Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə80/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   72   73   74   75   76   77   78   79   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
241
 
Jurnal bir dövr və ya mövzu ətrafında məhdudlaşmayıb müx-
təlif elmlərdə istər arxeologiya, istər etnoqrafiya və s. sahələrdə əl-
də olunmuş yeniliklərin məqalə halında izahının və dərcinin reallaş-
dırılmasını həyata keçirir. Tariximizdə olan boşluqları doldurmağa 
xidmət edən elmi redaksiya öz var qüvvəsilə bütün heyət üzvlərini 
bu amala səfərbər olmağa çağırır və dəyərli alimlərin illərinin bəh-
rəsini  dünya  tarix  elminə  çatdırmağa  yardımçı  olur.  Ümumilikdə 
tarix elminin, o cümlədən türk dünyasının ortaq problemlərinin həl-
li yönümlü məsələlərinə xüsusi qayğı və həssaslıq nümayiş etdirir. 
Dağlıq  Qarabağ  probleminə  düzgün  tarixi  ad  və  qiymət  ve-
rilməsi  yolunda  çap  olunan  bir  çox  məqalələrin  dəyəri  böyükdür. 
Belə ki, onun milli etnik münaqişələrin kəskinləşməsinə təsir gücü 
ilə  sıx  bağlı  olan  faktorların  verilməsi  yanaşma  tərzi  baxımından 
yeni  haldır  (2000,  №1,  s.143).  Bununla  bağlı  bir  məsələni  xüsusi 
qeyd etmək yerinə düşür. Hadisənin birbaşa iştirakçısı olmuş elmi 
rəhbərim danışıb bu məsələni. 1998-ci ildə jurnala əlavə olaraq Ba-
kı Dövlət Universitetinin o vaxtki “Siyasi tarix” kafedrasının aspi-
rantı Elşin Əhmədovun bir kitabı nəşr ediləcəkdi. Kitab çapa hazır 
idi, amma  adının nə olacağına  qərar verilməmişdi. O adı indi  çox 
asanlıqla deyə bilirik: “Ermənistanın Azərbaycana təcavüzü və bey-
nəlxalq təşkilatlar”. Amma o vaxt,  yəni hətta 1998-ci ildə “Ermə-
nistanın  Azərbaycana  təcavüzü”  sözlərinin  yazılıb-yazılmaması 
məsələsində tərəddüdlər mövcud idi. Gənc asprirant israrla kitabın 
adının dediyimiz formada yazılmalı olduğunu deyirdi. Jurnalın baş 
redaktoru Əsməd xanım Muxtarova onun bu fikrini dəstəklədi, as-
pirant Elçin Əhmədovun elmi rəhbərinin də razılığı ilə kitab məhz 
elə bu adla nəşr edildi (9). 
Tarix üzrə fəlsəfə doktoru Altay Göyüşovun müəllifi olduğu 
məqalədə, başqa bir baş bəlamız: Sovet Rusiyasının işğal siyasə-
tinə müxtəlif adlar verməklə işğal siyasətinin pərdələnməsinə son 
verən, həmçinin onun apardığı siyasətə qarşı güclü müqavimət hə-
rəkatının gündəmə gətirilməsi, xüsusilə Şimali Qafqazın işğalının 
Rusiyaya necə baha başa gəldiyini sübut edən Şimali Qafqaz dağ-
lılarının istiqlal müharibəsinə həsr olunmuş eyni adlı məqaləsində 
bütün bunların aşkar ifadəsi əks olunmuşdur (2000, №1, s.118). 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
242
 
Döyüşkən  və  əzmkar  tayfa  olan  qıpçaqların  mənşəyinə  dair 
məqalədə onların türk mənşəli olması (2000, №1, s.35) bir sıra gös-
təricilər, arxeoloji nümunələrlə əsaslandırılmışdır ki, bu da növbəti 
uğurlardan biri sayıla bilər. 
Mədəniyyətimizlə  də  bağlı  bir  çox  alimlərin  yazıları  dərc 
olunmuşdur ki, etnoqrafik məlumatlarda milli adət-ənənələrimizin 
təsiri bilavasitə hiss olunur. Novruz bayramının mənşəyi haqqında 
dəyərli tarixçimiz Q.Qeybullayevin  araşdırması (1998, №4, s.17) 
maraqlı  məqamların  ortaya  çıxarılması  aspektindən  xüsusi  əhə-
miyyət kəsb edir. 
XX  əsrin  sonlarında  Azərbaycanın  digər  dövlətlərlə  siyasi 
əlaqələrinin,  xüsusilə  türk  dövlətləri  ilə  dostluq  münasibətlərinin 
siyasi-iqtisadi səciyyəsi və mədəni əlaqələrin qurulmasının xarak-
terinin işlənib hazırlanması (2010, №4, s.132), o cümlədən, Mər-
kəzi Asiya dövlətləri ilə siyasi-mədəni əlaqələrin hansı şəkil alma-
sı, eləcə də ilk dəfə olaraq onların mərhələlərinin verilməsi, post-
sovet  Mərkəzi  Asiya  regionunda  ABŞ  və  Rusiyanın  hərbi-siyasi 
iştirakı  ilə  bağlı  məsələlər  də  məhz  “Tarix  və  onun  problemləri” 
jurnalında dərc olunmuşdur (2009, №3 (xüsusi buraxılış), s.151). 
Son olaraq qeyd etmək istərdim ki, jurnal dövlətimizdə baş 
verən  həm  sevincli,  həm  də  kədərli  hadisələrə  biganə  qalmamış, 
müvafiq  əlavələrində  öz  təşəkkür  və  ya  təəssüfünü  qeyd  etməyi 
özünə borc bilmişdir. Buraya  Azərbaycan Respublikasının Prezi-
dentinin 2001-ci il 9 mart qərarı ilə Azərbaycanda Atatürk mərkə-
zinin  yaradılmasına  dair  sərəncamının  verilməsi  və  jurnalın  Baş 
redaktoru  başda  olmaqla  Şura  və  heyət  üzvlərinin  rəğbətinin  ifa-
dəsini, digər saylarda isə Azərbaycanın görkəmli tarixçi alimi Zi-
ya Bünyadovun ölümünün 4 illiyini təəssüflə anması və bunu nə-
zərə  alaraq  jurnalın  növbəti  saylarından  etibarən  (2001  №1-dən) 
“Bizdən  ayrı  düşənlərə  borcumuzdur  bu  ehtiram”  rubrikasını  aç-
ması daxildir. 
Qeyd etmək yerinə düşər ki, jurnal heyəti həmçinin BDU-də 
keçirilən  elmi  konfrans,  tədbir,  yubiley  və  s.  xüsusi  hazırlanmış 
təşkilati işlərə də dəyər verərək, onların məqsəd və məzmunu haq-
qında oxucularını bilgiləndirir. Bunların sırasına 2009-cu ildə jur-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
243
 
nalın BDU-nun 90 illik yubileyinə həsr olunmuş ayrıca-xüsusi bu-
raxılışı,  2016-cı  ilin  19-20  may  tarixlərində  BDU-da  elə  Türk 
xalqları tarixi kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş 
“M.K.Atatürk-135 Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqi-
qatçıların  araşdırmalarında”  adlı  elmi  konfransın  materiallarına 
2016-cı il №2 sayında yer verilməsi, həmin ildə I Türkoloji qurul-
tayın  90  illik  yubileyinin  keçirilməsi  haqqında  Azərbaycan  Res-
publikasının  Prezidenti  İ.Əliyevin  sərəncamının  mahiyyəti  haq-
qında jurnalın ilk səhifəsində yer ayrılması və s. bu kimi mühüm 
tədbir və yubileylərin qeydi elmi, nəzəri, metodik jurnalın dövləti-
miz, elmimiz, təhsilimizin inkişafı yolunda atılan addımı olub bizi 
tərəqqiyə, birliyə səsləyir. 
Bütün  saydıqlarımız  keyfiyyətlərin  nəticəsidir  ki,  20  illik 
yubileyini  qeyd  etdiyimiz  “Tarix  və  onun  problemləri”  elmi,  nə-
zər, metodik jurnal artıq neçə illərdir ki, Azərbaycan Respublikası 
Prezidenti yanında Ali Attestasiya Komissiyasının tanıdığı nüfuz-
lu jurnallar siyahısına daxil edilib . 
ƏDƏBİYYAT 
1. Tarix və onun problemləri, Bakı, 1997 – 2017-ci illər. 
2. Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü və bey-
nəlxalq təşkilatlar. Bakı: “Tuna nəşriyyatı”, 1998. – 137s. 
3. Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin 
dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı. 
(Online). Mənbə: http://www.aak.gov.az/jurnals/jurnals.php 
[Baxılıb: 30.04.2017].
 
_________________________ 
 
 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
244
 
 
MÜNDƏRİCAT 
18 May 2017-ci il 
I Bölmə 
Türk xalqlarının qədim dövr 
 və orta əsrlər tarixi məsələləri (1)
 
Tanrının qürurlu övladı – türklər (türk-monqol tarixini araş-
dırarkən) -
 
Abbas SEYİDOV (Azərbaycan Dövlət İqtisad 
Universiteti) ............................................................................
 
 
 

Çingiz xan Yasası və onun türk xalqlarının dövlətçilik ənənə-
lərinə təsiri -
 
Taleh CƏFƏROV (Azərbaycan Dövlət 
Pedaqoji Universiteti) .............................................................
 
 
 
10 
Əmir Teymur və turançılıq ideologiyası - 
Ülviyyə İBRAHİMOVA (Bakı Dövlət Universiteti) ............. 
 
13 
XVIII əsrin əvvəllərində Urmiyada iqtisadi vəziyyət -
Yaxşıxanım NƏSİROVA (AMEA Z.Bünyadov adına 
Şərqşünaslıq İnsititutu) ...........................................................
 
 
 
17 
II Bölmə 
Türk tarixi üzrə mənbələr (1) 
 
Türk dillərinin tədqiqi baxımından "Divanu Luğat-it-Türk" 
əsərinin elmi əhəmiyyəti - Elnur MUSTAFAYEV (AMEA 
Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu) .............................
 
 
 
22 
Azərbaycanın XV əsr tarixi Misir mənbələrində -  
Günel İSMAYILOVA (AMEA A.A.Bakıxanov adına Tarix 
İnstitutu) ..................................................................................
 
 
 
26 
XVIII əsr diplomatı F.Beneveninin “Gündəliyi” Mərkəzi 
Asiya və Azərbaycan tarixinə dair mənbə kimi – 
 Zəhra İSLAMOVA (Bakı Dövlət Universiteti) .....................
 
 
 
30 
Avropa mənbələri və müəllifləri Sultan Süleymanın qanunla-
rının əhəmiyyəti haqqında - Eynulla BAXŞƏLIYEV 
(AMEA Hüquq və İnsan Haqları İnstitutu) ............................ 
 
 
 
34 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
245
 
III Bölmə 
Tarixi şəxsiyyətlərimiz 
 
Şah Abbas şəxsiyyəti Azərbaycan tarixşünaslığında - 
Sədulla NURİYEV (Bakı Dövlət Universiteti) ......................
 
 
37 
İslamçılıq və Türkçülük ideologiyasında önəmli şəxsiyyət: 
Əhməd bəy Ağaoğlu – Nərgiz KƏRİMOVA (Bakı Dövlət 
Universiteti) ............................................................................
 
 
 
43 
Başqırd xalqının milli hərəkatının görkəmli lideri – Əhməd 
Zəki Validi Toqan – İlahə KƏRİMLİ (Bakı Dövlət 
Universiteti) ............................................................................
 
 
 
47 
Nihal Atsız türkçülüyünə baxış – 
Jalə HÜSEYNOVA (Bakı Dövlət Universiteti) .....................
 
 
53 
IV Bölmə 
Türk xalqları tarixinin tarixşünaslıq məsələləri (1) 
 
Çex tarixşünaslığında tatar mövzusu – 
Sevinc ƏSKƏROVA (Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət Universiteti) ............................................................
 
 
 
59 
J.Von Hammer Osmanlı imperiyasının yaranması haqqında 
– Fazil BAXŞƏLİYEV (Bakı Dövlət Universiteti) ................
 
 
63 
Robert Mantran Osmanlı-Səfəvi münasibətlərinin bəzi məsə-
lələri haqqında - Samir BAXŞƏLİYEV (Azərbaycan Dövlət 
Pedaqoji Universiteti) .............................................................
 
 
 
66 
Türk xalqları tarixinin tədqiqi məsələlərinə baxış –  
Almara HÜMBƏTOVA (Azərbaycan Respublikası Təhsil 
İnstitutu) .................................................................................
 
 
 
70 
Azərbaycan tarixinin və dilinin İran İslam Respublikasında 
tədqiqinə və tədrisinə dair  Kəmalə RUİNTƏN (Bakı 
Slavyan Universiteti) ..............................................................  
 
 
74 
V Bölmə 
Türk xalqları və din
 
 
Türk tarixi araşdırmaçıları qədim türklərin dini - Tanrıçılıq 
haqqında - Elmar AXUNDOV (Bakı Dövlət Universiteti) .... 
 
80 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
246
 
 
Fransız türkoloq Jan Paul Ruinin tədqiqatlarında Orta 
Asiya türklərinin dini düşüncəsi - Fəridə 
ALLAHVERDİYEVA (Bakı Dövlət Universiteti) ................ 
 
 
85 
Səfəviyyə təriqətinin yaranması dövründə Azərbaycanda so-
sial-iqtisadi, siyasi vəziyyət - Günel RƏHİMLİ (Bakı Dövlət 
Universiteti) ............................................................................
 
 
 
89 
Buddizmi qəbul etmiş qədim türk boyları – 
Elvin BABAYEV (AMEA-nın Əlyazmalar İnstitutu) ...........
 
 
94 
Osmanlı imperiyası və xəlifəlik – 
Səidə QULİYEVA (Bakı Dövlət Universiteti) .......................
 
 
98 
VI Bölmə 
Türk  tarixi məsələləri türk, ingilis və rus dillərində
 
Kadınların aile ve aşiret bütçesindeki rolü (Kafkasya 
Bölgesi) - Ganira PİRGULİYEVA (Bakü Devlet 
Üniversitesi) ............................................................................
 
 
 
103 
Tarihimizin ilk diplomat kadını – Sara Hatun 
Senuber İSMAYILOVA (Bakü Devlet Üniversitesi) .............
 
 
106 
The study of the military-political presence of the U.S and 
Russia in post-soviet Southern Caucasus region the 
historiography of Azerbaijan – 
Guljannat HUSEYNLİ (Baku State University) …………….
 
 
 
 
108 
American scientist Guenter Lewy about “Armenian 
genocide” of 1915 - Ayan KARİMOVA (Baku State 
University) …………………………………………………..
 
 
 
111 
Проблемы этнографического изучения тюркских наро-
дов Северного Кавказа - Рена ИБРАГИМОВА 
(Бакинский Государственный Университет) .....................
 
 
 
113 
Договоры, как средство утверждения русского господст-
ва в Северном Азербайджане - Нурлана ДЖАВАНШИР 
(Бакинский Государственный Университет) .....................
 
 
 
118 
Значение мемуаров в изучении истории Османской импе-
рии XIX века - Натаван АГАЕВА (Институт Востокове-
дения им.акад. З.Буниятова НАНА) ................................... 
 
 
123 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
247
 
 
19 May 2017 
I Bölmə 
Türk xalqlarının yeni və 
müasir dövrlər tarixi məsələləri (1)
 
Türkçülük və azərbaycançılıq ideyaları haqqında –  
Azər AXUNDOV (Azərbaycan Dövlət Aqrar Universiteti), 
Elgün ASLANOV (Azərbaycan Dövlət Aqrar Universiteti)...
 
 
 
127 
Erməni missioner təşkilat və komitələrin antitürk fəaliyyəti – 
Şəbnəm CƏFƏROVA (Bakı Dövlət Universiteti) .................
 
 
130 
Çanaqqala savaşının müstəqillik illərində yazilmış poema-
larda bədii əksi - Gülnar QASIMLI (AMEA Ədəbiyyat 
İnstitutu) .................................................................................
 
 
 
133 
Rusiyada Fevral inqilabına qədərki dövrdə türkologiyanın in-
kişafı - Sarvan BƏDƏLOV (Sumqayıt Dövlət Universiteti).....
 
 
137 
Türkiyə – Cənubi Koreya münasibətləri tarixindən – 
İqbal AĞAYEV (Bakı Dövlət Universiteti) ...........................
 
 
141 
“Cənubi Qafqazın təhlükəsizlik problemi və Türkiyə” məsə-
ləsinin Azərbaycanda araşdırılma səviyyəsi haqqında - 
Sevinc RUINTƏN (Bakı Dövlət Universiteti) .......................
 
 
 
145 
II Bölmə 
Tariximizi araşdıran müasirlərimiz 
Dünya tarixşünaslığına töhfə vermiş iki ünlü tarixçi: Ziya 
Bünyadov və Xəlil İnalcık üzərinə bir araşdırma (qarşılaş-
dırmalı analiz) - Sevinc QASIMOVA (Bakı Dövlət 
Universiteti) ............................................................................
 
 
 
 
152 
Türk xalqlarıın tarixinin öyrənilməsində böyük özbək alimi 
B.A.Əhmədovun əsərlərinin rolu - Aysel QƏRİBOVA (Bakı 
Dövlət Universiteti) ................................................................
 
 
 
158 
Amerikalı tədqiqatçılar Peter Golden, Justin McCarthy, 
Erica Marat və Böyük Britaniyalı  tədqiqatçı Edvard 
Parkerin türk tarixinə baxışları - Cavid ƏLİSGƏNDƏRLİ 
(Bakı Dövlət Universiteti) ......................................................  
 
 
 
162 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
248
 
 
Görkəmli arxeoloq Qüdrət İsmayilzadənin elmi araşdırma-
larında Ulu Türk dövrü - Şəlalə BAĞIROVA (Azərbaycan 
Dillər Universiteti) .................................................................
 
 
 
168 
Tarix elmləri doktoru, professor Əsməd Muxtarova və onun 
türk xalqlarının tarixinə dair araşdırmaları  - Ləman 
ƏSƏDZADƏ (Bakı Dövlət Universiteti) ...............................
 
 
 
172 
III Bölmə 
Türk xalqlarının qədim dövr  
və orta əsrlər tarixi məsələləri (2)
 
Xəzər türklərində tolerantlıq ənənələri – 
İsmayıl  FAXTİYEV (Sumqayıt Dövlət Universiteti) ............
 
177 
Osmanlı dövlətinin yaradılışı haqqında – Füzuli 
RAMAZANOV (Bakı Dövlət Universiteti, SABAH qrupu)..
 
 
180 
Amerikalı tədqiqatçı Justin McCarthy türk kimliyi və Os-
manlı imperiyasında “etnik təmizləmə” məsələləri haqqında 
– Lalə ƏSGƏROVA (Bakı Dövlət Universiteti) ....................
 
 
 
183 
IV Bölmə 
Türk xalqlarının yeni və 
müasir dövrlər tarixi məsələləri (2)
 
Çanaqqala savaşının tədqiqatına bir baxış – 
Şəmsiyyə YUSİFLİ (Bakı Dövlət Universiteti) .....................
 
 
187 
Qafqaz İslam Ordusunun tədqiqi: Türkiyə və Azərbaycan 
tarixşünaslığında fərqli yanaşmalar - Aytəkin YUSİFLİ 
(Bakı Dövlət Universiteti) ...................................................... 
 
 
192 
Türk xalqlarının deportasiyası məsələsinin Azərbaycanda 
tədqiqi səviyyəsi - Aygün İSMAYILOVA (Bakı Dövlət 
Universiteti) ............................................................................ 
 
 
196 
Xəzərin statusu məsələsinin xəzəryanı türk dövlətləri arasın-
da münasibətlərə təsiri - Lamiyə MUSTAFAYEVA (Bakı 
Dövlət Universiteti) ................................................................
 
 
 
200 
Postsovet Mərkəzi Asiyada geosiyasi vəziyyət: proqnozlar, 
reallıqlar -
 
Məsumə TƏHMƏZLİ (Bakı Dövlət Universiteti).. 
 
204 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
249
 
V Bölmə
 
Türk xalqları tarixinin tarixşünaslıq məsələləri (2) 
Şumerlər və iskitlər tarixşünaslıqda – Türkanə 
MƏMMƏDLI (Bakı Dövlət Universiteti, SABAH qrupu) ....
 
 
209 
Xakaslar və onların tədqiqinə baxış – 
Tünzalə ÜZEYİROVA (Bakı Dövlət Universiteti) ................
 
 
211 
Gürcüstanda türkşünaslığın banisi - Sergi Cikia – 
Nəsibə MİRZƏYEVA (Bakı Dövlət Universiteti) .................
 
 
215 
Sovet hakimiyyətinin ilk illərində türk xalqlarının tarixinin 
tədqiqinə dair - Nuranə QASIMOVA (Sumqayıt Dövlət 
Universiteti) ............................................................................
 
 
 
218 
Ahıska türkləri tədqiqatlarda – 
Günay BAYRAMOVA (Bakı Dövlət Universiteti) ...............
 
 
220 
VI Bölmə
 
Türk xalqları tarixinin tədrisi və təbliği məsələləri 
Azərbaycanda ümumtürk tarixi çərçivəsində Özbəkistan 
tarixinin  tədqiqi və tədrisi məsələləri - Nərgiz BABAXANİ 
(Bakı Dövlət Universiteti) ......................................................
 
 
 
224 
Türk xalqları tarixinin tədrisi BDU tələbələrinin gözü ilə - 
Elşən RƏSULOV (Bakı Dövlət Universiteti) ........................
 
 
229 
“Bakı Universiteti Xəbərləri” jurnalında türk xalqları tarixi 
məsələləri - Lalə IBADULLAYEVA (Bakı Dövlət 
Universiteti) ............................................................................ 
 
 
233 
Tarix və onun problemləri elmi, nəzəri, metodik jurnalda 
türk tarixi məsələləri - Xəyalə Novruzova (Bakı Dövlət 
Universiteti) ............................................................................ 
 
 
236 
 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
250
 
 
 
Çapa hazırladı:  
Lamiyə RUİNTƏN 
 
Çapa məsul:   
dos.Sevinc RUİNTƏN 
 
 
 
t.ü.f.d.Səidə QULİYEVA
 
 
 
 
 
 
 
 
© Türk xalqları tarixi kafedrası
 
Türk  xalqları  tarixi  kafedrasının  25  illik  yubileyinə  həsr 
olunmuş  “Azərbaycanda  türk  xalqları  tarixinin  tədqiqi  və 
tədrisi  məsələləri”  mövzusunda  Respublika  elmi-praktik 
konfransı.  Bakı  Dövlət  Universiteti,  18-19  May  2017-ci  il. 
Bakı, Bakı Universiteti Nəşriyyatı, 2017. – 249 səh. 
 
 
Çapa imzalanmışdır: 10.05.2017 
Kağız format: 60x84 1/16 
Həcmi: 15.75 ç.v. Sayı: 300 
 
 
“Bakı Universiteti” nəşriyyatı. Bakı – 370148, Z.Xəlilov küçəsi23
 
 

Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə