Türkçe Edebiyat K



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
tarix03.08.2018
ölçüsü0,56 Mb.
#60712


 

 

 

         

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE                            

                                   International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

 

 



 

AZƏRBAYCAN MEMARLIĞININ ŞAH ƏSƏRLƏRİNİN DURUMU 

Vefa GULİYEVA



 



Özet 

Azerbaycan  toprakları  Türk  boy  ve  topluluklarının  en  eski  yerleşim 

yerlerinden birini oluşturmakta ve üzerinde eşsiz kültür, uygarlık ve mimarlık 

eserlerini barındırmaktadır. 

1920  yılında  tarihî  Azerbaycan  toprakları  üzerine  kurulan  Ermenistan 

Cumhuriyeti,  kendilerini  destekleyen  Ruslar’ın  ve  Batılılar’ın  da 

destekleriyle 1990’lı yılların başında Azerbaycan topraklarını işgal etmiştir. 

İşgal altındaki Azerbaycan topraklarına (Dağlık Karabağ, Kəlbəcər, Şuşa, 

Laçın,  Cəbrayıl,  Qubatlı,  Zəngilan,  Ağdam,  Fizuli...)  Ermeniler 

yerleştirilmiş;  bu  bölgelerdeki  Türk  kültürüne,  uygarlığına,  mimarlığına  ait 

eserlerin  önemli  bir  kısmı  tahrip  edilmiş;  tahrip  edilemeyenler  ise  Ermeni 

eseri olarak gösterilmiştir. 

Bu makalede ana hatlarıyla Azerbaycan mimarlık eserleri hakkında bilgi 

verildikten  sonra  Batı  Azerbaycan’daki  (Ermeniler  tarafından  işgal  edilen 

topraklardaki) mimarlık eserlerinin durumları dikkatlere sunulmaktadır. 

Anahtar sözcükler: Azerbaycan, mimarlık eserleri, Ermenistan, işgal. 

AZERBAIJAN ARCHITECTURE’S STATE OF MASTERPIECES  

Abstract 

Azerbaijan lands create one of the oldest settlements of Turkish tribes and 

community  and  nestle  within  unique  culture,  civilization  and  architectural 

works. 


In  1920,  Republic  of  Armenia  was  established  on  historical  Azerbaijan 

lands occupied Azerbaijan lands the supports of Russians and Westerners in 

early 1990s’. 

Armenians  were  settled  the  occupied  Azerbaijan  lands  (Dağlık  Karabağ, 

Kəlbəcər, Şuşa, Laçın, Cəbrayıl, Qubatlı, Zəngilan, AğArmandam, Fizuli...); 

an  important  part  of  the  works  belonging  to  Turkish  culture,  civilization, 

architecture  in these  regions  were  destroyed;  works that can’t  be  destroyed, 

were shown as work of Armanian. 

In  this  article,  after  giving  information  about  the  works  of  Azerbaijani 

architecture  with  generally  they  were  expressed  stuations  of  architectural 

works in West Azerbaijan (in occupied lands by Armenians). 

Keywords: Azerbaijan, architectural works, Armenia, occupation. 

Azərbaycan xalqı qədim tarixə və zəngin mədəniyyətə malik olan bir xalqdır. Bu tarixî 

yaddaş əsrlərdən bəri qorunub saxlanmış memarlıq abidələrində yaşayır, xalqın, millətin zəngin 

mənəviyyatını  özündə    əks  etdirir.  Maddi-mədəniyyət  abidələri,  toponimlər  bir  millətin 

müəyyən  coğrafi  məkanda  formalaşmasını  təsdiqləyən  ən  tutarlı  sənədlərdir.  Məhz  buna  görə 

                                                           

 Doç. Dr.; Azerbaycan Bilimler Akademisi / Bakü, 



vefa-quliyeva@rambler.ru

 




      

228    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

Ermənilər  Azərbaycanın  tarixî  ərazilərini  tutduqda  ilk  növbədə  memarlıq  abidələrini  dağıdır, 

yaşayış yerlərinin adlarını dəyişir, erməniləşdirirlər. 

XXI-ci  əsrdə  heç  bir  millətin  ağlına  belə  gəlməz  ki,  belə  qeyri  sivil  şəkildə  öz 

qonşusuna  qarşı torpaq  iddiası  irəli  sürsün,  özü  də  nahaqdan.  Azərbaycanın  Ermənistana  belə 

iddia  irəli  sürməyə  daha  çox  əsası  var.  Ona  görə  ki,  Ermənistan  Respublikasının  yerləşdiyi 

torpaqlar  Azərbaycanın  tarixî  əraziləridir.  1920-ci  ildə  Azərbaycanın  tarixî  torpaqları  olan 

İrəvan  quberniyası  və  Zəngəzurun  ərazisində  rus  bolşevik  rejimi  tərəfindən  Ermənistan  Sovet 

Sosialist  Respublikası  yaradıldı.  Ona  qədər  heç  bir  tarixî  dövrdə  Cənubi  Qafqazda  Erməni 

dövləti olmayıb. Bu qənaətə Azərbaycan tarixçiləri zəngin mənbəşünaslıq bazasına əsaslanaraq 

gəlmişlər (epiqrafik sənədlər, orta əsr mənbələri, arxiv sənədləri).  

Erməni dövlətinin Qafqazlarda yaradılması Çar Rusiyasının XIX əsrdə burada apardığı 

xristianlaşdırma siyasətindən irəli gəlirdi. Qafqazı xristianlaşdırmaq mümkün olmadı, ona görə 

ki  burada  islam  faktoru  çox  güclü  idi.  Müsəlman  ruhanilərinin  Azərbaycanın  sosial-siyasi, 

mədəni  həyatında  güclü  rolu  və  mövqeyi,  möhkəm  sosial  bazası  rus  hakimiyyətini,  əraziyə 

sahib olmaq məqsədi ilə, ruhaniləri dövlət inzibati quruluşuna cəlb etməyə və Sünni, Şiə Ruhani 

idarələri  yaratmaq  məcburiyyəti  qarşısında  qoydu.  Qafqazlarda  xristian  erməni  dövlətinin 

yaradılmasının əsas məqsədlərindən biri də Türkiyəni türk dünyasından ayırmaq və Türkiyə ilə 

türk  dünyası  arasında  bir  bufer  yaratmaq  idi.  Ermənilərin  XIX  əsr  ərzində  Qafqaza  zaman-

zaman köçürülməsi və İrəvan quberniyasının, Zəngəzurun, indiki Dağlıq Qarabağın ərazilərində 

yerləşdirilməsi məhz bu məqsədə xidmət edirdi. Bu gün də Ermənistan Respublikası Qafqazda 

Rusiyanın forpostu olaraq üzərinə qoyulan missiyanı uğurla yerinə yetirir. 

Qərbi  Azərbaycan  ərazisində  çox  saylı  memarlıq  abidələri  məscidlər,  mədrəsələr, 

türbələr, orta əsr nekropolları var idi. 1915-ci ilə kimi İrəvan quberniyasında 382 şiə, 9 sünni, 

Zəngəzur qəzasında 38 şiə məscidi, Şərur-Dərələyəz qəzasında 40 şiə məscidi fəaliyyət göstərib. 

XX əsrin əvvəllərində İrəvan şəhərində Qədim şəhər məscidi, Came, Hacı Novruzəlibəy, Hacı 

İmamverdibəy, Mirzəsəfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib (DTA, f.290, s. 23, iş 

15146 a, vər. 91; f. 291, s. 10, iş 6354, vər. 64-67; f. 290, s.1, iş 163, vər. 17-19). Hal-hazırda 

İrəvan şəhərində  bircə Came qalmışdır ki, o da İran səfirliyinin nümayəndələrinə xidmət edir.  

Qərbi  Azərbaycanda  olan  zəngin  mədəni  irsdən  keçən  əsrin  axırlarına  kimi  bir  neçə 

memarlıq  abidəsi  qalmışdır.  Ermənilər  məskunlaşdıqları  torpaqlarda  ilk  növbədə  sistemli 

şəkildə  müsəlman  abidələrinin  dağıdılması,  dağıda  bilmədiklərini  isə  erməniləşdirilməsi 

siyasətini  həyata  keçirirlər.  Məscidlər,  orta  əsr  qəbiristanlıqları  yerlə  yeksan  olunur,  alban 

xristian  abidələri  mənimsənilir  və  erməni  maddi  mədəniyyəti  kimi  təqdim  olunur.  Dağlıq 

Qarabağda  olan  alban  məbədlərinin  coğrafiyası  dəyişdirilib,  Kəlbəcərdə,  Laçında,  Cəbrayılda, 



      

229    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

Qubatlıda,  Zəngilanda,  Ağdamda,  Fizulidə  yerləşdirilir  və  bu  ərazilərin  Ermənilər  tərəfindən 

haqlı  olaraq  tutulduğu  iddia  olunur.  Beləliklə,  regionun  coğrafiyasından  naməlum  olan 

avropalıda yanlış təsəvvür yaradılır. 

İndiki  Ermənistan  Respublikasının  ərazisi  də  daxil  olmaqla  bütün  Cənubi  Qafqazdakı 

XIX əsrə qədərki abidələrin erməni tarixi ilə heç bir əlaqəsi yoxdur. Elm aləminə çoxdan bəlli 

olan bu məsələ ilə əlaqədar tarixə qısa nəzər salmaq yerinə düşərdi. 

Ermənilər indiki Ermənistan ərazisini özlərinin tarixî ana vətəni hesab edirlər. Halbuki, 

bəzi istisnalar nəzərə alınmazsa Ermənilərin Cənubi Qafqaza XIX əsrin I-ci yarısından etibarən 

kütləvi  şəkildə  köçürülmələri  faktı  hamıya  məlumdur.  Bu  köçürülmə  hadisələrini  əks  etdirən 

tarixî  sənədlər  arxivlərdə  bu  günə  qədər  qorunub  saxlanılır.  Burada  Rusiya  ilə  İran  arasında 

1828-ci  ildə  bağlanan  Türkmənçay  müqaviləsinin  15-ci  maddəsini,  Ermənilərin  Azərbaycana 

köçürülməsinin  əsas  təşkilatçılarından  olan,  o  zaman  İranda  rus  səfiri,  tanınmış  yazıçı 

Qriboyedovun  tərtib  etdiyi  sənədləri  yada  salmaq  kifayətdir.  Təkcə  1828-30-cu  illərdə 

Azərbaycanın  Yelizavetpol  və  İrəvan  quberniyalarının  ərazisinə  İrandan  40  mindən  artıq, 

Türkiyədən  isə  84  min  kibitka  (yəni  araba)  erməni  köçürülmüşdür.  Qeyri  rəsmi  köçənlər  isə 

daha  çox  idi.  Qarabağ  Erməniləri  buraya  köçüb  gəlmə  olduqlarını  özləri  də  etiraf  edirlər  və 

bunu  mühüm  tarixî  hadisə  kimi  qiymətləndirirlər.  Belə  ki,  Qarabağdakı  Marağaşen  kəndində 

Ermənilər  özləri  1978-ci  ildə  buraya  Cənubi  Azərbaycanın  Marağa  şəhərindən  köçüb 

gəlmələrinin  150  illiyi  şərəfinə  abidə  ucaltmışdılar.  Lakin  çox  təəssüf  ki,  son  hadisələr 

nəticəsində  tarixî  həqiqəti  əks  etdirən  həmin  abidə  Ermənilərin  özləri  tərəfindən  vəhşicəsinə 

dağıdılmışdır. 

1854-56-cı  illər  Krım  müharibəsindən  sonra  çoxlu  sayda  erməni,  şimali-şərqi 

Anadolunu tərk edən rus qoşunları ilə birgə, Cənubi Qafqaza gəlmişdir. 

1877-78-ci  illər,  rus-türk  müharibəsi  gedişində  ən  azı  25.000  erməni  Anadoludan 

Cənubi Qafqaza köçmüşdür. Eyni zamanda Rusiya tabeçiliyinə keçən Anadolu torpaqlarından 

60.000 müsəlman qovulmuşdur. 

XIX əsrdə Rusiyada əhalinin siyahıya alma sənədləri, o zaman tərtib olunan rus hərbi 

topoqrafik  xəritələr,  bu  xəritələrdəki  yaşayış  yerlərinin  adları,  həmin  ərazidə  yaşayanların 

əsasən azərbaycanlılardan ibarət olduğunu göstərir. O zaman Erməniləri Azərbaycan ərazisinə 

yerləşdirərkən  yerli  əhalini  aldadaraq  deyirdilər  ki,  onlar  buraya  qaçqın  kimi  müvəqqəti 

yerləşdirilir. 

Şavrov  yazırdı:  «Zaqafqaziyada  yaşayan  1  mln.  300 min.  ermənidən  1  mln-dan  artığı 

köklü əhali deyil və bizim tərəfimizdən köçürülənlərdir». 



      

230    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

Eyni  zamanda  sistemli  şəkildə  azərbaycanlıların  bu  ərazilərdən  sıxışdırılıb  çıxarılması 

baş verirdi. Veliçko yazırdı: «Zaqafqaziyanın müsəlman əyalətlərində azərbaycanlıların Türkiyə 

və  İrana  köçürülməsi  haqqında  söhbətlər  səngimir.  Tədricən  köçürülmə  baş  verir,  bu  işdə 

erməni  intriqası  öz  işini  görür.  Sistemli  surətdə  rusların  vasitəsi  ilə  müsəlman  əhalisi  öz 

yerlərindən didərgin salınır və onların yerini gəlmə Ermənilər tutur». 

Məhz  bu  yolla  Rus  imperiyasının  müsəlman  əyalətlərində  Ermənilərin  say  çoxluğu 

təmin  olunur.  Ümumiyyətlə,  Ermənilər  Azərbaycan  torpaqlarına,  o  cümlədən,  Qərbi 

Azərbaycan  (indiki  Ermənistan)  ərazisinə  son  200  il  ərzində  köçüb  gəlmələri  faktını  inkar 

edərək  bu  ərazilərdəki  qədim  abidələrin  məhz  onlara  məxsus  olmalarını  heç  bir  əsas  olmadan 

iddia  edirlər.  Köçüb  gələn  Ermənilər  bu  ərazidəki  qədim  Azərbaycan  -  alban  mədəniyyətinə 

məxsus  xristian  məbədlərini  özününküləşdirərək,  alban  mədəni  irsinə  sahib  çıxaraq,  özlərinin 

Qafqazda  ən  qədim,  sivil, köklü  xalq  olduqlarını sübut  etməyə  çalışırlar,  bir  çox  abidələri  isə 

tamamilə məhv etmişlər. 

Qarabağdakı və Zəngəzurdakı xristian məbədlərinin albanlara məxsus olmasını orta əsr 

erməni  mənbələri  də  təsdiq  edir.  Bir  sıra  erməni  müəllifləri  Ermənilərin  Azərbaycana  gəlmə 

olduqlarını ört-basdır etməyə, buradakı qədim alban abidələrinin guya onlara məxsus olduğunu 

sübut etməyə çalışırlar. Bu məsələ ilə bağlı bir misal göstərmək kifayətdir. Şəmkir rayonunun 

Qarnaker kəndindəki XVI əsr kilsəsinin Ermənilərə aid olduğunu iddia edən erməni müəllifləri 

bu ərazidəki erməni qəbir üstü yazıları «tədqiq» etmiş və məlum olmuşdur ki, bu yazıların ən 

qədimi XIX əsrə aiddir. Erməni  müəlliflərinin «tədqiqatlarının»  məntiqi nəticəsini yalnız belə 

qiymətləndirmək mümkündür: bu əraziyə Ermənilər son 200 ildə gəlmişlər. 

Hələ Roma işğalları dövründən qalmış məbədi qədim erməni məbədi kimi təqdim edən 

Ermənilər  özlərini  bu  yerlərin  köklü  sakinləri  kimi  tanıtmağa  çalışırlar.  Üç  Müəzzin 

(Eçmiədzin)  muzeyində  «Nuh  peyğəmbərin  gəmisinin  bir  parçası»nı  nümayiş  etdirən,  Nuhun 

özünün də erməni olmasını iddia edən, XIX əsrə aid ərəb əlifbası ilə yazılmış qəbir üstü yazıları 

soldan  sağa  qədim  erməni  dilində  «oxuyan»,  özgə  mədəniyyətinə  və  torpaqlarına  yiyələnən 

Ermənilərin  saxtakarlıqlarının  sayı  cildlərlə  kitablarda  toplana  bilər.  Bu  barədə  akademik 

B.B.Piotrovski Yerevanda nəşr olunan «İstoriko-filoloqiçeskiy» jurnalda yazmışdı. Akademiki 

qəzəbləndirən  erməni  «alimi»  Ayvazyanın  Zəngəzurun  Zeyvə  kəndində  aşkar  etdiyi  ərəb 

əlifbası ilə yazılmış XIX əsrə aid bir başdaşının ərəbcə yazısını soldan sağa oxuyub e.ə. XIX əsr 

qədim erməni yazısına aid etməsi olmuşdur. Ayvazyan iddia edirdi ki, bütün dünya əlifbaları bu 

qədim erməni əlifbasından yaranıb. 

Qeyd  etmək  lazımdır  ki,  bu  məlumatda  adları  çəkilən  xristian  abidələrinin  heç  biri 

qədim  erməni  abidəsi  deyil  və  onlar  XIX  əsrin  II  yarısı  XX  əsrin  əvvəllərində 




      

231    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

erməniləşdirilmişdir.  Bu  abidələrin  heç  biri  azərbaycanlılar  tərəfindən  məqsədyönlü  şəkildə 

dağıdılmamışdır. Əksinə, Azərbaycan Respublikası ərazisindəki abidələr, o cümlədən, xristian 

abidələri  qorunur  və  bərpa  edilir.  Məsələn,  Qax  rayonundakı  xristian  kilsələri  vaxtı-vaxtında 

təmir və bərpa edilir. Şəki rayonunun Kiş kəndindəki qədim alban kilsəsi Azərbaycan və Norvec 

mütəxəssislərinin  birgə  iştirakı  ilə  tədqiq  və  bərpa  edilmişdir  və  s.  XIX    əsrdə  Azərbaycana  

köçürülən Ermənilər və  ruslar tərəfindən inşa edilən kilsələr də dövlət tərəfindən qorunur. 

Erməni  nümayəndələrinin  yaydıqları  məlumatda  göstərilən  Culfa  (Cuqa)  erməni 

qəbiristanlığı isə heç də onların iddia etdikləri kimi orta əsrlərə aid deyildir, onlar dağıdılmayıb 

və  Culfa  heç  bir  zaman  erməni  şəhəri  olmayıb.  Orta  əsrlər  dövründə  Culfa  Azərbaycanın 

beynəlxalq  əhəmiyyətli  böyük  ticarət  mərkəzlərindən  biri  olmuşdur.  Şərq  ölkələrini  Qərbi 

Avropa ilə birləşdirən Böyük İpək yolunun bir qolu məhz Culfa şəhərindən keçmişdir. Buradakı 

ticarətdə erməni tacirləri fəal iştirak etmiş, onların burada ticarət koloniyaları mövcud olmuşdur. 

Eyni  sözləri  bir  sıra  Yaxın  Şərq  ölkələrindən,  Qenuya,  Amsterdam,  Venesiya  kimi  Qərbi 

Avropa  şəhərlərindən  gəlmiş  tacirlər  haqqında  da  söyləmək  mümkündür.  Culfadakı  erməni 

qəbiristanlığı isə əsasən XIX əsrin II yarısında, Ermənilərin Naxçıvan bölgəsinə kütləvi şəkildə 

köçürülməsindən sonra salınmışdır. 

Başqa  bir  məqama  da  diqqət  yetirmək  lazımdır  ki,  Sovet  dövründə  xristian 

abidələrindən  daha  çox  islam  dini  abidələri  dağıntılara  məruz  qalmışdır.  O  dövrdə  Ermənilər 

sovet  rəhbərliyində  mühüm  vəzifələri  tuturdular.  Məhz  sovet  dövləti  sayəsində  Ermənilər 

Azərbaycanın  tarixî  ərazilərində  Ermənistan  Respublikası  yaratdılar  və  70  il  ərzində  buradakı 

islam  abidələrini  sistemli  şəkildə  məhv  etməklə  məşğul  olmuşlar.  Hazırda  Ermənistan 

adlandırılan ərazidə azərbaycanlılara məxsus yüzlərlə məsciddən və məzarlıqlardan əsər-əlamət 

belə qalmamışdır. 

Son  iki  yüz  ildə  Ermənilər  Cənubi  Qafqazın  azərbaycanlılara  məxsus  abidələrinin 

məqsədyönlü şəkildə məhv edilməsi ilə məşğul olmuşlar. Bu məsələ ilə əlaqədar bəzi faktlara 

nəzər  salmaq  kifayətdir.  1914-cü  ildə  Tiflis-Kutaisi  quberniya  məclisi  müsəlmanlara  məxsus 

qəbiristanlığın  Ermənilər  tərəfindən  dağıdılmasının  qarşısını  almaq  xahişi  ilə  qubernatora 

müraciət  etmişdir.  İndiki  Ermənistanın  Mehri  rayonunun  Nüvədi  kəndindəki  qəbiristanlıq, 

Sisyan  rayonundakı  XV-XVIII  əsrlərə  aid  Urud  (indiki  Oront)  kəndindəki  qəbiristanlıq,  Şəki 

kəndindəki (Zəngəzur) XVI əsrə aid qəbiristanlıq, Mehri rayonundakı XVI əsrə aid Baba Hacı 

piri türbəsi, Ələyəz kəndindəki XVI əsrə aid Əxi zaviyəsi və yüzlərlə tarixî-memarlıq abidələri 

son illər ərzində Ermənilər tərəfindən yer üzündən silinmiş abidələrdəndir. 

Zəngəzurun  Urud  (Oront)  kəndində  1961  -ci  ildə  M.S.Nemət  tərəfindən  orta  əsr 

qəbiristanlığında  çox  maraqlı  abidələr  aşkarlanmışdı.  Bunlar  sənduqə  və  qoç  heykəlli  məzar 



      

232    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

daşları idi. Onların ikisinin üzərində «min evladi avğvan» yəni «alban nəslindən» sözləri həkk 

olunmuşdu  yəni.  Bu  abidələrin  üzərində  qədim  türk  tayfalarına  məxsus  tamqalar,  onqonlar 

(tanrılar) var idi. İndiyə kimi elmi ədəbiyyatda belə bir fıkir hökm sürürdü ki, xristian olan alban 

tayfaları islam gəldikdə gürcüləşdilər və erməniləşdilər. Urud abidələri albanların hələ islamdan 

qabaq  türkləşməsi  və  azərbaycanlılaşması  prosesini  göstərir.  Bu  nadir  tapıntı  erməni 

tarixşünaslığında artıq formalaşan türk elementinin Qafqaza gəlmə oldugu konsepsiyasını alt-üst 

edirdi  və  azərbaycanlıların  Qafqazın  avtoxton  əhalisi  olduğunu  sübuta  yetirirdi.  Buna  cavab 

olaraq  Ermənilər  bu  orta  əsr  nekropolunu  məhv  etdilər  və  onun  ardınca  1988-ci  ildə  bütün 

azəpbaycanlıları bu ərazilərdən didərgin saldılar. Dağıda bilmədiklərini erməniləşdirdilər. 

Zəngəzurun  Cəfərabad  (Arqavanq)  kəndində  Qara-qoyunlu  dövrünə  aid  bir  türbə  var. 

Türbənin üzərində 22 metrlik kitabə var. Yazıda deyilir ki türbə h.816-cı ildə (= 1413) tikilib. 

Yazıda  qeyd  olunanlar  Pir  Hüseyn  və  onun  atası  Əmir  Səəd  Çuxur-Səəd  vilayətinin  əmirləri 

olub və Səədli oğuz türk tayfasına məxsus olublar.  

Ermənilər  türbənin  bünövrəsində  qazıntı  apararaq  belə  bir  nəticəyə  gəlirlər  ki,  türbə 

erməni ustaları tərəfindən inşa olunub və erməni maddi-mədəniyyət abidəsidir. Ermənilər Qara-

qoyunlu  dövlətini  İran  dövləti,  qara-qoyunlu  əmirlərini  Türkmən  (müasir Türkmənlər  nəzərdə 

tutulur) adlandırırlar. 

Qara-qoyunlu  əmirlərini  müasir  türkmənlərlə  eyniləşdirmək  qeyri  elmi  və  cəfəng  bir 

fikirdir. Qara-qoyunlu əmirləri XIII əsrdə Anadoluda yaşayan yarım köçəri türkəmən oğuz türk 

tayfa  birləşmələrinə  məxsus  idilər.  Onların  mərkəzi  vilayəti  Van  gölünün  şimalında  yerləşən 

Ardjiş  şəhəri  idi.  Bundan  əlavə  memarlıq-konstruktiv  quruluşuna  görə  bu  abidə  Naxçıvanda 

yerləşən Möminəxatun və Yusif bin Kəbir ən-Niyaz türbələri ilə eynidir və Əcəmi bin Əbu Bəkr 

memarlıq məktəbinin davamıdır. 

Qeyd olunan yerdə bir neçə türbə binası və azərbaycanlılara məxsus böyük qəbiristanlıq 

olmuşdur. Hamısı dağıdılıb. 

Zəngəzurun  Səlim  keçidində  Elxanilər  dövrünə  aid  bir  abidə  yerləşir  -  Səlim 

karvansarası. Qapının üstündə böyük bir yazılı daş var. Yazıda qeyd olunur ki karvansara h.729-

cu ildə (=1328-29) Əbu Səid vaxtında tikilib. 

Ermənilər karvansaranın içərisində erməni dilində bir yazı yerləşdiriblər. Yazıda deyilir 

ki bina h.781-ci ildə (=1332) Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Və iddia edirlər 

ki «tatarlar» (yəni azərbaycanlılar) ərəb yazısını sonradan qapının üzərində yerləşdirib abidəni 

mənimsəyiblər. Halbuki yazı qapının üzərinə bina inşa olunan zaman qoyulub və bu da aydın 

görünür. 




      

233    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

Beləliklə, Ermənistan Respublikasının yerləşdiyi ərazidə az miqdarda qalan abidələr bu 

torpaqların Azərbaycanın tarixî ərazisi olduğunu bir daha sübut edir. 

Məlumdur  ki,  Cənubi  Qafqazın  tarixî  konsepsiyası  hələ  XX  əsrin  ortalarında 

İ.P.Petruşevski  tərəfindən  «XVI-XIX  əsrin  əwəllərində  Azərbaycan  və  Ermənistan  feodal 

münasibətləri  tarixî  oçerki»-ndə  işlənilib.  Bu  konsepsiyaya  əsasən  guya  erməni  dövlətçiliyi 

Cənubi Qafqazda dərin köklərə malik idi. 

Bu  konsepsiyanın  yanlış  olduğu  və  heç  bir  elmi  bazaya  söykənmədiyi  Azərbaycan 

alimləri  tərəfindən  sübut  olunub.  Arxeoloji  abidələrin,  antik  və  ilk  orta  əsrlər  dövrlərinə  aid 

yunan,  roma,  fars,  erməni  dilli  yazılı  mənbələrin,  antropoloji  materialların  hərtərəfli 

araşdırılması nəticəsində sübut olunmuşdur ki, qədim dövrdə Cənubi Qafqazda heç bir erməni 

dövləti mövcud olmamışdır. 

İ.P.Petruşevskinin  və  erməni  “tarixçilərinin”  əsərlərində  Qərbi  Azərbaycan 

torpaqlarında  guya  mövcud  olmuş  erməni  dövlətinin  «Qafqaz  Ermənistanı  və  Ararat 

Respublikası»  adlandırdıqları  anlayışa  heç  bir  mənbədə  rast  gəlinmir.  Bu  sənədlərdə 

Ermənistanın yerləşdiyi ərazi Çuxur-Səəd adlanır və Azərbaycan anlayışına daxildir. Sənədlərin 

təhlili Cənubi Qafqazın yeni tarixî konsepsiyasının işlənməsi zərurətini doğurur və Azərbaycan 

tarixinin Sovet rus və erməni tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir. Böyük təəssüf 

hissi  ilə  qeyd  etməliyik  ki  Azərbaycan  tarixşünaslığında  da  -

 

bu  konsepsiya  son  illərə  qədər 

hakim yer tuturdu. 

Azərbaycanlıların  bu  regionda  köklü  xalq  olduğunu  toponimlər  -  yer  adları  bir  daha 

sübut  edir.  Toponimlər  konkret  etnosun  müəyyən  coğrafi  məkanda  təşəkkülünü  göstərən  ən 

tutarlı  sənəddir.  Ona  görə  də  Ermənilər  əraziləri  azərbaycanlılardan  təmizlədikcə  ilk  növbədə 

yer  adlarını  dəyişdirirlər. Demək  olar  ki,  bütün  toponimlər  erməniləşdirilib.  Adını  çəkdiyimiz 

Urud-Oront,      Cəfərabad-Arqavanq,  Zeyvə-Metsamor,  Almalı-Xndzorek  və  s.  adlandırılıb.  Bu 

da azərbaycanlıların bu torpaqlarda tamamilə izlərinin itirilməsi məqsədini güdür. 

Zəngəzurun  Pir  Davudan  kəndində  XIX  əsrin  sonunda  8-ci  imam  Rzanın  nəvəsi  Mir 

Davudun məqbərəsi var idi. Qaravəli kəndində 7-ci imam Museyi Kazımın oğlu Seyid Əhmədin 

məqbərəsi yerləşirdi. Hal-hazırda dağıdılıb. 

İrəvan  məscidlərinin  İrəvan  quberniyasının  müxtəlif  yerlərində  vəqf  əmlakları 

yerləşirdi.  Bu  əsasən  torpaq  sahələri,  dükanlar  idi.  Sənədlərdən  göründüyü  kimi  vəqf 

əmlaklarının sərhəd olduğu torpaqlar azərbaycanlılara məxsus idi. Sənədlərdə bir dənə də olsun 

erməni  adına  rast  gəlinmir.  Bu  da  öz  növbəsində  regionun  əhalisinin  böyük  əksəriyyətinin 

azərbaycanlılar olduğunu sübut edir. 



      

234    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

Bütün  bu  elmi  dəlillər  Ermənistan  Respublikasının  hal-hazırda  yerləşdiyi  ərazinin 

Azərbaycanın tarixî ərazisi olduğunu sübuta yetirir. 

Qarabağda  yerləşən  abidələr  də  Ermənilər  tərəfindən  kütləvi  surətdə  dağıdılır  və 

erməniləşdirilir. Ermənilər çalışırlar ki, bu yolla öz təcavüzkar siyasətlərinə haqq qazandırsınlar. 

Eyni  zamanda  dünya  ictimaiyyətinin  nəzərini  başqa  istiqamətə  yönəltmək  məqsədi  ilə 

Naxçıvanda erməni qəbiristanlıqlarını dağıtmaq haqqında cəfəng məlumatlar yayırlar. 

Dağlıq  Qarabağ  ərazisində  yerləşən  alban-xristian  abidələri  Ermənilər  tərəfindən 

mənimsənilir  və  erməni  mədəniyyət  abidələri  elan  edilir.  Bu  haqda  «əsərlər»  çap  olunur,  rus, 

erməni,    avropa  dillərində.  (Samvel  Karapetyan  Pamyatniki  armyanskoy  kulturı  v  zone 

Naqornoqo Karabaxa. 2000 q.; Şaqen Mkrtçyan. Sokrovişa Artsaxa. Erevan, 2000 q.) 

Lakin  qeyd  olunan  ərazidə,  həm  Dağlıq  Qarabağ  ərazisində,  həm  də  ona  sərhəd  və 

Ermənilər  tərəfindən  hal-hazırda  işğal  olunmuş  zonada,  külli  miqdarda  xanəgahlar,  türbələr, 

pirlər, monumental tikililər, orta əsr qəbiristanlıqları, məscidlər və s. müsəlman abidələri yaxın 

zamanlara qədər mövcud idi. 20 ildir ki, biz bu ərazilərə nəzarət edə bilmirik və bu abidələrin 

indiki vəziyyətindən xəbərimiz yoxdur. 

Bu abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi 

şeyxlərinin,  Azərbaycanda  memarlıq  məktəblərinin  banilərinin  adlarını  aşkarlayır.  Həkərə 

çayının hövzəsində yerləşən bir sıra türbələr öz  memarlıq-konstruktiv quruluşuna görə seçilir. 

Bunlardan  Zəngilan  rayonunun  Məmmədbəyli  kəndində  yerləşən  Yəhya  ibn  Məhəmməd 

türbəsi, Cəbrayıl rayonunun Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIII-XIV əsr). Türbənin 

ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralı Şeyxzadə Şeyx əbd as-Salam 

b.  Şeyx  Qiyas  əd-Dinin  (h.759-cu  il  =1358)  məzarı  yerləşir.  Türbənin  ətrafında  şeyxin 

davamçılarının  məzarları  üzərində  baş  daşları  var.  Yazıların  mətninə,  paleoqrafik 

xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıx Baba xanəgahının “Qədiriyyə” sufi cəmiyyətinə aid 

olduğu müəyyənləşdirilmiş və fəaliyyət dövrü XIII-XIV əsrlərə aid edilmişdir. 

Bu  ərazilərdə  XIV-XIX  əsrlərə  aid  sənduqə,  başdaşı  formalı,  qoç,  at  heykəlli  qəbir 

daşları  ərəb-fars-azərbaycan  dilli  yazılarla  və  müxtəlif  relyeflərlə  Azərbaycan  xalqının  həyat, 

məişətinin  müxtəlif  tərəflərini  əks  etdirir,  xalqın  tarixinə,  toponimikasına,  xalq  təbabətinə, 

etnoqenez  məsələlərinə  aydınlıq  gətirir,  Azərbaycanın  orta  əsr  mədəni  həyatına  dair  bir  sıra 

məsələləri işıqlandırır. 

Azərbaycanın  Laçın  rayonunun  Malıbəyli  kəndində  aşkarlanmış  üç  at  heykəlli  qəbir 

daşında  (XVI-XVII  əsrlər)  və  Armazisxevidə  yerləşən  (XIV  əsr)  at  heykəlli  abidənin  bud 

tərəfində həkk olunmuş Oğuz türk tayfalarına məxsus tamğalar üç üfüqi və bir şaquli xətt çox 




      

235    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

maraqlıdır: Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən 

Cənubi  Qafqazda  Azərbaycan  xalqının  təşəkkülündə  mühüm  rol  oynamış  qədim  türk 

tayfalarının məskunlaşmasını müəyyən etmək olur. 

Laçın  rayonunun  Malıbəyli,  Güləbird  kəndlərində  at  heykəlli  qəbir  daşlarında  günəş 

simvolunun  və  əlində  quş tutmuş  insanın  təsvirləri  var.  Məlumdur  ki,  qədim  türk  tayfalarının 

tanrısı  Humay  quşu  idi  və  bunun  abidələrin  üzərində  təsvir  olunması,  güman  ki,  abidələri 

dağılmaqdan qoruma məqsədi daşıyırdı. 

Epiqrafik  abidələr  Qarabağda  gedən  tikinti  işlərindən,  Elxanilər  dövrü  və  Qarabağ 

xanlarının mədəni-maarif fəaliyyətindən xəbər verir. 

Bu abidələr sırasına Fizuli rayonunun Babı kəndində yerləşən səkkiz güşəli Şeyx Babı 

Yaqub (XIII əsr) türbəsini aid etmək olar. 

Bərdədə bir türbə və Axsadanbaba türbəsinin bünövrəsinin qalıqları var. Bu naxçıvanlı 

memar Əhməd b. Eyyub əl-Hafiz Naxçivaninin işidir. 

Xocalı kəndində, köhnə qəbiristanlıqda yazının bir parçası aşkar olunub. Həmən yerdə, 

yolun qırağında iki başdaşı aşkarlanıb. Başdaşıların yuxarı hissəsində heyvan təsvirləri var - dağ 

keçiləri  və  Qobustanda,  Abşeronda  olan qayaüstü  təsvirləri  xatırladan  müxtəlif tamğalar  həkk 

olunub. 


Cəbrayıl  rayonunda  Diridağ  yaylasında  orta  əsr  qəbiristanlığı  yerləşir.  Orada  dağılmış 

türbə  binası  var.  Türbənin  ətrafında  müxtəlif  bədii  formaya  malik  qəbir  daşları  qalıbdır, 

onlardan  ikisi  qoç  heykəllidir  və  Azərbaycanın  digər  dağətəyi  rayonlarında  mövcud  olmuş 

abidələrin analoqiyasıdır. 

Ağdamın rayon mərkəzində «İmarət» deyilən memarlıq kompleksində XVI əsrə aid orta 

əsr qəbiristanlıqlarından yığılmış sənduqə formalı qəbir daşları cəmlənmişdir. 

Laçın  rayonunda  Ağoğlan  məbədinə  gedən  yolun  sağında  XVI  əsrin  at  heykəlli  və 

sənduqə formalı qəbir daşları var idi. 

Fizuli  rayonunun  Əhmədallar  kəndində,  orta  əsr  qəbiristanlığının  yerində  sənduqə 

formalı  qəbir  daşı  qalmışdı  (h.1024-cu  il  =1615).  Qarğabazar  kəndində  «Şah  Abbas» 

karvansarasından yuxarı, qayanın üstündə «Qiyas əd-Din» məscidi durur. Yerli əhali onu «Şah 

Abbas»  məscidi  adlandırırdı.  Kənddə  yerləşən  bulağın  üzərində  üç  sətirli  ərəbdilli  yazı  var. 

Yazıda deyilir ki, bulağı 1305-ci ildə Gəncəli Əmir Qarğabazarlının oğlu tikdirib. 

Qarabağ xanı Pənah xanın mərmər başdaşısı Ağdamda yerləşən türbəsindən Azərbaycan 

Tarix muzeyinə köçürülüb. 



      

236    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

Laçın  rayonunun  Cicimli  kəndində  1790-1791-ci  ildə  çaylaq  daşından  düzbucaqlı 

planda tikilmiş məscid binası mövcuddur. 

Şuşa şəhərində memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilmiş iki məscid 

və iki mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə verir. Memarın adına 

Fizuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə şəhərində, Ağdamda olan məscidlərin, 

Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də rast gəlmək olar. Bütün bu abidələr 

XIX əsrin ikinci yarısına aiddir. 

Erməni  vandalizminin  törətdiyi  dağıntıların  siyahısını  artırmaq  da  mümkündür.  Lakin 

çox təəssüf ki, Ermənilərin xalqımıza, onun tarixî keçmişinə qarşı törətdikləri vəhşilikləri dünya 

ictimaiyyətinə çatdırmaq üçün geniş imkanlara malik deyilik. 

Ermənistan  dövlətinin  Azərbaycanın  tarixî  ərazilərində  yerləşdiyi  və  Ermənilərin  son 

200  ildə  Azərbaycan  xalqına  qarşı  mənəvi  qenosidi  haqqında  dünya  ictimaiyyətinə  geniş 

məlumat verilməlidir. 

Nə qədər ki Azərbaycan torpaqları işğal altındadır bu mənəvi qenosid davam edəcək. 

Orta əsr memarlığının ən möhtəşəm abidələrindən biri də Bakı buxtasında yerləşən və 

tarixî  ədəbiyyatda  “Səbayıl”,  “Bayıl  daşları”,  “Yeraltı  şəhər”,  “Karvansara”,  “Xanəgah”, 

“Gömrükxana”, “Müdafiə qalası”, “Şəhri səba”, “Atəşpərəstlik məbədi” adlandırılan Qəsr olub. 

1306-cı  ildə  Bakıda  baş  vermiş  güclü  zəlzələ  zamanı  tikinti  dağılmış  və  bir  neçə  əsr  suyun 

altında  qalmışdır.  XVIII  əsrin  əvvəllərində  Xəzər  dənizinin  səviyyəsinin  aşağı  düşməsi 

nəticəsində  abidənin  qalıqları  üzə  çıxmışdır.  Qəsrin  möhtəşəmliyini  onun  üzərində  yerləşən 

yaxın  Şərqdə  analoqu  olmayan  üzərində  insan  simaları,  heyvan  təsvirləri  olan  monumental 

inşaat lapidar sənədləri – yazılı daşlar bir daha təsdiqləyir.  

Qəsrin inşasında Abşeronun əhəng daşından istifadə olunmuşdur. Uzunluğu 40 m, eni 

180 m olan bu tikinti aralarındakı məsafə 16 m-dən 28 m-ə kimi olan 15 yarımdairə bürclərlə 

biri-birinə  bağlanmışdır.  Onlardan  iki  cənub  və  bir  şimal-qərb  bürcləri  monolit  olub,  digərləri 

kiçik  kamera  vasitəsi  ilə  biri-birinə  birləşdirilmişdir.  Üç  bürcün  qapısının  tikilinin  həyətinə 

açılması onların inzibati otaqlar kimi istifadə olunmasından xəbər verir.  

Əbd  ər-Rəşid  əl-Bakuinin  məlumatına  görə  1403-cü  ildə  şəhərin  iki  möhkəm  qalası 

olubmuş.  Onlardan  birisi,  böyüyü  dəniz  kənarında  yerləşir  və  dənizin  suları  onun  divarlarını 

yuyur, bu qəsri tatarlar da ala bilmədi. Digər qala bundan yuxarıda yerləşir. Onun yuxarı hissəsi 

mərmilərlə dağıdılıb. 




      

237    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

XIV əsrin digər müəllifi üzərində müxtəlif fiqur təsvirləri olan qala divarları ilə əhatə 

olunmuş Gülüstan qalası ilə yanaşı Bakıda batmış Nouşəhər haqqında da məlumat verir. 

1939-cu ildən 1969-cu ilə kimi abidədə bir neçə dəfə arxeoloji qazıntı işləri aparılmış Y. 

Paxomov,  İ.Cəfərzadə  və Ö.İsmizadənin rəhbərliyi ilə  bu  müddət ərzində  699 ədəd  yazılı  daş 

fraqmentləri əldə edilmişdir.  

Dərin oyma üsulu ilə bəzədilmiş Bayıl daşlarının üzərində real səpkidə işlənmiş pələng, 

dəvə, at, öküz, quş və insan simaları təsvirlərini qeyd etmək lazımdır. Daşlarda heyvan təsvirləri 

xüsusi maraq doğurur. Bu daşlarda biz elə oymalara rast gəlirik ki, onlar öz bədii xüsusiyyətinə 

görə  heç  də  dövrün  təsviri  sənət  nümunələrindən  geri  qalmır.  Maraq  doğuran  təsvirlərdən  ilk 

növbədə dik vəziyyətdə dayanaraq elə bil kişnəyən at başı təsvirini aid etmək olar. Çox həyati 

və  ekspressiv  səpkidə  oyulmuş  bu  fiqur  onu  yaradan  sənətkarın  dərin  müşahidəçilik 

qabiliyyətinə malik olduğunu göstərir. Təsvirlərdə atların hərəkətləri, yüyənlərinin dartılmış bir 

vəziyyətdə  verilməsi,  döş  tərəfdəki  qalxanın  rəsmi  və  s.  amillər  göstərir  ki,  onların  üstündə 

suvarilər də varmış. 

Bu  pannoların  həcmcə  böyüklüyü  və  məzmunu  onların  vaxtilə  qalanın  ən  mərkəz 

hissəsində olduğunu göstərir. Çox güman ki, onlar qalanın girişi üzərində yerləşmişdir. Deməli 

friz xarakteri daşıyan “Bayıl daşları” arasında vaxtilə süjetli böyük pannolar da varmış. (Rasim 

Əfəndi. Daşlar danışır.Bakı, 1980, səh. 14-15) 

Bu  təsvirlər  dekorativliyi  ilə  yanaşı  eyni  zamanda  böyük  məna  daşıyır  və  yazının 

məzmununu zənginləşdirir.  

Xəzər  dənizinin  suları  qəsri  hər  tərəfdən  əhatə  edirdi.  Divar  qalıqlarında  daş  oymalar 

var  ki  onlar  da  sahilə  yan  alan  gəmilər  üçün  nəzərdə  tutulmuşdur  və  löv  bər  funksiyasını 

daşıyırdı.  Belə  qənaətə  gəlmək  olar  ki  Bayıl  qəsri  möhkəm,  alınmaz  qala  kimi  şəhəri  dəniz 

tərəfdən müdafiə edir, eyni zamanda gömrük funksiyasını da daşıyırdı. 

Hal-hazırda bu daş lövhələr Şirvanşahlar Sarayı kompleksi qoruq-muzeyinin həyətində 

açıq səma altında ekspozisiyada nümayiş olunur. 

Yazılı daşın 5-nin üzərində tarix var – h.630 il = 1232/33 il və h. 632 il =1234/35 il. Bu 

tarix abidənin Şirvanşah III Fəribürzün (1225-1243/44 il) hakimiyyəti dövründə inşa olunduğu 

haqqında  fikir  söyləməyə  imkan  verir.  Yazılı  daşlarda  son  Şirvanşahların  adına  təsadüf 

olunmur. Deməli 1306-cı il zəlzələsindən sonra həqiqətən də qalada həyat dayanıb. Bir daşda 

təsvir olunmuş insan simasının üzərində “Fəribürz” kəlməsinin yazılması bu simanın Şirvanşaha 

məxsus olduğunu güman etmək olar. 



      

238    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

Yazılı daşlar ölçülərinə, yazıların xəttinə və daşın rənginə görə fərqlənir və burada bir 

neçə yazının olduğu güman olunur. Bir neçə daşın üzərində Şirvanşahların adlarına rast gəlinir.  

Yazılardakı məlumata əsasən memar Əbd əl-Məcid b. Məsudun və usta Zeyn əd-Din b. 

Əbu  Rəşid  Şirvaninin  adları  müəyyənləşdirilmişdir.  Memarın  adı  Mərdəkan  girdə  qalasının 

üzərində də var. 

Bayıl daşları Bakı məktəbinə aid olan bədii daş yonma sənətinin unikal, təkrarolunmaz 

sənət  əsərləri  kimi  Azərbaycanda  orta  əsrlərdə  nəqqaşlığın,  kalliqrafiyanın  yüksək  inkişaf 

səviyyəsindən xəbər verir. 

İstifadə Olunan Edəbiyyat: 

А.А.Али-заде. Социально-экономическая история Азербайджана. XIII-XIV вв. Б., 

1956. 

Bakixanov A. Gülüstani İrəm, B., 1951. 



Бунятов  З.М.  Ширван  в  XII  –  первой  половине  XIII  вв.  Изв.  АН  Аз.ССР.  Серия 

истории, философии и права. 1976, №2. 

Vaqif Piriyev. Azərbaycan  XIII-XIV əsrlərdə. B., 2003. 

Кулиева  В.  А.  Роль  и  позиция  мусульманского  духовенства  в  социально-

политической  и  культурной  жизни  Азербайджана  в  XIX  начале  ХХ  вв.  в 

ракурсе армяно-азербайджанских политических отношений. Баку, 2003. 

Кулиева  В.  А.  Роль  и  позиция  мусульманского  духовенства  в  социально-

культурной  жизни  Нахичевани,  Эриванской  губернии  и  Зангезура  в  XIX 

начале ХХ вв. Баку, «Элм», 1999. 

М.  С.  Неймат,  В.А.Кулиева.  Объект  армянского  террора  –  памятники 

материальной культуры азербайджанского народа. Баку, 2007. 

Минорский В.Ф. История Ширвана и Дербенда. X-XI вв. М., 1963. 

Nemətova  Məşədixanım.  Epiqrafik  abidələr  və  onların  Azərbaycanın  sosial-iqtisadi 

tarixinin  öyrənilməsində  əhəmiyyəti  (XIV-XIX  əsrlər).  Dokt.  diss.  B.,  1968, 

AMEA TİEA, inv. №6639 (2). 

Неймат М. С. КЭПА, т.III, Б., 2001. 

Nemətova M. X. Şuşa şəhərlərindəki Came məscidinin kitabələri. Az.SSR EA xəbərləri, 

ictimai elmlər seriyası, 1961, №1. 

Нейматова М. С. Мемориальные памятники Азербайджана (XII-XIX вв.). Б., 1981. 

Meşedi  Hanım  Nimet.  Avrupanın  Qapısı  olan  Anadolunun  Çin  ilə  birleşdiren  İpek 

yolunun Araz boyu Azerbaycandan keçen hissesinde olmuş xanegah, karvansaray, 

körpüler. Erzurum «Çoban Dede Körpüsü» konfransı, 1996. 

Папазян  А  .Д.  Персидские  документы  Матенадарана.  Указы  (XIV-XVI  вв.). 

Ереван, 1956, вып.I, ч.I. 

Папазян А. Д. Персидские купчии Матенадарана. Ереван, 1968, т.II, вып.I. 

Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане 

и Армении в XVI – нач. XIX вв. Л., 1949. 



      

239    

                                                                                                                                  Vefa GULİYEVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 1/4 2012 s. 227-239, TÜRKİYE 

International Journal of Turkish Literature Culture Education Volume 1/4 2012 p. 227-239, TURKEY 

Петрушевский  И.  П.  Государства  Азербайджана  в  XVI-XVII  вв.  Azərbaycanın 

tarixinə aid məqalələr məcmuəsi. 

Рахмани  А.  «Тарих-и  алам  арай-и  Аббаси»,  как  источник  по  истории 

Азербайджана. Б., 1960. 

Величко В. Л. Кавказ. Русское дело и межплеменные вопросы. Баку, 1990, с. 58, 

59. 

Шавров Н. И. Новая угроза русскому делу в Закавказье. Предстоящая распродажа 



Мугани  инородцам.  Изв.  АН  Аз.ССР.  Серия  истории,  философии  и  права. 

1988, №3, с. 55. 

Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области. Изв. АН 

Аз.ССР. Серия истории, философии и права. 1988, №3, с. 54. 

Щепотьев А. Доклад о спорных кавказских территориях, на которые имеют права 

самоопределившиеся  азербайджанские  тюрки.  Изв.  АН  Аз.ССР.  Серия 

истории, философии и права. 1990, №2, с. 47. 

 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə