Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə11/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   7   8   9   10   11   12   13   14   ...   105

dilimizd
ə  paralel  şəkildə  işlənir. Tərkibində  az  qala  oğuz-
qıpçaq  sözləri  yarıbayarı  olduğu  halda  Azərbaycan 
türkc
əsini türk dillərinin  yalnız  oğuz  qrupuna  aid  etmək 
doğru  deyil.  Professor N.Cəfərov da “Azərbaycanda 
türklüyün etnik-m
ədəni sistem kimi möhkəmlənməsinin” 
t
əxminən 2500 ilə  qədər (bəlkə  də  daha çox) böyük bir 
dövrünü 
əhatə  edən üç mərhələdən birincisini –  Qıpçaq 
m
ərhələsi (təxminən  M.Ö.  I  minilliyin  ortaları  –  M.Ö. I 
m
inilliyin sonu)» kimi ayırır.  
Vaxtil
ə sualtı arxeoloji kəşfiyyat qrupunun rəhbəri olan 
m
ərhum arxeoloq V.Kvaçidzenin XX əsrin  sonlarında 
tapılan  bir  heykəlciklə  bağlı  “168 saat”  qəzetində  dərc 
olunan müsahib
əsində də yuxarıda deyilənləri təsdiq edir. O 
deyir ki, “bu (bel
ə  heykəlciyin Azərbaycanda  tapılması  - 
G.Y.) o dem
əkdir ki, Qafqazla Sibir əhalisi arasında əlaqələr 
çoxdan  mövcud  imiş.  Bu  bir  daha  göstərir ki, türk 
tayfalarının  Azərbaycan  ərazisi ilə  əlaqəsi orta əsrlərə  yox
h
ələ  II minilliyə  təsadüf edir. Bu heykəlcik Uzaq Ural və 
Q
ərbi Sibirdə  tapılan  IV  Samus  abidələrinin  oxşarıdır. 
Fiqurun Az
ərbaycan ərazisində yeganə olması onun Sibirdən 
g
ətirilməsini sübut edir”. 
V.Kvaçidzenin  “heyk
əlciyin Azərbaycan  ərazisində 
yegan
ə  olması”, bundan  doğan  “onun buraya gətirilməsi” 
bar
əsindəki fikri ilə razılaşmaq mümkün deyil. Çünki hələ su 
altındakı,  yer  altındakı  bütün  abidələr,  əşyalar  aşkar 
edilm
ədiyindən bu fiqurun burada “yeganə”  olması  barədə 
q
əti söz söyləmək  düzgün  deyil.  İkincisi,  fiqur  bura 
g
ətirilmiş olsa belə, onun aid olduğu dövr, türk tayfalarının 
Az
ərbaycan  ərazisi ilə  əlaqəsinin M.Ö. II minilliyə  təsadüf 
etm
əsi  faktı,  Azərbaycan türklərinin  yalnız  “IX-XI  əsrlərdə 
36 
 


buraya g
əlmiş”  oğuzlardan  təşkil  olunması  “fikri”ni aradan 
qaldırır. 
Az
ərbaycan türkcəsində  qıpçaq,  Türkiyə  türkcəsində 
oğuz  ləhcəsinin  üstünlük təşkil  etməsi göstərir  ki,  oğuzlar 
Az
ərbaycan  ərazisinə  gələndə,  burada  artıq  qıpçaqlar  vardı. 
Oğuzlarla  qıpçaqların  dilinin  qarışması  nəticəsində  oğuz-
qıpçaq  sözləri  “müvazi  şəkildə”  işlədilir. Anadoluya gedən 
oğuzlar  burada  (Şərqi  Anadoluda  yaşayan  qıpçaq  türklərini 
çıxmaq  şərtilə  –  G.Y.)  qıpçaqlarla  qarşılaşmadıqlarından 
dill
ərində  oğuz  kəlmələri üstünlük təşkil  edir. Türkiyə 
türkc
əsində  rast gəldiyimiz qıpçaq  kəlmələri  Şərqi Anadolu 
türkl
ərindən, Balkanlardan, Qafqazlardan köçən türklərdən 
keçmişdir.  Anadolunun  ən böyük türk bəyliyi  kimi  tanınan 
Atab
əylər dövlətinin banisi də  qıpçaq  türklərindəndir. Bu 
gün Ərzurum, Oltu, Narman, Artvin, Şavşat, Yusifli, Sivas, 
İğdır,  Xorasan,  Ərzincan,  Ərdahan,  Qars…  tərəflərin 
camaatı da savir, avar, xəzər, peçeneq, kuman-qıpçaq, bulqar 
türkl
ərindən miras qalan kuman-qıpçaq  ağzı  ilə  danışır. 
R.Bayraqdarov Axıska türkləri ilə Şərqi Anadolu türklərinin 
l
əhcələrinin, demək  olar  ki,  eyni  olduğunu  vurğulayaraq 
yazır  ki,  bu,  “hər iki bölgə  xalqının  qıpçaq  türklərinin 
qalıqları olduğunu göstərməkdədir” [53, s.41]...  
İstər Çar Rusiyası, istərsə də SSRİ zamanında türklərə, 
xüsusil
ə  də  Türkiyə  türklərinə  (Səlcuqlar,  Osmanlı, 
Anadolu)  qarşı  mənfi münasibət,  onların  köçəri türk 
tayfalarının  törəmələri  olması  məsələsi hər iki sistemdə 
yaşayan  xalqlara  sirayət  etmişdir.  Antitürk  siyasəti tarix 
boyu türkl
əri sevməyənlərin də  işlərinə  yarayır, 
d
əyirmanlarının  suyunu  əksik etmirdi. Uzun illər  aparılan 
t
əbliğat,  tarix  dərsliklərində  rus-türk müharibələrinin 
37 
 


s
əbəblərinin birtərəfli  izahı  da  öz  işini  görmüşdür.  Slavist 
mediavistl
ər  yalnız əhalinin iki tipini (köçəri, oturaq) qəbul 
ed
ərək hər iki dövlət  quruluşunda  aparıcı  mövqe  tutan 
slavyan xalq
larının ulu babalarının köçəriliklə heç bir əlaqəsi 
olmadığını,  köçəriliyin  “vəhşi,  mədəniyyətdən uzaq 
türkl
ərə”  aid  olduğunu  vurğulamaları  da  digər xalqlarda 
köç
əriliyə, köçəriliyin  bağlandığı  türklərə  qarşı  qeyri-
q
ənaətbəxş  münasibətin  yaranmasına  səbəb  olmuşdur.  Hər 
bir xalq özünün 
əkinçi, deməli, mədəni, oturaq əhali 
olduğunu  sübut  etməyə  çalışırdı.  Slavistlərdən fərqli olaraq 
nomadistl
ər  yarımköçəriliyi qəbul  edir,  Qızıl  Orda 
tatarlarını, noğayları, başqırdları… yarımköçəri xalqlar kimi 
göst
ərirlər [212, s.73]. Ümumiyyətlə, nomadistlərə görə, tam 
oturaq, ya da tam köç
əri (gəzəryi qaraçıları,  xantları, 
evenkl
əri  çıxmaq  şərtilə)  xalqlar  yoxdur.  Xalqların  etnik 
tarixinin öyr
ənilməsi göstərir ki, keçdikləri uzun tarixi yol 
boyu bir çox xalqlar t
əbii  iqlim  şəraitinin onlara verdiyi 
imkanlar ç
ərçivəsində  gah  əkinçiliklə  məşğul  olaraq  oturaq 
h
əyat tərzi  keçirmiş,  gah  da  maldarlıqla,  özəlliklə  də 
qoyunçuluqla m
əşğul  olaraq  dağdan  arana,  arandan  dağa 
köç
müşlər. XIV-XV  əsrlərdə  Şimali  Qara  dəniz  noqayları 
s
əpindən sonra mal-qara ilə yaylaqlara köçür, qayıdanda isə 
hazır  taxılı  biçirdilər. Bu yolla onlar Bizansı,  sonralar  isə 
Osmanlını,  Kırımı  çörəklə  təmin edirdilər [212, s. 80]. 
Taxıla olan tələbat əkinçiliyi önə çəksə də, iki-üç ildən sonra 
torpaq çoxillik dinc
ə  qoyulurdu. Bu illərdə  əkinçilik öz 
yerini maldarlığa verirdi. A. Şennikovun slavyan xalqlarının 
da  yarımköçəri  olduğuna  sübut  kimi  XVIII  əsrə  qədər 
yarımköçəri həyat tərzi keçirən Don, Zaporojye kazaklarını 
örn
ək göstərməsini uğursuz qəbul edirik. Çünki araşdırmalar 
38 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə