Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə95/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   91   92   93   94   95   96   97   98   ...   105

“Sabantoy” kimi bayramlar keçirirl
ər. Noğaylarda da digər türk 
xalqlarında  və  elə  bizdə  də  olduğu  kimi,  torpaqla  ana,  qadın 
eynil
əşdirilir.  Hər  ikisinin  artırma,  doğma,  yaratma  yönü  önə 
ç
əkilir. Bəlkə  də  elə  buna görədir  ki,  bahar  bayramının  əsas 
iştirakçıları  qadınlardır.  Falabaxmalar,  evdəki təmizlik  işləri, 
yem
əklər, pay vermələr, baca-baca gəzən  uşaqları  sevindirən 
d
ə qadınlardır: 
 
Ak kümbike, eşik aş, 
Navruz keldi, şaşuv şaş, 
Yavluk bersen yıltırak, 
Akşa bersen saltırat, 
Azan, azan! 
Navruz kuni mübarek! 
 
Navruz yırlay keldik biz, 
İşçilerdin eşiğine, 
Narık ulu Şoraday 
Batır bersin beşiğine 
Azan, azan 
Navruz kuni mübarek! [80, s.235]. 
 
Gördüyümüz kimi, burada da Navruz oxuya-
oxuya qapı-
qapı gəzən uşaqlar “Aykümbikə” deyə ev sahibəsinə müraciət 
edir, ondan pay ist
əyir, əvəzində alqış da deyirlər: “Batır bersin 
beşiğine”.  “Oğlun  olsun!”  anlamına  gələn  bu  alqışda  noğay 
ail
ələrində də oğlan uşaqlarına üstünlük verildiyi aydın olur. 
Əfqanıstanda bahar haqqında danışılarkən ilk ağla gələn 
Qoçi  adında  çox  gözəl,  əsasən  qara,  lakin  boyun,  boğazı  ağ 
tükl
ərlə bəzənmiş bir quş gəlir. Onun şəninə qoşulmuş bir çox 
334 
 


n
əğmələr uşaqların dilindən düşmür. Ayrıca Qodi oyunu və ox 
atma m
ərasimi də bayrama rəng qatır. Bu günlərdə yaxınların 
m
əzarını  ziyarət etmək də  vacib  şərtlərdəndir. Bayramda 
əsasən səbzi  plov  yeyilir.  Bu  da  yaşıllığın  bol  olması,  düyü 
aşına isə ağ bəxt, ağ günlər arzusu ilə üstünlük verilir. Balık və 
C
ələbi deyilən  şirniyyat  növü  də  paylanılır.  İmkanı  olanlar 
“T
ərkədə” və ya Novruz Meyvəsi deyilən şirni, şərbət növü də 
hazırlayır.  Bunun  üçün  quru  üzüm,  badam,  fısdıq,  qaysı 
ç
əkirdəyi, iydə  və  ququ  qaysı  təmizlənib  axşamdan  suya 
qoyulur. S
əhərə hamısı yumşalır, şirəsi çıxır, dad və ətirləri bir-
birin
ə  qarışaraq  həm gözəl  şərbət, həm yeməli  şirni  kimi 
maraqlı, ləziz təam alınır. Onu Novruzun ilk günü həm yeyir, 
h
əm də  içirlər.  Qoç  döyüşü,  kəklik  döyüşü,  it  döyüşü,  şəhər 
meydanlarına Tuğ, yəni bayraq taxmaq da bayramın ənənələri 
sırasındadır.  Novruzda  bəy tərəf  nişanlı  qıza  Balık  və  Celebi 
şirniləri və, əsasən, xoşbəxtlik rəmzi olan ağ,  yenilik, təzəlik, 
yeni h
əyat rəmzi olan yaşıl rəngdə pal-paltar aparır [96, s.21-
23]. 
Əfqanıstanda  da  Novruzu  tərənnüm edən  şairlər, söz 
ustaları ilhamlarını ana təbiətdən alırlar: 
 
Novruz yeli 
bağda əsincə, 
H
ər ağac başqa bir gözəllik qazanır. 
Bağçalar qumaş dükanı kimi rənglənir. 
Bağlar ətriyyat dükanı kimi qoxularla dolar. 
Örtülü göz
əllər kimi Günəş üzünü göstərmədən nazlanar. 
H
ər tərəf Çin ipəyi kimi yaşıl örtüklə qapanar. 
H
ər ağacın qulağından dəyərli bir küpə sallanar. 
Yüks
ək dağlardan qarlar əriyib axar. 
Çöll
ər yaşıllıqla və gözəl qoxularla dolub daşar. 
335 
 


Günl
ər ard-arda şahlar kimi get-gedə böyüyür (uzanır). 
Bağlar da şahın baxtı kimi getdikcə gəncləşir və güclənir 
[99, s.24]. 
Novruzda 
Əfqanıstanın  şimalındakı  Peyğəmbər  Əkrəm 
H
əzrətlərinin dördüncü naibi olan Həzrət-i Əli ibn Əbu Talibin 
d
ə qəbrinin yerləşdiyi Məzar-i Şərif şəhərində hər il 40 günlük 
Lal
ə Festivalı keçirilir. Bu günlərdə hər tərəf lalənin al qanına 
büründüyünd
ən bu festivala  Qırmızı  Gül  Festivalı  da  deyilir. 
Festival H
əzrət-i Əlinin məzarına bayraq örtülməsi ilə başlanır. 
Bu m
ərasimə  Cəndə  (Tuğ)  Sehi  deyilir.  Həmingünkü  yarışlar 
arasında  “keçini  tutub  qaçırma”  atüstü  oyunu  maraqla 
qarşılananlardandır.  İki  atlı  qaçan  keçini  tutmalı  və  qaçırmalı 
idi. Qalibi b
əxşişlər və alqış sədaları gözləyirdi. Bu yarışlar və 
əyləncələr 40 gün sürürdü. [99, s.23]. 
Qeyd etmişdik ki, Kıbrıs türkləri bahar bayramına Mart 
9-u deyirl
ər.  Nazef Bormana görə,  “Novruz”  kəliməsinə  nə 
yazılı,  nə  də  xalq  arasında  rast  gəlinmir” [54, s.29].  1571-ci 
ild
ə  Osmanlı  dönəmində  Kayseri və  Konya tərəflərdən 
Geçitkale v
ə Boğaziçi bölgələrinə köçən türklər arasında Mart 
9-
u  bayramı  hələ  də  qeyd  olunur.  Keçmişdə  o bölgələrin 
b
əyləri xalqı çəmənliyə aparar, tonqal qalatdırar, yemək, içmək 
t
əşkil  edərdilər. Evdən  çıxmayanlara  yaxşı  baxılmazdı. 
Qırmızı,  yaşıl,  sarı  və  qara rəngə  boyanmış  yumurtalar 
döyüşdürülər, müxtəlif  əyləncələr təşkil  olunardı.  Adanın 
bölünm
əsindən sonra Geçitkale və Boğaziçi bölgələri güneydə
y
əni bu gün yunanlara aid olan hissədə qaldı. Lakin oranın türk 
əhalisi köçdükləri quzeydə də bu ənənəni davam etdirirlər [54, 
s.29]. 
Kıbrıs  ada  olduğundan,  təbii  ki,  buranın  əhalisinin  əsas 
m
əşğuliyyəti  balıqçılıq  idi.  Əgər  əkinçilik  üçün  uyğun  torpaq 
336 
 


sah
ələri  olan  xalqlar  tarlalara  çıxıb  yer  şumlamaqla  bağlı 
m
ərasim keçirirdisə, heyvandarlıqla məşğul olanlar bu sahə ilə 
bağlı  ayinlərə  üstünlük verirdilərsə, dənizə  yaxın  bölgələrin 
əhalisi də  dəniz məhsullarına,  balıq  ovunun  uğurlu  olmasına 
yön
əlik ayinlər keçirirdilər. Elə  Kıbrısda  da  kişilər bir yerə 
toplaşaraq “Gəmi qaldırma oyunu” deyilən oyun oynayardılar. 
Lefkoşanın Göneyli kəndində hələ də yaşayan bu oyuna görə, 
yaşlı  bir  kişi  deyir:  “Gəmi  çıxacaq.  Səfərə  çıxacaq.  Bu  gün 
Mart 9-u”. Kapitan da deyir: “S
əfər üçün qurban kəsmək 
lazımdır.  Qurbanı  kim  kəsəcək?” Beləcə, sözlü oyun davam 
edir. Son zamanlar Lefkoşada Sarayönü Meydanı deyilən yerdə 
böyük  tonqallar  qalanır,  rəqslər, türkülər bir-birini  əvəz edir 
[54, s.30].  Nazif Bormana gör
ə, adada uzun illərdir 1 May 
gününü bahar bayramı kimi böyük coşqu ilə keçirirlər. 1955-ci 
ild
ən  Kıbrıs  türkünün  milli  mücadiləsinin rəmzi və  Türk 
Müqavim
ət Təşkilatının  emblemi  bozqurddur.  Bu  müqavimət 
t
əşkilatında rütbələr üç rənglidir: qırmızı, yaşıl, sarı  [54, s.30]. 
Bu gün kürdl
ər bu rəngləri bayraqlarında istifadə edərək sahib 
çıxmağa çalışırlar. Lakin qeyd etmək lazımdır ki, qədim türklər 
h
ətta cəhətləri də rənglərlə anırdılar: qərb – ağ, şərq – qırmızı, 
şimal – qara, cənub –  yaşıl (göy).  “Göy” rəng həm boz, həm 
mavi, h
əm də yaşıl rəngi ifadə edirdi. Məsələn, “otlar göyərdi”, 
“göy
ərti”, “göy (boz) qurd” və s.    
Gördüyümüz  kimi,  Novruz  bayramı  müxtəlif adlar 
altında, demək olar ki, əksər türk boylarında çeşidli ayinlərlə, 
əyləncələrlə, idman yarışları, nəğmələr, meydan tamaşaları ilə 
keçirilir… B
əzi yerlərdə mərcimək, çovdar, darı da göyərdirlər. 
Heç d
ə hər yerdə əkinçilik bayramı kimi qeyd olunmur. Çünki 
heyvandarlığın  və  quşçuluğun  inkişafı  üçün  də  yaşıllıq 
lazımdır.  Qədim türklər məhz  yaşıllığın,  otun  ardınca  uzaq 
337 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə