Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə93/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   89   90   91   92   93   94   95   96   ...   105

 
 
Qızların  həyəcanla prosesi izləmələri,  öz  aralarında 
pıçıldaşmaları ona da, balaca Novruza da xoş gəlir: 
 
Əzizim, ocağına, 
Qısıldım bucağına. 
M
əni tifil sangınan, 
Basıynan qucağına. 
 
Əziziyəm, bu bağa, 
Bülbül qonar bu bağa. 
Ölü olsam, dirill
əm, 
D
əysə dodaq dodağa.  
 
Əzizim, səndə qalsın, 
Gül verim, s
əndə qalsın. 
Can m
əndə qərar tutmur, 
Gönd
ərim səndə qalsın. 
326 
 


Sonra  qadın  badyadakı  sudan  qızların  üstünə  çiləyir. 
Gülüşə-gülüşə  hərə  bir tərəfə  qaçır.  Bayatılardan  razı  qalan 
qızlar  Novruza  bayram  şirniyyatı  verib  əzizləyə-əzizləyə  yola 
salırlar... 
Gördüyümüz kimi, b
əzi xırdalıqları nəzərə almasaq, türk 
xalqlarının əksəriyyətində su falına eyni qaydada baxılır. 
Novruzun izl
əri  türkmən  rəvayətlərində  də  özünü 
göst
ərir. Rəvayətə  görə,  martın  21-dən 22-nə  keçən gecə  saat 
12 tamamında bir anlığa yer üzündə hər şey su kimi olur. O anı 
h
ər adam tuta bilmir.  
Novruz bayramı bütün xalqlarda olduğu kimi, türkmənlər 
üçün d
ə  barış,  sülh,  mehribanlıq  günüdür.  Bu  gün  hamı  kin-
küdur
ətdən, pis niyyətdən, yaman sözdən, yaman gözdən uzaq 
olmağa,  yaxşı  söz  danışmağa,  gülərüz, qonaqpərvər  olmağa 
çalışır, süfrəsinin bol, canının sağlam olmasını istəyir. Dəvə, at, 
gül
əş,  kəmənd  atma  kimi  yarışlar  keçirilir,  uşaqlar  öz 
aralarında  maraqlı  oyun-yarışlar  təşkil  edirlər. Dövlət 
s
əviyyəsində  Novruz  Aşqabadın  küçələrində,  meydanlarında 
böyük  coşqu  ilə  qeyd  olunur,  Orta  Asiya  respublikalarının 
r
əsmi nümayəndələri bir-birinə  qonaq olur, bir-birini təbrik 
edirl
ər. Bu da tək ailə, bir xalq daxilində əmin-amanlığa deyil, 
eyni zamanda respublikalar, ölk
ələr, xalqlar arası birliyə şərait 
yaradır. 
T
ədqiqatlar göstərir ki, cücərmiş  buğdadan  demək olar 
ki, 
əksər  türk  xalqları  yemək  bişirir.  Xalq  təbabətinin gözəl 
bilicisi  qırğız  A.Nadirovaya  görə, sümölök tək  başına 
vitaminl
ər (E, F, B), mikroelementlər ambarıdır. Qışdan çıxan 
insanların  orqanizmində  vitaminlərin  azaldığını  nəzərə  alsaq, 
sümölökün n
ə qədər lazımlı olduğu bir daha təsdiq olunar.  
327 
 


Asiyanın  ən qədim türklərindən  olan  qırğızlar  qədim 
zamanlardan Gün
əşin dirilməsini, yazın gəlişini bayram edirlər. 
T
ədqiqatçı 
Olcabay 
K.Karatayev 

Novruzu 
qırğız 
m
ədəniyyətinin, tarixinin bir parçası”, sıradan bir bayram deyil, 
xalqın  adət-ənənəsi, mənəvi  dünyası,  ideologiyası  adlandırır. 
Akılbek  Kılıçevin  yazdığına  görə,  qırğızlar  Novruzu  ilk 
kımızın çıxması ilə bağlayırlar. Marko Polonun da bu bayramı 
“yenid
ən  çıxan  kımız”  bayramı  kimi  qeyd  etdiyini  vurğulayır 
[81, s.148]. 
Qatığın ağı, qarası olduğu kimi, kımızın da ağı və qarası 
var. Qara kımızı əsasən Novruz üçün hazırlayıb xan və ailəsinə 
verirdil
ər.  Buradakı  fərq  də  rəngdə  deyil,  hazırlanma 
qaydasındadır.  Qara  kımızı  hazırlamaq  üçün  ağ  kımızdan 
toplayıb Novruza 2-3 gün qalmışa qədər saxlayır, sonra üstünə 
t
əzə süd töküb bir gün də  saxlayırlar. Nəticədə qara kımız daha 
qatı və qüvvətli olur [81, s.149] 
H
ələ Çin salnamələrində IX əsrdə baharın gəldiyi günün 
Ene-
Sayda  ulu  Qırğız  dövlətində  bayram  edildiyi  haqqında 
m
əlumat  verilir.  Qırğızların  soyları  əsasən üç yerə  bölünür: 
sağ,  sol,  içkilik  (orta).  İçkilik  soyunun  teyit boyunda Novruz 
dey
ə  bir tayfa da var. Onlar əsasən  Oş  vilayətinin Leylək 
bölg
əsində  yaşayırlar. Çü vilayətinin Kant bölgəsində Nooroz 
adlı  məhəllə,  Çü  seusunun  sağ  tərəfində  Nooroz  çayı  var. 
Qırğızlar bayramda doğulan oğlanlara Nooruzbay, Nooruzbek, 
Nooruz  adları  verirlər. XIX əsrin  birinci  yarısında  qırğızların 
solto boyunu yen
ən kazakların Nooruzbay adlı batırı olmuşdu. 
Bu  gün  Novruz  adı  ilə bağlı  musiqi  qrupları,  küçələr, parklar 
var.  
R
əvayətə görə, Iskak Babanın oğlu Türk baba böyüyəndə 
Calalayının qızı Novruzla evlənir. Toy Çin kuranın, yəni mart 
328 
 


ayının 24-də olur. Həmin günü qırğızlar Nurnovruz analarının 
şərəfinə belə adlandırmışlar [77, s.230].  
Qeyd  etdiyimiz  kimi,  sümölök  qırğızlarda  da  bayram 
xör
əyi  sayılır.  Novruz  bayramından  bir  həftə  öncə  yeddi 
qazana yeddi cür yem
ək  asılır.  Adətən, bayrama bir-iki həftə 
qalmış  yarım  kiloqram  buğda  yuyub  təmizləyir,  arınmış 
buğdanı  iki-üç günlüyə  suya qoyur, cücərəndən sonra 
h
əvəngdəstədə  döyür, azca su töküb  qarışdırır,  süzgəcdən 
keçir
ərək bu prosesi üç dəfə  təkrar edirlər.  Sonra  qarışığı  üç 
ayrı  qaba  qoyurlar.  Pambıq  yağını  dağ  edib  un  əlavə  edərək 
qovurur, üstün
ə  az-az  davamlı  olaraq  qarışıqdan  tökür,  vam 
odda s
əhərə qədər qaynadırlar. İçinə də yeddi kiçik qara, hamar 
daş  salırlar.  Bizcə,  bu  daşlar  yemək qaynayarkən  əzici rolu 
oynayır  ki,  bu  da  sümölöyün  daha  da  həlim  olmasına  şərait 
yar
adır.  Yeməkdən  sonra  qız-gəlinlər  arabaya  qoşulu  öküzün 
buynuzlarına, quyruğuna ərik ağacının budaqlarını, yaşıl otları 
bağlayır, bununla da yaşıllığın bol olmasını arzulayırlar. Sonra 
öküzl
əri tarlaya sürürlər.  Bu,  artıq  tarla  işlərinin  başlaması 
dem
əkdir.  Ağsaqqallardan  biri  ətəyinə  buğdanı  doldurub 
şumlanmış torpağa səpə-səpə deyir: “Çü canıbarlarım! Mənim 
əlim deyil, Baba Kəndlinin əli səpir!” [77, s.231].    
Novruzdan önc
ə  at, inək  saxlanılan  yerlərin,  axurların 
yanında  tonqal  qalayır,  üstündən tullanaraq “haramlardan” 
t
əmizlənir,  “qırmızı  nurun  mənə  gəlsin,  sarı  xəstəliyim sənə 
getsin” deyirl
ər. Tonqal sönən kimi hər kəs öz evinə gedir, boş 
su  qablarını  pəncərədən,  qapıdan  çölə  atır,  açıq  rəngli paltar 
geyinir, eyni cür yem
əklər  bişirirlər. Gecə  yarısı  arpadan, 
buğdadan  hazırladıqları  köçö-botko yeməyini  dağıdırlar… 
Sonra bütün ail
ələr: 
 
329 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə