Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə25/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   21   22   23   24   25   26   27   28   ...   105

xalq r
əssamı S.N.Pesterev, 1955-ci ildə tıvalarda gördüyünü, 
1960-
cı  illərin  ortalarında  təkrar  müşahidə  etdiyini 
P.İ.Karalqin kimi alimlər də qeyd edirlər. Tıvalarda bu üsul 
«in
ək üfürmək» («inek üfrer») adlanır [152, s.46-47]. 
Balasını  itirmiş  maya  günlərlə  onun öldüyü yeri tərk 
etmir,  yad  balanı  yaxına  buraxmır.  Belə  hallarda  tıvalar 
pzança, ya da iqil musiqi al
ətlərində  çalır,  asta-asta yad 
balanı  mayaya  yaxınlaşdırırlar.  F.Konla  L.Linxovoinə 
əsaslanan P.Karalqin belə hallarda dəvənin damla-damla göz 
yaşları tökdüyünü, uzun-uzadı zarıdığını, nəhayət, yad balanı 
q
əbul  etdiyini  yazır  [152, s.42-43]. Elə  hallar da olurdu ki
yiy
əsi qısır inəkdən belə süd almağa müvəffəq olur. Burada 
da eydirm
ələrlə üfürmələr böyük rol oynayır.  
Yuxarıda  ananın  balanı  yaxına  buraxmamasının,  eyni 
zamanda süd verm
əməsinin səbəblərindən  biri  kimi  balanın 
evd
ə saxlanılmasını göstərmişdik. Bu vaxt balasından yad iy, 
qoxu (evin qoxusu) g
əldiyini hiss edən  ana  onu  yaxın 
buraxmır.  Belə  hallarda  bacarıqlı  heyvandar  balanın 
quyruğuna  duzlu  su,  yaxud  ananın  südünü sürtür, paralel 
olaraq eydirm
ə  -  “ayan tudar” oxuyur. Bu eydirmələr çox 
vaxt bir sözün xüsusi, h
əzin səslə  bir neçə  dəfə 
t
əkrarlanmasından  ibarət olur. Məsələn,  tıvalarda  əgər bu 
eydirm
ə  qoyuna aiddirsə, “tfo-tfo”,  “po-o-oo-t, po-o-
ootraaa...”, yaxud “tpro-tpro”, keçiy
ə  aiddirsə, “çu-çu”, ya 
da  “çö-ö-ö-u-u-ü, çö-ö-ö-u-u”, in
əyə aiddirsə, “xööq-xööq”, 
ya da Törö-
Xöl  rayonundakı  kimi,  “kro-o-o-o, kr-r-o-o-o” 
(tıvalar  buna  “inek öqler”, Altay türkləri  “öqler saar” 
deyirl
ər), ata aiddirsə, “kru-kru-u-u” kimi səs 
birl
əşmələrindən istifadə  olunur [165, s.41-42]. Bu üsuldan 
yad, anasını itirmiş balanı əmizdirmək istəyəndə də istifadə 
83 
 


edirl
ər. Bəzən heyvan sağılan vaxt şıltaqlıq edir. Burada da 
“ayan tudar” köm
əyə çatır. “Ayan tudar”ları hər adam deyə 
bilm
əz. Hər kəndin özünün, əsasən  qadınlardan  ibarət, 
eydirm
ə  deyəni  vardır.  Yazıçı  Mövlud  Süleymanlıya  görə, 
Q
ərbi Azərbaycanda onlara “teləkçi” deyirdilər (35,  s.461). 
Ovsunlara aid edil
ən bu “ayan tudar”ların ünvanına görə öz 
adı var. Məsələn, qoyunun eydirilməsinə “xoy alzırı”, ya da 
“xoy potpa”, keçinin eydirilm
əsinə  “öşkü  alzırı”,  ya  da 
“ö
şkö çuçular”, inəyinkinə “inek alzırı”, ya da “inek üqler”, 
madyanınkına  “be  alzırı”,  ya  da  “be  (pe)  kuruqlaar”, 
d
əvəninkinə  “teve  alzırı”  deyirlər.  “Alzır”  sözü 
“al
ışdırmaq”, yəni öyrəşdirmək mənasını verir. 
Tıvaların “ayan tudar”ları kimi Azərbaycan xalqının da 
eydirm
ələri  sağmal  heyvanın  (inəyin, qoyunun, keçinin...) 
inadkarlığını  azaldır,  heyvan  sağılmasına  imkan  verir.  Belə 
eydirm
ələrdə  həzin,  axıcı,  yalvarıcı  səslə  heyvanın  gözü, 
r
əngi, boynu, verdiyi məhsul  (südü,  qatığı,  pendiri,  yağı, 
yunu...) t
ərif edilir: 
 
Maral, maral, ay in
əyim, 
Qarnı xaral, ay inəyim. 
Qatığını bıçaq kəsməz, 
Südü yaral, ay in
əyim [1, s.249]. 
 
Dağlar qoynu meşədi, 
N
ərgizdi, bənövşədi. 
Yelinin ay parçası, 
Əmcəklərin şüşədi [1, s.244]. 
 
84 
 


Bu eydirm
ələr  arasında  şaman  mətnlərini  xatırladan 
m
ətnlərə  də  rast gəlirik. Bu mətnlər  yuxarıda  misal 
g
ətirdiyimiz qafiyəsi, ölçüsü bəlli 
bayatılardan 
f
ərqlənir…Sonsuzluğa  qədər uzana biləcək qafiyəsiz, bəzən 
bir qalaq söz yığınına bənzəyən, əlaqəsiz təsəvvürü yaradan 
eydirm
ələrdə  (ovsunlarda)  əsas rolu səs, intonasiya, musiqi 
oynayır.  Əlbəttə  ki, inək ona ünvanlanan bu sözlərin 
m
ənasını  anlamır.  Onu  ovsunlayan,  sehrləyən, hipnoz edən 
eydir
ənin səsinin məlahəti, həlimliyi, məstedici təsiridir. 
Xalqın çoxdan kəşf etdiyi eydirmələrdən son dövrlərdə 
bir sıra  inkişaf  etmiş  ölkələrdə  də istifadə  olunur. Məsələn, 
Yaponiya aliml
ərinin “kəşfinə” görə, inəklərin yanında gözəl 
musiqi s
əslənərkən, onlar daha çox, daha rahat süd verirlər. 
Bu muziqi mütl
əq həzin, cana yatımlı, əsəbləri sakitləşdirən 
musiqi olmalıdır. Bizcə, bu bir elmi kəşf deyil, sadəcə türk 
xalqlarının  müdrikliyinin  müasir  elm  tərəfindən birdaha 
t
əsdiqidir. 
Etnoraf  P.Karalqin  Tıvada,  eləcə  də  orta  əsr 
Az
ərbaycanında  keçiləri  qadınların  sağdıqlarını  qeyd 
ed
ərkən  Nizimi Gəncəvinin “Xəmsə”sinin  əlyazmasına 
ç
əkilən miniatürdə  keçi  sağan  qadın  təsvir  olunduğunu  da 
xüsusi  vurğulayır.  Mavi  paltarının  qollarını  çırmalayan, 
başına yaylıq bağlayan bu qadın sol əli ilə qabı tutur, sağ əli 
il
ə  keçini  sağır.  Onun  çöməlmə  tərzini  tıva  qadınının 
çöm
əlmə  tərzinə  bənzədən etnoqraf qədim  İtaliyada  da, 
Qafqazda da keçil
əri  kişilərin  sağdığını    qeyd  edir…  [152, 
s.39].  
Südü, ad
ətən,  ağzı  dar  qaba  sağırlar  ki,  sıçrayıb 
dağılmasın.  Sonra  onu  daha  böyük  qablara  tökərək 
çalxalayan Altay türkl
əri  çeqen,  tıvalar  xoytpak,  xakaslar, 
85 
 


Az
ərbaycan türkləri, eləcə də digərləri ayran… hazırlayırlar. 
Herodotun m
əlumatından skif qadınlarının da südü ağzı dar 
qaba  sağdığını,  sonra  onu  daha  böyük  qaba  töküb 
saxladıqlarını görürük [152, s.41].     
Az
ərbaycan ailələrində  yağ  almaq  üçün  qatıq,  ya 
qaymaq  yığıntısını  nehrəyə  töküb  çalxalamağa  başlayırlar. 
Bu işi də, əsasən, qadınlar görür. Nehrə çalxalamaq müəyyən 
q
ədər vaxt apardığından əvvəllər qadınlar həmin vaxtı həzin 
bayatılarla, nehrə nəğmələrilə qısaldırdılar: 
 
Çalxa-
çalxa, yağ olsun, 
Balam yesin, sağ olsun [1, s.248] 
 
Heyvandarlıqda  balalarla  anaları  bir-birinə  alışdır-
maqdan  başqa,  müəyyən  yaş  həddinə  çatandan  sonra  onları 
ayırmaq  üçün  də  müxtəlif üsullardan, vasitələrdən istifadə 
edirl
ər.  Bunun  üçün  çox  vaxt  balanın  ağzına  ağızlıq 
keçirirl
ər ki, ağzı südə çatmasın, əmə bilməsin. Belə balalar 
fürs
ət  düşən kimi yenə  də  əmə  bilirlər, anaları  da  onları 
h
əvəslə  yaxına  buraxırlar.  Lakin,  bizcə,  ən təsiredici üsul 
«iyn
əli»  ağızlıqlardır.  Üzərinə  müxtəlif  iti,  batıcı  əşyalar 
düzülmüş  ağızlığı  olan  bala  inəyin yelininə  toxunan kimi, 
in
ək  ağrıdan  onu  qovur,  bir  daha  yaxına  buraxmır  [152, 
s.45]. 
Qoyunçuluğun inkişafı onunla bağlı digər sahələrin də 
t
əşəkkülünə  təkan  verirdi.  Yun  qırxımı,  yun  çırpmaq, 
əyirmək, toxuculuq, dəri  emalı  (dabbaqlıq)...  qoyunçuluqla 
bağlıdır. Qoyunlar ildə iki dəfə, həm yazda, həm də payızda 
qırxılırlar.  Yaz  yununun  keyfiyyəti  daha  yaxşı  olur.  Buna 
86 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə