Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə94/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   90   91   92   93   94   95   96   97   ...   105

 
Alas, alas 
Her beladan uzak 
Eski yıl gitti 
Yeni yıl geldi 
Alas, alas 
Ayl
ardan sağlıklı 
Yıllardan esen 
İyiliği Tanrı verir 
Aydınlığı, sıcaklığı… çok verir 
Alas, alas  
 
–  dey
ə-deyə  şam  ağacı  yandırıb  tüstüsünü  evə  verirlər 
[77, s.232].   
 Ert
əsi  gün  çayın,  arxın  yanına  gedib  əllərindəki 
çiç
əkləri,  saxsıları  suya  atırlar.  Ancaq  çiçəkləri  atmamışdan 
qabaq bilicil
ər  onların  saplarına,  köklərinə  baxaraq  payızda 
m
əhsulun necə  olacağından  xəbər verə  bilirlər. Bayram günü 

Kız  kuumay”,  “Ulak  tartış”,  “Tıyın  enmey”,  “Eniş”  kimi at 
yarışları,  “Ak çölmök”,  “Çoluk tatlamay”  kimi oyunlar 
keçirirl
ər [77, s.232].   
Rumıniyanın  türk-tatar  topluluğu  da  Novruz  baramını 
maraqlı  törənlərlə, ayinlərlə  bəzəyirlər.  Yazıçı  Nevzat  Yusuf 
Sarıgöl  özünün  “Gümüş  qapaqlı  saat”  hekayəsində  Navrez 
günü yeddi-s
əkkiz uşaq toplaşıb Navrez deyib gəzirlər. Böyük 
bir ağac budağına rəngli, al-əlvan yaylıqlar, lentlər bağlayırlar. 
Uşaqlar evbəev gəzərək Navrez söyləyirlər. Camaat onlara pul, 
yumurta,  ceviz,  şirniyyat  verir,  ağaca  yaylıq  bağlayırlar. 
Ad
ətən, Navrezi gənclər deyil, uşaqlar oxuyur: 
330 
 


 
 
Navrez g
əldi görünüz, 
Görümlüyün veriniz. 
C
ənnət olsun yeriniz 
A za navrezim mübar
ək. 
Yaz g
əldi yaban, 
Tıqqıldı cərgə saban, 
El havatu vel iman, 
A za navrezim mübar
ək.   
Yaz g
əldi carpık oldu, 
Heyvanlar arıq oldu, 
Gönl
əri şarık oldu, 
A za navrezim mübar
ək. 
Çeşmədən su axar, 
Yeng
əm qapıdan baxar, 
Tokızqa şevre taxar 
A za navrezim mübar
ək. 
Üy aldı başqa 
Axtar yotam bir boxça, 
Ya marama, ya axça, 
A za navrezim mübar
ək [15, s.211-212]. 
 
Hekay
ədən məlum olur ki, gənc  oğlanlar  Navrez 
g
əzməzdilər.  Bu  işi  uşaqlar  və  yeniyetmələr öz öhdələrinə 
götürürdül
ər… 
Uyğurlar  da  Novruz  bayramını  maraqlı  mərasimlərlə 
qeyd edirl
ər. Digər türk xalqlarının Novruz adətləri uyğurlarda 
“Tokuz  kılık”  və  ya “Tokuz  oğula”  bölünür.  Mərasimdə 
331 
 


müxt
əlif  oyunlar,  meydan  tamaşaları  göstərilir  (“Arqımak 
oyunu”,  “Şir  oyunu”,  “yolvars  (qaplan)  oyunu”),  yarışlar 
keçirilir. Saz
əndələrin, məddahların, koşakçıların (qoşma yazan 
şairlərin) öz yeri olur. Türkiyəli alim İsa Özkan rus tədqiqatçı 
N.Pantusova 
əsasən  yazır  ki,  uyğur  mədrəsələrində  oxuyan 
uşaqlar  üçün  mollaları  məxsusi mətnlər,  şeirlər  hazırlayır  və 
onları həm öz evlərində, həm də qapı-qapı gəzərək bu sözləri 
oxumağa,  topladıqları  hədiyyələri də  ona gətirmələrini 
tapşırırdı.  Uşaqların  oxuduqları  sözlərin məzmunu,  ərəb-fars 
yüklü olması və vəzni də N.Pantusovun məlumatını təsdiqləyir: 
 
Nevruz keldi cihanga          Novruz g
əldi cahana, 
Barıp eytkıl atanga              Varıb (gedib) söylə atana. 
Atang birsün bir tenke        Atan versin bir t
əngə (pul vahidi) 
Barıp virgil Mollanga…      Varıb (gedib) ver Mollana…   
 
Keldi nevruz iyş ü bünyad itkeli 
Barça adem könglüni şad itkeli 
Her oğul mollasindin alsa dua 
Könglini gamlerdin azad itkeli. 
 
+           +          + 
 
Nevruz geliben yer yüzini eyledi gülzar 
Fermanı Hüdadır (nəqarət) 
Rahmet suyidin yir yüzi bolgayki semenzar 
Bu sun ullahdur (n
əqarət) 
Hizmet kiliban mollasını eylese hoşnud 
Hem gece ve gündüz (n
əqarət) 
Her iki cihanda bu kişi bolmaqusi har 
332 
 


Tenriden atadur (n
əqarət) 
[95, s.175] 
 
Başqırd  folklorşünas  Əhməd Süleymanov məşhur  tatar 
alimi Şəhabəddin bin Bahayəddin Əl-Mərcanidən (1818-1889) 
maraqlı bir sitat gətirir: “Musa molla zamanında Nevruz deyip 
yürümüş  olmuş.  Mart  ayının  başında  kızaklar  hazırlanmış  ve 
köy
ün imamı kızağa oturtulup köyün bir başından diger ucuna 
kırk-elli  kişi  çekip  gezdirmiş  ve  “Nevruz,  deyip  imamın 
yararına yiyecek toplamışlardır” [102, s.181]. 
Gördüyümüz  kimi,  zamanında  İslam  dininə  heç bir 
aidiyyatı  olmayan  Novruz  bayramından  mollalar,  axundlar da 
kifay
ət qədər yararlanmağı bacarmışlar.  
Başqırdların  yaşadığı  Uçallı,  Kurqan  diyarının  Şafagöl 
bölg
əsində iki kəndin adı da Novruzdur. Başqırdlara görə də il 
iki yer
ə bölünürdü. Mal-qara ilin 6 ayını axırda, 6 ayını çöldə 
keçirirdi: 
 
Allah`ın kudreti böyledir, 
Allahın kudreti böyledir, 
Bir altı ayı yaz etmiş, 
Bir altı ayı güz etmiş [102, s.182]. 
 
Bununla bel
ə,  uyğurlar  arasında  “Novruz  koşakları”  adı 
il
ə  şeir  növü  də  mövcuddur. Həm heca vəznilə  mani  (bayatı) 
şəklində, həm  əruz vəznilə  qəzəl  şəklində  bəlli bir avazla 
oxunan şeirlərə “beyit” adı verilir [95, s.176]. 
Noğay türkləri mart ayına Navruz ayı deyirlər. Onlar bu 
ayda soyuq qışdan qurtulub istiliyə, Günəşə qovuşduqları, tarla 
işlərinin başlandığına və təbiətin canlanmasına görə “Navruz”, 
333 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə