Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə17/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   13   14   15   16   17   18   19   20   ...   105

m
ərasimləri iki qrupa bölür. Birinci qrupa ailənin,  tayfanın 
əmin-amanlığı,  xoşbəxtliyi, mal-qaranın  çoxalması,  bol  ov 
t
əminatına  yönəlmiş  mərasimləri, ikinci qrupa isə  mistik, 
ezoterik ünsürl
ərin üstünlük təşkil  etdiyi  Tsamla  Maydır, 
Şaqaa  kimi  bayramları aid edir [170, s. 87]. Lakin diqqətlə 
n
əzərdən keçirəndə, bu iki bayram qrupu arasında o qədər də 
ciddi bir s
ərhəddin  olmadığını  görürük.  Bu  bayramlar, 
əsasən,  oda,  tayqaya,  ovaaya,  bulağa,  ocağa...  yönəlik 
bayramlardır.  Od,  ocaq,  demək olar ki, bütün bayramların 
ayrılmaz  atributudur.  Tıvalarda  oda,  ocağa  tapınmanın 
kökl
əri, digər  türk xalqlarında  olduğu  kimi, lamaizmdən də 
əvvəllərə  gedir,  şamanizmə  bağlanır.  Onlar  hələ  də  yemək 
yey
ərkən mütləq yediklərindən  oda  atır,  içdikləri çaydan, 
sudan, südd
ən çeçələ  barmaqları  ilə  ocağa  tərəf çiləyir, 
bununla da onun yiy
əsini yedirdib içirdirdilər. Xalq arasında 
bu ad
ət belə bir zərb məsələ çevrilib: “Baştayqı çemni otka 
salır” (“İlk tikəni oda atarlar”) [170, s.70]. Onu da qeyd edək 
ki, onlar bu yolla t
ək  ocağın  yiyəsini deyil, həm də  çeçələ 
barmaqları  ilə  süd çilədikləri  dağın,  suyun,  meşənin, 
otlaqların...  yiyələrini də  unutmurlar. Azərbaycanda Ölü 
ç
ərşənbəsi və  ya Qara çərşənbə  (üçüncü çərşənbə) ocaqdan 
iy  çıxsın  deyə,  oraya  piy,  yağ,  ət  parçası  atır,  mərhumların 
a
dına  qazan  asırlar.  Buddizmdə  oda  sitayiş  olmadığından 
odla,  ocaqla  bağlı  bütün  ayinlərin, adətlərin  şamanizmlə, 
tıvaların  lamaizmə  qədərki  mifik  dünyagörüşləri ilə  bağlı 
olduğunu cəsarətlə söyləmək olar. Təsadüf deyil ki,  Mərkəzi 
Asiya, el
əcə  də  Uzaq  Şərq  xalqlarının  naturfəlsəfəsində 
q
ədimdən,  əsasən,  beş  ünsür  olmuşdur.  Bunlardan  biri  də 
oddur:  ağac,  od,  torpaq,  metal  (dəmir), su. Azərbaycan 
folklorşünaslığında  isə  cəmi dörd ilkin ünsür göstərilir: od, 
54 
 


hava, su, torpaq. Bunu qeyd ed
ən alimlər Azərbaycan 
əhalisinin,  əsasən türklərdən ibarət  olduğunu  nəzərə 
alsaydılar,  yəqin ki, bu ünsürlər  arasına  dəmiri (metal) 
mütl
əq salardılar. Çünki qədim miflərdə dəmirçilik türklərlə 
bağlanılır.  İkincisi  isə  həm  torpaqdakı,  həm də  insan 
orqanizmind
əki  əsas elementlərdən biri məhz dəmirdir. 
“Quran-i K
ərim”də dəmirə ayrıca yer ayrılır və onun Göydən 
gönd
ərildiyi vurğulanır... 
Az
ərbaycan türklərinin mənəvi mədəniyyət nümunələri 
arasında odla, ocaqla bağlı bir çox etiqad, inam, alqış, qarğış 
v
ə  and mövcuddur. Məsələn,  “bu ocaq  haqqı...”,  “bu  ocağa 
kor  baxım  ki...”,  “ocağın  sönsün”,  “bu  köz  kimi  gözüm 
ağarsın  ki...”,  “od  olmayan  yerdən  tüstü  çıxmaz”...  İnsanın 
ölm
əsilə  ocağının  sönməsi  arasında  elə  bir fərq yoxdur. 
Kimins
ə  ocağını  söndürüb,  külünü  göyə  sovurmaq evini 
viran, xaraba qoymaq dem
əkdır.  
Od, ocaq h
əm də  ailənin xoşbəstliyinin,  firavanlığının 
r
əmzidir. Gecə vaxtı evdən od verməzlər. Bununla od verən 
şəxs ailənin  xoşbəxtliyini  vermiş,  şər qüvvələrin 
f
əallaşmasına şərait yaratmış olur. Od yiyəsi tıva ailələrinin 
xilaskarı,  mühavizəçisi, ailə  üzvlərinin məsləhət yeri, 
himay
əçisi  olmuşdur.  Odun  qoruyucu  xüsusiyyətini nəzərə 
alaraq b
əd nəzərin, göz dəymənin qarşısını almaq məqsədilə 
Az
ərbaycanda  çox  vaxt  uşağın,  böyüyün  heyvanın  başına 
duz dolayaraq oda atmaq üz
ərlik  yandırmaq  geniş 
yayılmışdır.  Bu,  eyni  zamanda  həm də  üzərliyin, duzun 
qoruyucu, t
əmizləyici gücünə inamla bağlıdır. 
 
Çörlü-çöplü üz
ərrik, 
Başı börklü üzərrik, 
55 
 


Müşkülü asan eylə, 
Göst
ər hökmün üzərrik [8, s.24]. 
 
Üz
ərliksən, havasan, 
H
ər bir dərdə davasan. 
S
əni oda salıram 
Qada-bala qovasan. 
 
Qohum ola, yad ola, 
H
ərkim nəzər yetiribsə, 
Gözl
ərini ovasan [8, s.24-25]. 
 
1998-
ci  ilin  yayında  Tıvaya  səfərimiz  zamanı  kəklik 
otunun yandırılaraq tüstüsünün ətrafa verildiyinin, bunun şər 
qüvv
ələrin, xəstəliyin, gözdəymənin  qarşısını  almaq 
m
əqsədilə  edildiyinin  şahidi  olmuşduq.  Tıva  xamlarına 
(şamanlarına – G.Y.) deyəndə ki, Azərbaycanda kəklik otunu 
xör
əyə  tökür,  çayını  dəmləyib içirik, onlar həm 
t
əəccüblənmiş,  həm də  bunun  daha  doğru,  daha  yaxşı 
olduğunu, 
içəridən, daxildən 
insanı 
qoruduğunu 
söyl
əmişdilər.   
Tıvalarda odla fala baxmaq xalq inamları arasında əsas 
yerl
ərdən birini tutur. Məsələn, qoyunun kürək sümüyünü bir 
müdd
ət odun üstünə tutur, hislə örtüldükdən sonra üzərində 
yaranmış cizgilərlə gələcəyi oxuyurlar. Onu da qeyd edək ki, 
Az
ərbaycanın  Qarabağ  bölgəsində  də  qoyunun kürək 
sümüyünün müxt
əlif məqsədlə  istifadə  edilə  biləcəyindən 
x
əbərdar  olduqlarına  görə, qəssablar heç vaxt ət satarkən 
h
əmin  sümüyü  bütöv  şəkildə  alıcıya  vermir,  balta  ilə 
ortasından sındırırlar… 
56 
 


 
 
 
 
 
 
 
 
 
 
Falabaxma m
əqsədi ilə istifadə olunan kürək sümüyü 
 
Tıva  türkləri yas mərasimlərində  ölünün  yeddisi,  qırx 
doqquzuncu günü ocaq yandırırlar ki, mərhumun canı, kutu 
Tanrının  dərgahına  yolu  tapa  bilsin.  Həmçinin  qırx  doqquz 
gün 
ərzində cənazə götürülən öqdə də şam, çıraq yandırırlar. 
Ovçular  ocağa  müraciətlə  ondan  uğurlu  ov  diləyir, odun 
yiy
əsinə qurbanlıq olaraq vurduqları ilk heyvanın ətindən bir 
tik
ə  verərək  inanırdılar  ki,  bundan  sonra  ocağın  yiyəsi 
onların ovlarının uğurlu olmasına yardım edəcək [170, s.72].  
Buddizmd
ə  də  burxanların  önündə  şam  yandırmaq 
savab  iş  kimi  qəbul olunur. Deyilənə  görə,  çox  kasıb  bir 
qadının ən böyük arzusu burxanlara qurban vermək olsa da, 
onun buna imkanı yox imiş. Günlərin bir günü o, yoldan pul 
tapır,  həmin pula ərinmiş  yağ,  kasa  alır,  sonra qoyun 
yunundan pilt
ə  düzəldib  şam  hazırlayaraq  onu  burxanların 
önünd
ə  yandırır.  Şam bütün  günü  yanır.  Göydəki burxanlar 
kasıb  qadının  canfəşanlığını,  inamını  görüb  elə  edirlər ki, 
ölümünd
ən sonra həmin  qadının  ruhu  varlı,  müdrik,  bütün 
57 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə