Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə97/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   93   94   95   96   97   98   99   100   ...   105

qaynaqlarından  alınan  məlumata görə  isə, rəngindən  asılı 
olmayaraq, 
əgər mizraqların  ucunda  atəş  peyda  olursa,  bu, 
qarşıdakı  savaşın  uğurla  nəticələnəcəyindən xəbər verir. 
G.İnostrantsev  “bu  xəbərin  aid  olduğu  ulusun  Türk  ulusu 
olması çox mümkündür” deməklə odla fala baxmanın, əsasən, 
türkl
ərə aid olduğunu bir daha vurğulamışdır [72]. 
Bütün bu misallar bir daha sübut edir ki, odun 
şamanizmdən gələn təmizləyici gücünə  inam təkcə  sadə 
insanlar a
rasında  deyil,  eyni  zamanda  hakim  dairələrdə  də 
geniş yayılmış, hətta dövlətlərarası münasibətlərdə belə özünə 
yer  almışdır.  Çünki  qədim dövrlərdə  tayfa  başçısı  olan 
şamanlar  sonralar  dövlətçilik  ənənələrinin  inkişaf  etdiyi 
zamanlar öz yerl
ərini hökmdarlara versələr də, dövlətdəki 
m
əsləhətçi, kahin, fala baxan, müalicə edən, dövlət əhəmiyyətli 
t
ədbirləri yönləndirən, təbiət hadisələrinə  təsir edə  bilən  şəxs 
kimi  öz  funksiyalarını  qoruyub  saxlamışdılar.  Biz  bunu 
“Kitabi-D
ədə  Qorqud”  dastanlarından  da  görürük. Dədə 
Qorqud da “
oğuzun… təmam bilicisiydi, - nə diyərdisə, olurdı. 
Ğaibdən dürlü xəbərlər söylərdi. Həq təala anın könlünə ilham 
ed
ərdi…” [16, s.31]. 
Qorqut  ata  ayıtdı:  “Axır  zəmanda  xanlıq  gerü  -  Qayıya 
d
əgə, kimsənə  əllərindən  almıya.  Axır  zəman  alıb  qiyamət 
qopınca bu didügi Osman nəslidir. İşdə sürilib gidə-yürir”… və 
d
əxi neçə buna bənzər sözlər söylədi…” [16, s.31] 
D
ədə  Qorqud həm də  oğuz  elinin,  oğuz  bəylərinin 
m
əsləhətçisi, ağsaqqalı idi. Hər işdə onunla məsləhətləşirdilər. 
Qeyri-adi güc
ə malik olduğu üçün ondan həm də qorxurdular. 
O,  “
Çalırsan,  əlün  qurısun!”  deməklə  Dəli  Qarçarın  “əli 
yuqarıda  asılı  qaldı.  Zira  Dədə  Qorqud vilayət issi idi, diləgi 
342 
 


q
əbul  oldı”. Sonra da “dua eylədi. Dəlinin  əli həq  əmrilə 
sapasağ oldı” [16, s.56]. 
Odun üz
ərindən  atılma,  keçmə  kimi qədim adətin 
heyvandarlıqla  məşğul  olan  türklərin həyatında  yeri  daha  çox 
görünür. Çobanlar, ad
ətən, yaylaq  zamanı  sürüləri bir-bir 
tonqalın üzərindən keçirərək yola çıxırdılar [60, s.112-113]. 
Q
ədim slavyanlarda da 24 iyunda Kupala günü nəinki 
qızlar, oğlanlar tonqalların üstündən atılır, eyni zamanda mal-
heyvanı, sürünü də qalanmış tonqalların arasından keçirirdilər 
ki, çöll
ərin ruhları onlara xətər yetirməsinlər [191, s.110].  
N
ənə-babalarımız  körpə  yaşlarından  uşaqlarda  oda, 
ocağa  məhəbbət, hörmət  hissi  aşılayırdılar.  Hələ  ətrafda  baş 
ver
ənləri o qədər də  dərk etməyən,  odun,  ocağın  insanların 
h
əyatındakı  həm praktik, həm də  mənəvi yerini anlamayan 
azyaşlı  uşaqların  ocağı  qurdalamamaları,  ona  çox  yaxın 
getm
əmələri,  əllərinə  keçəni  oda  atmamaları,  odu 
söndürm
əmələri üçün  yaşlılar həmişə onlara deyirdilər: “Odla 
oynama, yoxsa gec
ə  yatağını  isladarsan!”  Gecə  yatağını 
islatmaq, ert
əsi gün bütün uşaqların  gülüş hədəfinə çevrilmək 
ist
əməyən  balacalar  ocağa  ehtiyatla  yanaşır,  onu  oyuncağa 
çevirmir, h
əm də təhlükədən uzaq olurdular. 
Odun  Meksikada,  Avstraliyada,  Afrikada  yaşayan 
yerlil
ər,  Amerikadakı  qızıl  dərili  hindular  arasında  da 
t
əmizləyici,  paklaşdırıcı  qüvvə  kimi  sayılması  bir  daha  od 
kultunun  insanların  ilkin  inkişaf  dövrlərilə  daha  sıx  bağlı 
olduğunu  göstərir.  Avropadakı  od  bayramlarından  bəhs edən 
Ceyms Frezer yazır: “Ta qədim zamanlardan Avropada belə bir 
ad
ət var: ilin müəyyən günlərində  kəndlilər  tonqallar  qalayır, 
onların  ətrafında  rəqs edir, ya da üstündən  tullanırlar”  [205, 
s.569-567]. Odla, at
əşlə  bağlı  Şimali  Avropada  keçirilən bir 
343 
 


çox  bayramların  kökünün  xristianlıqdan  əvvəlki dövrlərə  aid 
olduğunu  yazan  C.Frezer  ayrı-ayrı  yerlərdə  bu  bayramların 
müxt
əlif vaxtlarda keçirildiklərini də  qeyd edir. Belə 
bayramlara  Fransanın  şimalında,  Almaniyanın  bir  çox 
yerl
ərində  rast gəlinən Böyük Post (oruc) atəşlərini, 
katolikl
ərdə  qeyd  olunan  Pasxa  odlarını,  Şotlandiyanın  şimal 
t
ərəfində  yayılan  Beltan  odlarını…  misal  göstərmək olar. 
C.Frezer
ə  görə,  bu  bayramların  keçirilməsi  zamanı  oddan 
istifad
ə, əsasən, onun təmizləyici qüvvəsinə inamdan irəli gəlir. 
“Bütövlükd
ə  tonqal ayinlərinin təmizləyici nəzəriyyəsi daha 
h
əqiqətəuyğun,  əsaslı  görünür,  nəinki Günəşlə  bağlılığı  kimi 
ona zidd n
əzəriyyə”  [205, s.569-567]. Bu da, təbii ki, qədim 
dövl
ərdən günümüzəcən od kultu ilə  bağlı  ayinləri, adətləri 
qoruyub  g
ətirən  şamanlarla,  şamançılıqla  daha  çox  bağlıdır. 
Şamanizmi  bəşəriyyətin bütün dinlərindən, tibbi, psixoloji 
f
ənlərindən qədim sayan ABŞ parapsixoloqu Rocer Uolş əsrlər 
boyu dill
ərin, dinlərin, ictimai həyatın  bu  qədər dəyişməsinə 
baxmayaraq  şaman  təcrübəsinin, demək olar ki, dəyişmədən 
günümüz
əcən gəldiyinə  heyrət edərək Sibirdə, hər iki 
Amerikada,  Avstraliyada,  Afrikada  ilkin  formasını  qoruyub 
saxlayan, müxt
əlif dillərdə  danışan  şamanları  öyrənir (xam, 
çam,  qam,  kam,  şaman,  porxan,  şeşen…),  şamanizmin  ən  azı 
iyirmi min il 
əvvəl  yarandığı  qənaətinə  gəlir. Bu qədər uzaq 
dövr bir daha insanların bir yerdə yaranıb yer üzünə yayıldığı 
fikrini q
əbul etməyə imkan verir. Əgər əvvəllər Afrika, Şimali 
Amerika, C
ənubi  Amerika,  Avrasiya,  Avstraliyanın  da  bütöv 
oldu
ğunu  nəzərə  alsaq,  bu  yayılma  (miqrasiya)  prosesini 
t
əsəvvür etmək o qədər də  çətin  olmur.  Əks  təqdirdə 
antropoloji m
əktəbin nəzəriyyəsini qəbul etmək  zorundayıq, 
y
əni insanlar cənubda  da,  şimalda  da  Günəşin  işıq,  istilik 
344 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə