Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə24/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   20   21   22   23   24   25   26   27   ...   105

Bu  cür  bayatıların  bir  çoxu  yas  mərasimlərində  ağı 
kimi d
ə oxunurdu: 
 
M
ən aşiqəm, ov deyil
Çaxmaq deyil, qov deyil. 
Qolun qurusun, ovçu, 
Bu, vurmalı ov deyil [37, s.17]. 
 
O dövrd
ə insanların əsas qida vasitəsi ovçuluqdan əldə 
olunurdu. Bala veril
ən  zaman  heyvanı  ovlamaqla  həmin 
yerin sakinl
əri özlərini  sonrakı  ovlardan  məhrum  etmiş 
olurdular. Buna gör
ə, gələcəkdə  də  bolov  əti, xəz dəri  əldə 
etm
ək üçün cütləşmə, bala vermə  vaxtı  heyvanı,  quşu 
vurmaq qadağan idi. 
Tıvalar  ovçular  heyvanların,  quşların  səslərini də 
yamsılayır,  təlqin edirdilər.  Bu  cür  yamsılamalar,  təlqinlər 
üç növ
ə ayrılırlar: 
-
 
ov heyvanlarının, quşlarının səslərini yamsılayaraq 
onları tutmaq, ovlamaq (“an ediskileeri”): 
-
 
canavar ulamasını yamsılamaq; 
-
 
aerofonda  amırqa  maralın,  sığının  səsini 
yamsılamaq (“sıın ediskileeri”); 
-
 
cüyür, 
əlik (“elik ediskileeri”), dələ  (“dini 
ediskileeri”),  kabarqa  (Sibir  maralı)  (“toorqa 
ediskileeri”) s
əsini fitçalan aerofonda 
yamsılamaq…[165, s.57]  
-
 
şamanların  tayfa  əcdadları  kimi  sitayiş  etdikləri 
heyva
nların,  quşların  səsini  yamsılamaları:  qoyun, 
keçi, yapalaq, qarğa, qu-qu quşu. 
79 
 


-
 
əyləncə  məqsədilə  yamsılamalar:  at  kişnərtisi (“at 
kişteeri”),  it  hürməsi,  ulaması  (“ıt  eereei,  uluuru”),  buğa 
böyürtüsü  (“buqa  bustaarı”),  qoyun  mələməsi (“xoy 
öttüneri”),  dovşanın  “şamanlığı”nın  yamsılanması  (“kodan 
xam-
naarı”),  durna  səsi (“duruya öttüneri”),  sarıdöş  böyük 
arıquşunun səsi (“baa sarıq kuş öttüneri”)…  
Bütün  bunlara  tıvalar  “an-men, mal-maqan ötteneri” 
(“h
əm vəhşi,  həm də  ev  heyvanlarının  səsinin 
yamsılanması”) deyirlər [165, s.57].  
Sibird
ə  yazın  gəlişini  sərçələrin cikkiltisindən hələ 
qışın  ortalarından  duymaq  olurdu.  Bu  vaxt  dovşanlar  da 
“oxuyurdular”.  Onların  səslərini  eşidən  yaşlı  adamlar 
deyirdil
ər ki, dovşanlar qarı əritmək üçün “şamanlıq” edirlər. 
Görünür,  qışda  ağ  rəngə  bürünən  dovşanlar  yazın  gəlişini 
hiss ed
ərək narahat olurdular. Çünki qar əriyəndə  ağ  rəng 
onlar üçün t
əhlükə  yaradacaqdı.  Dovşan  əllərini vura-vura 
s
əs  çıxardır,  cildini,  donunu  dəyişir.  Bu  da  şamanların 
davula  vuraraq  çıxardıqları  səs və  onların  qılıq  dəyişmə 
öz
əllikləri ilə  eyniləşdirilirdi.  Dovşanın  şamanlıq  etməsini 
yamsılayarkən  onun  çıxardığı  səs “dot-dot-dot-dot” kimi 
qeyd olunur.  Bu s
əslərin  çıxardılmasında  bir  sıra  musiqi 
al
ətindən (iqil (yayla çalınan xordofon, adətən, boğaz səsini, 
xalq  mahnılarını  müşaiyət  edir),  amırqa,  ediske,  idiofon 
xomus (varqan)…) istifad
ə edilir: 
 
Erten erte turar akın, 
Ediskilep oynaap akın. 
Ediskilep oynap turqaş, 
Elik oqlun adar akın [165, s.61]. 
 
80 
 


(S
əhər erkən durar qardaşın, 
Ediskid
ə çalar qardaşın. 
Ediskid
ə çala-çala, 
Ç
əpişləri tutar qardaşın). 
 
Əmək nəğmələrinin  qollarından  biri  də  türklərin  əsas 
m
əşğuliyyəti  olan  heyvandarlıqla  bağlı  nəğmələrdir. Çoxlu 
mal-
qarası,  qoyun-quzusu,  ilxısı  olan  adamlar  istər Sibirdə, 
ist
ər Orta Asiyada, istərsə  də  Azərbaycanda  varlı,  dövlətli 
hesab olunmuşlar. Bu, indi də belədir. “Kitabi Dədə Qorqud” 
boylarında da oğuz bəyləri saysız-hesabsız qoyun sürüləri, at 
ilxıları  ilə  seçilirdilər.  Burada  Qazan  xanın  on  min  qoyunu 
olduğundan  xəbər verilir. Azərbaycan  şifahi  xalq 
yaradıcılığının  lirik  janrlarında  da  qoyunçuluqla  bağlı  bir 
çox örn
əklər var: 
 
Qoyunun oldu on, 
Gey qırmızı don. 
Qoyunun oldu 
əlli, 
Adın oldu bəlli. 
 
Qoyunun oldu yüz
Gir, içind
ə üz. 
Qoyunun oldu min, 
Köhl
əninə min [1, s.222]. 
 
Heyvandarlıqla  məşğul  olan  xalqlar  arasında 
eydirm
ələr geniş yayılmışdır. Tıva türklərində bu eydirmələr 
“ayan tudar”, y
əni “həzz vermək”  adlanır.  Yazın  ilk 
günl
ərindən  ev  heyvanlarının  dişiləri  –  qoyunlar, keçilər, 
81 
 


in
əklər, madyanlar, mayalar bəzən öz balalarını  təpir, 
əmizdirmək istəmirdilər. Bunun əsas səbəblərindən biri də 
yiy
əsinin təzə  doğulmuş  balanı  soyuqdan,  ya  da  başqa 
heyvanların  tapdamasından  qorumaq  məqsədilə  evdə 
saxlamasıdır. 
Kumandılar  soyuq  aylarda  yeni  doğulmuş  balanı  evə 
g
ətirir, onu ovxalayır, ovuşdururlar ki, qızışsın, canına istilik 
g
əlsin.  Buzovları  gündə  iki dəfə,  sağım  vaxtı  analarının 
yanına  gətirirlər. Bir az əmdikdən sonra onu bir kənara 
bağlayır,  inəyi  sağır,  sonra  yenidən  buzovu  buraxırlar  ki, 
qalan südü 
əmsin. Bəzən inək südü vermir,  balası  üçün 
saxlayır.  Balası  ölmüş  inəkləri də  sağmaq  çətin olur. Belə 
hallarda, 
kumandılar  kimi,  qırğızlar  da  buzov  müqəvvası 
düz
əldirlər. Müqəvvanı  inəyə  iylədəndən sonra inək süd 
verir. Çox vaxt d
ərinin içinə  saman  dolduraraq  ağacdan 
ayaqlar düz
əldir (qarakalpaklar, Ulaqan tölöngitləri), bəzən 
d
ə  ayaqsız  (qazaxlar,  xakaslar)  şəkildə  hazırlayır,  buna da 
“tulup” deyirl
ər. Ölmüş balanın dərisini başqa balanın üstünə 
salmaq da ist
ənilən nəticəni verir. Beltirlər bu üsula “pzaqa 
tilipçe”, buzova is
ə  “tel  pıza”  deyirlər [152, s.44]. 
Madyandan  süd  almanın,  ya  da  yad  balanı  yaxına 
buraxdırmanın  başqa  bir  üsulu da hələ  Herodot tərəfindən 
qeyd  edilmişdir.  Skiflərdə  südün  alınma  üsulundan  bəhs 
ed
ən  Herodot  yazırdı  ki,  skiflər  “...fleytaya çox bənzəyən 
sümük  boru  götürür,  onu  madyanın  cinsiyyət  orqanına 
yerl
əşdirərək ağızları ilə üfürürlər. Bu vaxt başqaları da onu 
sağırlar”. Bu üsulun XVIII əsrdə  kalmıklarda  mövcud 
olduğunu akademik Pallas, 1735-ci ildə saxalarda müşahidə 
etdiyini G.Miller, 1908-ci ild
ə  siyasi sürgün A.P.Kuçorkin, 
1962-ci ild
ə tarix müəllimi P.N.Popov, 1930-cu illərdə saxa 
82 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə