Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə20/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   16   17   18   19   20   21   22   23   ...   105

Haray ellil
ər, haray! 
Şana tellilər, haray! 
D
əhnədən arxım uçub 
Əli bellilər, haray! 
 
Haray elli neyl
əsin? 
Şana telli neyləsin? 
Arx ki, d
əhnədən uça 
 
Əli belli neyləsin? [4, s.58] 
 
Türkm
ənlərdə  bu adət “Yovar”  adlanır.  Ev  tikərkən, 
üzümlükl
əri budayarkən,  taxıl  əkərkən… yovar təşkil  edir
qoç k
əsir, köməyə  gələnləri,  işləyənləri yedirdirlər. Yovar 
ad
əti bu gün də qalır [176, s.43]. 
Tıvalarda  da  ellilik,  kollektivçilik  özünü  göstərirdi. 
Bel
ə  ki, bir tarlada əkin  əkəcək  tıva  ailələri bir yerə 
yığışaraq  “san  salır”  düzəldir,  kanala  alqış  mərasimi 
keçirirdil
ər. Bunun da əsas səbəbi  o  idi  ki,  tıva  türkləri 
oturaq h
əyat tərzinə,  əkinçiliyə  sonralar, yəni lamaizmin 
hakim  din  kimi  mövcud  olduğu  dövrlərdə  keçiblər. 
M
ərasimə 
g
ələnlər yemək-içmək gətirir, 
alqışlar 
söyl
əyirdilər. 
Ert
əsi gün ilk cızlar çəkilir, yer şumlanırdı. Bununla da 
birinci m
ərhələ  başa  çatırdı.  İkinci  mərhələ  üçün  ən böyük 
kanalın  öz  mənbəyini  aldığı  yerdə  bitən  ağacları  al-əlvan 
lentl
ərlə  bəzəyir, ocaq  yeri  hazırlayır,  ocaq  qalayır,  qoç 
k
əsir, çoxlu süd məmulatı (qurut, yağ, arağa, ayran, qatıq…) 
g
ətirirdilər.  Tıvalar,  təbii olaraq, suya məhsulun bol 
olmasında böyük rolu olan bir ünsür kimi baxırlar. Ona görə 
d
ə bu mərasim üçün lama dəvət olunurdu. O, xəmirdən öküz 
65 
 


fiquru düz
əldir,  sutralar  oxuyur,  sonra  da  onu  kanalın 
başında kəsirdi. Sutra oxunan zaman burada olanların hərəsi 
bir  ovuc  darı,  buğda  götürür,  odun,  ocaq  yerinin  ətrafına 
s
əpirdilər.  Qeyd  edildiyi  kimi,  xamın  bu  mərasimdə  iştirak 
etm
əməsi göstərirki,  “buqa  daqıır”  mərasimi çox-çox 
sonralar, y
əni  lamaizm  xalq  arasında  yayılandan,  bir  də  ki, 
tıvaların  bir  hissəsinin oturaq həyat tərzinə  keçərək 
əkinçiliklə  məşğul  olduqları  dövrdə  yaranmışdır.  Onu  da 
qeyd ed
ək  ki,  tıvaların  əsas məşğuliyyəti ovçuluq, 
meşələrdən meyvə,  bal  yığmaq,  heyvandarlıq  olmuşdu. 
Az
ərbaycanın  dağlıq,  dağətəyi  ərazilərində  dəmyə 
əkinçiliyinin inkişafı üçün hər cür münasib coğrafi şərait var. 
Lakin  bunu  tıvaların,  saxaların,  xakasların,  şorların,  Altay 
türkl
ərinin, eləcə də Sibirin digər türk xalqlarının yaşadıqları 
ərazilər haqqında demək olmaz…  
C
ənubi Sibir türklərində  yiyələr müxtəlif cür təsəvvür 
olunurlar. Xakaslar “
suğ  yeezi”ni  çılpaq,  uzun  saçlı  qadın 
kimi t
əsəvvür edirlər.  Sarı  rəng  şər qüvvələrlə, Erlikin 
dünyası  ilə  bağlılığın  əlamətidir. Altay rəvayətində  də  su 
yiy
əsi Erlikin onunla bərabər Göydən endirilən 
xidm
ətçilərindəndir. Çox vaxt kamlar öz düngürlərində  su 
yiy
əsini durna balığı kimi təsvir edirlər. Tıvalar, karaqaslar, 
xakaslar buna gör
ə, həmin  balığı  yemirlər  [198, s.89-90]. 
Rus nağılı adı altında cizgi filmi də çəkilən “Durna balığının 
göst
ərişilə, mənim istəyimlə”  nağılında  Yemelya  durna 
balığını tutur, ancaq onu yemir. Balıq dil açıb qadın səsi ilə 
danışır, Yemelyanın bütün istəklərini yerinə yetirir. Əslində 
bu  nağılın da,  A.Puşkinin  “Balıqçı ilə  qızıl balıq” nağılının 
da su yiy
əsi ilə bağlılığı göz önündədir.  
66 
 


Su il
ə  bağlı  ikinci  mərasim  “suğ  bajı  daqıır”,  yəni su 
başının,  bulaq  başının  xeyir-duasıdır.  “Suğ  bajı  daqıır” 
m
ərasimi də, digər mərasimlər  kimi,  “san  salır” 
düz
əldilməsi, yemək-içmək gətirilməsi, hər  hansı  bir 
heyvanın,  adətən, keçinin adak edilməsi və  sonra sərbəst 
buraxılması  ilə  müşaiyət olunur. Hər bir mərasimdən sonra 
gül
əş  (“xüreş”),  at  yarışı  (“at  çarıjı”),  ağır  daş  atma  kimi 
milli  idman  oyunları  keçirirdilər. Ümumiyyətlə, bir qayda 
olaraq  tıvaların  bayramları,  toyları  mütləq güləşlə,  at  yarışı  
il
ə  başa  çatırdı.  Bu  milli  idman  oyunları  da  söz  sənətindən 
k
ənarda  qalmırdı.  Xüreşdəgüləşənlərin nümayəndələri 
(“salıkçı”),  at  yarışında  isə  atlılar  özləri pəhləvanları  və 
atları  öyür,  onlara  tərif deyirlər.  Xüreşdə  8, 16, 32, 64... 
gül
əşçi iştirak edə bilər. 6-8 salıkçı 30-40 güləşçini müşaiyət 
edir. İki ayrı-ayrı dəstə meydanın hər iki tərəfindən qartalın 
uçuşunu xatırladan hərəkətlərlə, bir ayağını götürüb o birini 
qoyur,  qollarını  qartalın  qanad  çalmasına  uyğun  hərəkət 
etdiril
ər. Qartal güc, çeviklik, əzəmət, zəhm rəmzidir.  
67 
 


 
 
Xüreşçilər 
 
“R
əqs edən” dəstələr bir-birinə  yaxınlaşır,  sonra  yenə 
d
ə  öz yerlərinə  qayıdırlar.  Dəstələrdən  birinin  salıkçısı 
p
əhləvanlardan  birinin  qolundan  tutub  meydanın  ortasına 
ç
əkərək onun gücünü, çevikliyini, boyunu, əzələlərini tərif 
edir, bir sözl
ə,  salıkçı  pəhləvanı  tərifləyir, öyür [165, s.52-
53]. 
Bu vaxt ikinci d
əstənin  salıkçısı  da  təriflərlə  öz 
p
əhləvanını meydana çıxardır…  
At yarışında isə hər bir atlı start xəttinə yaxınlaşarkən 
öz  atını  öyür.Belə  at  yarışlarında  qızlar  da  iştirak  edirlər.. 
[165, s.54]. 
68 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə