Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə28/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   24   25   26   27   28   29   30   31   ...   105

dey
ə  onları  otaqların  künclərinə  səpirdi.  Bayramın  ertəsi 
günü  oğlanlar  ev-ev gəzərək həmkəndlilərini təbrik edir
alqış  deyirdilər [100, s.84]. Bu gəzinti çox vaxt “Traka 
(zınqırov) türküsü” ilə müşaiyət olunurdu: 
 
Traka, traka Vasilke 
Karaca geldi, duydunuzmu? 
Selam verdi, aldınızmı? 
Kırda puluk işlər, 
Küüd
ə koyun kışlar; 
Öküzleri bakın, 
Terekeler, akın. 
Tolokada kürtün, 
Bacalarda tütün, 
Pulukları düzün,  
Sürqüleri düzün. 
Sıra, sıra süütler, 
Şindi geldi 
Koçitler, koçitlerin 
Karnı aaç. 
Ver, babu, kolac, xey, xey!.. [82, s.98] 
 
Bu türkül
ər Azərbaycanda Novruz bayramında oxunan 
bir  sıra  mərasim nəğmələrini  xatırladırlar.  Burada,  əsasən, 
əkinçilik atributlar –  kotan, öküz, çörək  bişirilən  fırınların 
bacalarından  çıxan  tüstü,  kolac  (qalac)…  üstünlük  təşkil 
edir.  
Yaz başı, bütün xristianlarda olduğu kimi, qaqauzlar da 
Pasxaya (Paskell
ə)  hazırlaşırlar.  Bu  bayramın  təqvimdə 
d
əqiq  yeri  olmadığı  üçün  onu  popazlar  Ayın  tarazlığına 
94 
 


baxaraq  hesablayırlar.  Lakin  hər zaman bazara, Ay 
qaranlığına  düşən bayrama əlli  beş  gün,  yəni səkkiz həftə 
qalmış  Ət  Orucu,  sonra  Böyük  Oruc  tutulur.  Ət  Orucunun 
önünd
əki həftəyə  “piinir  aftası”  (pendir həftəsi) deyilir. 
Ruslar  onu  «Maslitsa»  adlandırırlar.  Bu  həftə  ət yeyilmir, 
yalnız pendir, qaymaq, yumurta… yeyilir. İnsanlar gərək bu 
günl
ər  yaxşı,  pis  əməllərini  yada  salsın,  incitdikləri 
adamlarla  görüşüb  bağışlanmalarını  istəsinlər, küsülülər 
barışsınlar [51, s.136].  
Pendir h
əftəsindən sonra Todur həftəsi, yəni Ay Todur 
günü (Müq
əddəs Todur günü) gəlir.  Əvvəllər həmin gün 
hamı  bayram  paltarlarını  geyinərək küçələrə  çıxır,  gənc 
oğlanlar  at  belində  qohum-əqrəbaya  baş  çəkir, kəndin 
k
ənarında at yarışı keçirirdilər. 
To
dur  günü  axşamı  küçədə  tonqal  qalayır,  onun 
üstünd
ən «mart içeri, pirə dışarı» deyərək atılırdılar.  Sonra 
h
ər kəs evinə gedib “Böyük Oruc” süfrəsinə otururdu. Ertəsi 
gün  başlayan  Böyük  Oruc  günlərindən Paskelləyə  qədər  ət, 
yumurta,  balıq  yemək, süd içmək  olmaz. Düyü, kartof, 
lobya,  soğan,  sarımsaq  yeyilirdi.  Axşam  “yımırta 
hamnamak” 
kimi  maraqlı,  son  dərəcə  şən oyun keçirilirdi. 
Ail
ə üzvləri tavanın ortasından yaxşı bişmiş yumurta asaraq 
onu yell
ədirdilər. Sonra evdəkilər dairəvi duraraq əlləri 
arxalarında yumurtanı ağızları ilə tutmağa çalışırlar. Əlbəttə 
ki, bunun öhd
əsindən  ağzı  böyüklər daha tez gəlirdilər [51, 
s.138-139].  
Böyük Orucun ilk üç günü Trimur günl
əri adlanır. Kim 
bacarırsa,  bu  üç  günü  heç  nə  yemir,  içmir.  Trimurluları  işə 
buyurmazlar. Paskell
ə  günləri  oğlanlarla  qızların  görüşməsi 
95 
 


d
ə  yasaq  idi.  Üçüncü  gün  Trimur  qaynadılmış  çuğundurla 
açılırdı [51, s.139]. 
Qaqauzlar Paskell
ədən  əvvəlki həftəyə  “süüt  aftası” 
(söyüd h
əftəsi), önündəki  bazara  da  «süüt  pazarı»  deyirlər. 
Bu günl
ər insanlar əllərinə  söyüd  budağı  alıb  kilsəyə  dua 
etm
əyə gedirlər. Bazar ertəsi 10-12 yaşlarındakı qız uşaqları 
iki-
iki qonşuları, qohum-əqrəbanı gəzirlər. Qızlardan birinin 
əlində  səbət, o birininkində  «basmacık»  (əl dəsmalı)  olur. 
Əlində  səbət  olan  qız  “Lazari türküleri”  oxuyur, o biri isə 
basma
cığını  yelləyə-yelləyə rəqs edir, ev sahibəsi də onlara 
yumurta verir [51, s.140]. Lazari il
ə Boyansi türküləri mal-
qaranın,  qoyun-quzunun  artımına  yönələn mənəvi 
m
ədəniyyət nümunələridir: 
 
Uçdum, gittim, dala kondum, 
Lazari, Lazari. 
Dal da bana yemiş verdi
Lazari, Lazari. 
B
ən yemişi gökə verdim, 
Lazari, Lazari. 
Gök da bana yaamur verdi, 
Lazari, Lazari. 
B
ən yaamuru yerə verdim
Lazari, Lazari. 
Yer da bana çimen verdi, 
Lazari, Lazari. 
Ben çimeni koyuna verdim, 
Lazari, Lazari. 
Koyun bana kuzu verdi, 
Lazari, Lazari [82, s.98-99]. 
96 
 


 
Burada t
əbiətdə  baş  verən uzun bir proses öz əksini 
tapır.  “Lazari,  lazari”  türküsü  qaqauzların  İlkyaz yortusu 
dedikl
əri  bahar bayramında  da ifa  olunur.  Bu türkü  Həzrəti 
Lazarınyenidən dirilməsi ilə  bağlanılır.  N.Babaoğludan 
f
ərqli olaraq A.Manof bu günü belə təsvir edir: “həmin gün 
7-
8 yaşlı qızlar kənddəki evləri dolaşa-dolaşa həmin türkünü 
oxuyardılar. Onlar öz aralarından birisini gəlin kimi bəzəyər, 
üzünü d
ə örtərdilər. Musiqiyə uyğun olaraq “gəlin” oynayar, 
“düüncül
ər” isə  türkü  oxuyardılar.  Ev  sahibləri onlara 
pendir, yumurta v
ə sair şeylər verərdilər” [85, s.90]. 
Gördüyümüz kimi, Pasxa il
ə,  onunla  bağlı  oruclarla 
əlaqələndirilsə  də,  yuxarıda  haqqında  bəhs etdiyimiz 
türkünün, ayinl
ərin  xristianlıqla  heç  bir  əlaqəsi yoxdur. 
Mövsüm m
ərasimlərinin bir parçası olan bu mərasimlərə də 
xristianlıq  öz  təsirini göstərir,  ən  azından  bu  dinin 
müq
əddəslərinin  adları  çəkilməklə  onların  xristianlığa  aid 
olması  illüziyası  yaradılır.  Eyni  sözləri qaqauzlarda bir  sıra 
öz
əl günlər, bayramlar haqqında da deyə bilərik. 2003-cü ilin 
iyul  ayının  7-də  qaqauz kəndi Tülüküydə  Draqayka 
bayramının  keçirilməsinin  şahidi  olmuşduq. Həmin günə 
q
ədər  ilk  uşağı  ölmüş  qadının  zərdəli, yəni  ərik yeməyə 
ixtiyarı yoxdur. Bayram günü səhər tezdən qonşuda yaşayan, 
1942-ci ild
ə  Çeşmə  köyündə  doğulmuş,  Tülüküyə  gəlin 
g
əlmiş,  ilk  iki  uşağı  rəhmətə  getmiş  Qrozdeva  Mariya 
Vladimir  qızı  əlində  içi zərdəli, gözləmə  (qutab)  dolu  boş-
qabla  qonşuya,  yəni  bizim  qonaq  olduğumuz  Tasmalara  

draqaykalaşmağa”  gəldi. Ev sahibəsi Tasma Lyəna da 
boşqabdakıları  götürüb  əvəzində  öz  bağının  əriyilə  birgə 
üstün
ə yanar şam taxılmış qalac verdi, şərab süzdü, hər ikisi 
97 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə