Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə14/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   10   11   12   13   14   15   16   17   ...   105

Mövsüm m
ərasimləri  etnoqrafik,  folklorşünaslıq 
baxımından  Ə.Cəfəroğlu,  M.Kenin-Lopsan, S.Kuroqlu, 
P.Əfəndiyev,  M.Maruneviç,  V.Xuluflu,  H.Araslı,  M.H.Təh-
masib, M.Seyidov, M.H
əkimov, N.Baboqlu, B.Abdulla, 
Y.Kalafat,  Q.Namazov,  D.Tanasoqlu,  Z.Kırqıs,  S.M.Demi-
dov, A.Orazov, 
Ə. Axundov, H.Q.Qədirzadə,  A.Y.Ocak, 
A.N
əbiyev, A.Manof, H.Həvilov,  V.Moşkov,  H.Güngör, 
M.Qasımlı,  V.Dyakonova,  Q.Kurbatski,  M.Monquş,  Ə.Cə-
f
ərzadə,  T.Bünyadov,  V.Maynoqaşeva,  Q.Qeybullayev, 
M.Unqvi
tskaya,  S.Vaynşteyn...  tərəfindən az, ya çox 
d
ərəcədə  öyrənilmişdir.  Cənubi Sibirlə  bağlı  tədqiqat  işləri 
ayrıca diqqət çəkir. Həmin tədqiqatlarda Sibir xalqları etnik 
qohumluq 
əlaqələrindən, dinindən asılı olmayaraq vahid ailə 
kimi götürülür. Bu da t
əbiidir. Çünki həmin yerlərin 
özün
əməxsus təbiəti,  xalq  yaradıcılığı,  adət-ənənələri bir-
birind
ən, demək olar ki, çox az fərqlənir. Hal-hazırda  bu 
xalqların  bir  çoxu  ayrı-ayrı  dinlərə  qulluq etsələr də, 
şamanizmin izləri özünü onların həyatının bütün sahələrində 
qabarıq göstərir. Hətta bir çox yerlərdə şamanizm dirçəldilir, 
şamanlar  yenə  də  əvvəlki  kimi  xalqın  xeyir-şərində  iştirak 
edirl
ər. 
1980-ci ill
ərin  əvvəllərindən  başlayaraq  bizim  də 
pravoslav  xristian 
qaqauzlar,  saxalar,  çuvaşlar,  xakaslar, 
lamaist  tıvalar,  Sibirdə  yaşayan  müsəlman sibirtarlar (Sibir 
tatarları),  Dobruca  tatarları,  Makedoniya  türkləri,  İraq 
türkmanları, eləcə də digər türklər, onların yaradıcılıqlarının 
çeşidli  sahələri ilə  bağlı  bir  çox  araşdırmalar  aparmışıq. 
H
əmçinin digər ölkələrdə  kitab və  400-dən çox elmi, elmi-
publisistik m
əqalələrimiz dərc olunmuşdur. 
45 
 


1980-ci ill
ərin  əvvəllərindən, yəni hələ  tələbə  ikən 
d
əfələrlə  tədqiqat  obyekti  kimi  seçdiyimiz  türk  xalqlarının 
yaşadıqları bölgələrdə olmuş, çöl materialları toplamış, xalqla 
birbaşa təmasda olmuşuq. Səfərlər bu gün də davam edir. Çöl 
t
ədqiqatlarımızda    bilavasitə  müsahibələr  alır,  müşahidə  üsu-
lun
dan,  diktofon,  fotoapparat,  videokameradan  geniş  istifadə 
edirik. T
əcrübə  göstərir ki, fərdi  qaydada  aparılan  çöl 
etnoqrafiyası tədqiq olunan sahə üçün daha çox material verir.  
T
əkcə onu demək kifayətdir ki, 1998-ci ilin iyul ayında bir ay 
C
ənubi Sibirdə (Xakasiya, Tıva, Dağlıq Altay) çöl materialları 
toplamış,  etnoqrafik  araşdırmalar  aparmış,  şamanlarla 
görüşmüş,  2003-cü  ilin  iyul  ayında  iyirmi  gün  Qaqauz  Yeri 
Muxtar Bölg
əsinin  Volkaneşt  rayonunun  Tülüküy  kəndində 
yaşamış, növbəti dəfə Komratda, Çadır-Lunqa şəhərlərində ol-
muş, xalqdan topladığımız yeni (1984-cü ildən bu vaxta qədər 
doqquz d
əfə Ukrayna, Rumıniya, Moldova qaqauzları arasında 
t
ədqiqat  aparmışıq)  materiallardan,  çəkdiyimiz  fotoşəkillərdən 
m
əqalələrimizdə,  doktorluq  dissertasiyamızda,  kitablarımızda 
[40, 43, 108, 109...]
, radio, televiziya verilişlərimizdə istifadə 
etmiş, Azərbaycanda ilk dəfə olaraq iki dəfə etnofotoqraf kimi 
etnoqrafik  fotoşəkillərdən ibarət fotosərgi  keçirmişik.  Bu da 
monoqrafiyada  toplanılan  faktik  materialın,  əldə  olunan elmi 
n
əticələrin mahiyyət etibarilə orijinallığından xəbər verir. 
Xakasların mövsüm mərasimlərinin öyrənilməsi ilə XIX 
əsrin sonu -  XX  əsrdə  K. Pataçakov, L.Potapov  [180, 181, 
182], son dövrl
ərdə  isə  M.Usmanova, V.Butanayev məşğul 
olmuş,  xakasların həyatının müxtəlif sahələrini, o cümlədən də 
m
ərasimlərini araşdırmış, maraqlı nəticələr ortaya qoymuşlar.       
46 
 


Tıva  türklərinin mövsüm mərasimləri  M.Monquşun, 
M.Kenin-
Lopsanın,  Z.Kırqısın,  S.Biçe-oolun, V.Dyakonova-
nın… əsərlərində öz əksini tapır [170, 156, 165]. 
XIX 
əsrin sonu -  XX  əsrin  əvvəllərində  qaqauz  popazı, 
maarifçisi  D.Çakırın,  rus  alimi  V.Moşkovun,  bolqar  alimi 
A.Manofun  araşdırmaları  qaqauzların  etnoqrafiya  elminin, 
dem
ək olar ki, əsasını  qoymuşdur.  Bu  tədqiqatların  arasında 
A.Manofun “Qaqauzlar” 
əsərinin özəl yeri var. 
M.V.Maruneviç,  S.S.Kuroqlo,  İ.V.Dron,  V.S.Zelençuk, 
M.N.Quboqlo, L.Pokrovskaya kimi aliml
ər XIX əsrin sonu – 
XX 
əsrin əvvəllərində qaqauzların ailə-məişət məsələləri, sovet 
dövrü d
əyişikliklərilə bağlı  zəngin çöl materialları əldə etmiş, 
maraqlı  tədqiqatlar  aparmışlar  [166, 163, 97] . XX əsrin 
sonlarına doğru adı keçən alimlərlə yanaşı M.A.Durbaylonun, 
L.Çimpoyeşin,  N.Babaoqlunun,  D.Tanasoqlunun,  türkiyəli 
aliml
ər Harun  Güngörün,  Mustafa  Arqunşahın…  kitablarını 
qaqauzların etnoqrafik materiallarının öyrənilməsi sahəsindəki 
uğurlu  addımlardan  saymaq  olar.  Lakin  onların  əksəriyyəti 
material toplusu, t
ərtib səciyyəsi  daşıyır.  Son  illərdə 
O.K.Karanastas-
Radovanın  [153],  A.V.  Şabaşovun  [210], 
Y.N.Kvilinkovanın [155] tədqiqatları da diqqət çəkir...  
Bildiyimiz kimi, mövsüm m
ərasimləri insan həyatının 
ayrılmaz hissəsidir. Onların bir çoxu əski türk şamanizmindəki 
dünya, al
əm,  ətraf mühit, təbiətlə…  bağlı  təsəvvürlərdən 
y
aranmışdır. Əgər ailə mərasimləri (yas, doğum, ayaqaçdı, qırx 
saçının  qırxılması…)  insanın  həyatında  yalnız  bir  dəfə  olursa 
(b
əziləri, məsələn, toy, adqoyma… bir neçə dəfə də ola bilər), 
mövsüm m
ərasimləri bəşər övladını bütün ömrü boyu müşayiət 
edir, h
ər  il təkrar olunur, yeniləri  meydana  çıxır,  lakin 
əvvəlkilər də  unudulmur. Belə  mərasimlərin  bir  çoxu  artıq 
47 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə