Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə15/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   11   12   13   14   15   16   17   18   ...   105

bayram 
şənliklərinə 
çevrilmiş, 
əski mənalarında, 
m
əzmunlarında  bir  sıra  dəyişikliklər  edilmişdir.  Əlbəttə  ki, 
sonradan q
əbul  edilmiş,  ya  etdirilmiş  dinlərin təsiri də  güclü 
hiss olunur. Bu m
ərasimlərin, ayinlərin bir çoxu dünya 
xalqlarının  əksəriyyəti tərəfindən  başqa-başqa  adlar  altında 
qeyd edilir. Bel
ələrinə  yeni  ili,  baharın  gəlişini,  dilək 
qurban
ını,Günəşə  qurban kəsməni,  əkin,  biçin  bayramlarını… 
örn
ək göstərmək olar. Lakin hər  bir  xalqın  özünün  yaşadığı 
t
əbii  iqlim  şəraiti, məşğuliyyəti, milli özəllikləri… ilə  bağlı 
xüsusi m
ərasimləri də  var.  Onlar  yalnız  bu  xalqa,  bəzən də 
etnik qohum xalqlara m
əxsusdur.  Bu  baxımdan  ayrı-ayrı 
dinl
ərə  mənsub, bir-birindən  uzaqda  yaşayan  türk  xalqlarının 
mövsüm m
ərasimləri  arasındakı  yaxınlıq,  oxşarlıq,  eynilik, 
el
əcə  də  müxtəlif səbəblərdən  yaranmış  fərqliliklər maraq 
doğurur. 
H
ələ  XX  əsrin  əvvəllərində  fransız  etnoqrafları, 
sosioloqları  E.Dürkheym, M.Mossa cəmiyyətlə  təbiət 
arasındakı  münasibətlərin  araşdırılması  ilə  məşğul  olmuş, 
filosof L.Levi-
Bryul  ibtidai  insanın  təbiətə  münasibətdə 
m
ənəvi aləmini öyrənmiş,  get-gedə, cəmiyyət  inkişaf  etdikcə, 
bu münasib
ətlərin sərtləşdiyini müəyyənləşdirmişdir. Bu arada 
zaman,  dövr m
əsələsini də  ortaya  qoyan  fransız  alimləri 
c
əmiyyətin  ilkin  inkişaf  dövründə, yəni ibtidai icma 
quruluşunda  insanla  təbiət  arasındakı  münasibətlərin daha 
s
əmimi  olduğunu  xüsusi  vurğulayırlar  [39, s.11]. Biz isə  öz 
növb
əmizdə qeyd edək ki, bu münasibətlərin səmimiliyi təkcə 
ictimai  formasiyaların  qanunauyğunluqları  ilə  deyil, həm də 
xalqların etnoetik məziyyətləri, inancları ilə sıx bağlıdır. İnsan 
dağın  yiyəsinin, suyun yiyəsinin,  meşənin yiyəsinin… 
old
uğuna  inanır,  çaydan  balıq  tutarkən su yiyəsinə,  meşədən 
48 
 


ağac  kəsərkən  meşə  yiyəsinə, istisinə  isinərkən  ocağın 
yiy
əsinə, bu yolla həm də  Tanrıya  təşəkkür etməyi unutmur, 
zaman-zaman ayinl
ər  icra  edir,  alqışlar  söyləyir, acgözlük 
ed
ərsə, bu yiyələri qəzəbləndirəcəyindən qorxur, çəkinir, heç 
vaxt t
əbiətin ona “borclu”  olduğunu  düşünmür.  O,  quşlar, 
heyvanlar cütl
əşəndə, bala verəndə,  ov etmir, anlayır ki, belə 
bir vaxtda ov ovlamaqla özünü, ail
əsini,  tayfasını  sonrakı 
ovdan m
əhrum  etmiş  olur.  Təbiətdəki balansı  pozmamaq 
m
əqsədilə  hətta ilanlar cütləşəndə  belə,  onları  öldürmürdülər. 
Bu  qadağalar  ağaclara  da  aiddir.  Bar  verən, çiçəkləyən  ağacı 
k
əsməzlər. Bütün bu örnəklər təbiətlə insan arasında qədimdən 
mövcud olan qarşılıqlı anlaşmanın, yazılmamış qanunların hələ 
d
ə  yaşamasından  xəbər  verir.  Bu  qadağaların,  tabuların  bir 
çoxu folklor nümun
ələrində öz əksini tapır...     
Keçmişdə insanlar, əsasən, açıq yerlərdə təbiətlə baş-başa 
çalışır,  daim  iqlim  şəraitindən  asılı  olur,  təsərrüfatlarını  ona 
uyğun  qurur,  təbiətlə  qarşılıqlı  hörmət,  anlaşma  şəraitində 
yaşayırdılar. Elə buna görə də təbiətdəki dəyişikliklər, Günəşin 
doğuşu, “ölümü” onları maraqlandırır, ölümünə kədərləndikləri 
kimi, dirilm
əsinə də sevinir, bu münasibətlə müxtəlif ayinlər, el 
şənlikləri təşkil edirdilər.  
Bilirik  ki,  şamanizmin  əsasında  animizm  durur. 
Animizmd
ə  bütün təbiət qüvvələri  canlı  varlıq  kimi  qəbul 
olunur.  Onların  hər birinin ruhunun, hamisinin, yiyəsinin 
olduğu  düşünülür.  Elə  bu səbəbdən də  şamanizm  təbiət kultu 
il
ə çox sıx bağlıdır. Əvvəllər insanlar heç bir bayramı sadəcə 
şənlik xatirinə  keçirmirdilər.  Bütün  bu  şənliklər, meydan 
tamaşaları,  yemək  dolu  masalar,  bayramın  digər  atributları 
kainat qüvv
ələrinə  inamla, təbiətlə, atalar kultu ilə  bağlı  idi. 
İnsanlar müxtəlif ruhların könlünü xoş etmək məqsədilə qanlı, 
49 
 


ya  da  qansız  qurbanlar  verirdilər.  Əsas  məqsəd isə  bu yolla 
xoşbəxt gələcəyin, bol məhsulun, ailənin, tayfa üzvlərinin, 
qoyun-
quzunun sağlamlığının təmin edilməsi idi.   
Ağaca,  dağa,  torpağa  tapınan,  onları  valideynləri, 
böyükl
əri  sayan,  su,  meşə,  dağ,  eləcə  də  digərlərinin 
yiy
ələrilə daim hesablaşan, onlarla aralarında gözəgörünməz 
bir  anlaşma  “imzalayan”  insanlar zaman-zaman qurbanlar 
verir, t
əbiətin bu sərvətlərindən ehtiyatla, az-az,  yalnız 
ail
əsinin  dolanması  üçün  lazım  olan  qədərini götürür, buna 
gör
ə  də, onlara minnətdarlığını bu,  ya  digər mərasim, ayin, 
ad
ət şəklində bildirirdilər. 
Tarix boyu bir çox xalqlarda günl
ərlə, həftələrlə, aylarla, 
ill
ərlə, fəsillərlə  bağlı  bir  çox  rəvayətlər  yaranmışdır.  Belə 
r
əvayətlər Sibir türkləri  arasında  da  geniş  yayılmışdır.  Xakas 
kamları  (şamanları  –  G.Y.) həyatın  bütün  sahələrilə  bağlı 
müxt
əlif məsləhətlər,  tapşırıqlar  verir,  eyni  zamanda 
bayramların, mərasimlərin keçirilmə günlərini müəyyənləşdirir
günl
ərin  doğru  seçilməsinə  böyük  əhəmiyyət verirdilər. 
H
əftənin günləri, ilin  ayları haqqındakı bir rəvayət bu baxım-
dan  maraq  doğurur.  Keçmiş  zamanlarda  xalqın  başçısı 
(“
xamıx”), bütün mal-qaranın  yiyəsi olan Nemet Xan toplantı 
keçirir.  Ağbandan  (Xakasiyanın  indiki  paytaxtı  Abakan 
(Ağban)  –  G.Y.),  İyüsdən bəylər  bu  toplantıda  illəri,  zamanı, 
günl
əri necə saymalı, hansı günləri bayram etməli olduqlarını 
müzakir
ə etməyə yığışırlar. Onların arasında küldən çıxmayan 
Kül  Çalaas  da  vardı.  Hamı  ona  gülürdü.  Xan  bəylərdən 
soruşur:  “Ay dəyişir,  illər dəyişir,  onları  necə  sayaq?”  Bəylər 
bir  şey  fikirləşib  tapa  bilmirlər. Bu vaxt Kül Çalaas yerindən 
duraraq deyir: “
Gün çıxır, batır. Bunu bir gün saymaq lazımdır. 
Aya  baxıb  onu  öyrənmək,  tanımaq  lazımdır.  Bir  Ay  dörd  cür 
50 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə