Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə9/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   5   6   7   8   9   10   11   12   ...   105

t
ədqiqata cəlb  olunan xalqın  etnogenezinin    öyrənilməsində 
mühüm rola malik olduğunu da düşünürük. 
Bu gün Az
ərbaycan  ərazisində  üç böyük mədəniyyət  
(türk,  Qafqaz,  İran),  bu  mədəniyyətlərin  daşıyıcıları  olan 
xalqlar, etnik, etnoqrafik qruplar (türkl
ər,  talışlar,  tatlar, 
l
əzgilər, kürdlər, udilər, yengiloylar,  padarlar,  ayrımlar, 
şahsevənlər, avarlar, saxurlar,  qırızlar,  xınalıqlar, 
buduqlar…) mövcuddur. B
əlkə  də  çox  vaxt  xalqların  öyrə-
nilm
əsinin müəyyən bir ərazi çərçivəsində birləşdirilməsinin 
əsas səbəblərindən  ən  başlıcası  həmin yerdə  bu qədər etnik 
müxt
əlifliyin olmasına görədir. Çünki hər kəs özünə məxsus 
olanı üzə çıxarmağa, bununla da özünü təsdiqə çalışır. Lakin 
bu zaman ümumi az
ərbaycançılıq  ideyasından  uzaqlaşmaq 
olmaz. 
Az
ərbaycan  xalqının  etnik  tərkibinin öyrənilməsi, 
etnoqrafik materialla
rın  sistemli  şəkildə  toplanmasının 
başlanğıcı  əsasən XIX əsrə  aiddir. Lakin Azərbaycan antik 
dövr mü
əlliflərinin (Strabon, Böyük Plini, Klaudi Elian) də 
diqq
ətini çəkmişdir. 
Uzun 
illər V.N.Qriqoryev, 
O.S.Yevetski, P.P.Zu
bov,  A.Q.Yanovtsev,  İ.L.Serebryakov, 
A.A.Bakıxanov,  M.M.Səfiyev,  P.F.Riss,  D.İ.Zubarev, 
A.D.Yer
itsov,  P.S.Varav,  M.Q.Əfəndiyev, A.Qiyasbəyov, 
V.V.Bartold,  N.Y.Marr,  İ.İ.Meşaninov,  Ə.Ələkbərov, 
Q.T.Qaraqaşlı,  M.V.Quliyeva,  R.Babayeva,  M.Atakişiyeva, 
T.Ə.Bünyadov,  Ş.Quliyev,  Q.Qeybullayev,  Ə.İzmaylova, 
H.H
əvilov, A.A.Abbasov, K.Əliyev, G.Yoloğlu, Ə.Dadaşov, 
E.K
ərimov, N.Quliyeva, B.Abdulla, A.Paşayev, Q.Cavadov, 
Q.R
əcəbov, X.Xəlilov, M.Nəsirli, Q.Qədirzadə  kimi 
t
ədqiqatçılar  Azərbaycan  əhalisinin təsərrüfat məişəti, mad-
di, m
ənəvi mədəniyyəti, ailə-nigah münasibətlərinin inkişafı, 
30 
 


etnik t
ərkibi... ilə bağlı tədqiqatlar aparmışlar. Bu sahədə iş 
günümüzd
ə də davam edir. 
Sovet dövrü 
ədəbiyyatında,  günümüzdə  də  rəsmi 
olaraq Az
ərbaycan  ərazisində  yaşayan  xalqlar,  eləcə  də 
sayca üstünlük t
əşkil  edən türklər azərbaycanlılar 
adlandırılmışlar. Bəzən yanlış olaraq Azərbaycanda yaşayan 
türkl
ərə “azərbaycanlı” deməklə həmvətənlərimiz olan digər 
xalq, etnik v
ə  etnoqrafik  qrupların  nümayəndələrini 
özümüzd
ən  uzaqlaşdırırıq.  Məsələn, görkəmli etnoqraf 
T.Bünya
dov  yazır:  “Azərbaycanın  tərkibində  azərbaycan-
lılardan başqa ruslar, ermənilər, gürcülər, həmçinin kürdlər, 
tatlar, l
əzgilər, avarlar, saxurlar, udinlər,  buduqlar,  qırızlar, 
xınalıqlar və başqa xırda xalqlar yaşayırlar” [1, s.9]. Burada 
“az
ərbaycanlılar”  deyəndə, söhbətin Azərbaycan türklərin-
d
ən  getdiyinə  heç  bir  şübhə  yoxdur.  Tatların,  ləzgilərin, 
kürdl
ərin,  talışların…  öz  dilləri, özlərinə  məxsus 
m
ədəniyyətləri  olduğu  kimi,  Azərbaycan türklərinin də  öz 
dill
əri (Azərbaycan türkcəsi), qədim türk mədəniyyətindən 
qaynaqlanan, 
ayrı-ayrı xalqların mədəniyyətinə ciddi şəkildə 
müsb
ət təsir göstərən mədəniyyətləri var. Azərbaycan 
az
ərbaycanlıların,  yəni türklərin,  tatların,  ləzgilərin, 
talışların,  avarların,  udilərin,  buduq,  hapıt  və  digərlərinin 
v
ətənidir.  
Qafqaz 
ərazisində  dairəvi  yaşayış  yerlərinin 
qa
lıqlarının  tapılması  daim  təbiətlə  sıx  bağlı  olan, 
h
əyatlarının  bütün  sahələrində  onunla  hesablaşan,  əsas 
t
əsərrüfat sahələri  olan  qoyunçuluqla  bağlı  çadırlarda 
yaşayan, yarımköçəri həyat tərzi keçirən türklərin tam oturaq 
h
əyat tərzinə  keçidi ilə  bağlıdır.  Onlar  saman  qarışıq 
k
ərpicdən  çadır  formasına  uyğun  dairəvi evlər tikirdilər. 
31 
 


T
ədqiqatların  sovet  dövründə  məhdud  ərazi çərçivəsində 
aparılmasının nəticəsidir ki, bu cür dairəvi yaşayış evlərinin 
Orta Asiya, Qazaxıstan ərazisində də çoxluq təşkil etməsinə 
baxmayaraq arxeoloqlar müqayis
ələri, paralelləri daha 
çox indiki Erm
ənistan (Elar, Qarni, Kosi-Koter), 
Gürcüstan 
ərazisində  tapılan  dairəvi evlərlə  aparırdılar. 
Əslində  bu müqayisəli  araşdırmaların  nəticələrinə  bu 
günün  prizmasından  baxanda,  təəccüblü  heç nə 
görmürük. Çünki h
əmin  ərazilər tarixi Azərbaycan 
torpaqlarıdır.  Lakin    o  dövrün  araşdırmaları  günümüzdə 
iki yönd
ən  maraqlıdır:1)bu  gün  o  ərazilərdə  sərbəst 
araşdırma  aparma  imkanlarımızın  məhdudlaşması;  2) 
tarixi h
əqiqətlərin bərpa olunması yönündən.  
Zaqaf
qaziyadakı  dairəvi tikililərin mənşəyinin hələ 
d
ə  naməlum  qaldığını  qeyd edən bəzi alimlər  onları  Ön 
Asiya m
ədəniyyətilə bağlayan tədqiqatçılarla razılaşmayaraq 
indiki Az
ərbaycan, Gürcüstan, Ermənistan ərazisindəki Kür-
Araz m
ədəniyyətinin dairəvi tikililərinin yerli əsası 
olduğunu  vurğulayırlar.  Türk  xalqlarının  mənəvi birliyi 
yönünd
ə real addımlar atan arxeoloq Q.İsmayılov divarların 

əriyə  doğru  əyildiyini, buradan da onun gümbəzəbənzər 
damının  olduğunu  yazmaqla  [146, s.15] bir daha bu 
tikilil
ərin keçə çadırların kərpic variantı olduğunu, beləliklə 
d
ə,  türklərə  məxsusluğunu  təsdiqləmiş  olur.  Ermənistan, 
Gürcüstan 
ərazisindəki bu cür tikililərin  qalıqlarının  aşkar 
olunması,  qeyd  etdiyimiz  kimi,    tarixi Azərbaycan torpaq-
larının  ərazisinin  bu  respublikalar  arasında  bölünməsi, 
türkl
ərin bu ərazilərdə  daha qədim dövrlərdən  yaşaması  ilə 
izah olunur.             
32 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə