sıra məsələləri dünya ölkələri birgə həll etməyə
çalışmazdılar…
Dünya n
ə qədər kiçilsə də, günü-gündən inkişaf edən
dünyamızda milli dəyərlərimiz “keçmişin qalıqları” kimi
görüns
ə də, onları gənc nəslə öyrətmək, ötürmək, eyni
zamanda dünyaya tanıtmaq lazımdır. Bunların bir xalq kimi var
olma
ğımızdakı rolunu dərk etmək üçün patrik Qreqoriosun bir
m
əktubuna diqqət etmək kifayətdir:
1821-ci ild
ə Sultan İkinci Mahmud xan zamanında
İstanbul patriki Qreqorios rus çarı Aleksandra Osmanlını
dağıtmağa yönəlmiş bir məktub ünvanlayır. Məktubda patrik
Qreqorios türkl
ərin cəsurluğundan, birliyindən, milli adət-
ənənələrinə, törələrinə bağlılıqlarından, maddiyyatdan uzaq
olmalarından, açıq savaşın onları daha da birləşdirə,
müqavim
ət güclərini artıra biləcəyindən bəhs edərək onları
sarsıtmağın, mənəvi bağlarını parçalamağın, dözümlərini
z
əiflətməyin ən qısa yolunu təklif edir. Onun təklifinə görə,
hiss etdirm
ədən “milli adət-ənənələrinə, mənəviyyatlarına
uyğun olmayan xarici fikirlərə, hərəkətlərə, maddi vasitələrə”
alışdırmaqla türkləri məhv etmək mümkündür [66, s.110-111].
İstanbulda təşkil etdiyi Rum üsyanına, eləcə də, məktub
da daxil, dig
ər xəyanətlərinə görə, Qreqorios layiqli cəzasını
aldı, patrikliyin qapısında edam edildi. “Bir türk böyüyünü
buradan asmayınca qapını açmayacağıq” deyə söz verən rumlar
bu gün d
ə həmin qapını bağlı saxlayır, adına da “Kin qapısı”
deyirl
ər [66, s.111]…
Vaxtil
ə düşmənlərimizin silah kimi gördükləri bəzi
d
əyərlərimizi əldən verdik, cəzasını da çəkirik. Burada mənfi
t
əsir tək Avropa ölkələrindən, ABŞ-dan deyil, ərəb
ölk
ələrindən də gəlir. Ərəblərin geyimləri və adətləri yavaş-
7
yavaş bizim milli dəyərlərimizi sıradan çıxardır, bir xalq olaraq
birliyimizi z
əiflədir, ailə daxilində belə parçalanmalara yol
aç
ır... Heç olmasa, bundan sonra dəyərlərimizə layiqincə önəm
ver
ək, təbliğ edək, onları yaşatma, qoruma yollarını araşdıraq.
Qloballaşan dünyamızda bəzi kiçik xalqların digərləri
arasında ərimə təhlükəsinin olduğu barədə həyəcan təbili
çalanlar var. Lakin bu “t
əhlükə” ilə yanaşı, Qərb tamamilə
qloballaşmaya zidd digər addımlar da atır. Bunlardan biri də
UNESCO-nun Qeyri-Maddi M
ədəni irs siyahısıdır. Dünyanın
bir çox xalqları öz mədəniyyətlərinin əsrarəngiz nümunələrini
bu siyahıya daxil etmək üçün onları araşdırır, öyrənir, təbliğ
edir, öyr
ədir və təqdim edir. Bu da qloballaşmanın yaratdığı
“t
əhlükə”nin əslində heç də təhlükəli olmadığından xəbər verir.
Az
ərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heyd
ər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət
Fondunun Prezidenti, UNESCO-nun
v
ə ISESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 1995-ci ildən
qeyri-hökum
ət təşkilatı olan Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun rəhbəri kimi gərgin fəaliyyətinin nəticəsi
olaraq m
ədəni irsin qorunması, 2003-cü ildən isə
muğamlarımızın, daha sonra xalçalarımızın, aşıq sənətinin,
tarın, çövkən milli oyunumuzun, kəlağayımızın, dolmanın,
Novruz bayramının və b. UNESCO-nun bəşəriyyətin mədəni
irs siyahısına daxil edilməsi bu istiqamətdəki ən uğurlu
a
ddımlardandır. 2013-cü ilin iyun ayının 19-da Parisdə
Az
ərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyi
münasib
ətilə Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılan,
XII-XIII
əsrlərə aid edilən daş qoç və at fiqurları UNESCO-ya
t
əqdim olunub. Qədim türk tarixini özündə əks etdirən bu
fiqurlar baş qərargahın həyətinə qoyularaq nümayiş olunur.
8
Qız Qalası, İçərişəhər, Şirvanşahlar Sarayı və Qobustan Tarix
v
ə Bədii Qoruğunun da UNESCO-nun Dünya İrsi siyahısına
salınması bu illərin məhsuldar olduğundan xəbər verir.
...Əslində dünya yaranandan bu günə qədər qloballaşma
davam edir. H
ər yeni yaranan və dünyada tətbiq edilən,
yayılan, təsir dairəsini artıran ixtira, din, ideologiya
qloballaşmanın bir ünsürüdür. Tarix boyu bunların bir çoxu
etirazla qarşılansa da, dünya mədəniyyətləri içərisində özünə
yer ed
ərək bu günümüzə qədər gəlib çatmışdır. Günümüzdə
baş verən proseslər sadəcə əsrlər boyu davam edən
qloballaşmanın bir parçasıdır. İnsanlar, xalqlar etiraz edə-edə,
özl
əri də hiss etmədən təqdim olunanı günümüzdə həyatlarının
ayrılmaz parçası kimi qəbul edirlər. Xristianlığın, İslamın və
dig
ər dinlərin yayılması, maşının, telefonun, internetin
yaradılması, yayılması, dəbin özü belə qloballaşmaya gətirib
çıxarır və ya qloballaşmanın nəticəsidir. Bu il nə dəbdədir? Bu
sualın cavabından bu il dünya dəb həvəskarlarının geyim tərzi
asılıdır. Artıq “bu il Azərbaycanda nə dəbdədir?” demirik. “Bu
il dünyada n
ə dəbdədir?” deyirik və dünyanın məşhur
kutiryel
əri bizə geyim rəngi, tərzi diqtə edir. Və ya dinlər...
Dinl
ər də bəlli geyim və həyat tərzi aşılayırlar... Astroloji
proqnozlar insanların bürclər üzrə geyiminə, yeməyinə, bir
sözl
ə həyatının bütün sahələrinə təsir edir və dünyanın
harasında yaşamasından asılı olmayaraq hamını birləşdirir.
Əsrlər boyu belə davam edib, insan da əvvəl-əvvəl ehtiyat və
inamsızlıqla qarşıladığı şeylərə indi həyat tərzi kimi baxır, adi
yanaşır, yenə də təhlükəli nələrinsə gələcəyini düşünür, amma
özü d
ə hiss etmədən onları da qəbul edir. Əslində
qloballaşmaya xidmət edən əsas vasitə internetin imkanlarıdır.
Evl
ərimizə həvəslə buraxdığımız bu texniki vasitələr bizim
9
Dostları ilə paylaş: |