Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 2,8 Kb.

səhifə3/105
tarix19.07.2018
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   105

qloballaşmanın tam mərkəzində olmağımızdan xəbər verir. Bir 
çox televizor, telefon, kompüter, h
ətta oyuncaqlar belə 
evimizd
ə  baş  verənlərin kənardan izlənilməsinə  imkan 
yaradır...  Məhz  internetin,  sosial  şəbəkələrin  geniş 
yayılmasının  nəticəsində  dünya kiçilib, mədəniyyətlər
ideyalar, ideologiyalar asanlıqla yayılır, daha tez təsir edir... Bu 
h
əm də, ağıllı davranarıqsa, öz mədəniyyətimizi, siyasətimizi, 
ideologiyamızı yaymaq və təbliğ etmək üçün gözəl vasitədir...  
Bu gün dünya ölk
ələrinin bəziləri bir-birini  tanımağa, 
m
ənəvi dəyərlərində  ortaq nöqtələr  tapmağa,  bu  dəyərlərə 
hörm
ətlə  yanaşmağa  çalışırlar.    2009-cu ilin 28 sentyabr –  2 
oktyabr günl
ərində  Abu Dabidə  Novruz  bayramı  UNESCO 
t
ərəfindən  Qeyri-maddi  mədəni  irsin  qorunması  üzrə 
reprezentativ 
siyahısına daxil edildi. 2010-cu ildə isə BMT Baş 
İdarəsi 3000 ildən bəri qeyd olunan bu günü Dünya Novruz 
ba
yramı  elan  etdi.  Lakin burada bayrama “Pers kökənli” 
deyilm
əsi tamamilə yanlışdır... BMT Baş Assambleyasının 64-
cü  sessiyasının  2011-ci  il  fevralın  24-də  qəbul etdiyi qərara 
uyğun  olaraq  21  mart “Beynəlxalq Novruz Günü” kimi 
t
əsdiqləndi. Azərbaycanın  təşəbbüsü ilə  hazırlanan  qətnamə 
layih
əsinə  Qazaxıstan,  Qırğızıstan,  Əfqanıstan,  Tacikistan, 
Türkiy
ə,  Albaniya,  Hindistan,  İran,  Türkmənistan və 
Makedoniya  da  qoşuldular…  Novruz  bəşəriyyətin mənəvi 
d
əyəri kimi hər  il  dünyanın  bir  sıra  xalqları  tərəfindən qeyd 
edilir. 
Onu da 
vurğulayaq  ki, 21 mart bir çox yöndən  maraqlı 
tarixdir. Birl
əşmiş  Millətlər Təşkilatı  tərəfindən  həmin gün 
“İrqi  ayrılıqla  mübarizə  günü” kimi də  qəbul  olunub.  Martın 
20-i is
ə ümumdünya astrologiya günüdür... 
10 
 


XXI 
əsrdə  yaşayırıq.  Respublikamızın  iqtisadi  gücü  ilə 
yanaşı,  siyasi mövqeyi də  artır.  Milli  mənəviyyatımıza  tərs 
ad
ətlərlə  zəngin Avropaya inteqrasiya edir,  ərəb  və  fars 
m
ədəniyyətinin  din  adı  altında  sırınan  güclü  təsirinə  məruz 
qalırıq.  Bütün bu proseslər  qaçılmazdır. Orta əsrlərə 
dönm
əmək  şərtilə  milliliyimizi, dinimizi qorumaq istəyirik. 
Bunun 
ən  qısa  yolu  soyumuzun, soykökümüzün, adət-
ənənələrimizin, ayinlərimizin,  inamlarımızın, dinimizin 
öyr
ənilməsi, mərasimlərin, ayinlərin, adət-ənənələrin müəyyən 
şəkil, məna dəyişikliyinə uğramış, dövrümüzə uyğunlaşdırılmış 
şəkildə  də  olsa,  yaşadılmasıdır.  Bir sözlə, dini dəyərlərimiz 
milli d
əyərlərimizə uyğunlaşdırılarsa, milli dəyərlərimizi məhv 
etm
əyə yönəlməzsə, əsrlərdən üzü bu yana nənə-babalarımızın 
yaşatdıqları  kimi  yaşayacaq.  Eləcə  də  Avropadan gələn fərqli 
t
əsirlər...  Ələyimizi  əlimizdən yerə  qoymamalı,  kənardan 
g
ələnləri ələkdən keçirməliyik. Bunun üçün isə milli olanımızı 
yaxşı öyrənməliyik, öyrətməliyik, təbliğ etməliyik...  
2010-cu ilin 18 mart günü ilk d
əfə  AzTV-nin efirinə 
çıxan və bu gün “Mədəniyyət kanalı”nda davam edən müəllifi 
v
ə aparıcısı olduğum “Keçmişdən gələcəyə” verilişimdə tez-tez 
t
əkrar etdiyim bir fikir var: “Məqsədimiz  keçmişdə 
olanlarımızı  saf-çürük edərək bəzilərini  muzey  eksponatları 
şəklində, digərlərini kitab səhifələrində,  müasir dövrdə 
əhəmiyyətini və  dəyərini itirməyənləri isə  gündəlik 
h
əyatımızda  yaşadaraq  gələcək nəsillərə  ötürməkdir. Bu gün 
biz keçmişlə gələcək arasında körpü, ötürücü rolunu oynayırıq. 
Dem
əli, üzərimizə böyük məsuliyyət düşür”.   
T
əbii ki,  etnoqraf,  folklorşünas  mövzunu xalqdan 
götürür,  işləyərək yenə  də  xalqa  qaytarır,  lokal özəllikləri 
n
əzərə 
alaraq ümumil
əşdirmələr 
aparır. 
Əgər 
11 
 


ümumil
əşdirmələrə  “bizim kənddə  belə  demirdilər”, “bizim 
m
əhəllədə belə etmirdilər” deyə yanaşsaq, ortaq məxrəcə gələ 
bilm
əyəcəyik. Onu da unutmayaq ki, Azərbaycanın  relyefi 
kimi  iqlim  şəraiti də  müxtəlifdir.  Adət-ənənələr o qədər 
z
əngindir ki, bəzən bir rayonun qonşu kəndləri də bu baxımdan 
f
ərqlənir.  Ən  böyük  qarışıqlığı  isə  təqvimdəki  dəyişmələr 
yaradır.  Azərbaycanda müxtəlif mədəniyyətlərin  daşıyıcıları 
olan etnik, etnoqrafik qruplar
ın  yaşadığı  da  nəzərdən 
qaçmamalıdır.  Mərasimlərimizin  çoxu  xalqın  zehnindən 
köhn
əliyin qalığı adı ilə çıxarılıb, unutdurulub. Uzun illər vahid 
“sovet xal
qı” yaratmaq ideyası millinin üstünə kölgə salmağa, 
mill
ətçiliyi ləkələməyə çalışıb. “Ateizm” deyirik, amma ondan 
önc
ə  də  ərəb mədəniyyəti dinlə  bərabər  yayılaraq  bəzi milli-
m
ənəvi dəyərlərimizi  sıxışdırıb  çıxarmışdır.  İndi  bir  çoxları 
milli d
əyərlərlə  dini dəyərləri  qarışdırır.  Lakin nə  yaxşı  ki, 
qırıntılar  şəklində  də  olsa, bir çox adətlərimiz, ayinlərimiz, 
m
ərasimlərimiz yaddaşlarda qalıb. Bizim işimiz sadəcə həmin 
qırıntıları  məntiqlə  bir-birinə  yapışdıraraq  bərpa etməkdir. 
Tamı  əldə  etməkdə  bizə  Türk Dünyasının  mərasimlərinin 
müqayis
əli  araşdırılması,  Sibirdən Balkanlara qədər olan 
s
əfərlərimiz,  ekspedisiyalarımız  zamanı  əldə  etdiyimiz dini, 
etnoqrafik,  folklor  materialları,  bizdən  əvvəlki tədqiqatçıların 
h
ətta bəzi məqamları  ilə  razılaşmadığımız  yazıları  belə 
yardımçı  olur.  Novruzla  bağlı  tam  təsəvvür yaratmaq 
m
əqsədilə  “Mövsüm mərasimləri”  [38]  monoqrafiyamızda 
tanınmış  folklorşünaslarımızın,  etnoqraflarımızın  dəfələrlə 
yazdıqları məqamları təkrar etmək istəmədiyimizə görə, Kosa-
kosa, Novruz süfr
əsi, nəğmələri,  Axır  çərşənbə  inamları, 
falaçmaları  ilə  bağlı  məqamlara  yer  ayırmamışdıq.  Bu 
monoqraf
iyamızda onlarla da bağlı materiallar təqdim etmiş və 
12 
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə