Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə6/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   2   3   4   5   6   7   8   9   ...   105

lüteranlar Qriqorian t
əqviminə müqavimət göstərdilər. Əvvəllər 
İngiltərədə yeni ili 25 martda qeyd edirdilər. 1751-ci ildən isə 
yanvarın 1-ə keçirdilər. 
Xristianların  əsas dərdi  Pasxa  bayramının  yerinin  dəqiq 

əyyənləşdirilməsi idi. Bunun üçün də İisus Xristosun doğum 
tarixini d
əqiqləşdirmək lazım idi. Maraqlıdır ki, xristianlar beş 
əsrdən  artıq  nəinki təqvimsiz  yaşayıblar,  hətta Xristosun 
doğum tarixi ilə də bağlı heç bir təsəvvürləri olmayıb. Nəhayət, 
Roma  monaxı  Donisiy  Malıy  mifik  bir  rəqəm  ortaya qoydu 
v
əbu rəqəmin  meydana  çıxmasını  onunla  bağladı  ki,  İisus  30 
yaşında çarmıxa çəkilib və sonra dirilib. Onun dirildiyi gün də 
martın 25-də keçirilirdi. Bəlli hesablamalardan sonra Dionisiy 
bu q
ərara gəldi ki, İisus Xristos bizim eranın 31-ci ilinin mart 
ayının 25-də dünyaya gəlib... 
Dionisiyin  Xristosun  doğum  tarixi  kimi  müəyyən etdiyi 
r
əqəmə  münasibətini bildirən  S.İ.Seleşnikov  yazır:  “Mifik 
Xristosun  doğum  tarixini  müəyyənləşdirmək cəhdinin 
ağılsızlığı o qədər aydın idi ki, din xadimlərinin bir çoxu bunu 
etiraf etm
ək məcburiyyətində idilər” [116, s.50]. Belə ki, 1899- 
cu ild
ə Rusiyada təqvim islahatı ilə bağlı Rusiya Astronomiya 
C
əmiyyəti  yanında  yaradılmış Komissiyanın iclasında xristian  
tarix  hesabı  məsələsi qalxanda, müqəddəs sinodun 
nümay
əndəsi V.V.Bolotov bəyan  edir:  “Yaxşısı  budur 
Komissiyanın  öz  seçimini  edə  biləcəyi  dövr  siyahıdan  
çıxardılsın.  Elmi  cəhətdən  Xristosun  doğum  tarixini  (nəinki 
ayını  və  gününü, heç ilini də) müəyyənləşdirmək mümkün 
de
yil...  Aydındır  ki,  elm  Xristosun  dəqiq  doğum  ilinin  təyin 
olunmasını heç arzulaya da bilməz”. S.İ.Seleşnikovun nəticəsi 
daha s
ərtdir: “... elm çoxdan sübut edib ki, Xristos deyilən bir 
20 
 


k
əs  heç  vaxt  olmayıb  və  o  uydurma,  mifik  bir  şəxsdir”  [116, 
s.51]. 
Qeyd etdiyimiz kimi, h
ətta  xristianların  özlərinin belə 
şübhə  ilə  yanaşdıqları  “Miladi  tarix”  deyilən və  guya 
“Xristosun  doğum  günündən”  baş  alan  bu  təqvim uzun illər 
q
əbul  olunmadı,  hətta X əsrdə  Roma  papasının  müxtəlif 
aktlarında  istifadə  olunsa  da,  yalnız  XV  əsrdən bu təqvim 
burada qüvv
əyə mindi. Lakin  Xristosun doğum tarixi şübhəli 
olduğundan “dünyanın yaranışı” ilə bağlı tarixi də işlədirdilər.  
“Avropa  xalqları  ilə  müqavilə  və  traktatlarda  razılıq 
olsun” b
əhanəsilə  I  Pyotr  “dünyanın  yaradılışından”  hesab-
lanan 7208-
ci  ili  “Xristosun  doğum    tarixindən” hesablanan 
1700-cü ill
ə  əvəz etdi və  bunu 15 dekabr 1699-cu ildə 
Moskvada Qızıl Meydanda car çəkdirdi. Çarın bu yeni əmrilə 
31 dekabr 7208-ci ild
ən sonraki tarix 1 yanvar 1700- cü il elan 
edildi. 
Q
ədim  slavyanlarda il təxminən  martın  1-də  başlanırdı. 
XV 
əsrin sonunda il sentyabrın 1-dən başladı. Yəni 1 yanvarda 
yeni 1700-cü il elan olundu. Yeni ili t
əmtəraqla qarşıladılar. I 
Pyotr  Qızıl  meydanda  ilk  fişəngi  yandırmaqla  bayram 
şənliklərə  start verdi. Kilsə  zənglərinin səsi,    toplardan  açılan 
yaylım atəşi tonqallar və s. bayram havası yaratdı. I Pyotr xalqı 
t
əbrik etdi və xalq bütün  gecəni əyləndi. Evləri küknar, şam və 
dig
ər ağacların budaqları ilə bəzəmişdilər. Bundan sonra hər il 
dekabrın  31-də  1 yanvarda gələn  yeni  ili  qarşılamaq  məqsədi 
il
ə  bayram təşkil olunur. Sonralar bu adət  Çar Rusiyası  və 
Sovetl
ər Birliyindəki xalqlara da keçdi. 
Bir neç
ə  dəfə  Rusiyada yeni stilin qəbul  olunması  işi 
t
əxirə  salınır.  Yalnız  1918-ci  il  yanvarın  25-də  V.İ.Leninin 
imza
ladığı  RSFSR  Xalq  Komissarları  Sovetinin  Dekretilə  
21 
 


qriqorian t
əqvimi qəbul olunur. Bu müddət ərzində artıq köhnə 
still
ə yeni stil arasındakı fərq 13 gün olmuşdur. Ona görə, 31 
yanvar 1918-ci ild
ən  sonrakı  tarixi  1  fevral  olaraq  deyil,  14 
fevral olaraq qeyd etdil
ər. Beləcə,  babalarımızın  9  martda  
keçirdikl
əri Novruz bayramı da martın 21-22-ə düşdü. Əslində, 
yuxarıda da qeyd etdiyimiz kimi,13 gün fərq  yalnız 29 fevral 
1900-cu ild
ən hesablanmalıdır.  Leninin doğum tarixi də köhnə 
still
ə 10 aprel  1870-ci il olsa da, yeni stillə aprelin 22-ə düşür. 
El
əcə  də  digər tarixlər yerini dəyişdi,  o  cümlədən də  Novruz 
bayramı...  
Müs
əlmanlar Ay təqvimindən istifadə  etdiklərinə  görə, 
h
ər fəslin  öz  ayı  yoxdur.  Çünki,  aylar  daim  yerlərini dəyişir. 
Y
əni müsəlman təqvimi ilin  ayları  ilə  bağlı  deyil.  Buna  görə 
d
ə, ilin fəslini müəyyənləşdirmək üçün xüsusi cədvəllər lazım 
g
əlir...  Bəzi ölkələrdə  Ay təqviminin “Türk stili”ndən də 
istifad
ə  olunur. 30 illik “ərəb stilindən” fərqli  olaraq  “Türk  
stili” 8 ild
ən ibarətdir. Farsca “ruznamə” (günlər  kitabı) 
adlanan t
əqvimdən də istifadə olunmuşdur. 
Bu  gün  işlətdiyimiz və  dünyanın  əksər  inkişaf    etmiş 
ölk
ələrinin qəbul etdiyi qriqorian təqvimi də  müəyyən 
qüsurlardan xali deyil. El
ə bu səbəbdən də tarix boyu kimlərisə 
bu  işdə  yeni  addımlar  atmağa  sövq  etmişdir.  1834-cü ildə 
itali
yalı Marko Masfrofininin (1763-1845), 1888-ci ildə fransız 
astronomu M.Q.Armelinin c
əhdləri buna örnəkdir.  1923-cü 
ild
ə Cenevrədə Millətlər liqası tərəfindən təqvim islahatı üzrə 
Beyn
əlxalq komitə  yaradılır.  Komitənin məqsədi dünyəvi, 
əbədi təqvim yaratmaq idi. Bu gün də  dünyanın  bir  çox 
əlaqədar hökümət və  qeyri-hökümət təşkilatları  bütün  dünya 
xalqları  üçün    vahid  təqvim  hazırlanması  üzərində  çalışırlar... 
H
ətta 1953-cü ildə Hindistan höküməti BMT-yə “Ümumdünya 
22 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə