Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə96/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   92   93   94   95   96   97   98   99   ...   105

m
əsafələr qət  etmiş,  Günbatandan  Gündoğana,  Gündoğandan 
Günbatana Böyük çöld
ə  yarımköçəri mədəniyyət  yaratmış, 
t
əmasda  olduqları  xalqlara  da  müsbət mənada təsir 
göst
ərmişlər. Bahar bayramının adları və Novruz fars sözünün 
t
əhrif olunmuş variantları (Mevris, Nayruz, Navruz, Neyruz və 
s.) göst
ərir ki, ad sonradan qəbul  olunmuş  da  ola  bilər.  Əsas 
bayramın  mahiyyətidir. O da dinindən və  yaşadığı  bölgədən 
asılı  olmayaraq  hamıda  eynidir:  bol  süfrə,  sülh,  barışıq, 
yardımlaşma,  köhnədən xilas olma, yeniyə  arzularla  yanaşma 
v
ə s.. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
338 
 


 
NOVRUZ   TONQALI 
 
Od, ocaq türk xalqlarının inanc sistemində özünəməxsus 
yeri olan anlamdır. İlkin inkişaf dövründə od Günəşin yerdəki 
r
əmzi  sayılırdı.  Göydən yerə  şimşəklə  gələn od təbiət 
hadis
ələrini izah etməkdə aciz olan insanlar arasında qeyri-adi 
güc
ə malik bir canlı kimi anlaşılırdı. Onlar oddan qorxur, onun 
ön
əmini  (istisini,  işiğını)  dərk edir, onu qoruyur, ona hörmət 
edirdil
ər.  Bir daha təkrar edirik ki,  bütün  bunların  Zərdüştlə, 
at
əşpərəstliklə  heç bir əlaqəsi  yoxdur.  Əksinə,  insanların 
özünd
ən  əvvəlki  inanc  sistemini  yaxşıca  öyrənən Zərdüşt 
onlardan öz f
əlsəfəsində  geniş  istifadə  etmişdir.  Atəşpərəst 
az
ərilər odu nəfəsləri ilə  murdarlamamaq üçün onun yanında 
niqab taxırlar.  
 
 
 
At
əşpərəstlər 
339 
 


 
Soyuq  qış  axşamları  ocağın  başına  yığışan  insanlar  bir-
birin
ə  daha  da  yaxınlaşır,  yavaş-yavaş  ocaq  ailənin rəmzinə 
çevrilm
əyə  başlayır.  Odun  inanc  sistemindəki  əsas 
funksiyalarından  biri  də  onun  paklaşdırıcı,  təmizləyici, 
safla
şdırıcı qüvvəsinə inamdır.  
M
əlumdur ki, qədim türklərdə  oda, onun təmizləyici, 
saflaşdırıcı qüvvəsinə inam çox güclü olmuşdur. Hətta düşmən 
t
ərəfdən  danışıq  üçün  gələn elçilər  qarşı  tərəfin  alaçığının 
qabağında  qalanmış  tonqalın  üstündən keçməli olurdular. 
Yalnız bundan sonra onların alaçığa girmələrinə icazə verilirdi. 
İnama  görə,  od  düşmənin ürəyində  bütün kini-küdurəti, 
düşmənçilik hisslərini, qara qüvvələri məhv edirdi. Adətən, 
şamanlar da ayinə başlamazdan əvvəl dünqürlərini (dəflərini – 
G.Y.)
,  ayaqqabılarını  ocağın  tüstüsünə  verirdilər.  İnama  görə, 
ocağın  tüstüsü  qarşıdakı  şər qüvvələrlə  döyüşdə  şamana, 
dünqürün
ə güc verir.  
Şamanların  müxtəlif xəstəlikləri odla müalicə  etmələri
x
əstəni odun üstündən keçirmələri, ocağın başına fırlatmaları, 
öz b
ədənlərindəki  şər qüvvələri təmizləmək üçün közün 
üstünd
ə ayaqyalın gəzmələri, eyni zamanda xalqımızın Novruz 
bayramı  vaxtı  tonqal  üstündən  atılması  odun  saflaşdırıcı 
qüvv
əsinə  inamla  bağlıdır.  Bu  adət köhnə  ildən  canımıza 
yığılan  ağrı-acıdan  təmizlənmək, yeni ilə, yəni  tonqalın  o 
tayına  sağlam,  təmiz qədəm qoymaq arzusundan irəli gələn 
q
ədim  inamın  izlərindəndir.  Yuxarıda  təkə, çovdur, ata 
türkm
ənləri çərşənbə  oduna  “şaman  odu”  dediklərini 
vurğulamışdıq… [140, s.7]. 
Qaqauz türkl
ərinin  adətinə  görə,  elçi  qız  evinə  daxil 
olark
ən  maşanı  götürüb  ocağı  qarışdırır,  ya  da  sadəcə  ocağa, 
340 
 


sobaya toxunurdu. T
ədqiqatçılar bunu elçiliyin ocağın, sobanın 
istisi kimi canlı, isti, uğurlu olması arzusu ilə [163, s.41], ya da 
onun  damdabacanı  bu  işdə  yardımçı  olmağa  çağırması  ilə 
əlaqələndirirdilər [163, s.36-37]. Bizcə, burada da elçinin 
sobaya,  ocağa  toxunması  onun  pak,  təmiz niyyətlə  gəldiyini, 
əgər ürəyində  pis fikir varsa, onun da bu ocaq tərəfindən 
t
əmizləndiyini sübut etmək məqsədi güdür. 
Odun pak
laşdırıcı,  saflaşdırıcı,  təmizləyici qüvvəsinə 
inamın izlərinə tarixi mənbələrdə də rast gəlinir. İ.Kafesoğluya, 
Ə.Cəfəroğluya  istinad  edən Prof. Dr. Abdulhaluk M.Çay da 
özünün  “
Türk  Ergenekon  bayramı  Nevruz”  kitabında  bu 
m
əsələ ilə bağlı yazır ki, Bizans imperatorlarından olan Jistinin 
elçisi Zemarkos 568-ci ild
ə Göy Türklərin  yanına elçi sifətilə 
getdiyi zaman türkl
ər elçi heyətini  böyük  tonqalların  alovları 
arasından  keçirərək  yaman  ruhlardan,  şər qüvvələrdən 
t
əmizləmişlər. Kumanlara elçilik məqsədilə  getdiyi zaman 
Kuman  hökmdarı  Batanın  sarayında  qəbul edilmədən öncə 
Plano de Karpini d
ə  elçilik heyəti ilə  birgə  iki tərəfdən gur 
yanan  tonqalların  arasından  keçirilərək  şər qüvvələrdən 
t
əmizlənmişlər [60, s.112-113]. 
K.İnostrantsevə  görə, türklərin  hökmdarı  ilin müəyyən 
bir gününd
ə  böyük  bir  tonqal  qalatdırır,  qurbanlar  kəsdirir, 
alqışlarla böyük bir bayram keçirirdi. Qalanan ocağın, tonqalın 
alovu göyl
ərə  yüksələndə, onun rəngi ilə  gələcəkdə  baş  verə 
bil
əcək bəzi hadisələrdən,  onların  nəticələrindən  xəbər tuta 
bilirdil
ər. Əgər alov yaşıldırsa, ilin bərəkətli, yağmurlu olacağı 
düşünülürdü.  Ağ  rəngli  alov  qıtlıq  əlaməti  idi.  Alovun  sarı 
olması xəstəlik olacağına, qara rəngə boyanması isə hökmdarın 
ölümün
ə, ya da uzaq səfərə gedəcəyinə işarə idi. Qırmızı rəngə 
boyanan alovun dill
əri  savaş  olacağından  xəbər verirdi. Çin 
341 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə