Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə5/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   2   3   4   5   6   7   8   9   ...   105

düşsün. Ay təqvimində də məqsəd hər ayın əvvəlinin təzə Ayla 
başlanmasıdır. 
Q
ədim Romada da yeni il yaz gecə-gündüz  bərabərliyinə 
yaxın  vaxtda  keçirilirdi.  Onlar  10  aydan  ibarət təqvimdən 
istifad
ə  edirdilər.  Bu  da  Romanın  əsasını  qoyan  əfsanəvi 
Romulun  zamanında,  M.Ö.  VIII  yüzilliyin  ortalarında  baş 
vermişdir.  İlk  ay  müharibə  allahı  Marsın  şərəfinə  Martius,  
ikinci ay Aprilis ad
landırıldı.  Latın  sözü  olan  “aperire” 
“açılmaq” deməkdir, yəni bu ayda ağaclar çiçək açır. Üçüncü  
aya  Merkurinin anası, ilahə Mayanın şərəfinə May adı verildi. 
Dördüncü aya Yupiterin h
əyat yoldaşı Yunonenin şərəfinə iyun 
deyildi. Sonrakı aylar isə belə sıralandı: 
Kvintitis – 
beşinci 
Sekstilis – 
altıncı 
Septembris – yeddinci 
Oktobris – s
əkkizinci 
Novembris – doqquzuncu 
Desembris- onuncu 
Mart,  may, kvintilis  v
ə  oktyabr  31, qalan  aylar  isə  30 
günd
ən ibarət  idi.  Buna görə də cəmi 10 aydan ibarət Roma 
t
əqvimində 304 gün vardı. M.Ö.VII əsrdə, yəni əfsanəvi Roma 
imperatoru  Numa  Pompiliyin  zamanında  bura  2 ay da əlavə 
olundu:iki üzlü (Yanusun bir üzü ir
əli, o biri üzü arxaya, yəni 
g
ələcəyə və keçmişə baxırdı) allah Yanusun  şərəfinə  yanvar, 
dig
əri isə  “februarius” (paklanma) sözündən olan fevral... 
Bel
əliklə  də,  ilin günləri 355 oldu. Bu da tipik təqvimdən 10 
gün geri qalırdı. 
B
əs “kalendar” sözü necə  yaranıb?  Məsələ  burasındadır 
ki,  Ayın  hərəkəti nəzərə  alınan  Roma  təqvimində  də  hər  ay  
t
əzə  Ay görünəndə başlayırdı. Bunu isə xüsusi carçılar hamıya 
17 
 


car ç
əkirdi.  Ayın  ilk  gününü  romalılar  “kalenda”,  yəni “car 
ç
əkmək”  adlandırırdılar  [116, s.35]. Buradan da “kalendar” 
sözü meydana g
əlmişdir.  Təqvimdəki yerdəyişmə,  sürüşmə  
b
əzən ona gətirib  çıxarırdı  ki,  biçin  bayramını  yayda  deyil, 
qışda  qeyd  edirdilər. XVII əsrin  fransız  yazıçı  və  maarifçisi 
Volter  yazırdı:  “Roma  sərkərdələri həmişə  qalib gəlirdilər, 
lakin onlar bunun hansı gün baş verdiyini heç vaxt bilmirdilər” 
[116, s.36].  
M.Ö.46-
cı  ildə  Roma imperatoru və  sərkərdəsi Yuliy 
Sezar  Sozigenin başçılıq  etdiyi İsgəndəriyyə  astronomlarına  
yeni t
əqvim  hazırlamağı  tapşırır.  Günəşin  ulduzlar    arasında  
illik  yerd
əyişməsinə  əsaslanan təqvimə  görə  il 365, hər üç 
ild
ən bir isə  366 gündən ibarət olur.  Əgər  əvvəllər  ilin  
başlanğıcı martdan hesablanırdısa, yeni təqvimdə yeni il yanvar 
ayının 1-dən başladı. Çünki yeni seçilən  Roma konsulları hər 
il m
əhz  yanvarın  1-də  vəzifələrinə  başlayırdılar.  Bu  təqvimə 
Yulian t
əqvimi  deyilir.  Yuliy  Sezarın  həm  bu, həm də  hərbi 
xidm
ətlərini xüsusi dəyərləndirən senat Roma sərkərdəsi  Mark 
Antoninin t
əklifilə kvintilis (beşinci) ayının adını dəyişdirərək  
“iyul” qoydu. Bu t
əqvim M.Ö. 45-ci il yanvarın 1-də qüvvəyə  
mindi  [150, s.38-39]. Lakin t
əqvimə  nəzarət  edən kahinlər  
Sozigen
ə  etibar etməyərək bəzi dəyişikliklər etdilər və bu da 
ciddi  qarışıqlığa  gətirib  çıxardı.  8  ildən sonra imperator 
Avqustun 
əmrilə  hər  şey  əvvəlki məcrasına  qaytarıldı.  Bu 
s
əbəbdən də  senat imperator  Avqustun  şərəfinə  sekstilis 
(altıncı) ayın adını Avqust qoymağı qərara aldı. Bu vaxta qədər 
fevralda  29,  altıncı  ayda  isə  30  gün  vardı.  Senatdakılar 
imperator  Avqustun  adı  verilən  ayın  cüt  rəqəmli və  iyuldan, 
y
əni Yuliy Sezarın adı qoyulan aydan günlərin sayına görə az 
olmasını  imperatora  layiq  görmədiklərindən,  “islanmışın 
18 
 


yağışdan  nə  arı”  deyərək,  onsuz da günlərinin  sayı  az  olan 
fevraldan  bir  gün  alıb  avqusta  verdilər. Digər  ayların 
günl
ərində də dəyişiklik edildi... Təbii ki, imperatorlar Tiberiy, 
Neron v
ə Kommod da adlarını aylara vermək istəmişlər, lakin 
onların bu istəyi baş tutmamışdır. 
Bizim  tarix  hesabımızın  325-ci ilində  Nikey kilsə 
toplantısında  Yulian  təqvimi qəbul olundu və  “əbədi  olaraq”  
21 martin yaz gec
ə-gündüz bərabərliyi kimi qəbul  olunması 
q
ərara  alındı.  Bunu  o  məqsədlə  etdilər  ki,  xristianların  Pasxa 
bayramının  yeri  dəyişilməz  qalsın.  Lakin  bu  təqvim də  dəqiq  
olmadı. Belə ki, burada hər 128 ildən bir 24 saat fərq yaranırdı. 
400 ild
ə bu fərq 3 sutka təşkil edirdi. Yulian təqviminə görə, 
yaz gec
ə-gündüz bərabərliyi  21  marta  düşməliydi. Lakin VI 
əsrin  II  yarısında  10  gün  fərq  yaranmışdı,  yəni  gecə-gündüz  
b
ərabərliyi martın 11-ə düşürdü. Məqsəd  isə yaz gecə - gündüz  
b
ərabərliyini 21 marta dəng gətirmək idi. 1582-ci ildə  Roma 
papası  XIII Qriqori yeni təqvim islahatı üçün xüsusi komissiya 
yaratdı.  Həm komissiya, həm də  papa  XIII  Qriqori  çoxsaylı 
t
əkliflər  arasında  italiyalı  həkim, astronom Aloiziya Lilionun 
(1520 - 1576) layih
əsini bəyəndi və 1582-ci ilin mart ayının 1-
d
ə papanın imzaladığı dekretə görə günlər 10 gün irəli çəkildi. 
Y
əni əgər sabah ayın 5-i olmalıydısa, oldu 15-i. Beləliklə də, 
yaz gec
ə-gündüz bərabərliyi yenə  də  martın  21-ə  düşdü... 
İslahat  edilmiş  bu  təqvimə  “qriqorian təqvimi” və  yeni stil 
deyilir. Lakin bu  t
əqvimdə  də  sürüşmələr var. Islahata qədər  
f
ərq 10 gün idi. Bu fərq 1700-cü ilin 29 fevralında 11, 1800-cü 
ilin 29-da is
ə 13 gün təşkil edir. Bu 13 günlük fərq 2100-cü ilə 
q
ədər dəyizməz olaraq qalacaq... 
Uzun ill
ər  katolisizmin  hakim  olduğu  ölkələr (Fransa, 
Portuqaliya,  Polşa,  İspaniya  və  d.), elecə  də  pravoslavlar, 
19 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə