Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə12/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   8   9   10   11   12   13   14   15   ...   105

kazakların, əsasən, xristianlığı qəbul etmiş noqay, qazax və 
tatarlardan ibar
ət olduqlarını göstərir [45, s.6]. 
S.İ.Vaynşteyn  də  “təmiz”  maldarlıqla  məşğul  olan, 
y
əni təsərrüfat fəaliyyəti  yalnız  maldarlıqdan  ibarət olan 
köç
ərilərin  olmadığını  qeyd  edir.  M.Ö.  II-I minilliklərdə 
yaranan köç
ərilik XX əsrin 80-ci illərində  Asiyada, Afri-
ka
nın  30-dan çox ölkəsində  (Sudan, Misir, Səudiyyə 
Ərəbistanı,  Yəmən,  İran,  Pakistan…)  qalaraq  40  milyona 
q
ədər insanı əhatə edirdi [212, s.72]. Türklərdə köç, əsasən, 
qapalı mövsümü köçdür. Dairəvi köç də adlandırılan bu köç 
h
ər il eyni yollarla həyata keçirilir, daimi yaylaqlar, qışlaqlar 
olurdu.  Yarımköçəri həyat tərzi keçirən bu türklərin 
t
əsərrüfatının  əsasını  maldarlıq  təşkil  edir.  Yarı  oturaq 
əhalinin  daimi  yaşayış  yerləri, evləri var. Onlar yaylaqdan 
qışlağa,  qışlaqdan  yaylağa  köçürlər. Azərbaycanın  şimal-
q
ərb rayonlarının əhalisi XX əsrin 60-70-ci illərinə qədər bu 
cür köçd
ən istifadə edirdilər. Bu gün onların sayı çox azdır. 
Elat camaatının yaylağa köçü Borçalıda daha yaxşı qorunub 
saxlanılmışdır. 
Avrasiyanın  geniş  çöllərinin quru ərazisinin su
suvarma problemi ol
duğu  üçün  buranın  əhalisi olan türklər 
maldarlıqla,  əsasən də, qoyunçuluqla məşğul  olmuşlar. Bu 
gün g
ə  əkinçilik üçün sərt olan iqlimi ilə  seçilən Sibir əra-
zisind
ə, qışı soyuq, yayı çox isti keçən Orta Asiya, xüsusilə 
d
ə  Qazaxıstan  ərazisində  bağçılıq  az  yayılmışdır. 
Əkinçilikdə  də  taxılçılığa,  pambıqçılığa,  bostançılığa 
üstünlük verilir. Bununla bel
ə,  su  qıtlığı  yenə  də  özünü 
büruz
ə  verir.  S.İ.Vaynşteyn  də  qeyd  edirdi  ki,  nomadların 
h
ərəkatı  Ön,  Mərkəzi  Asiya,  Orta  Asiya,  Şərqi Avropa, 
Şimali  Afrika  etnoslarının  formalaşmasına,  mədəni-
39 
 


t
əsərrüfat mübadiləsinə  təkan  vermişdir  [212, s.74]. Eyni 
zamanda  çumlar,  yurtlar  (üy,  ib,  öq,  ayıl…)  kimi  daşınan 
keç
ə  evlər,  alaçıqlar  öz  formalarını  İslam  aləminə, Avropa 
m
ədəniyyətinə  vermişdirlər. Skiflər, hunlar ilkin köçərilər 
adlandırılan qədim tayfalardır... 
Yuxarıda 
kazakların 
köçəri slavyanlar 
adlandırılmaları  ilə  razılaşmadığımızı  qeyd  etmişdik. 
A.Şennikov  etnoqrafların  araşdırmalarına  əsaslanaraq 
göst
ərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərinə qədər 
kazak
ların  dilində  xarakterik türkizmlərə  rast gəlmək 
olurdu. Soyadlar, l
əqəblər, digər sözlər türk mənşəli idi. 
H
ətta məişətlərində  yarımköçəriliyin  əlamətlərindən 
olan keç
ə  altlıqlar,  pendirin  hazırlanma  qaydası,  çadır-
ların  forması...  da  qalırdı.  Bütün  bunlar  ruslaşmış 
türkl
ərdən xəbər  verirdi.  Onların  məcburi xristian-
laşdırılması  XVIII  əsrə  aiddir. Hətta XIX əsrin 
ortalarında  yerli  keşişlər Voronej-İsman  kazaklarını 
“din
ə təzə gələnlər” adlandırırdılar [212, s. 111]. 
Q
ərbi  Sibirin,  Altayın  meşə-çöl  rayonlarında  yaşayan 
türkl
ərin də  yarımköçəri  olduqları  vurğulanır  [212, s. 88]. 
Slavistl
ərə  görə, köçərilər meşədən qorxurlar. Lakin 
araşdırmalar  göstərir  ki,  yarımköçəri türklər nəinki çölü, 
eyni  zamanda  meşəni də  özlərininki hesab edir, ovçuluqla, 
meşəsalma ilə  məşğul  olurdular  [212, s. 91]. Bunu biz 
vaxtil
ə Ordosda yaşayıb meşəsalma ilə məşğul olan hunların 
timsalında da görürük [207, s.104-111]. 
Araşdırmalar  göstərir ki, azərbaycanlıların  mövsüm, 
ail
ə-məişət mərasimlərinin ümumtürk kontekstindən 
çıxardılaraq  ayrıca  öyrənilməsi məqsədəuyğun  deyil.  Bu 
baxımdan dini mənsubiyyətindən asılı olmayaraq müsəlman, 
40 
 


ya qeyri-müs
əlman  türk  xalqlarının,  özəlliklə  də  azsaylı 
türkl
ərin (saxa, dolqan, teleut, şor, xakas, tıva...) etnoqrafik 
baxımdan  daha  yaxşı  qorunub  saxlanılan  mərasimlərinin, 
onlarla  bağlı  mənəvi mədəniyyət nümunələrinin müqayisəli 
öyr
ənilməsi Azərbaycanda da unudulmuş bir sıra mərasim və 
ayinl
ərin bərpasına  yardım  edər.  Onu  da  vurğulamaq 
lazımdır ki, Azərbaycandakı etnik, etnoqrafik qruplar vaxtilə 
bu, ya dig
ər səbəbdən  daşıyıcısı  olduqları  türk 
m
ədəniyyətinin  parçalarını  daha  yaxşı  qoruyub  saxlayıblar. 
Monoqrafiyada 
müqayis
əli-tarixi analiz yolu ilə 
m
ərasimlərin  timsalında  qədim  inamların  eyniliyini,  etnik 
kökün birliyini bir daha göst
əririk.  Məsələyə  yalnız  dini 
nöqteyi-n
əzərindən  yanaşma  tədqiqatçıları  bu  din 
ç
ərçivəsindən kənara  çıxmağa qoymur. Beləliklə  də,  xalqın 
tarixi müasir dövrümüz
ə  yaxınlaşdırılır,  yəni  İslam  dininin 
yarandığı  M.S.  VII  əsrdən  əvvəlki dövrlər kölgədə  qalır, 
dig
ər dinlərə  qulluq edən bir çox türk mənşəli  xalqların 
varlığı  nəzərə  alınmır,  xristianlıqla  bağlı  olan  tariximizə, 
tarixi abid
ələrimizə göstərilən biganə münasibət onlara digər 
xalqların iddiası ilə nəticələnir.  
Monoqrafiyanın mövzusu  eyni köklü xalqlar arasındakı 
m
əsafə, dini, digər kənar, sonradan yaranma təsirlərin aradan 
qaldırılması,  onların  bir-birini  daha  yaxından  tanıması,  tək 
m
ədəni deyil, eyni zamanda iqtisadi, siyasi əlaqələrin 
yaradılması,  inkişafı  baxımından  çox  aktualdır.  Azərbaycan 
Respublikasının  Prezidenti  İ.Əliyevin  təşəbbüsü ilə  XI Türk 
Dünyası  Dostluq,  Qardaşlıq,  İş  Birliyi  Qurultayının  17-19 
noyabr 2007-ci il tarixind
ə  Bakıda  keçirilməsi dediklərimizə 
misaldır.  Bu  gün  türklərin mərasimlərinin  qarşılıqlı 
araşdırılması dövrün, zamanın tələbidir. Müqayisəli analiz həm 
41 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə