Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə22/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   18   19   20   21   22   23   24   25   ...   105

dağlara alqış bayramında noyona piyalə verilərkən də oxunur 
[165, s.38-39]. 
 “Tayqa”  türk sözü Sibir türkl
əri  arasında  geniş 
yayılmışdır.  Bu  da  təbii  şəraitlə  bağlıdır.  Altay  türkləri 
qayalıqlarla,  sıx,  qara  şam  meşələri ilə  örtülü  dağlara 
“tayqa” deyirl
ər.  Ruslar  bu  sözü  altaylılardan  götürmüşlər. 
“Tayqa” dey
ərkən, Tomsk, Kuznetsk, eləcə  də  Yeniseydəki 
qara  şam  ağacları  ilə  örtülmüş  dağlar  nəzərdə  tutulur. 
V.Radlova gör
ə, “Altay” sözünün mənasını bir çoxları “Ala 
tau” (“Ala qağ”), “Altın-tau” (“Altın dağ”) kimi izah etsələr 
d
ə, bu sözün əsl mənası  “al-tayqa”, yəni  əzəmətli,  daşlı-
qayalı, qara dağlar deməkdir [184, s.43]. 
Mövsüm m
ərasimlərindən olan dağlara 
alqış 
m
ərasiminin köklərini L.P.Potapov şamanizmdən də əvvəlki 
dövrl
ə  bağlasa  da,  bu  inamın  izlərini  şamanizmdə  də 
görürük. Onun fikrin
ə  görə,  tayqa  dağları  tıvaların  yaşlı 
qohumları  sayılırdı  [181, s.358]. Burada  yazıçı  Anarın 
“D
ədə  Qorqud”  əsərindəki bir epizodu yada salmaq yerinə 
düşərdi. Qazılıq dağının ətəklərindəki çöldə görüşən Turalla 
Günelin (h
ər iki obraz “Kitabi Dədə  Qorqud”  boylarında 
yoxdur.  Yazıçı  Anar  bir  sıra  hadisə, obraz  kimi, öz 
övladlarının  adlarını  da  əsərə  daxil  etmişdir.  –  G.Y.) 
dialoquna diq
ət yetirək:  
“ - Salam, Günel, - dey
ə o (Tural – G.Y.) qıza bir dəstə 
lal
ə uzatdı. 
Günel cavabında: 
N
ə gözəl lalələrdir! – dedi. 
Tural dill
əndi: 
Qazılıq dağının şimal yamacında onlardan çoxdur. Bir 
ora bax, dağ qıpqırmızıdır. 
72 
 


Günel  dönüb  baxdı,  lakin  üzünü  dağa  çevirərkən elə 
yaşmaqlandı ki, təkcə gözləri göründü. 
Tural soruşdu: 
Günel, niy
ə  dağa  baxanda,  həmişə  yaşmaqlanırsan 
(maraqlıdır  ki,  nə  əcəb  Oğuz  elində  böyüyüb boya-başa 
çatan Turalın bu inamdan xəbəri yox idi? – G.Y.)? 
Günel gülüms
ədi: 
Bunu m
ənə  anam öyrədib,  -  dedi.  –  Ona da nənəm 
deyib. Deyirl
ər,  Qazılıq  dağının  başı  biz  oğuz  qadın  və 
qızları üçün sanki qayınatadır. Onun qarşısında biz üzümüzü 
örtm
əliyik” [117, s.71-72].  
Doğrudan da belə bir inam türk xalqları arasında geniş 
yayılmışdır.  Əsərdəki bu epizodu təsvir edərkən  yazıçının 
möt
əbər mənbələrə əsaslandığına şübhəmiz olmadığına görə, 
bu  b
ədii  ədəbiyyat nümunəsindən  fikrimizin təsdiqi üçün 
istifad
ə etdik... 
Ad
ətən,  tıvalarda  dağlara  alqış  mərasimini  ya  aalın 
ağsaqqalı,  ya  xam,  ya  da  lama  idarə  edirdi. Qeyd edildiyi 
kimi, h
ər  soyun  özünün  yaşadığı  yerin  yaxınlığında 
müq
əddəs saydığı, yalvardığı, pənah gətirdiyi, dilək dilədiyi 
bir  dağ,  çay  olurdu.  Lakin  elə  hündür,  əzəmətli  dağlar,  bol 
sulu  çaylar  vardır  ki,  onlara  bir  çox  tayfalar  pənah 
aparırdılar.  Qərbi  Tıvada  belə  yerlərə  Bay-Tayqa,  Kızıl-
Tayqa, Bora-Tayqa, Bay-Daq, Bejiktiq-
Daq  kimi  dağları, 
Alaş,  Xemçik,  Ayanqatı…  kimi  çayları  missal  göstərmək 
olar [165, s.49].  
T
ıvalar  dağlara  alqış  mərasimi  yayın  əvvəllərində 
keçirirdil
ər. Tayfalar yaylaqların yaxınlığındakı yüksəklikdə 
qurduqları  ovaaya  gedir,  onun  ortasına  dirək (“ovaa xirni”) 
basdırır,  alqışdan  öncə  isə  ağsaqqallar  onun  başından  üzü 
73 
 


şərqə, yəni üzü gündoğana  doğru  buğa  fiquru  asır,  ovaanın 
için
ə  qoyun, keçi, inək,  öküz  fiqurları,  girəcəyinə  isə  taxta 
lövh
ənin üstündə  bişmiş,  qurumuş  qoyun  əti, çiy, ya da 
bişmiş  süddən  pendir,  qoyun  kolbasası  (“tırtkan  et”)... 
düzürdül
ər. Bütün bunlar, göründüyü kimi, ev heyvanlarının 
qorunması, artımı ilə bağlı atributlardır. Bu da qoyunçuluqla, 
heyvandarlıqla 
dolanan 
tıvaların 
yaşayış 
tərzinin 
t
ələblərindən irəli gəlirdi.  Ovaanın  qarşısına  qoyulmuş 
böyük  daşın  üstündə  ardıc  yandırılır,  ağsaqqal  isə  alqın 
söyl
əyirdi: 
…Arbay-
taraa arbın bolzun! 
Ot-siqen çaaqay bolzun! 
Ças çaaqay bolzun! [165, s.49] 
 
(…Arpa-
buğda bol olsun! 
Ot, saman çox olsun! 
Yağan yağış bol olsun!) 
 
 
Alqışın  sonunda  sol  əlində  süd,  ya  arağa  dolu  piyalə 
tutan ağsaqqal sağ əlinin həm çeçələ, həm də baş barmağı ilə 
piyal
ədəkindən  götürüb  aşağı,  yuxarı,  sağa,  sola  çiləyirdi. 
Sonra ağsaqqal başda olmaqla, hamı üç dəfə Günəşin hərəkət 
istiqam
ətində ovaanın başına dolanır, alqışın sözlərini təkrar 
edirdil
ər. Axırda  da  üzlərini  ovaanın  girəcəyinə  tutaraq üç 
d
əfə “Kuray!” “Kuray!” “Kuray!” deyərək ova ilə sağollaşır, 
yaxınlıqda  yemək-içmək təşkil  edir,  müqəddəs  dağların, 
çayların  şəninə  mahnılar  oxuyur,  dağların  uca  zirvəsini, 
düzd
ə  otlayan  ilxıları,  axar  suları  öyürdülər. Mahir 
oxuyanlar  (“ayak  xaaçıları”)  piyaləni verərkən  (“daşka 
tudar”) noyonların sağlığına da mahnılar oxuyurdular. 
74 
 


Tıva xalqının mövsüm mərasimlərinə lamaizmin təsiri 
özünü, 
əsasən,  Tsamla  Maydır  bayramında  göstərir. Bu 
bayram lamaizml
ə  sıx  bağlıdır.  Bununla  belə,  M.Monquş 
onun buddizmd
ən də  əvvəl Mərkəzi  Asiyada  yayıldığını 
qeyd edir [170, s.88].Tsam Göyd
ən yerə  enmiş  yiyələrin, 
burxanların paradıdır. “Tsam” Tibet sözü olub mənası “rəqs” 
dem
əkdir.  Bayram  vaxtı  buddist  məbədlərinin bütün 
sakinl
əri həm vəzifə, həm də  dini rütbələrinə  uyğun  olaraq 
müxt
əlif yiyələri,  burxanları  təmsil edən  maskalar  (onların 
əksəriyyətiqorxunc dokşitlərin, yəni “dinin qoruyucuları”nın 
maskalarıdır)  taxır,  rəqs edir, qorxunc səslər  çıxardır, 
vahim
ə  yaradan hərəkətlər edir, sanki bununla buddizmin 
qüdr
ətini,  əzəmətini göstərməyə  çalışırlar.  Tsamın  ən 
maraqlı  personajı  olan  Çoycil  əlində  qılınc  tutan  qorxunc 
mühaviz
əkarların  müşaiyətilə  meydana daxil olurdu. 
Çoycill
ə bağlı xalq arasında yayılan rəvayətə görə, vaxtilə o, 
Tibetd
ə  bon dininə  qulluq edirdi (bon –  Tibet dilində  “and 
verm
ək”,  “çağırmaq”  deməkdir. Tibetlilərin dini təsəvvür 
sistemidir. Bon xalq kultlarının, şamanizmin, buddizmin bir 
sıra  ünsürlərini özündə  birləşdirir.  Onun  banisi  yarı  mifik, 
yarı həqiqət olan Şenramibodur. Uzun zaman bonla buddizm 
yanaşı  addımlamışdır.  İlk  bon  monastrı  Yorub  adlanırdı 
[165, s.48]). O, ömrünün qalan hiss
əsini tərkidünya olmaq 
üçün  mağaraya  çəkilir.  Qırx  doqquzuncu  gün  öküz 
oğurlayanlar  gəlib  mağarada  gizlənir, öküzü də, Çoycili də 
öldürürl
ər. Çoycil tez öküz başını öz başının yerinə qoyaraq 
c
əhənnəmin  hökümdarına  çevrilir,  oğruları  öldürüb 
ür
əklərini yeyir. Onu da qeyd edək ki, Azərbaycanda xalq 
arasında  dolaşan  inama  görə,  yuxuda  öküz,  buğa,  inək 
75 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə