Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə98/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   94   95   96   97   98   99   100   101   ...   105

m
ənbəyi olduğunu bilirlər. Bunu bilmələri üçün isə onların heç 
d
ə  bir-biri ilə  təmasda  olmaları  vacib  deyil.  İnsan  hər yerdə 
insandır,  ətraf aləmi də  hər yerdə  eyni cür qəbul edir. Bu da 
bütün insanların bir qayda olaraq eyni anatomik quruluşa malik 
olmalarından irəli gəlir…  
Oda  sitayişlə  onun magik gecünə  inam  arasındakı  fərqə 
toxunan  L.Qumilyov  yazır:  “İranda  od  dini  sitayiş  obyekti, 
türkyut (türk – 
G.Y.) tayfalarında isə magiya vasitəsi idi, yəni 
əslində onların arasında heç bir oxşarlıq müşahidə olunmurdu” 
[20, s.103]
Şamanizmin izlərini daha yaxşı qoruyub saxlayan 
qaraçay-
malkarlılar  köhnə  ocaqların  odunu  yeni  ocaqlara 
dağıdaraq  qonşuluq  münasibətlərinin də  yaxşı  olmasını  təmin 
etm
əyə  çalışırdılar  [26, s.196]. Türkmən alimi Xocabay 
Ataverdiyev
ə  görə  də  “Gök Tanrı  inancındakı  Od  ile 
Av
esta`daki Od farklıdır” [51, s.207].           
Bel
əliklə,  odun,  ocağın,  alovun  insanların  ilkin  inkişaf 
dövründ
ən üzü bu yana dünyanın bir çox xalqlarının arasında 
yayıldığı  göz  önündədir.  Araşdırmalar  zamanı  odun  çeşidli 
funksiyaları  da  üzə  çıxır:  od  Günəşin  yerdəki rəmzidir, od 
birlik, mehribanlıq rəmzidir (ailə ocağı); od canlı varlıqdır; od 
g
ələcəkdən xəbər verə  bilir; od təmizləyici,  paklaşdırıcı, 
saflaşdırıcı,  qoruyucu  gücə  malikdir.  Tonqalın  müxtəlif 
xalqlarda ilin müxt
əlif  vaxtlarında  qalandığını,  üzərindən 
insanların, hətta ev heyvanlarının keçirildiklərini nəzərə alsaq, 
C.Frezerin fikrin
ə şərik olaraq bu tonqalların odun təmizləyici 
qüvv
əsinə, gələcəkdən xəbər verə bilmə xüsusiyyətinə inamla 
daha  sıx  bağlı  olduğunu  söyləyə  bilərik. Elə  Novruzda da 
tonqalın  üstündən tullanarkən deyilən  “Ağırlığım,  azarım-
bezarım oda”,  “Sarılığımı al, qırmızılığını mənə ver!”… kimi 
345 
 


sözl
ər  də, bəzi türkmən  boylarının  Novruz  tonqalını  “şaman 
odı” adlandırması da… deyilənləri bir daha təsdiqləyir.  
Lev Qumilyov da oda at
əşpərəstlərin və  türklərin 
münasib
ətindən bəhs edərək  yazır:  “İran  düşüncəsində  atəş 
tapınmanın  obyektidir,  halbuki  türk  düşüncəsində  təmizləmə 
vasit
əsidir” [48, s.103].           
Deyil
ənlərdən əldə olunan nəticə bir daha sübut edir ki, 
odun,  ocağın,  tonqalın  önəmli  yeri  olan  Novruz  bayramı 
şamanizmin İslam aləmində yaşayan izlərindəndir. 
Bu  gün  türk  xalqları  müxtəlif dinlərə  qulluq etsələr də
bir-birind
ən uzaq məsafədə  yaşasalar  da,  əsas məşğuliyyətləri 
f
ərqli olsa da (əkinçilik, maldarlıq,  ovçuluq,  balıqçılıq),  XXI 
əsrin 
əvvəllərində 
bel
ə 
onların 
adət-ənənələrində, 
m
ərasimlərində, gündəlik məişətində  şamanizmin  izləri  qalır, 
xristianlıq, lamaizm, İslam pərdəsi altında yaşayır. Əlbəttə ki, 
xalq  arasında  geniş  yayılan  kartla,  daşla,  kofe ilə,  əllərdəki 
cizgil
ərlə, ulduzlarla fala baxma formalarının şamanizmlə heç 
bir 
əlaqəsi yoxdur. Bahar  bayramında  çərşənbə  tonqallarına 
münasib
ətimiz isə  şamanlığın  İslam  pərdəsi  altında  yaşayan 
izl
ərindəndir... və atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. 
 
 
 
 
 
 
 
 
 
 
346 
 


 
YEKUN SÖZ 
 
Bu  gün  dünyada  baş  verən proseslər,  qloballaşma  adı 
altında  inteqrasiya,  mədəniyyətlərin  qaynayıb-qarışması  kimi 
fikirl
ərin  dayaq nöqtələri göstərir ki, müəyyən maraqlara 
xidm
ət edən, siyasi gedişlərə təkan verən bu proses geniş əks-
s
əda  doğurduqca,  milli  özünüdərk, özünəqayıdış  prosesi  də 
gücl
ənir və  bu da təbiidir.  Qloballaşmanın  düzgün  təbliğ 
olunmaması,  yanlış  qəbul edilməsi və  ya elə  bu  ideyanın 
özünd
əki qeyri-müəyyənlik bir çox xalqlarda, əsasən də, qədim 
v
ə  zəngin mədəniyyəti, tarixi olan xalqlarda özünü itirmək 
qorxusu v
ə bununla bərabər də özünəbağlılıq, özünütəsdiq kimi 
t
əbii hisslər  əmələ  gəlməsinə,  bundan  doğan  adekvat 
addımların atılmasına şərait yaradır. Bu baxımdan etnik qohum 
xalqlar bir-birini öyr
ənməyə,  yaxınlaşmağa,  böyük  qüvvə  və 
“t
əhlükə”  qarşısında  birləşməyə  cəhd göstərirlər. Uzun əsrlər 
bir-birind
ən  ayrı  yaşamış,  dinləri fərqli eyni etnosun 
nümay
əndələri olan xalqların mənəvi cəhətdən birləşmə prosesi 
daha ağır gedir. Azərbaycan, qaqauz, tıva, xakas və digər türk 
xalqlarının  etnoqrafik  materiallarının  tarixi-müqayisəli  üsulla 
araşdırılması  bu  xalqların  mərasimləri və  mərasimlərlə  bağlı 
m
ənəvi mədəniyyət nümunələri arasında bir çox fərqli və oxşar 
c
əhətlər  ortaya  çıxarır.  Oxşarlıqların  səbəbi məlum olsa da 
(etnik v
ə dil qohumluğu), araşdırmalar göstərir ki, fərqliliklərin 
meydana  çıxmasının  səbəbələri çox müxtəlifdir. Buna təbii 
iqlim  şəraiti,  qonşuluqda  yaşayan  xalqların,  dinlərin təsiri,  
ictimai-
siyasi  quruluş,  təsərrüfat sahələrinin  inkişafı  və  s. 
amill
əri  əsas göstərmək olar.  Lakin fərqlilikləri yaradan bu 
amill
ərin  arasında  din  daha  güclüdür.  Din  insanın  həyatının 
347 
 


bütün sah
ələrinə, o cümlədən də mövsüm mərasimlərinə ciddi 
t
əsir göstərir.   
Mövsüm m
ərasimləri  iqlim  şəraiti,  əhalinin  əsas 
m
əşğuliyyət sahəsi  ilə  bağlıdır.  Bu  baxımdan  Novruz 
(Mertsişor,  Çılqayak,  Şaqaa, Mevris, Nayruz, Navrez  və  s.) 
bayramının  türk  xalqlarının  mövsüm  mərasimləri  sırasında 
özün
əməxsus yeri var. 
M
əlumdur ki, sonradan yayılan dinlər özlərindən əvvəlki 
din
ə  aid mərasim və  ayinləri  sıxışdırıb  çıxarmağa,  buna 
müy
əssər ola bilməyəndə isə onu özününküləşdirməyə çalışır. 
Özününkül
əşdirmə cəhdi isə həmin bayrama dini elementlərin 
daxil edilm
əsi,  bayramın  vaxtının  dindarlar  tərəfindən elan 
olunması,  duaların  oxunması,  mövcud  dinə  aid ibadətgahlara 
gedilm
əsi, müqəddəslərin  ruhlarının  yad  edilməsi və  s.-də 
özünü göst
ərir. Azərbaycanda odla bağlı hər bir ayin və adətin 
z
ərdüştiliklə, atəşpərəstliklə  bağlanması  onların  dar  çərçivədə 
öyr
ənilməsinin nəticəsidir. Bu mərasimlərin  qarşılıqlı 
öyr
ənilməsi  Novruz  bayramının  köklərinin daha qədimlərə 
getdiyini  bir  daha  sübut  edir.  Qaqauzların  Martacıq  və  ya  İlk 
yaz  yortusu,  tıvaların  Şaqaa,  Altay  türklərinin  Çıl  bazı, 
Çılqayaq, xakasların Günəşə tayığ, Tun Payram adlandırdıqları 
bu  bayram  adını  dəyişsə  də, kənar təsirlərə  məruz qalsa da, 
mahiyy
ətini, ilkin mənasını  itirməmişdir.  İstər Sibir, istər 
qaqauz, ist
ərsə  də  Azərbaycan türkləri  arasında  patronimik 
qruplar v
ə  bu  qrupların  da  sitayiş  yeri  olan  ocaqlar,  pirlər, 
ovaalar mövcuddur. İslamın, xristianlığın, lamaizmin qoyduğu 
qadağalara baxmayaraq, bu gün də türk xalqları həmin yerləri 
ziyar
ət edir, qurbanlar kəsir, dilək diləyir, dua oxuyur, Ulu 
Tanrıdan,  pir,  ocaq,  ovaa  yiyəsindən ailə,  tayfa  üçün  xoş 
güz
əran, can sağlığı, xoşbəxtlik istəyirlər. 
348 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə