Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə23/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   19   20   21   22   23   24   25   26   ...   105

görm
ək  Əzrayilə  işarədir. Həmin  gün  o  insanı  təhlükə 
gözl
ədiyi düşünülür.  
Başqa  bir  rəvayətdə  deyilir ki, Çoycil sadə  bir lama 
imiş.  O,  arzu  edirmiş  ki,  yenidən dünyaya gələndə,  Tanrı 
olsun. Bir d
əfə  öküz  oğruları  qaçarkən  əllərindəki öküz 
d
ərisi ilə  başını  Çoycilin  üstünə  tullayırlar.  Təqib edənlər 
Çoycili oğru bilib edam edirlər. O dünyada lamanın günahsiz 
olduğu  sübut  edilir.  Lakin  bu  dünyada  təhqirə  məruz qalan 
Çoycil öküzün d
ərisi ilə  başını  geyinir  və  bundan sonra 
öküzün insanları mühakimə edəcəyini söyləyir.  
Tsam  bayramının  Tsaqaan  ovqon  (Ağ  qoca),  Tsootse, 
Tsanık, eləcə də digər personajları var. Bu bayram Maydıra 
h
əsr  olunmuş  ibadətlə  əlaqədar keçirildiyinə  görə, çox vaxt 
ona Tsamla Maydır bayramı da deyirlər. Maydır, lamaistlərə 
gör
ə,  Buddanın  özüdür.  Bayram  beş-yeddi gün keçirilir. 
Bayram  şənlikləri söz sənəti, pantomim hərəkətlərlə 
müşaiyət  olunur.  Tamaşalar  Buddanın  həyatı  ilə  bağlı  hər 
hansı  bir  hadisənin süjeti üzərində  qurulur.  Əvvəllər  tıvalar 
da monqollar kimi dinin yenil
əşməsini Maydırla bağlayır, nə 
vaxtsa bu dünyada “
Tanrı  Maydırın  dini”nin  zühur 
ed
əcəyinə  ümid edirdilər. Son vaxtlar isə  Tanrı  Çanazakın 
dini  yaranmışdır.  Tıvalar  Çanazak  deyəndə, bodxisatva 
Avalokiqeşevaranı nəzərdə tuturlar. O, lamaizmin ən məşhur 
burxanlarından biridir… 
Tıva  xalqının  mövsüm  mərasimləri  sırasında  önəmli 
yer tutanlardan biri d
ə  Tsaqaa  –  Şaqaa  bayramıdır.  Şaqaa 
bayramı  dünyanın  bir  çox  xalqları  tərəfindən keçirilən, 
baharın  gəlişi  ilə  bağlı  olan  bayramdır.  Azərbaycanlıların 
Novruz  bayramında  əməl etdikləri,  qoruyub  saxladıqları 
ad
ət-ənənələrin,  inamların  əksəriyyətinə  Şaqaa  bayramında 
76 
 


da rast g
əlirik (bu barədə  “Türk  xalqlarının  mövsüm 
m
ərasimləri sistemində  Novruzun yeri”  bölümündə  ayrıca 
b
əhs olunur). 
Tıvaların  Şaqaa  mərasimi ilə  müəyyən mənada 
s
əsləşən mərasimlərdən biri də  qoyun-quzunun  qışdan 
salamat  çıxmasını,  xəstəlikdən,  aclıq  və  soyuqdan 
ölm
əməsini təmin etmək məqsədilə keçirilən mərasimdir. Bu 
m
ərasim  vaxtı  varlı  tıvalar  ətraf aallardan cavan, qoçaq 
oğlanları  çağırırdılar.  Gələnlər səhər tezdən  axırdan  bütün 
köhn
ə  təzəyi kürüyüb atır,  yerinə  qayaların  altından,  su 
başından,  mağaralardan  yığdıqları  vəhşi  heyvan  təzəyi 
tökürdül
ər. Elə  bu təzəklə  də  axırın  içini  suvayırdılar. 
Qap
ısına  isə  şər qüvvələrdən qorunmaq məqsədilə  arxar 
(v
əhşi  dağ  qoçu)  buynuzu  vururdular.  İşləyənlər tez-tez 
deyirdil
ər:  “ağardırıq,  təmizləyirik,  paklayırıq…”  Sonra 
onlar Gün
əş  batanadək  ox  yarışına  çıxırdılar.  Ulduzlar 
görünm
əyə  başlayanda  ox  atanlar  axırın  yanında  hazır 
v
əziyyətdə  dururdular.  Sürü  yaxınlaşan  kimi  onlardan  biri 
c
əld irəli yeriyib arxara çox oxşayan qoçlardan birini vurur, 
sonr
a onun qarnını yırtaraq əlini içinə salıb ətrafa, Göyə qan 
çil
əyə-çiləyə deyirdi: “Biz yaylı, oxlu, tələli, qundaqlılar ox-
yayla  bu  heyvanları  ovladıq.  Vəhşi  heyvanların  xəstəlikdən 
öldüyünü  kim  görüb?  Baxın,  ulu  göylərimiz!..” Mərasimin 
sonunda  axırın  girəcəyində  kiçik  tonqallar  qalayır,  üstünə 
quru  ardıc  tökür,  beləliklə  də, tüstü verərək  paklayırdılar. 
Daha sonr
a hamı yeyib-içirdi [190, s.81-82].  
Türk  xalqları  arasında  geniş  yayılmış  məşğuliyyət 
növl
ərinin, demək olar ki, hər birinə  aid  şifahi  xalq 
ədəbiyyatı nümunələri mövcuddur. Bunlara əmək nəğmələri 
deyilir. M
əlum  olduğu  kimi,  elə  əmək nəğmələri var ki
77 
 


onlar f
əsildən  asılı  olmayaraq  hər vaxt ifa oluna bilər. 
Bel
ələrinə  xana (hana) nəğmələrini aid etmək olar. Lakin 
əksər  əmək nəğmələri,  onların  bilavasitə  bağlı  olduqları  iş 
bu, ya da dig
ər mövsümlə  sıx  bağlıdır.  Buraya  ipəkçi 
n
əğmələrini,  yun      qırxımı,  çırpılması,  keçə  yayılması 
zamanı  oxunan  nəğmələri,  sayaçı  nəğmələrini, ovçu 
n
əğmələrini,  əkinçi nəğmələrini… misal göstərmək olar. 
Əslində  nəğmə  dediyimiz  bu  lirik  parçaların  əksəriyyəti 
magik güc
ə malik olub, ovsun xarakteri daşıyır.  
Bilirik ki, 
əmək nəğmələrinin bir qolu olan ovçu 
n
əğmələri də  mövsüm mərasimləri  sırasında  özünəməxsus 
yer tutur. Bel
ə  ki,ovçuluq da ilin müəyyən fəsilləri ilə 
bağlıdır.  Heyvanlar,  quşlar  bala  vermək üçün cütləşəndə, 
bala ver
ən vaxt, sonra  o  balaları  böyüdən zaman ov etmək 
olmaz. Bunun bir çox s
əbəblərindən biri “qana-qarğışa” 
batmamaq olsa da, 
əsas səbəb nəslin kəsilməsi qorxusu idi. 
Az
ərbaycan türkləri  arasında  yayılan  bu  qadağalar 
folklorşünas V.Vəliyevin “Bayatılar” (1985) toplusuna daxil 
etdiyi  şifahi  xalq  yaradıcılığının  bu  lirik  janrına  aid 
örn
əklərində də öz əksini tapır: 
 
Basa-basa oba s
ən, 
Niy
ə getdin ova sən? 
Balalı ceyran vurdun, 
Ç
ətin dərddən sovasan [37, s.98]. 
 
Quşlar qanad üstədi, 
S
ənnən murad istədi. 
Əlin qurusun, ovçu, 
Vurma murad üst
ədi [37, s.121]. 
78 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə