Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə2/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   2   3   4   5   6   7   8   9   ...   105

sıra  məsələləri dünya ölkələri birgə  həll etməyə 
çalışmazdılar… 
Dünya  n
ə  qədər  kiçilsə  də, günü-gündən  inkişaf  edən 
dünyamızda  milli  dəyərlərimiz  “keçmişin  qalıqları”  kimi 
görüns
ə  də,  onları  gənc nəslə  öyrətmək, ötürmək, eyni 
zamanda dünyaya tanıtmaq lazımdır. Bunların bir xalq kimi var 
olma
ğımızdakı rolunu dərk etmək üçün patrik Qreqoriosun bir 
m
əktubuna diqqət etmək kifayətdir:  
1821-ci ild
ə  Sultan  İkinci  Mahmud  xan  zamanında 
İstanbul  patriki  Qreqorios  rus  çarı  Aleksandra  Osmanlını 
dağıtmağa  yönəlmiş  bir  məktub  ünvanlayır.  Məktubda patrik 
Qreqorios türkl
ərin cəsurluğundan,  birliyindən, milli adət-
ənənələrinə, törələrinə  bağlılıqlarından,  maddiyyatdan  uzaq 
olmalarından,  açıq  savaşın  onları  daha  da  birləşdirə, 
müqavim
ət güclərini  artıra  biləcəyindən bəhs edərək  onları 
sarsıtmağın,  mənəvi  bağlarını  parçalamağın,  dözümlərini 
z
əiflətməyin  ən  qısa  yolunu  təklif edir. Onun təklifinə  görə, 
hiss etdirm
ədən  “milli adət-ənənələrinə, mənəviyyatlarına 
uyğun  olmayan  xarici  fikirlərə,  hərəkətlərə, maddi vasitələrə” 
alışdırmaqla türkləri məhv etmək mümkündür [66, s.110-111]. 
İstanbulda təşkil etdiyi Rum üsyanına, eləcə də, məktub 
da daxil,  dig
ər xəyanətlərinə  görə, Qreqorios layiqli cəzasını 
aldı,  patrikliyin  qapısında  edam  edildi.  “Bir  türk böyüyünü 
buradan asmayınca qapını açmayacağıq” deyə söz verən rumlar 
bu gün d
ə həmin qapını bağlı saxlayır, adına da “Kin qapısı” 
deyirl
ər [66, s.111]… 
Vaxtil
ə  düşmənlərimizin silah kimi gördükləri bəzi 
d
əyərlərimizi  əldən verdik, cəzasını  da  çəkirik.  Burada mənfi 
t
əsir tək Avropa ölkələrindən,  ABŞ-dan deyil, ərəb 
ölk
ələrindən də  gəlir.  Ərəblərin geyimləri və  adətləri  yavaş-

 


yavaş bizim milli dəyərlərimizi sıradan çıxardır, bir xalq olaraq 
birliyimizi z
əiflədir, ailə  daxilində  belə  parçalanmalara yol 

ır... Heç olmasa, bundan sonra dəyərlərimizə layiqincə önəm 
ver
ək, təbliğ edək, onları yaşatma, qoruma yollarını araşdıraq.  
Qloballaşan  dünyamızda  bəzi  kiçik  xalqların  digərləri 
arasında  ərimə  təhlükəsinin  olduğu  barədə  həyəcan təbili 
çalanlar var. Lakin bu “t
əhlükə” ilə  yanaşı,  Qərb tamamilə 
qloballaşmaya  zidd  digər  addımlar  da  atır.  Bunlardan  biri  də 
UNESCO-nun Qeyri-Maddi M
ədəni  irs  siyahısıdır.  Dünyanın 
bir çox xalqları öz mədəniyyətlərinin əsrarəngiz nümunələrini 
bu  siyahıya  daxil  etmək üçün onları  araşdırır,  öyrənir, təbliğ 
edir, öyr
ədir və  təqdim  edir.  Bu  da  qloballaşmanın  yaratdığı 
“t
əhlükə”nin əslində heç də təhlükəli olmadığından xəbər verir.  
Az
ərbaycan  Respublikasının  Birinci  vitse-prezidenti, 
Heyd
ər  Əliyev  Fondunun  və  Azərbaycan Mədəniyyət 
Fondunun Prezidenti, UNESCO-nun 
v
ə  ISESCO-nun 
xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın  1995-ci ildən 
qeyri-hökum
ət təşkilatı  olan  Azərbaycan Mədəniyyətinin 
Dostları  Fondunun  rəhbəri kimi gərgin fəaliyyətinin nəticəsi 
olaraq m
ədəni  irsin  qorunması,  2003-cü ildən isə 
muğamlarımızın,  daha  sonra  xalçalarımızın,  aşıq  sənətinin, 
tarın,  çövkən milli oyunumuzun, kəlağayımızın,  dolmanın, 
Novruz  bayramının  və  b. UNESCO-nun bəşəriyyətin mədəni 
irs  siyahısına  daxil  edilməsi bu istiqamətdəki  ən  uğurlu 
a
ddımlardandır.  2013-cü  ilin  iyun  ayının  19-da Parisdə 
Az
ərbaycanın  UNESCO-ya  üzv  olmasının  20  illiyi 
münasib
ətilə Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılan, 
XII-XIII 
əsrlərə aid edilən daş qoç və at fiqurları UNESCO-ya 
t
əqdim olunub. Qədim türk tarixini özündə  əks etdirən bu 
fiqurlar  baş  qərargahın  həyətinə  qoyularaq  nümayiş  olunur.  

 


Qız Qalası, İçərişəhər, Şirvanşahlar Sarayı və Qobustan Tarix 
v
ə  Bədii  Qoruğunun  da  UNESCO-nun  Dünya  İrsi  siyahısına 
salınması bu illərin  məhsuldar olduğundan xəbər verir. 
...Əslində dünya yaranandan bu günə qədər qloballaşma 
davam edir. H
ər yeni yaranan və  dünyada tətbiq edilən, 
yayılan,  təsir dairəsini  artıran  ixtira,  din,  ideologiya 
qloballaşmanın  bir  ünsürüdür.  Tarix  boyu  bunların  bir çoxu 
etirazla  qarşılansa  da,  dünya  mədəniyyətləri içərisində  özünə 
yer ed
ərək bu günümüzə  qədər gəlib  çatmışdır.  Günümüzdə 
baş  verən proseslər sadəcə  əsrlər boyu davam edən 
qloballaşmanın bir parçasıdır.  İnsanlar, xalqlar etiraz edə-edə, 
özl
əri də hiss etmədən təqdim olunanı günümüzdə həyatlarının 
ayrılmaz  parçası  kimi  qəbul edirlər.  Xristianlığın,  İslamın  və 
dig
ər dinlərin  yayılması,  maşının,  telefonun,  internetin 
yaradılması,  yayılması,  dəbin özü belə  qloballaşmaya  gətirib 
çıxarır və ya qloballaşmanın nəticəsidir. Bu il nə dəbdədir? Bu 
sualın cavabından bu il dünya dəb həvəskarlarının geyim tərzi 
asılıdır. Artıq “bu il Azərbaycanda nə dəbdədir?” demirik. “Bu 
il dünyada n
ə  dəbdədir?” deyirik və  dünyanın  məşhur 
kutiryel
əri bizə  geyim rəngi, tərzi diqtə  edir.  Və  ya dinlər... 
Dinl
ər də  bəlli geyim və  həyat tərzi  aşılayırlar...  Astroloji 
proqnozlar  insanların  bürclər üzrə  geyiminə, yeməyinə, bir 
sözl
ə  həyatının  bütün  sahələrinə  təsir edir və  dünyanın 
harasında  yaşamasından  asılı  olmayaraq  hamını  birləşdirir. 
Əsrlər boyu belə davam edib, insan da əvvəl-əvvəl ehtiyat və 
inamsızlıqla qarşıladığı şeylərə indi həyat tərzi kimi baxır, adi 
yanaşır, yenə də təhlükəli nələrinsə gələcəyini düşünür, amma 
özü d
ə  hiss etmədən  onları  da  qəbul  edir.  Əslində 
qloballaşmaya xidmət edən əsas vasitə internetin imkanlarıdır. 
Evl
ərimizə  həvəslə  buraxdığımız  bu  texniki  vasitələr bizim 

 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə