 
4. Kaşgarlı M., Divanu Lugat-it-Turk, Ankara, 1998. 
5. Кононов А.Н. Махмуд Кашгарский и его "Дивану лугат ит 
турк" // Советская тюркология, № 1, Баку, 1972. 
6. Mahmud Kaşğari. Divani lüğət-it-türk. Bakı: Ozan, 2006 
(Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əsgər). 
7. Mahmud Kaşğari. "Divanu luğatit-Türk". İstanbul, hicri 1333. 
8. Omelijan Pritsak. "Mahmud Kaşğari kimdir?" 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
26
 
9. Советская Энциклопедия, Moskva 1987. 
10. Sultan Mahmut Kaşgarlı. "Büyük Türk bilgini Kaşgarlı Mahmu-
tun kişiliği və Türk bilinci" // Dil Dergisi, № 33, Ankara, 1995. 
11. Türkiye Diyanet Vakfı, İslam Ansklopedisi, Ankara, 2002. 
12. Zeynep Korkmaz. Türk dili üzerine araştırmalar. Ankara, 1995. 
_________________________ 
Günel İSMAYILOVA 
AMEA A.A.Bakıxanov adına 
Tarix İnstitutunun elmi işçisi, dissertant 
E-mail : gunelismayilova666@gmail.com 
AZƏRBAYCANIN XV ƏSR TARİXİ 
MİSİR MƏNBƏLƏRİNDƏ 
Açar sözlər: Azərbaycanın Qaraqoyunlu dövləti, Azərbaycanın Ağ-
qoyunlu dövləti, Qara Yusif, Qara Yuluq, Misir mənbələri, Misir 
tarixçiləri 
Azərbaycanın orta əsrlər ictimai-iqtisadi və siyasi tarixini öy-
rənmək tarixşünaslıq elminin qarşısına duran vacib vəzifələrdən biri 
kimi  geniş  elmi  tədqiqat  işi  tələb  edir.  Xüsusəndə  XIV-XV  əsrlər 
tariximizin  tədqiq  olunmasında  digər  mənbələrlə  yanaşı,  ərəbdilli 
mənbələr öz mühüm aktualıqını və əhəmiyyətini qoruyub saxlayır. 
Belə  ki,  ölkəmizin  tarixini,  onun  qonşu  ölkələrlə  münasibətlərini 
geniş şəkildə göstərən, ərəbdilli mənbəyə əsaslanaraq öyrənilməsi, 
zamanın sınağından keçmiş ən uğurlu mühüm yoldur. Bizim tədqi-
qatımızın  əsas  hissəsi  olan  məqalənin  əsasını  Azərbaycanın  orta 
əsrlər tarixi ilə əlaqəli ərəbdilli mənbələr geniş yer tutur. Azərbay-
can tarixində öz yeri olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin 
mənşəyi problemləri, eləcədə daxili və xarici siyasəti Misir mənbə-
lərində tədqiq edilməmişdir. Bu baxımdan ərəb mənbələrinin oriji-
naldan istifadəsi, tərcüməsi və təhlili tariximizdə yaranmış bir sıra 
təsəvvürləri və müddəaları genişləndirərək, dəqiqləşdirəcək. 
Məlum  olduğu  kimi,  XV  yüzillik  Azərbaycan  tarixinin  mü-
hüm dönüş dövrüdür. Azərbaycan  ərazisində böyük qüdrətə malik 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
27
 
olan  Azərbaycanın  Qaraqoyunlu  dövləti  (1410-1468)  və  Azərbay-
canın  Ağqoyunlu  dövləti  (1468-1501)  hökmranlıq  etmişdir.  Qara-
qoyunlu  və  Ağqoyunlu  adlanan  oğuz  mənşəli  tayfa  birləşmələri 
XIII əsrdən etibarən Anadoluda yarım köçəri həyat sürürdülər. Qa-
raqoyunluların  mərkəzi  vilayəti  Van  gölünün  şimalındakı  Ərciş, 
Ağqoyunluların  cəmləşdiyi  bölgə  isə  Diyarbəkir  idi.  Qaraqoyun-
luları  və  Ağqoyunluları  təşkil  edən  tayfa  və  boyların  bu  əraziyə 
Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın şərqə köçməsi ilə bağ-
layırlar. Lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha 
erkən dövrə (VIII-IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. 
Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə 
Azərbaycan  və  Urandan  qərbə  doğru  hərəkət  etməyə  məcbur  ol-
muş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar. 
Indi  isə  XV  əsrdə  mövcud  olan  Azərbaycanın  Qaraqoyunlu 
və  Ağqoyunlu  dövlətlərinin  fəaliyyəti  və  idarə  edilməsi  haqqında 
məlumatları, XV əsrin məşhur Misir tarixçilərinin əsərlərində araş-
dırmaqa çalışacayıq. 
XV əsrin ən görkəmli tarixçilərindən biriTaqi əl-Din Əbu əl-
Abbas Əhmad ibn 'Əli ibn 'Abd əl-Qadir ibn Muhammad əl-Məqri-
zidir. Hicri ilinin 766-ci ildə (1364) Qahirənin Burcuvan səmtində 
anadan  olmuşdur.  Indiki  Livan  şəhərindən  Misirə  köç  etmişdir. 
Maqarizi təxəllüsi ilə tanınan Məqrizi, vəfat edənə qədər Qahirədə 
yaşamışdır. Məqrizinin ailəsinin Hənbəli mənsəbinə aid olduğu bə-
zi mənbələrdə qeyd olunmuşdur. Məqrizi Orta əsr İslam dünyasının 
yetişdirdiyi  ən  mükəmməl  tarixçilərindən  biri  olub,  əsərlərində 
daima  iqtisadi  tarix,  onunla  yanaşı  mədəniyyət  və  sosial  tarixədə 
müraciət etmişdir. 
Məqrizinin XV əsr tarixinə dair yazdığı əsəri “Kitab al- Suluk 
–li-Marifət-Düvəl al-Muluk”dur. O, bu əsərdə Azərbaycanın Ağqo-
yunlu dövlətinin ilkin mərhələləri haqqında olduğça dolğun məlu-
matlar vermişdir. Belə ki, Məqrizi Azərbaycanın Ağqoyunlu dövlə-
tinin  hökmdarı  haqqında  belə  qeyd  edir:  Məmlük  tarixində  Qara 
Yuluk Osman bəy, Qara Yuluk və ya Qara Əyluk kimi tanınırdı. 
Bədrəddin  al-Ayni  XV  əsrin  ən  məşhur  tarixçilərindəndir. 
Bədrəddin  al-Ayninin  babası  Əhməd  Ankaradan  Hələbəköçərək, 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə