Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə18/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   14   15   16   17   18   19   20   21   ...   105

canlılara qayğı ilə yanaşan, xeyirxah bir qadın kimi yenidən 
doğulur [170, s.72]. 
Tıva  türkləri öqdə  ocağın,  odun  başı  (“ot  bajı”) ilə 
ayağını  (“ayak ot”) törə  görə, yəni  evin  kişisinə  məxsus  ən 
hörm
ətli,  qapı  ilə  üzbəüz olan yerə  (tör) görə 

əyyənləşdirirdilər. Azərbaycan dilindəki  “filankəsi 
ocağımın  başına  çıxartdım,  üst  başa  keçirtdim”  ifadəsi də 
“h
əmin  adama  layiq  olmadığı  hörmət göstərdim” 
anlamındadır. 
Tıvaların  mövsüm  mərasimlərindən biri də  “ot 
daqıır”dır.  “Ot  daqıır”,  adətən,  payızda,  məhsul  yığımı,  el 
yaylaqdan payızlağa köçəndən sonra keçirilir. Tıvaların ilin 
dörd f
əslində  köçdükləri, hər dəfə  də  eyni dayanacaqlarda
yurdlarda b
ənd  aldıqları  məlumdur. Belə  dairəvi köçün 
n
əticəsində  də  onlar yenidən  əvvəlki yerlərinə  dönürdülər. 
Köç  yaylaqdan  payızlağa  qayıdanda  yeni  yurdda  tayfanın, 
ail
ənin  xoşbəxt  yaşamasının,  yığılan  məhsulun halallıqla 
işlədilməsinin,  uşaqların,  qocaların,  mal-qaranın,  qoyun-
quzunun x
əstəliklərdən, fəlakətdən  uzaq  olmalarının  təmin 
edilm
əsi məqsədilə  keçirilən  “ot  daqıır”  mərasimi,  əsasən, 
yeni  yaşayış  yerinin,  öqün  paklanması  ilə  bağlıdır.  Bu 
m
əqsədlə  ailə  üzvləri, qohum-əqrəba  tayfa  ağsaqqalının 
öqünd
əki  ocağın  başına  toplaşırdılar.  Hər il keçirilən 
m
ərasim  qabağı  öq  təmizlənir, səliqəyə  salınır,  tavandan 
quzuları,  buzovları  bağlamaq  üçün  kəndirlər,  çatılar  – 
xönel
ər, çelelər  asılır,  ocaq  yeri  təmizlənir, quru  odun 
yığılır, ayin üçün axtalanmış kürən, ya da qara keçi (serqe) 
seçilir, xam (şaman) dəvət olunurdu. Əvvəlcə ocağın yerinə 
“serqe  döjee”  (“keçi  döşəyi”) adlanan dördkünc taxta 
qoyulur. Onun üstünd
ə xəmirdən hazırlanmış keçinini, ya da 
58 
 


başqa  heyvanın  fiqurunu düzəldir,  ətrafına  gildən  ağıla 
b
ənzər bənd (“kajaa”) bərkidir, ona rəngarəng parçalar, iplər 
(“çalama”)  bağlayırdılar.  Sonra  bunların  üstünə  sacayaq 
(“ojuk”) qoyur, üç t
ərəfdən topulqa (“söösken”), söyüd 
(“kodan-
xaak”) ağaclarının quru budaqlarını taxırdılar. Xam, 
əsasən, bu ağaclardan istifadə edirdi. İnama görə, onlardakı 
magik qüvv
ə  təbiəti  canlandırmağa,  torpağın  münbitliyini 
artırmağa qadirdir [170, s.68-75]. 
Bu m
ərasim  vaxtı  da  ocağın  yiyəsi unudulmur, onun 
üçün  sacayağının  yuxarısına  yağlı  qoç  döşü  taxırdılar.  Ailə 
üzvl
əri ocağın ətrafında oturarkən gərək ayaqlarını oda tərəf 
uzatmasınlar. Bu, onu murdarlamaq, təhqir etmək deməkdir. 
Xam düngür
ə  (dəf  –  G.Y.) vura-vura  alqış  söyləyir,  ocağın 
yiy
əsindən buailə, tayfa üçün əmin-amanlıq  diləyirdi. Evin 
qadını ocağa yağ, süd çiləyir, Günəşin hərəkət istiqaməti ilə 
üç d
əfə ocağın başına dolanaraq oturanlara, duranlara ovuc-
ovuc darı, çovdar paylayırdı. Ev sahibi isə oda ət, pendir atır, 
keçinin  buynuzlarına  piy  sürtür,  çalama  bağlayır,  başını  üç 
d
əfə  ocağa  tərəf  əyir, üç dəfə  ocağın  başına  dolandırırdı. 
Bundan sonra h
əmin  keçi  “ıdıktaan  mal”,  yəni müqəddəs 
heyvan  sayılırdı.  Onu  kəsmək, öldürmək  olmazdı,  gərək öz 
əcəli ilə  ölsün. Azərbaycan türkcəsindəki  «başına  dönüm» 
«durum,  dolanım  başına»  deyimi,  əslində, «qurban olum» 
anlamında  olub  ocağın  başına  döndükdən  sonrakı  qurban 
anlamı  ilə  bağlıdır.  Xam  isə  bütün  bu  proses  zamanı 
xamlamağını  davam  etdirir,  alqış  söyləyir, dilək diləyirdi. 
İçəridəkilər  də  ocağın  başına  dolanıb  ona  pay  verir, 
əllərindəki  darını,  çovdarı  ev  sahibinin  ətəyinə  tökür, o isə 
ətəyindəkiləri müqəddəs  oxun  (“ıdık  ok”)  yanındakı 
xoşbəxtlik kisəsinə  (“kejik  xavı”)  tökürdü.  Ayin  başa 
59 
 


çatdıqdan  sonra  toplaşanlar  “muncuq gizlətmək”  (“çinçi 
çajırar”),  “aşığa  vurmaq”  (“kajık  kaqar”)… kimi oyunlar 
oynayırdılar.  Üç  gün  ərzində  öqdən heç nə  çıxartmır,  heç 
k
əsə heç nə vermirdilər. Bu günlər  “üç gün qaydalara əməl 
etm
ək” (“üş xonuk şeerliq”) adlanırdı [170, s.68-75].  
Tıva türklərinin odla bağlı bir sıra tabuları, qadağaları 
var. M
əsələn,  ocağa  tüpürmək,  külü  çırpmaq,  iti,  kəsici 
al
ətlərlə  ona toxunmaq, zir-zibil  atmaq,  yuxarıda  qeyd 
etdiyimiz kimi, oturark
ən ayaqlarını ocağa tərəf uzatmaq ailə 
ocağının  yiyəsini təhqir etmək,  ocağı  murdarlamaq  kimi 
q
əbul olunur. Ocaq olan yerdə üstündə dolu qazanın olması 
da ail
ənin ehtiyac içərisində olmaması istəyilə bağlıdır. Boş 
qazanın ağzı üstə qoyulması, qazanın aşması… tıvalarda da 
yaxşı əlamət sayılmır. 
“Ot  daqıır”dan  başqa  tıva  türklərinin təbiət kultu ilə 
bağlı keçirdikləri mərasimlərdən biri də müqəddəs ağac olan 
“xam ıyaş”,  yaxud “xam dıt”la (“xam-ağac”) bağlı inamlar, 
ağacın  müqəddəsləşdirilmə  mərasimidir. Qədim türklərin 
t
əsəvvürlərində  ağac  insan  həyatı  üçün  önəm  daşıyan  bir 
varlıqdır.  Ağac  uşaqları  doğur,  yedirdir,  onlara  həyat bəxş 
edir.  Ağacın  kökündən  qopardılmasının  ailəyə, tayfa 
üzvl
ərinə bədbəxtlik gətirəcəyinə inanırdılar. Ağacdan övlad 
dil
əyir,  budaqlarından  beşik  asır,  hətta ölən körpəni  ağacın 
koğuşunda  dəfn edirdilər.  Bu  da  onu  doğulduğu  yerə 
qaytarmaq  anlamı  daşıyırdı  [198, s.32]. “Oğuz  Kaqan” 
dastanında  da  Oğuzun  gölün  ortasında  nəhəng  bir  ağacın 
koğuşunda oturan  gənc qızı görüb, onunla evlənməsi, Göy, 
Dağ,  Dəniz  adlı  üç  oğlunun  olması  təsadüfi deyil. Bizcə, 
h
əyat ağacının içərisində doğulan bir qızın doğduğu üç oğul 
dünyanın  üç  qatını  təmsil edir: Göy –  yuxarı,  Dağ  –  orta, 
60 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə